Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
  1   2   3   4   5   6   7   8   9   ...   25


 

 



 

AKİF AŞIRLI 

 

 

 

 

 

 

 

 

 

NƏRİMANOVUN 

KREMLDƏ QƏTLİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – “NURLAN”  - 2006 




 

 



 

Texniki redaktor:  Edqar Hənifəyev 

 

 

 



Akif Aşırlı. Nərimanovun Kremldə qətli.  

Bakı, “Nurlan”, 2006. - 106 səh. 

 

 

 



 

 

 



 

 



 

“Nərimanovun Kremldə  qətli”  kitabı XX  əsr  Azərbaycan tarixinin  müəyyən  zaman  kəsiyində  səlnaməsini 



yazmış,  ictimai-siyasi  fəaliyyəti  ilə  xalqımızın  həyatında  rol  oynamış  Nəriman  Nərimanovdan  bəhs  edir.  Həm 

sağlığında, həm də ölümündən sonra ən yüksək təriflərin, gah da amansız təqiblərin obyekti olan bu siyasət adamı 

hələ  də  birmənalı  qiymətini  almayıb.  Müəllif  siyasi  nöqteyi-nəzərlərdən  kənar  obyektiv  mülahizələrə  üstünlük 

verərək, Nərimanov barəsində indiyə qədər bəlli olmayan faktlara istinadən onun ömür yoluna işıq salmağa çalışıb. 

Kitabın adının bu cür qoyuluşu da Nərimanovun fəaliyyətinin faciəli sonluğuna tam uyğundur. 

 

 



“İsmayıl bəy öldü deməyə dilim gəlmir. Öldü sözündə yoxluq var. “İsmayıl bəy yoxdur” xəbəri məni dərin-

dərin  fikirlərə  salır,  ürəyimi  sıxır,  gözlərimi  torlandırır.  İndi  millətin  qeyrətli  hamisi  kimdir?  İndi  İsmayıl  bəyə 

millətdən  nə  lazımdır?  Bircə  məzar  daşı.  Bu daş nəyə  xidmət etməlidir?  Ey  millət,  sənin  yolunda bütün  ömrünü 

sərf etdi, sənin hüququnu mühafizə etdi, son nəfəsinədək səni nicat yoluna dəvət edən insanın qəbri səndən bir daş 

gözləyir. Fəqət bu daş bütün millətin daşı olmalıdır”. 

 

Nəriman Nərimanovun 



İsmayıl bəy Qaspralının 

ölümünə həsr etdiyi məqaləsindən 

 

Nəriman  Nərimanov  barəsində  çox  yazılıb,  haqqında  müxtəlif  səpkili  fikirlər,  ideoloji  istiqamətli 



yanaşmalar ortaya qoyulub və indiyə qədər də yazılanlardan daha çox nələrsə yenidən işıq üzü görəcək. Şəxsiyyəti

fəaliyyəti tədqiqat obyekti olan bu dövlət və siyasət adamı bizlərə çox zaman qələm adamı kimi təqdim olunub. 

Ölümündən  ta  1956-cı  ilə  qədər  adı  yasaqlanan  Nərimanov  yalnız  ötən  əsrin  yetmişinci  illərində  ictimai 

lider  və  dövlət  adamı  kimi  ədəbiyyatlarda  görsənməyə  başladı.  Elə  həmin  ötən  əsrin  sonlarında  milli-azadlıq 

hərəkatının  ilk  mərhələsində  kifayət  qədər  ağrılı  ittihamlara  tuş  olaraq  Azərbaycan  torpaqlarının  ermənilərə 

bağışlanmasının müəllifi olaraq kitab səhifələrinə köçdü. 

Hətta Nərimanovun adı ilə bağlı nə varsa, hamısı milliləşdirilməli,heykəlləri sökülməlidir kimi sərt tələblər 

də  ortaya  çıxdı.  Nərimanov  belə  münasibətə  layiq  idimi?  Hər  halda  tarix  yalnız  faktların  dili  ilə  danışdığı  üçün 

əlahəzrət  fakta  müraciət  olunmalıydı.  Bəs  tarixi  fakta  münasibət  aydın  olmayanda  bu  qədər  səhvləri  kimlər 

düzəltməli,  qaydaya  salmalıdır?  Azərbaycan  sovet  tarixinin  nərimanovşünasları  Şərqin  Lenini  olan  bu  əzabkeş 

siyasət  adamının  fəaliyyətini  Mərkəzi  Komitənin  tapşırığı,  göstərişilə  inqilabın  öndəri,  Rusiyaya  hədsiz  sədaqət 

nümunəsi, proletariatın avanqardı, milli burjuaziyanın düşməni kimi epitetlərlə tarixləşdirərək, köklü səhvlərə yol 

verdiklərindən  yenidən  Nərimanov  mövzusuna  qayıtmaq  istəmədilər.  Axı  onlar  yarım  əsrlik  yazdıqlarımın 

üstündən  necə  xətt  çəkib,  Nərimanovu  yanlış  addımları,  düşüncələriylə  obyektiv,  olduğu  kimi  yazsınlar? 

Nərimanovşünasların bu tərəddüdləri tarixdə səhvlərə, təhriflərə kifayət qədər yol açıb ki, artıq Türkiyə mətbuatı, 

araşdırmaçıları Nərimanovun fəaliyyətini təftiş etməyə başlayıblar. Obyektivlik naminə demək olar ki, son iki-üç 

ildə professor Teymur Əhmədov,  mərhum  millət vəkili Şamil Qurbanov, gənc tədqiqatçı Firdovsiyyə Əhmədova 

və  Azərbaycanın Macarıstandakı  elçisi  Həsən  Həsənov  bu  mövzuya  yeniliklər  gətirmişlər. Təbii  ki,  araşdırmalar 

davamlı olmalı, Nərimanovun timsalında Rusiyanın Azərbaycana yönəlik tarixi siyasətinin parametrləri, detalları 

elə  bu  günümüz  üçün  müəyyənləşdirilməlidir.  Tarix  dəyişmir,  təkrar  olunur.  “Erməni  məsələsi”nə  çox  böyük 

önəm  verən  Çar  Rusiyasının  siyasi  məzmunundan  heç  də  fərqlənməyən  Sovet  Rusiyasına,  onun  siyasi  elitasına 

Nərimanov niyə müqavimət göstərə bilmədi? Ömrünün sonlarında oğlu 5 yaşlı Nəcəfə yazdığı etirafları bol olan 

məktubunda  bolşevizmə  münasibətində  köklü  dəyişikliyin  yaranma  səbəbləri  hardan  qaynaqlanırdı?  Nərimanov 

aldanışların  qurbanı  olaraq  Azərbaycanın  müstəqil  bir  Sovet  Cümhuriyyəti  kimi  yaşamasıdan  dolayı  apardığı 

mübarizədə niyə uduzdu? 

Məmmədəmin Rəsulzadə-Nərimanov münasibətləri yazılanlarda olduğu kimi niyə mənfi məqamlar üzərində 

dayanır? 

Ümumiyyətlə, Nərimanovun AXC-yə münasibəti necə olub? 

Tariximizin  Müsavat  dövrünün  araşdırıcıları  bu  tarixi  şəxsiyyətə  ideoloji  rakursdan  yanaşır  və  yanlış 

nəticələr doğurur. Yaxud nərimanovşünaslar az qala Nərimanovun timsalında Şərq Peyğəmbəri obrazı yaradaraq, 

əks  tərəfin  gətirmiş  olduğu  arqumentlərə  əsaslı  cavab  əvəzinə,  emosional  fıkirlər  səsləndirirlər.  Doktora  “qara 

yaxanların  ağızlarına  şillə  vurmaqla”  öyünənlər  görünür  bir  sıra  suallara  faktlara  əsaslanan  cavablar  vermək 

istəyində, həvəsində deyillər. Türkiyədə solçu görüşlü araşdırmaçılar artıq Nəriman Nərimanov şəxsiyyəti, siyasi 

fəaliyyəti  və  dünyagörüşü  ətrafında  bir  neçə  yöndə  fəaliyyətdə  bulunmaqdadırlar.  Bu  araşdırmaların  bir  qismi 

bizim arxivlərdə olmayan sənədlərə əsaslanır, Nərimanovun Türkiyə və türk dünyası ilə əlaqələrini ortaya qoyur. 

Hətta bir az uzağa gedərək onun “Qızıl Turan” qurmaq istəyən milliyyətçi kommunistlərin ideoloqu olduğu barədə 

tarixşünaslığı yeni materialla zənginləşdirirlər. Nə idi bu “Qızıl Turan”, onun ideoloqları kimlər idi? Türk Sosialist 

cümhuriyyətlərinin bir araya gəlib, ideoloji yöndə yeni bir siyasi birliyin əsasının qoyulması istəyi nədən doğurdu? 

Doktorun  Kremldə  1925-ci  ildə  qətlindən  sonra,  1956-cı  ilədək  yasaqlanmasının  səbəbi  nə  idi?  Atatürk,  Ənvər 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə