Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə72/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   68   69   70   71   72   73   74   75   ...   106

məmləkətimizdə  real  təcəssümünə  doğru  atılan  növbəti,  çox 
gərəkli  və  həlledici  bir  addım  olmasını  dərk  etmək  üçün  məhz 
bu  məzmunlu  təhlilə  cəmiyyətimizin  böyük  ehtiyacı  vardır. 
Son  on  üç  il  ərzində,  dövlətçiliyimizin  nail  olduğu  bütün 
uğurların  ana  xətti  -   ümummilli  liderin  siyasi  kursunun,  dəyi­
şən  dünya  məkanı  və ondan  daha  sürətli  tempinə dəyişən  siya­
si  məkanın  tələblərinə  uyğun  yeni  siyasi  fəhm  və  iradə  ilə,  cə­
miyyətlə  davam  etdirilməsinə  alternativ  olmadığını  hamının 
dərk etməsi  üçün cəmiyyətimizin  belə təhlilə ehtiyacı  var.
Müstəqillik  əldə  edildikdən  sonra,  hər  dəfə  növbəti 
seçkilərdən  sonra,  düşünülmüş  şəkildə  qaldırılan  hay-küyün, 
şaşqınlıq  və  tənəzzülün  köklərini,  nəhayət  bu  səylərin  son  ifla­
sını  olduğu  kimi  şərh  etmək  üçün  cəmiyyətimizin  bu  təhlilə 
ehtiyacı  vardır;  alternativi  olmayan  siyasi  kursun  ardıcıl  həyata 
keçirildiyi  təqdirdə  Azərbaycan  dövlətçiliyinin  gələcək  əzəmə­
tini  gözümüz  önünə  gətirən  proqnozların  verilməsi  kimi, 
mürəkkəb olduğu qədər də gərəkli  olan  inkişaf oriyentirlərimizi 
aydın  təsəvvür etməyə  səy  göstərən  hər  bir  Azərbaycan  vətən­
daşı  üçün, cəmiyyətimizin  belə təhlilə ehtiyacı  vardır.
2005-ci  ilin  parlament  seçkilərinin  təhlili,  nəticəsi  və 
proqnozları,  ölkəmizin  həyatında  baş  verən  bütün  proseslərin 
canlı,  obyektiv  mənzərəsi,  faktiki  göstərici  və  məlumatlar  əsa­
sında  yaradılmış,  hər  bir  aspektdə  dərin  təhlil  və  ümumiləşdir- 
mələr verilmiş, yaxın  perspektivin  proqnozları  əksini  tapmışdır. 
Məhz  bu  səbəbə  görə,  bizə  elə  gəlir  ki,  burada  hər  hansı  kon­
tekstin  ayrılaraq  vurğulanması  qeyri-mümkündür.  Baş  verən, 
proseslərin  bir-birini  şərtləndirməsi,  qalibiyyət  və  məğlubiyyə­
tin  kökündə  duran  amillər,  onların  təbii  axan  və  gələcək  duru­
munun  bir-biri  ilə  üzvi  şəkildə  təhlil  süzgəcindən  keçirilməsi, 
ciddi  şəkildə  izlənilməsi  bizim qənaətimizə görə  bundan  sonra,
-
290
-
hər  hansı  analoji,  dərin  bir  şərh  və  ya  izah  verilməsi  cəhdini 
nəinki  lüzumsuz edir, hətta heçə endirir.
Seçki  prosesinin  məqsədəuyğun  mərhələlərə  bölünməsi, 
bütün  mərhələlərdə  köklü  dönüşə  nail  olunması  və  obyektiv 
nəticələrin  alınmasını  əvvəlcədən  müəyyən  edən  Prezident  İl­
ham  Əliyevin  qərar,  göstəriş  və  sərəncamlarında  uzaqgörən­
liklə  əksini  tapması  faktları,  rəhbərin  siyasi  iradəsi  ilə  xalqın 
iradəsinin  bir-birinə  dayaqlanması,  beynəlxalq  ictimaiyyətin, 
xalqın  dəstəyinə  arxalanan  siyasi  qüvvənin  parlament  seçki­
lərində  əldə etdiyi  nəticələrə  münasibəti  və bir çox  əhəmiyyətli 
problemlər dərindən  təhlil  edilmişdir.
Bu  təhlil  bizə  bir  daha  göstərir  ki,  Azərbaycan  dövləti 
öz inkişafında,  kimlərinsə  hələ də dərk edə  bilmədiyi,  yaxud da 
barışmağa  cəsarət  tapmadığı  yeni  siyasi,  iqtisadi,  mədəni-mə­
nəvi  gerçəkliyə  qədəm  qoymuşdur.  Azərbaycanın  son  parla­
ment  seçkiləri  yalnız  bütün  parametrlərinə  görə  analoqu  olma­
yan  gedişatı  ilə  deyil,  həm  də dövlətçilik  tariximizin  yeni,  şanlı 
səhifəsini  açan  beynəlxalq  əhəmiyyətli  hadisədir.
Dövlətçilik  ənənəsində,  siyasətdə  varisliyə  dair  tarixi 
reallıqdan  çoxsaylı  nümunələr,  paralellər  gətirmək  olar.  Bəşər 
tarixi  məhz  belə  paralel  və  nümunələrin  məcmusudur  desək 
yanılmarıq.  Azərbaycan  da  bu  baxımdan  istisna  təşkil  etmir. 
Hər  bir  xalqın  tarixində  onun  dünya  səhnəsindən  yox  olmaq 
təhlükəsi  də,  fenomen  siyasi  liderin  əzmi  nəticəsində  bu  təhlü­
kəyə  qalib  gələrək  öz  varlığını  qoruyub  saxlaması  məqamları 
da kifayət qədər olmuşdur.
2003-cü  il  istər  Azərbaycanda,  istərsə  də  yaxın-uzaq 
xaricdə  ümummilli  lider  Heydər  Əliyevin  alternativi  olmayan, 
qalibiyyətli  inkişaf  strategiyasının  həyata  keçirilməsində  yeni 
dönüş  mərhələsi  kimi  qiymətləndirilir.  Burada  “yeni”  sözünün
-291
  -


ifadə  eldiyi  mənanın  mahiyyəti  hələ  sonadək  dərk  edilmə­
mişdir.
Əlbəttə  ki,  “yeni”  və  yaxud  “yenilik”  yalnız  söz  deyil, 
arxasında  əməli  fəaliyyətin,  möhtəşəm  dəyişikliklərin  durduğu 
strateji  və taktiki  bir mərhələdir.
Ulu  öndərin  müəyyənləşdirdiyi  milli  inkişaf xəttini  çox- 
şaxəli,  konkret tarixi  dövrlərə uyğun  olan  mərhələli-strateji  ma­
nevrlərdən  ibarət  fazalar  kimi  üzvi  bağlılıq  təşkil  edir.  Azər­
baycanda  müstəqil  dövlətçiliyin  qurulması,  demokratik,  hü­
quqi,  vətəndaş  cəmiyyətinin  təməlinin  qoyulması,  cəmiyyətin 
bütün  sahələrində  qlobal  sistemli  transformasiyaların  tələblə­
rinə  uyğun  islahatların  aparılması,  dünya  miqyasında  beynəl­
xalq  münasibətlərin  bərabərhüquqlu  subyekti  kimi  mövqe  və 
rolunun  tanınması,  regionun  lider  dövlətləri  səviyyəsinə  qalx­
ması  milli  dövlətçiliyin  inkişafında  birinci  strateji  manevr mər­
hələsi -  fazası  kimi  səciyyələndirilə bilər.
2003-cü  ildə  xalqın  etimadı  və  dəstəyi  ilə  Prezident 
İlham  Əliyevin  dövlət  rəhbərliyinə  gəlməsindən  etibarən  ulu 
öndərin  müəyyənləşdirdiyi  milli  strategiyanın  növbəti  manevr 
fazasının  başlandığı  gerçəklikdir.  Azərbaycan  bu  fazaya qədəm 
qoymuşdur.
Yaddan  çıxarmayaq  ki,  mərhələ  məfhumunun  özünə  də 
bu  gün  çox  ciddi  dəyişikliklər  edilibdir.  Əvvəlki,  keçmiş  ta­
rixdə  5-10  əsr  ərzində  baş  verən  hadisələr  bu  gün  3-5  illik  bir 
mərhələni  əhatə  edir.  Ən  qısa  zaman  ərzində  nə  qədər  möh­
təşəm  vəzifələr  reallaşdıra  bilirsə,  tarix  yazılır,  yüksəliş  baş 
verir.
Hər  birimiz  yaxşı  başa  düşürük  ki,  əhatəmizdə  yeni 
maraqlar  baxımından  formalaşan,  yeni  dünya  nizamı,  bəlkə  də 
nizamsızlığı  içərisində  milli  dövlətlərin  öz  suverenliyini  qoru­
-
292
-
yub  saxlaması  daha  da  mürəkkəbləşmişdir.  Bu  gün  beynəlxalq 
aləmdə  milli  dövlətlərin  münasibətləri  yeni  mühitdə  formala­
şır.  Zaman  hər  bir şeyə  öz  düzəlişini  edir.  Hətta  məkan,  böyük 
dövlət,  kiçik  dövlət  sərhəd  məfhumlannın  da  məzmunu 
başqalaşır.  Bu  gün  güclü,  qüdrətli  dövlət  ərazisinin  böyüklüyü 
ilə  ölçülmür.  Dövlətlərin  qüdrəti  onun  zəka  mühitinin  forma­
laşması,  yüksək  texnologiyalardan  istifadəsi  xalqın  mənafeyinə 
uyğun  siyasət  yeridilməsi  ilə  ölçülür.  Bu  baxımdan  doğrudan 
da yeni  mərhələ olduqca çətindir.
“Yenilik”  bəhs  olunan  mərhələdə  ölkənin  sonrakı  var­
lığım,  perspektivini  təmin  etmək  üçün  mütləq  zamanın  və  kon­
kret  yaşanılan  dövrün  tələblərinə  adekvat  tərzdə  yeniləşə  bil­
mək  həqiqətidir.  Bu  qlobal  inkişafın  imperativ  amilidir.  Tarix 
boyu  dəfələrlə  ölkələrin  təkamül  təcrübəsində  sınanılmış  həqi­
qətdir.  Həyat,  lokal  və  qlobal  əhatədə  gedən  proseslər  hər 
dəqiqə  siyasi  qərarlar  verilməsini,  dəyişikliklərin  dinamik,  çe­
vik  qərarlar  üzərində  qurulmasını  diktə  edir.  Bu  isə  özlüyündə 
hansı  vasitə,  taktiki  gedişlərin  və  idarəçilik  metodlarının  tətbiq 
olunmasını  problematik məsələyə çevirir.
Yeni  strateji  oriyentirlərin  hədəfə  alınması  və  adekvat 
qərarlar qəbul  edilməsi  hər kəsə müyəssər olmayan,  yalnız yeni 
dövrün  tarixi  missiyasını qəlbən duyan  yeni  liderə nəsib olur.
Hakimiyyətə  təsadüfi  gələn,  əvvəlkindən  fərqli  siyasi 
ab-havanı  duymayan,  strateji  təfəkkürünün  son  dərəcə  darlığı, 
məhdudluğu  fonunda populist  taktiki  hərəkətlər “bolluğu"  haq­
da  təsəvvür  yaradan,  bununla  fəallıq  görüntüsünə  ümid  edən­
lər  heç  vaxt  tarixdə  zamanın  nəbzini  tuta  bilən  “Yeni  lider” 
səviyyəsinə qalxa bilməmişlər.
Müasir elitologiya elmi  “ən  yaxşı  siyasi  idarəetmə  key­
fiyyətlərinə”  malik olan  seçilmiş  insanların -  elitanın  formalaş­
-
293
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə