1
AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI NİZAMİ
adına ƏDƏBİYYAT İNSTİTUTU
MƏHƏMMƏD ƏMİN
RƏSULZADƏ
BOLŞEVİKLƏRİN ŞƏRQ
SİYASƏTİ
Bakı- “Sabah”- 1994
2
Ərəb və latın qrafikasından transliterasiya edəni və çapa hazırlayanı
ASiF RÜSTƏMLİ
Redaktoru filologiya elmləri namizədi
TEYMUR KƏRİMLİ
Məhəmməd Əmin Rəsulzadə. “Bolşeviklərin Şərq siyasəti” - Bakı
“Sabah”, 1994. 134 səh.
Oxuculara təqdim olunan bu kitabda müəllifin 20-ci illərin ortalarında
bolşeviklərin daxili və xarici siyasətindən, milli məsələyə münasibətindən, eləcə də
Azərbaycan mədəniyyətinin qaynaqlarından bəhs edən, bu gün də öz aktuallığını
yaşadan dörd əsəri toplanmışdır.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş və dili qismən
sadələşdirilmişdir.
P 0503020907-1 -94
029-94
© “Sabah” nəşriyyatı, 1994
Nəşriyyat redaktoru Şirindil Alışanov.
Mətbəənin direktoru Əkbər Vəliyev.
Rəssamı: Viktor Ustinov.
Texniki redaktoru: Tariq Ağayev.
Korrektoru: Vəsilə Xəlilova.
Yığılmağa verilmiş 14. XII. 1993-cü il. Çapa imzalanmış 29. 06. 1994-cü
il. Kağız formatı 70x90
1/32
. Mətbəə kağızı № 1. Yüksək çap üsulu ilə. Şərti ç. v. 5,0
Tirajı 5000. sifariş № 27. Qiyməti Müqavilə yolu ilə.
“Sabah” nəşriyyatı 370001, Bakı-1,
İstaqlaliyyət küçəsi, 10.
“Qızıl Şərq” icarə mətbəəsi, 370000, Bakı,
Həzi Aslanov küçəsi-80.
3
RUSİYADA SİYASİ VƏZİYYƏT
BİR MÜQƏDDİMƏ
Son zamanlarda Rusiya vəziyyəti təkrar diqqətləri cəlb etməyə başladı.
Avropa və Amerika qəzetlərini həftələrlə işğal edən fövqəladə hadisə və
vaqeələrdən bəhs edən qismində bu şayiələr olduqca mübaliğəlidir. Fəqət
Rusiyanın bu günkü hakimi olan kommunist firqəsi daxilində cərəyan edən
mücadilə və zümrə çakişmələrinə aid hadisələr üzərində durmaya layiq dərəcədə
ciddi və şayani-diqqətdir. Belə ki, aşağıda rəsmi vəsitələr üzərinə təhlil edəcəyimiz
bu mühüm hadisənin sovet diktatorluğu tarixində çox mühüm bir dönüm nöqtəsi
təşkil etdiyində Rusiya əhvalına vaqif tədqiqatçılar əksəriyyətlə yekdildirlər.
Kommunist firqəsini başlıca olaraq iki düşmən fraksiona bölən və əski
firqə əməkdarlarını ,bir-birinə qarşı qoyan, bir tərəfdən gizli müxalifət tərtibatını,
digər tərəfdən də şiddətli nizam-intizam tətbiqatını zərurət etdirən bu hadisə
Rusiyanın məruz qaldığı iqtisadi, siyasi və beynəlmiləl müşkilat və böhranlarla
şərtlidir.
Əlimizdə mövcud məlumat və sənədlər üzərinə təsəvvür edə bildiyimiz bu
ağır vəziyyət içərisində məfkurəvi anlaşmadan uzaqlaşan və həyata dəvət etdiyi
müxalif ruhlara qarşı mübarizədə zəif və aciz qalan bolşevik hakimiyyətinin artıq
sonunu təşkil edən bir dövri-ibtidasında olduğuna hökm edirsək yanılmarıq.
İQTİSADİ BÖHRAN
Kommunist firqəsini qaçılmaz sonuna yaxınlaşdıran bu dağılma və
tənəzzül dövrünü haqqı ilə qiymətləndirə bilmək üçün siyasi hər cür hadisələrin
zühur və inkişafında çox təsirli bir rol oynayan ünsürlərdən bəzilərini gözdən
keçirmək lazımlıdır. Bu ünsürlər arasından birincisi, şübhəsiz Rusiyanın düşdüyü
iqtisadi vəziyyətdir.
“Hərbi kommunizm”
1
təxribatına nisbətlə bir yaxşılaşma dövrünü təşkil
edən “Yeni iqtisadi siyasət”
2
əməllərini tətbiq etməklə kommunist idarəsi, özünə
müxalif olan ictimai zümrələri qismən həyata dəvət etməklə bərabər, əqlincə bu
müxalif zümrələri öz hakimiyyətində tutacaq hakim mövqeləri bizzat əlində
saxlamışdı ki, bu da başlıca böyük sənaye ilə zəruri ticarətin dövlət inhisarında
olmasından ibarət idi.
Beş ildən bəri qurulan icraat bolşevik hökumətinin “yeni iqtisadi
siyasət”dən gözlədiyi nəticəni verməmişdir. Diktatorluq bu qədər qorxduğu iqtisadi
böhran ilə mali iflasın önünə keçməmiş, həyatı bir az daha vəz etməyə müvəffəq
olmaqla bərabər, sovet hökuməti məzməi xəstəliyinin təhlükəli arizəsini təşkil edən
iqtisadi böhranla təkrar qarşı-qarşıya gəlmişdir.
4
İndiki Rusiyada ölkə sənayesi üç qismə bölünmüşdür: dövlət sənayesi,
kooperativ sənayesi və xüsusi əllərdə olan sənaye. Dövlətin bizzat özü tərəfindən
idarə olunan böyük sənaye istehsalatı ilə digər iki növ sənaye istehsalatı arasındakı
münasibəti göstərən rəqəmlər tədqiq olunacaq olursa, sovet hökumətinin “hakimi-
zirvə”-deyə qiymətləndirdiyi böyük sənayenin özünə çox da əmin bir istinadgah
olmadığı görülür.
Sabiq maliyyə komissarı Sokolnikovun bir raportundan anlaşıldığına görə
məcmui 6,7 milyard manat təşkil edən sənaye məmulatından 1,3 milyardı, təqribən
yüzdə 14-ü kiçik sənaye hissəsinə aiddir. Bundan dövlət idarəsində olan kiçik
sənaye müəssisələrinin payına 132,9 milyon (yəni yüzdə 8), kooperativ idarəsində
olan müəssisələrin payına 240 milyon (yəni yüzdə 8), xüsusi əllərdə olan
müəssisələrin payı da 2 635,9 milyon (yəni yüzdə 87) manat vəsait ayrılmışdır.
Göründüyü kimi, əksəriyyətlə əhalinin möhtac olduğu zəruri tələbat
malları istehsal edən kiçik sənaye məmulatı sahəsində hökumət xüsusi
təşəbbüskarlarla rəqabətdən acizdir və bu acizlik getdikcə artır. Çünki böyük
sənayeyə aid əskidən mövcud alətlər ya köhnəlmiş və yaxud xarab edilmiş, bundan
sonrakı inkişafı üçün yeni maşın və alətlərə olan ehtiyacın təminilə lazım olan
sərmayə də bolşevik xəzinəsində yoxdur. Hər hankı bir sənayenin dirçəlişi və
inkişafı üçün zəruri olan kapital yığımından bolşevik hökuməti məhrumdur.
Məzkur Sokolnikovun ifadəsinə görə kəndlərdə olan kapital 250 milyon altun
manat miqdarında ikən bu yığım sovet hökumətinin istifadə edə biləcəyi bir şəkildə
deyildir. Kəndlilər pullarını əmniyyət sandıqlarına və banklara qoymurlar. 1913-cü
ildə əmniyyət sandıqlarında 500 milyon manatlıq kəndli yatırdı (tövdiatı) vardı.
Halbuki indi Sovetlər İttifaqındakı əmniyyət sandıqlarına verilən tövdiat 50 milyon
manatdan artıq deyildir. Və bu miqdar daxilində kəndli tövdiatı qətiyyən yoxdur.
Bu şərait daxilində iqtisadi sisteminin bünövrəsini təşkil edən böyük
sənayenin dirçəlişi və inkişafı üçün lazım gələn sərmayəni sovet hökuməti əcnəbi
məmləkətlərdə təşkil edəcəyi istiqrazla alacağı kredit vasitəsilə təmin edə bilərdi.
Halbuki ümdələrindən fədakarlıq etmək surətilə olsa da o, bu pulu bu günə qədər
ala bilməmiş, bundan sonra alacağına da ümid yoxdur. Böyük sənaye yalnız
sərmayəsizlik üzündən deyil, idarəsizlik üzündən də dərin bir böhran
keçirməkdədir. Məmulat hökumətə çox baha başa gəlir. Daxili bazarın ehtiyacını
ödəyəcək miqdardan çox az və bahalı olduğundan bu məmulat təbii ki, kənd
istehsalatının qiyməti üzərində də əks təsir göstərir. Əcnəbi məmləkətlərə sövq
üçün toplanılan ərzaq qiyməti cahan siyasətində rəqabət edə bilməyəcək bir şəkildə
yüksəlir. Məmulat ilə məhsulat qiymətləri arasında tərs mütənasib bir
müvazinətsizlik hasilə gəlir. Nəticədə “Pravda” qəzetəsinin aşağıda təsvir etdiyi bir
mənzərə qarşısında qalırıq; “...il yarımdan bəri zaman-zaman şiddət peyda edən
əmtəə qıtlığı, məmulat ilə məhsulat qiymətlərinin bariz bir surətdə bir-birindən
uzaqlaşması; kiçik satış qiymətləri ilə topdansatış qiymətlərinin biri-digəri ilə
mütənasib
olmaması,
maaşın çoxalma meyli göstərdiyi halda, əmək