Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə1/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   106


AZƏRBAYCAN  RESPUBLIKASI  TƏHSİL  NAZİRLİYİ  

AZƏRBAYCAN  DÖVLƏT  PEDAQOJİ  UNİVERSİTETİ

ŞAHALI GÜLMALI OĞLU HƏSƏNOV

MƏTANƏT  MAHMUD  QIZI  ƏSGƏROVA

TORPAQ  COĞRAFİYASI TORPAQŞÜNASLIĞIN

ƏSASLARI  İLƏ

Azərbaycan RespublikasıTəhsil

Nazirliyi tərəfindən  dərs  vəsaiti

kimi təsdiq edilmişdir

BAKI – 2010


Elmi redaktor: biologiya elmləri doktoru, AMEA-nın 

həqiqi üzvü   Q.Ş.Məmmədov



                         

Rəyçilər:         kənd təsərrüfatı elmləri doktoru,                 

                        professor   A.P.Gərayzadə



                                          

                        kənd təsərrüfatı  elmləri  namizədi,

                        baş elmi işçi   A.B.Cəfərov

1



G İ R İ Ş

Torpaqşünaslıq 

  -


 torpaqlar,   onların

əmələgəlməsi,   quruluşu,     tərkibi,   xassələri,   coğrafi

yayılma   qanunauyğunluqları   və   torpağın   əsas   xassəsi

olan münbitliyinin formalaşmasını və inkişafını müəyyən

edən  ətraf mühitlə qarşılıqlı əlaqə prosesləri,  torpaqların

kənd   və   xalq   təsərrüfatında   səmərəli   istifadəsi,

aqromədəni   şəraitdə   torpaq   örtüyünün   dəyişilməsi

məsələləri haqqında elmidir. 

  Torpaq   coğrafiyası   torpaqşünaslığın   əsasları   ilə

kursu landşaftın tərkib hissəsi kimi cografi-pedoqoji təhsil

sistemində   xüsusi   yer   tutur.   Çünki   torpaqşünaslıq   və

torpaq   coğrafiyası   kursu   təbii   elm   kimi   təbiətin   tərkib

hissələri   və   onun   komponentləri   arasında   qarşılıqlı

vəhdəti və əlaqələri öyrənib müəyyən etmək üçün geniş

imkanlar yaradır.

Ətraf   mühitin   bütün   komponentlərinin   qarşılıqlı

təsirinin  nəticəsi olan torpagın formalaşması  prosesi  və

torpaq   tiplərinin   yayılma   qanunauygunluqları   ilə   tanış

olduqda   yerin   coğrafi   mənzərəsini   öyrənən   tələbələr

təbiətin   mürəkkəb   dialektik   vəhdətdə   və   inkişafda

olduğunu dərindən dərk edirlər.

Əsas   istehsal   vasitəsi     olan   torpagın   insan

cəmiyyəti   üçün   mühüm   əhəmiyyəti   vardır.   Torpagın

öyrənilməsi   və   onun   elmi   əsaslarının   dərindən     dərk

edilməsi   insanın   təsərrüfat   fəaliyyətinin   düzgün

istiqamətlənməsi,   kənd   təsərrüfatı   istehsalının   düzgün

planlaşdırılması üçün çox zəruridir.

Torpaqda gedən mürəkkəb bioloji, geokimyəvi və

fiziki-kimyəvi   proseslərin     öyrənilməsi   ətraf   mühitin

2



mühafizəsi   üzrə   tədbirlərin   həyata   keçirilməsi,   qiymətli

mineral sərvət yataqlarının   axtarışı, müxtəlif mühəndisi-

tikinti obyektlərinin tikilməsi üçün böyük əhəmiyyət kəsb

edir.


Cografiya   müəllimləri   torpaq   haqqında   biliklərə

dərindən   yiyələnməlidirlər,   çünki   orta   təhsil   sistemində

torpaq   haqqında   ibtidai   məktəbdə   təbiətşünaslıq

dərslərində   verilən     ümumi   anlayışlar,   bir   qədər   sonra

botanika,  kimya,   ümumi  biologiya   və  xüsusilə  cografiya

kurslarında  tədricən genişləndirilir və dərinləşdirilir. Digər

fənn   müəllimlərindən   fərqli   olaraq   cografiya   müəllimləri,

müstəsna hal kimi, torpaqşünaslıq və torpaq cografiyası

sahəsində bilikləri daha yüksək səviyyədə   mənimsəməli

və dinamiki olaraq fənlərarası əlaqədə onu istifadə etməyi

bacarmalıdır.

“Torpaq   coğrafiyası   torpaqşünaslığın   əsasları   ilə”

kursu   uyğun   olaraq   pedaqoji   universitet   və   institutların

coğrafiya, biologiya və   ekologiya fakültələrinin əyani və

qiyabi   tələbələrinin   tədris     proqramına   uyğun   olaraq

yazılmışdır.

Dərslikdə torpaqşünaslıq və torpaq coğrafiyasının

müasir   vəziyyəti,   bütövlükdə   onun   quruluşu   və

müddəaları   coğrafi-pedoqoji   təhsil   sisteminə   uyğun

şəkildə qurulmuş, hazırkı dövrdə tətbiq olunan proqramı

tamamilə əks etdirir. Kursun materialları girişlə başlayan

iki böyük hissədə qruplaşdırılmışdır.

Dərsliyin birinci hissəsində  torpaq və onun əmələ

gəlməsi  haqqında anlayışlar, həmçinin  torpaq haqqında

təlimlərin   qısa inkişaf tarixi, torpaqşünaslığın və torpaq

coğrafiyasının   əsas   nəzəri   problemləri,   torpağın

mənşəyini   və   təkamülünü   əks   etdirən   ayrı-ayrı   ümdə

məsələlər, torpağın coğrafi yayılma   qanunauyğunluqları

barədə   məlumat   verilir.   Burada,   eyni   zamanda   torpaq

coğrafiyası proqramına uyğun olaraq torpaqəmələgətirən

3



amillər,   aşınma   prosesi   və   torpağın   mineral   hissəsi,

torpağın  yaranmasında bioloji  amillərin  rolu  və torpağın

üzvi   hissəsi,   torpaq   kalloidləri   və   torpağın   udma

qabiliyyəti,   torpağın   maye   və   qaz   fazalarının   kimyəvi

tərkibi,   fiziki   xassələri,   morfoloji   quruluşu   ətraflı   təsvir

olunmuş,   torpaqəmələgəlmə   prosesində   insan

fəaliyyətinin   rolu   və   torpağın   insan   cəmiyyəti   üçün

əhəmiyyəti geniş şərh olunmuşdur.

Dərsliyin   ikinci   hissəsi   dünyanın,   o   cümlədən

Azərbaycan   Respublikasının   əsas   torpaq   tiplərinin

səciyyəsinə   həsr   edilmişdir.  Bu   hissədə   eyni   zamanda,

ayrı-ayrı   zonal   torpaq   tiplərinin   coğrafi   arealları,   onların

strukturası və regional xüsusiyyətləri, əmələgəlmə şəraiti,

morfologiyası, təsnifat sxeminə uyğun olaraq mənşəyi və

diaqnostikası,   fiziki-kimyəvi   və   mineraloji   xassələri,

mühafizəsi, kənd təsərrüfatında istifadəsi və münbitliyini

artırmaq yolları təsvir olunmuşdur. 

Torpaq coğrafiyasının qanunlarını və prinsiplərini,

torpaq   örtüyünün   zonal   və   regional   xüsusiyyətlərini

bilmək, torpaq islahatının müasir tələblərinə uyğun olaraq

onun   sərvətlərindən   səmərəli   istifadə   etmək,   torpağın

münbitliyini yüksəltmək coğrafiya və aqronomiya elmləri

sahəsində   fəaliyyət   göstərən   bütün   mütəxəssislər   üçün

çox mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, torpaq və

onun   qlobal   səviyyədə   coğrafi   müxtəlifliyini,   onların

regional xüsusiyyətlərini bilmədən, orada baş verən təbii

prosesləri   düzgün   qiymətləndirmədən   kənd   təsərrüfatı,

meşəçilik və xalq təsərrüfatının başqa mühüm sahələrinin

torpaq   fondundan   səmərəli   istifadə   edib   düzgün

yerləşdirmək   və   ixtisaslaşdırmaq   mümkün   deyil.   Bu

cəhətdən   mövcud   dərslik   Bakı   Dövlət   Universiteti,

Azərbaycan   Dövlət   Pedoqoji   Universiteti   müəllim   və

tələbələri   üçün   və   eləcə   də   xalq   təsərrüfatının   müxtəlif

4



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə