Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.

səhifə7/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 
30
salıram və ürəyimdən belə bir arzu keçir ki, kaş bu gün o, sağ olaydı, 
onun mənim üzərimdə olan zəhmətin mindən birini qaytara biləydim. 
 
İllər keçib. Övlad sahibi olmuşam, nəvə sahibiyəm. Bəzən 
övladlarımdan hər hansı biri mənə soyuq münasibət bəsləyəndə, yaxud 
məsləhətimə qulaq asmayanda ürəyimdə küsmüşəm, lakin inciməyimi 
biruzə verməmişəm. Yadıma salanda ki, mənim də anamın sözlərinə 
qulaq asmayanda o da yəqin mənim keçirdiyim hissləri keçirib, onda 
bunu bir qanunauyğunluq kimi qəbul edirəm və belə düşünmüşəm ki, 
görünür valideynlərimi incitdiyimin əvəzini alıram. Övladlarımı 
bilmirəm, vaxtilə anama qarşı bir soyuq münasibətim olubsa, bu gün də 
onun peşmançılığını çəkirəm. 
 Lakin 
düşünəndə ki, mənim anama qarşı heç bir pis hərəkətim 
olmayıb, onda təskinlik tapıram, dincəlirəm.  
 Kaş insanlar hansı məsələdə səhv edirlər etsinlər, ancaq ataya və 
anaya qarşı səhv etməsinlər. Çünki başqa səhvlərin əvəzini vermək olar, 
amma anaya və ataya qarşı etdiyin səhvlərin əvəzini qaytarmaq mümkün 
deyil. Övlada ana məhəbbətinin sonu yoxdur. Mən hər hansı bir toy 
mərasimində olarkən həmişə ana məhəbbəti hissinin nəyə qadir 
olduğunu yaxından müşahidə etmişəm. Ana haqqında mahnı oxunarkən 
kimliyindən və yaşından asılı olmayaraq hamısının göz yaşlarını 
görmüşəm. Ana məhəbbətinə  bərabər dünyada ikinci hissin olğunu 
eşitməmişəm.  


 
31
 "Ana 
qəlbim odlanır, söz düşəndə davadan" misraları ilə başlanan 
mahnıda  bəşəri bir hiss var. Bu hissin əsasında ananın övlada 
məhəbbəti, ana narahatlığı durur. 
 Anamın savadı yox idi. Lakin mən onu həmişə ziyalı bir qadın 
kimi xatırlayıram. Onun duruşunda da, oturuşunda da, insanlarla 
ünsiyyətində  də, məclislərdə özünü aparmasında da həmişə yüksək 
mədəniyyət və ziyalılıq duymuşam. Hərdən ziyalı qadınlarla söhbət 
edəndə anamı gözümün önünə  gətirirəm. Onlarla müqayisə edirəm və 
hər zaman da mənim belə anam olduğu üçün qürur hissi keçirirəm. Hansı 
məclisə düşürdüsə, hamı onun hərəkətlərinə heyranlıqla baxırdı. Çox 
ağır bir qadın idi. Amma onun hərəkətlərindən də , dinib danışmayanda 
da bunlardan bir ibrət öyrənirdilər.  
 Bir 
dəfə Napoleon yaxın köməkçilərindən birinə bir sual verir: 
"Fransız gənclərini ən yaxşı kim  tərbiyələndirə bilər?" O:"Analar"-deyə 
cavab verir. Napoleon bu sözlərdən çox təsirlənir. Hər hansı bir 
cəmiyyətin sağlamlığında şübhəsiz anaların rolu əvəzedilməzdir. 
 Fransız filosofu D.Didro deyir ki, analıq qadının gözəlliyini 
tamamlayır. Başqa bir alim isə deyir ki, yaxşı ana min müəllimə dəyər. 
Həzrəti  Məhəmməd peyğəmbər deyib ki, ata və ana səni eyni vaxtda 
səsləyirsə, sən ananın yanına get. 


 
32
 Anam 
haqqında dediklərimi ümumiləşdirərək belə bir nəticəyə 
gəlirəm ki, anamın qucağında öyrəndiklərim dərsləri və onun 
söylədikləri nağılları ömrüm böyu unuda bilmərəm.  
 
Mən anamı öz vətənimdə, boya-başa çatdığım Aşağı Mollu 
kəndində torpağa tapşırmışam. Bu mənim üçün böyük təskinlikdir. Yaxşı 
ki, o, vətəndə dünyasını  dəyişib, bizim bu günkü günlərimizi görmədi. 
Amma bir şey ürəyimi sızıldadır. O da ondan ibarətdir ki, onun məzarı 
yağı düşmənin tapdağı altındadır. Bunun üçün hər gün, hər an 
nigarançılıq keçirirəm.   
Anamın ilk övladı kimi mənim həyatım çox keşməkeşli olub. 
Uşaqlıq illərim ağır keçdiyi kimi orta məktəbi də üç kənddə başa 
vurmuşam.  İbtidai sinifləri Aşağı Molluda, yeddillik təhsilmi Yuxarı 
Molluda və orta təhsilimi Xanlıq kəndində başa vurmuşam.  Əsgəri 
xidmətimi yerinə yetirdikdən sonra Sumqayıt  şəhərinə  gəlib aliminium 
və kimya zavodlarında fəhlə və növbə rəisi işləmişəm. 
Sumqayıtda işlədiyim illərdə  təhsilimi davam etdirmişəm. 
Əvvəlcə mexanizasiya məktəbini, sonra isə statistika texnikumunu başa 
vurmuşam. Ali təhsilə isə V.İ.Leinn adına Azərbaycan Dövlət Pedaqoji 
İnstitutunda yiyələnmişəm. Bundan sonra yenidən ana yurdum Aşağı 
Molluya köçmüşəm.  Əvvəlcə  məktəbdə müəllim, sonra isə  kəndimizdə 
kolxoz sədri vəzifəsində  işləmişəm. 4 illik kolxoz sədri dövründə 
kəndimiz üçün nəyi bacarırdımsa onu da etmişəm. Sonra isə 1993-cü ilin 


 
33
qaçhaqaç dövrünə  qədər müəllimlik peşəmi davam etdirmişəm. Hal-
hazırda Sumqayıt şəhərində yaşayıram və təqaüdçüyəm. Dörd oğlum və 
bir qızım var. Kiçik oğlum Qabil  iki  il bundan əvvəl İrkutsk vilayətində 
naməlum qatillər tərəfindən öldürülüb.  
Ömür-gün yoldaşım Sərmayə xanımın mənim və  uşaqların 
üzərində çox böyük zəhməti və qayğısı olub. O, məndən və 
uşaqlarımdan heç bir şeyi  əsirgəməyib. Mehribançılığımız və 
əlbirliyimiz sayəsində uşaqlarımız yüksək tərbiyə sahibi olublar. Ədalət 
naminə deməliyəm ki, baldızım Səriyyə  də ömrü boyu bizimlə birgə 
yaşayıb və uşaqlarımın üzərində çox böyük zəhməti olub.  
 
 
 
 
 
 
 
 
 


 
34
FƏTƏLİYEV TAHİR ƏŞİR oğlu 
 
FƏTƏLİYEV Tahir mənim ilk övladımdır. 1959-cu ildə Sumqayıt 
şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərində alıb. Sonra ali 
təhsil almaq üçün Rusiyanın İrkutsk şəhərinə gedib və oradan ali təhsilli 
zootexnik kimi qayıdıb.  Əvvəlcə Azərbaycanın Abşeron rayonunda 
işləyib. Abşeron toyuq fabrikində sex rəisi vəzifəsində çalışıb. Sonra isə 
yenidən ali təhsil aldığı  İrkutsk  şəhərinə qayıdıb. Elə o vaxtdan indiyə 
qədər  İrkutsk  şəhərində kommersiya fəaliyyəti ilə  məşğuldur. Ailəlidir. 
Həyat yoldaşı Gülzar xanım ziyalı bir ailədən çıxıb. Gülzar xanım 
Tahirlə birlikdə iki oğul, bir qız böyüdürlər - Rəşad, BƏŞİR və Lalə. 
BƏŞİR ata babasının adını daşıyır. 
 
 
 
 
 
 
 
 
 
 



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə