Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə1/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
  1   2   3   4   5   6   7   8   9   ...   54


 
 
 
 
 
 
 
 
 
 
edilməsi  üçün  kontr-tsiklik  kapital  buferi 
tətbiq edilə bilər. Bu  məqsədlə kontr-tsiklik 
buferinin  iqtisadi  artımın  sürətindən  asılı 
olaraq  maksimal  3%,  minimal  isə  0% 
səviyyəsində  tətbiqi  məqsədəuyğun  hesab 
edilmişdir. 
 
1.  Siyasət faydalılığı 
 
Alınmış  nəticələr  bankların  makro-tsiklik 
proseslərə  həssaslığının  idarə  edilməsi,    o 
cümlədən  sistem  əhəmiyyətli  bankların 
müəyyən  olunması  və  onlara  dair  nəzarət 
və  tənzimləmə  rejiminin  formalaşdırılması 
məqsədilə istifadə edilə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Mərkəzi Bankı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mərkəzi Bank və İqtisadiyyat
 
JURNALI
 
 
 
 
 
məqalələr və tədqiqat işləri silsiləsi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
© 
AMB, I rüb, 2013-cü il
 



 
MÜNDƏRİCAT 
 
 
 
Ön soz 
 
E.Rüstəmov. 
İnstitutlar  və iqtisadi artım: qlobal faktlar . ......................................8 
 
A.Babayev
Valyuta ehtiyatlarının idarə olunması: yeni yanaşmalar ................... 18 
 
X.Abdullayev. Oyun nəzəriyyəsi: monetar və fiskal siyasətlərin davranış modelləri..30 
 
A.Ələsgərov, N. Ramazanov. Pul siyasəti və qlobal çağırışlar ..................................45 
 
Ş.
Adıgözəlov, V.Əhmədov. İnflyasiyanın optimal həddinin qiymətləndirilməsi .........57 
 
F.İsmayılov. Resursla zəngin iqtisadiyyatlarda optimal fiskal qaydalar  ....................69 
 
A.Zülfüqarov, O.İsmayılov. Bank böhranları: qiymətləndirmə 
metodologiyaları............................................................................................................81 
V.Əhmədov, G.Tahirova. İqtisadi artımın empirik modelləri  ..................................96 
 
Ş.
Adıgözəlov, X.Kərimov, H.Əliyeva. Daşınmaz əmlak bazarında qiymət səviyyəsinin 
qiymətləndirilməsi.....................................................................................................106 
X.Kərimov. Manatın məzənnəsinin inflyasiyaya ötürücülük qabiliyyəti  ................. 119 
 
A.Qasımov, X.Kərimov. Mübadilə məzənnəsinin real sektorun sahələrinə təsiri.....133 
 
X.Abdullayev, S.Hüseynov. İqtisadi modellərin pul siyasətində rolu ..................... 144 



 
 
Ön söz 
 
 
Hörmətli oxucular, 
 
Azərbaycan  Mərkəzi  Bankı  “Mərkəzi 
Bank   və   İqtisadiyyat”   adlı   yeni   elektron 
jurnalı  diqqətinizə  təqdim  edir.  Bu  nəşr 
iqisadiyyatın  və  iqtisadi  inkişafın  müxtəlif 
aspektlərini  özündə  əks  etdirən  məqalələri  və 
tədqiqatları  əhatə  edir.  Əsas  məqsədimiz  geniş 
oxucu  kütləsini  və  professional  auditoriyanı 
müasir    ekonomiks-lə    daha    dərindən    tanış 
etmək,  dünya  iqtisadiyyatı,  iqtisadi  nəzəriyyə, 
empirik 
iqtisadi 
tədqiqatların 
metodoloji 
məsələləri  və  ölkə  iqtisadiyyatının  inkişafı  ilə 
baglı  aparılan  tədqiqatların  nəticələrini  təqdim 
etməkdir.  Yeni  nəşr Mərkəzi  Bankın  iqtisadi  və 
maliyyə  maarifləndirilməsi  sahəsində  apardığı 
fəaliyyətinin 
 
mühüm 
 
intellektual 
məhsullarından biri kimi çıxış edir. 
İqtisadiyyat  insan  həyatına  və  hər  bir 
insanın  gələcəyinə  təsir  edən  strateji  fəaliyyət 
sahələrindən  biridir.  Bəşər  tarixində  iqisadi 
resurslar 
həmişə 
məhdud 
olmuşdur. 
Bu 
resurslardan   bəhrələnmək   istəyən   insanların 
sayı  isə  daim  artır.  İnsanlar  öz  maddi 
durumlarını  yaxşılaşdırmağa  çalışırlar.  Lakin, 
təbii  ki,  istəklər  ilə  imkanlar  həmişə  üst-üstə 
düşmür.  Məhz  buna  görə  də  müasir  ekonomiks 
daim  resursların  optimal  bölgüsünü  təmin  edən 
effektiv  iqtisadi  siyasətin  axtarışındadır.  Bu 
mənada  nəzəri  əsasları  rasional  olan  iqtisadi 
siyasətin  formalaşması  akademik  dairələrin  və 
siyasət 
quruculularının 
həmişə 
diqqət 
mərkəzindədir. 
İqtisad  elmi  çox  unikal  münasibətləri 
özündə  əks  etdirir  və  bir  çox  elmlər  burada 
kəsişir.  İnkişaf  prosesləri  mürəkkəbləşdikcə, 
burada 
yalnız 
makroiqtisadiyyat 
və 
mikroiqtisadiyyat   deyil,   həm   də   sosiologiya, 
 
 
psixologiya,    riyaziyyat,  o  cümlədən  səlist  və 
qeyri-səlist  məntiq  kimi  elitar  sahələr  getdikcə 
aktiv  rol  oynamağa  başlayırlar.  Bütün  bu 
məsələlərin  öyrənilməsi  üçün  dərin  intellektual 
və  tədqiqat  bazasının  mövcud  olması  başlıca 
şərtdir. 
Bunu    nəzərə    alaraq,    Azərbaycan 
Mərkəzi  Bankı  son  illər  makroiqtisadi  siyasətin 
empirik  əsaslarının  qurulması  istiqamətində 
məqsədyönlü  iş aparır. Bankın  müvafiq tədqiqat 
və  analitik  strukturları  pul  siyasəti  və  onun 
təsirlərinin  ekonometrik  təhlili,    makroiqtisadi 
simulyasiya  və  proqnozlaşdırma  modellərinin 
qurulması, 
bank 
sektorunda 
maliyyə 
dayanıqlığının  tədqiqi,  qlobal  iqtisadiyyatın 
öyrənilməsi,  müxtəlif      sosial-iqtisadi  inkişaf 
məsələlərinin  araşdırılması  istiqamətində  zəruri 
iş  aparırlar.  Məqsədimiz  –  strateji  iqtisadi 
tənzimləmə  institutu  olaraq  fəaliyyətimizin 
bütün  istiqamətlərində  güclü  elmi  əsasların 
formalaşdırılmasıdır. 
Son  qlobal  iqtisadi  böhrandan  sonra 
dünya  iqtisad  elmində  və  qlobal  beyin 
mərkəzlərində  iqtisadi  siyasətlərin  dizaynı  və 
gələcəyi 
ilə 
baglı 
intensiv 
debatlar 
aparılmaqdadır.  Böhranların  qarşısını  almaq 
üçün  iqtisadi  siyasətin  platforması  nədən  ibarət 
olmalıdır?    Bu    siyasətin    məqsədləri, 
istiqamətləri   və   alətləri   arasında   harmoniya 
necə  qurulmalıdır?  Bu  kimi  suallar  ətrafında 
aparılan  “beyin  yarışlarının”  mahiyyətini  dərk 
etmək  üçün  zənnimcə,  ilk  növbədə  iqtisadi 
inkişafla  bağlı  qlobal  proseslərin        tarixi 
təkamülünə, 
qanunauyğunluqlarına, 
cari 
vəziyyətinə  və  perspektivlərinə  qısa  nəzər 
yetirmək lazımdır. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə