SALATIN ƏHMƏDLİ
KÖRPƏ SƏSİ,
ANA NƏFƏSİ
Bakı – 2014
Salatın Əhmədli
2
Redaktorlar:
Yunis Əhmədov
Korrektor:
Şəbnəm Mahmudova
Dizayn:
Şəmsiyyə Əliyeva
Salatın Əhmədli. KÖRPƏ SƏSİ, ANA NƏFƏSİ
Bak
ı. B-Print. 2015. 200səh.
ISBN 978-9952-440-03-5
© Salatın Alı qızı Əhmədli, 2014
Salatın Əhmədli
3
Ön söz
Azərbaycan ədəbiyyatı tariximizə qədim və
zəngin mənbələri, incəsənət, ədəbiyyat örnəkləri ilə
daxil olub. Bu ədəbiyyatı yaradan dahi sənətkarları-
mız, istedadlı qələm sahiblərimiz vardır. Bu gün də
ədəbiyyatımız inkişaf edir.
Hər bir sənətkar yaşadığı cəmiyyətin ictimai,
siyasi hadisələrini, insanının ideya-estetik görüşlərini
yaratdığı əsərlərinin mövzusuna çevirir. Bəşəriyyətin
qlobal problemlərini, ümumilikdə insan-təbiət münasi-
bətlərini, qayğılarını yazıçı yaratdığı əsərlərində
təcəssüm etdirir. Azərbaycan ədəbiyyatında insan və
zaman, tarix və şəxsiyyət, fərdin taleyi, insanın
sevinci və faciələri yazıçı, şair, dramaturq qələmində
çox böyük həssaslıqla öz bədii ifadəsini tapır. S.
Əhmədlinin “Körpə səsi, ana nəfəsi” kitabında da bu
keyfiyyətləri görürük.
Salatın Əhmədlinin “Körpə səsi, ana nəfəsi”
kitabında müxtəlif illərdə yazdığı, mətbu orqanlarda
çap olunmuş, oxucuların maraqla qarşıladığı hekayə-
ləri toplanıb nəşr edilmişdir.
Salatın Əhmədli
4
Ədəbi prosesdə daima dünyanın taleyi üçün
narahatlıq, həyəcan və təlaş, insan və təbiət arasındakI
cismani bağlılıq izlənir. İnsanın mənəvi aləmi bu ger-
çəkliklərlə bağlıdır. Istedadlı sənətkar insanın kifayət
qədər açılmamış qapalı dünyasına nüfuz edə bilməli,
onun dünya, kainat haqqında geniş, düşün-dürücü
idrakı gerçəkliklərinə bələd olmalı, dünyaya sığmayan
kiçik, amma düşündüyümüzdən də böyük ürəyinin
tutumunu “görməlidir”. Yaradıcı şəxsiyyət insan
fərdiyyətinin böyüklüyünü, eləcə də cılızlığını görmə-
lidir ki, onun insan kimi mənfi və müsbət insani xüsu-
siyyətlərini, şəxsiyyət, qəhrəman, ideal insan keyfiy-
yətlərini üzə çıxarsın.
Insanların mənəvi-əxlaqi simasınin mənfi və
müsbət tərəfləri sosial mühitdə açılır. İsan nəfsinin
əsiri olanda bədbəxtlik bağlı qapıdan da girir.
Taleh (“Ərin üzü dönüncə”) ailəsi ilə nə qədər ki,
sadə, deyək ki, kasıb yaşayırdı, mehriban bir ailəyə
sahib idi: “istiqanlı, böyük-kiçik yeri bilmək-lərilə”
qonum-qonşuların da rəğbətini qazanmış-dılar. Elə ki,
Taleh Əmir oğlu sahibkarlıq fəaliyyətinə keçdi və
işləri də uğurlu alındı. “hündür boylu, adına bənzər-
gözəl-göyçək bir gəlin”, “danışığı, şux görkəmi və
Salatın Əhmədli
5
gülüşü” gözəlliyini birə beş artıran, elə bil ki, Tanrı
“xoşbəxt olmaq üçün yaratmış” olduğu Südabə son
vaxtlar görürdü ki, daha əri işdən ona zəng eləmir, evə
gələndə sanki üz-gözündən yorğunluq yağır. Bəzən
hətta həftələrlə şəhərdən kənara iş üçün getdiyini
deyir, gələndə də əvvəllər olduğu kimi Südabə ilə
səfər təəssüratlarını bölüşmür”.
İllərlə heç vaxt ərindən bir nigarançılıq çək-
məyən, onun iş qayğıları ilə, övladlarının gələcəyi
üçün çalışan Südabə ərinin telefonuna gələn aramsız
mesajları, zəngləri görür: “Hətta bir dəfə telefonda
gənc bir qızın ərinə necə sevgi-namə oxuduğunu da
eşitdi. Taleh Südabəni gör-mürdü. Ona:
- Mənim göyərçinim, mənim quşcuğazım, yenə
üçmaq istəyirsən?
Bu şirin sözlərdən xoşlanan qız da tez cavab
verdi:
- Hə, hə.
- Haralara?
- O yerlərə ki, orada bizdən yuxarıda heç kim
olmasın.
Südabə eşitdiyi bu söhbətin üstünü vurmadı.
Amma elə bil ki, içində nəsə qırıldı. Bir anda beli
Salatın Əhmədli
6
büküldü. Südabə illərdən bəri qoruduğu qürurunu
büllur bir qab kimi daşların üstündə çiliklənmiş gördü.
Həmin zəngdən sonra Taleh iki həftə evə
gəlmədi. Gələndə də ağızucu xaricdə olduğunu, iş
üçün yeni müqavilə bağlamağa getdiyini dedi”.
Südabə yenə səbr edir, böyük bir məhəbbət üzərində
qurulmuş aiəsini qorumağa çalışırdı.
Amma fələk elə bil onun bu qədər alçaldılmasına
imkan vermədi. Taleh ondan əncir istəyəndə Südabə
dərin bir nimçə götürüb bağa düşdü. Əncirin altında
elə bil təndir qalamışdın. Bərk isti idi. Boyu çatan
qədər budaqlardakı əncirləri bir-bir nimçəyə yığdı. Bir
qədər əli çətin çatdığı budaqda daha iri əncirlər vardı.
Nimçəni daşın üstünə qoyub əncirə baxdı. Bir əli ilə
budağı əyib şirəyə dolmuş əncirləri qoparmağa
başladı. Gözü budağın haçasına sataşdı. Elə haçanın
üçtündə yerini rahatlayıb qıvrılmış gürzəni gördü.
Budağı tez əlindən buraxdı. Budağın silkələnməsilə
gürzə hərəkətə gəl-di. Ağzını açıb çox da kənarda
olmayan Südabə-nin düz sinəsinə tərəf atıldı.
İlanın dişləri Südabənin buxağından bir az aşağı,
döşlərindən isə bir az yuxarı–açıq yerə sancılmışdı.
Südabə qışqırıb geri atıldı. Elə bil ki, ilanın ağzı ilə
Dostları ilə paylaş: |