Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   2   3   4   5   6   7   8   9   ...   32

 
25
 
Mən yuxarıda Qubadlı ərazisində mövcud olan tarixi və memarlıq 
abidələri haqqında danışmışam. Lakin yerinə düşərdi ki, rayonumuzun 
bir sıra  kəndlərində mövcud olan bəzi tarixi abidələrin də adını çəkəm.  
Bunlardan rayonumuzun Kürçülü kəndindəki Günbəzi, Göy qalanı, 
Çibikli kəndindəki Məscidi (bu məscid albanlardan qalmadır), 
Xocamsaxlıdakı qalanı, Dəmirçi Dondarlıda Hacı  Bədəl körpüsünü 
göstərmək olar. 
 
Aşağı Molluda bir sıra yer adları olmuşdur Bunlardan kağ yerini 
(bu yer mənim babam Fətəli kişiyə mənsub olub, ona görə də həmin yerə 
Fətəlinin kağ yeri deyiblər), kiçik qarovul, böyük qarovul, sarı  təpə, 
düyü torpağı, Babaxan kələyi, Kəklik bulağı, Kəlbə    İsmayıllılar, 
Nəzərin sulu qobusu, Muncuqlu kələk, sınıq qaya, Sətinin qayası, Böyük 
dərə, Kağ dərəsi, səf dərə, dik daş, əyri dərə, tapan dərə və s. kimi xalq 
arasında  adı dillərdə gəzən yer adları olub. 
 Molluda 
camaatın savad alması üçün çalışan xeyirxah adamlar 
sırasında  ilk olaraq Qulu Yüzbaşının adını çəkmək lazımdır. O,1924-cü 
ildə Molludakı evində ilk məktəb təşkil edib. 
 Mollaburan 
kəndindəki ilk pristav binasını isə  mənim babam 
Fətəli kişi tikdirib. Sovetləşmədən sonra  isə  həmin bina əvvəlcə  kənd 
sovetinə verilib, sonra isə oradan məktəb kimi istifadə etməyə 
başlayıblar. 


 
26
 
Molludan ilk təhsil dalınca gedən Molla Əhməd olub. O, 
Xorasanda təhsil aldıqdan sonra kənddə molla məktəbi açaraq dərs 
deməyə başlayıb. Molla Əhmədin oğlu Nəhməd kişi də çox savadlı olub. 
Yaşlı adamların dediyinə görə o, Qurani-Kərimi  əzbər bilirmiş. 
Sovetləşmə dövründə dini təbliğ etmək yasaq olduğu üçün ölü namazını 
gizlin qılar və imkan daxilində bu sahədə camaata kömək edərmiş. 
 
Aşağı Mollu kəndində ilk inqilabçı  və ilk kommunist Həbib 
Quliyev olub. Ona camaat arasında Qara Həbib də deyərlərmiş. Bunu da 
qeyd edim ki, mən də onu xatırlayıram.  İlk  sovetləşmə dövründə  
banditlərin tərksilah edilməsində onun böyük  xidmətləri olub. Uzun 
müddət rayonumuzda müxtəlif kənd sovetlərində  sovet sədri olub. 
 
Kəndimizin camaat tərəfindən sevilən adamlarından biri də Bəylər 
Orucov olub. O, həm bənna, həm dülgər, həm də  dəyirmançılıq 
sənətlərini bilirmiş. Dəyirmanda üyüdülən taxılın muzdu ilə çox-çox 
aclara və kasıblara kömək edib. Mən də bu insanı xatırlayıram. Sahib 
olduğu  bütün peşələrlə kənd camaatına təmənnasız kömək edərdi. 
 
Kəndin yaşlı adamlarının dediyinə görə bizim Mollu camaatının 
babaları İranın Şamolular kəndindən gəlmədir. Bu ağlabatan bir fikirdir. 
Çünki o dövrdə İran hökmdarları başqa ərazilərdə etnik dayaq yaratmaq 
üçün əhalinin bir qismini başqa yerlərə köçürmüşlər.  


 
27
CƏBRAYIL YÜZBAŞI 
Əslən Aşağı Mollu kəndindən olan Cəbrayıl yüzbaşı eyni zamanda 
mahalın adlı-sanlı  adamlarından biri olub. Cəbrayıl yüzbaşı  həm 
xeyirxah, həm də  əliaçıq bir adam olub. Deyilənə görə Mir Cəfər  
Bağırov bir gün rayonun Həmzəli kəndinə  gəlir və  Kəbla Mikayılın 
evində yüzbaşı Cəbrayılı yanına çağırır. Əlyanlı meşəsində yuva salmış 
banditlərin tutulmasında ona kömək etməyi təklif edir. Çünki deyilənlərə 
görə    heç  kəs yüzbaşı  Cəbrayılın sözündən çıxmırmış. Bu işdə o, 
M.C.Bağırova kömək edir. Sonra M.C.Bağırov  ona söz verir ki, sənə 
yaxşı bir vəzifə verəcəm. Lakin Cəbrayıl kişi  camaat içərisində 
nüfuzunu itirməmək üçün İrana çıxıb gedir və ölənə qədər orada yaşayır. 
M.C.Bağırov isə onun rayondan getdiyini eşidib çox təəssüflənir. 
 
 
 
 
 
 


 
28
ACILI, ŞİRİNLİ AİLƏ HƏYATIM 
 
 Bu 
başdan qeyd edim ki, bu kitabda belə bir məsələyə 
toxunmaqda heç də özümü təbliğ etmək məqsədi güdməmişəm.  İlk 
növbədə məqsədim ondan ibarət olub ki, keçmişimiz, ata və babalarımız, 
onların necə insanlar olduğu barədə  nəvələrimə  və ailəmizə yaxın olan 
insanlara məlumat verim. 
 
Mənim babam Fətəli Dünyamalı  oğlu orta kəndli olub. Sürü ilə 
qoyunu, mal-qarası və dükanı olub. İki qardaş  olublar. Babamın BƏŞİR 
adında bir oğlu və Tamaşa adında bir qızı olub. Yuxarıda dediyim kimi 
onun özünə məxsus kağ yeri olub. Deyilənə görə babam hazırcavab, söz 
götürməyən və  cəsarətli bir adam olub. Kəndimizin yaşlı adamlarının 
dediyinə görə o, yüzbaşı ilə tez-tez mübahisəyə girərmiş, dediyindən 
dönməzmiş. Babam həm də podratçılıqla məşğul olub. O, dövlətdən pul 
götürüb tikinti işləri görərmiş. Yuxarıda qeyd etdiyim Mollaburhan 
kəndindəki böyük binanı o tikdiribdir. 
 Babamın Camal adında bir qardaşı olub. Camal kişinin 3 qızı olub. 
Onun qızının biri erkən dünyasını  dəyişib. Qalan iki qızının isə 
kəndimizdə nəvə və nəticələri var. 
 Babamın oğlu və mənim atam Dünyamalıyev BƏŞİR Fətəli oğlu 
sadə  əməklə  məşğul olan bir kolxozçu olub. 1941-ci ildə müharibə 
başlayanda dünyasını    dəyişib. Hazırda iki qardaş    və iki bacım var. 


 
29
Qardaşımın adı Nüsrət, bacılarımın adı isə Diləfruz və Hamatıldır. Atam 
vəfat edəndə  mənim 5-6 yaşım olub. Demək olar ki, mən ata qayğısı 
görməmişəm və onunla bağlı heç bir xatirə yadımda qalmayıb. Erkən 
atamı itirməyim mənim sonrakı həyatıma da güclü təsir edib və mənim 
sonrakı  həyatım anamla bağlı olub. Bir sözlə, anam mənim bütün 
qayğımı öz üzərinə götürüb. Odur ki, anamla bağlı xatirələrim zəngindir.  
 Anam 
Dünyamalıyeva Xurşud Hüseyn qızı Yuxarı Mollu 
kəndindəndir. Anamın taleyi ilə  mənim uşaqlıq taleyim arasında bir 
oxşarlıq olub. O da uşaq ikən  əvvəlcə atasını, sonra isə anasını itirib. 
Onu ana babası Haqverdi kişi saxlayıb. Anamın Qardaş adında bir xalası 
oğlu və  İldırım adında dayısı  oğlu olub. Müharibə başlananda 
müharibəyə gediblər və müharibədən sonra anama çox kömək ediblər. 
Xüsusilə, anamın dayısı  oğlu  İldırımın anama və  mənə çox köməkliyi 
dəyib. Mənim böyüyüb ərsəyə çatmağımda anamın əməyi ömrümə həkk 
olub.  
 Müharibənin ağır günlərində o, həmişə kolxozda işləməklə 
məndən heç bir şey  əsirgəməyib. Bir sözlə, anam mənim həyatımın 
himayəçisi olub.  
 Bu 
gün 
yaşımın ahıl çağında da anamı böyük məhəbbətlə 
xatırlayıram, onu yad edəndə indinin özündə  də kövrəlirəm. Süfrə 
başında oturanda onun mənim qarşıma qoyduğu duzu, çörəyi yada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə