Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил
1
ЕКОЛОЭИЙА ВЯ ЯТРАФ МЦЩИТИН МЦЩАФИЗЯСИ
A .O. RÜSTƏMOVA, İ.H. HÜSEYNOV, S.N. DƏRZİYEVA, R.T. QAFAROV
(MAKA –nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu )
MONITORINQ GÖSTƏRİCİLƏRİNƏ ƏSASƏN NEFTLƏ ÇİRKLƏNMİŞ
ƏRAZİNİN EKOLOJİ YARARLI HALA GƏTİRİLMƏSİ MƏSƏLƏSİNƏ AİD
Abşeron yarimadası 200 ilə yaxın dövr-
dür ki, neftçıxarma rayonudur. Vaxtilə mütə-
rəqqi neftçıxarma texnologiyasının olmama-
sı, ətraf mühitin mühafizəsinin ən sadə tələb-
lərinə belə riayət edilməməsi yarimadada
çoxlu neft və neft məhsulları ilə çirklənmiş
torpaq sahələrinin yaranmasına səbəb olmuş-
dur. Neft yataqlarını istismarı zamanı tor-
paqların münbit qatı deqradasiyaya məruz
qalmışdır. Bunun nəticəsində torpaq səthinin
mexaniki pozulması , münbit məhsuldar tor-
paq sahəsinin bitki örtüyündən məhrum ol-
ması ilə müsahidə olunur.
Bizim misalımızda 35.5 ha ərazinin re-
kultivikasiyası nəzərdə tutulmuşdur. Rekulti-
vikasiya nəzərdə tutulmuş 35.5 ha ərazi “Bi-
biheybətneft” NQÇİ - nin 1 saylı sexinin şi-
mal-şərqində yerləşir. Ərazi şimaldan avto-
mobil qarajı ilə, şərqdən Xəzər dənizi ilə,
cənubdan “Kovş” adlanan neft yuyucu mən-
təqəni yarıya bölən yol ilə, qərbdən isə re-
kultivikasiya aparilan 10.65 ha və 16.54 ha
ərazilər ilə sərhədlənir.
Tədqiq olunan rayon geomarfoloji cəhət-
dən abraziv-akkumulyativ dənizkənarı dü-
zənlikdə yerləşir. Onun əmələ gəlməsində
Xəzər dənizin boyük rolu olmuşdur
Ekoloji monitorinqdən sonra, yəni ərazi-
yə baxışdan sonra ərazidə rekultivikasiya
(neftlə çirklənmiş ərazilərin təmizlənməsi)
işləri aparılmalıdır. Rekultivikasiya prosesi
bioloji və mexaniki mərhələlərdən ibarətdir.
Konkret olaraq 35.5 ha mədən ərazisində re-
kultivikasiya işlərinin aparılmasını açıqlaya-
cağıq. Əvvəl neftlə çirklənmiş həmin bu əra-
zidə hazırlıq işləri başlanılır. Bunlar aşağıda-
kılardır:
1.
Ərazilərin məişət tullantılarından təmiz-
lənməsi
2.
Ərazilərin metal tullantılarından təmizlən-
məsi.
3.
Mazut - su gölməçələrinin qurudulması.
Çirklənmiş ərazilərdə torpaqların çirklən-
mə dərəcəsindən asılı olaraq hesabat üçün
müxtəlif dərinliklər qəbul edilir. Tədqiq
etdiyimiz ərazidə çirklənmə dərinliyin
qiyməti 0.5 m qəbul edilmişdir.
Tövsiyyələr:
Tortpaqlar avtonəqliyyat vasitəsi ilə
35 km məsafədə, Binəqədi qəsəbəsində
yerləşən “çirklənmiş torpaqların yuyulma
sexinə” daşınır və yuyularaq, yenidən
rekultivikasiya ərazisinə qaytarılır. Yuyulma
prosesində gil parçaları,eləcədə vibroələkdən
keçməyən iri dənəvər qrunt hissələri, neft
şlamı yuyulmuş torpaqlardan ayrılır. Belə-
liklə, yuyularaq əraziyə qaytarılan qruntun
həcmi:
(Neft-Qaz ET layihə institutunun
araşdırmalarına əsasən)
96000.0m³x0.8=76800.0m³
Dib çöküntüləri avtonəqliyyat vasitəsi
ilə 1-2 km məsafədə, Bibiheybət zonasında
yerləşən, çirklənmiş torpaqların qəbul mən-
təqəsinə daşınır və bir müddət burada saxla-
nılaraq qurudulduqdan sonra yuyulur.
Gölməçələri doldurmaq üçün ştiv (daş
karxanası tullantıları) nəzərdə tutulmuşdur.
Ərazidə olan, istismardan çıxmış bağlı neft
quyularının beton özüllərinin dağıdılmasın-
dan alınan beton parçaları və lazımsız tikili-
lərin sökülməsindən yaranan tullantılar da
gölməçələrin doldurulmasına sərf olunmalı-
dır.
Beləliklə, karxanalardan daşınan ştivin
həcmi:
64500.0m³-692.0m³=63942.0m³
Torpaq işlərinin kartoqrammasına əsasən,
planlaşdırma üçün lazım olan qruntun həcmi
82500.0m³-təşkil edir.
Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил
4
Yuyulma zamanı itkiyə gedən qruntun
əvəzinə karxanadan daşınan torpaq həcmi:
96000m³x0.2=19200.0m³
Karxanalardan daşınan torpağınümumi
həcmi:
82500.0m³+19200.0m³=
=101700.0m³ təşkil edir
Beləliklə, rekultivasiya ərazisində buldo-
zer vasitəsi sürükləməklə yayılan qrunt (kar-
xanalardan gətirilən torpaq, ştiv, beton par-
çaları, zavoddan daşınan yuyulmuş torpaq)
ümumi həcmi
101700m ³+63942.0 m ³+76800.0 m³+
+692.0 m ³=243134.0 m³
təşkil edir.
Ərazinin bioloji rekultivikasiya məsələ-
sinə keçək.
Bioloji rekultivikasiya torpaqın xüsusiy-
yətini yaxşılaşdrılması, neftlə çirklənmiş tor-
paqlarda neft korbohidrogenlərinin parça-
lanmasının intensivləşməsi, nəmliyin saxla-
nılması məqsədi ilə aparılır. Bu zaman bio-
loji təmizləmədə ammofoska pereapatından,
nitrofoska pereparatından istifadə olunur. Bu
pereparatlar 1 m³ əraziyə 50 q hesabı ilə
hopturulur. Suvarma işləri 9 ay bioloji pro-
ses müddətində 18 dəfə hər m²-a 25 litr su
verilməklə aparılır. Bioloji təmizlənmənin
sonunda torpağın tərkibi nin yaxşılaşdırılma-
sı üçün 1 ha sahəyə 30 kq hesabı ilə arpa ya-
xud yonca əkilməlidir. Burada 1 məsələ or-
taya çıxır – labarator analiz aparılması üçün
1 ha sahədən ilkin nümunələr götürülür və
hər bir nümunə asağıdakı komponentlərə gö-
rə analiz edilir:
•
Neft parçalarının və geterotrof mikrobları-
nın sayı
•
Qruntunun duzluğu
•
Nəmlik ( bir başqa çöl şəraitində)
•
pH (bir başqa çöl şəraitində)
•
Neft məhsullarının miqdarı
•
Ağır metalların miqdarı
•
Qruntunun
fitotoksik analizi
Rekultivasiyadan əvvəl ərazinin moni-
torinq göstəricilərinə nəzər salaq.
Neftlə orta və az çirklənmiş sahələrdə
torpaqların çirklənmə dərəcəsinin orta
göstəricisi
Dərinlik (m)
Orta göstəricisi %
0,25
0,50
1,00
1,5
2,0
1,97
2,13
1,47
0,44
0,0
Neftlə çox çirklənmiş sahələrdə torpaqlarm
çirklənmə dərəcəsinin orta göstəricisi
Dərinlik (m)
Orta göstəricisi %
0,25
0,50
1,00
1,5
2,0
1,97
2,13
1,47
0,44
0,0
Neftlə kütlənin bir hissəsi torpaq sət-
hində qalmaqla örtük əmələ gətirmiş, bir his-
səsi isə müxtəlif dərinlikdə torpaqın dərinli-
yinə hopmuşdur. Yarimadanın torpaq-bitki
sistemində yaranmış həmin gərginliyin ara-
dan qaldırılmasında əsas məsələ texnogen po-
zulmuş proseslərin, eləcə də həmin torpaqla-