Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
Məmmədov Mahil İsa oğlu,
Zeynalov Zaman Həbib oğlu
FƏRDİ KOMPÜTERLƏR
(Dərs vəsait)
GƏNCƏ – 2016
2
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08 dekabr 2015-ci il
tarixli 1108 nömrəli qərarına əsasən tədris vasitələrinə nəşr hüququ (qrif)
verilməsi ali və orta ixtisas təhsili müəssisələrinin özlərinə tapşırılmışdır.
Dərs vəsaiti informasiya texnologiyaları və sistemləri kafedrasının 11
noyabr 2015 –ci il tarixli (protokol 05), elektroenergetika və informasiya
texnologiyaları fakültəsinin Elmi Şurasının 24 noyabr 2015-ci il tarixli
(protokol 04), ADAU-nun Tədris Metodiki Şurasının 12 fevral 2016-cı il
tarixli (protokol 02), ADAU-nun Elmi Şurasının 07 iyun 2016-cı il tarixli
(protokol 08) iclaslarında müzakirə olunmuş və nəşr edilməsi tövsiyə
edilmişdir.
Dərs vəsaitinə Azərbaycan Dövlət Aqrar universitetinin 08 iyul 2016-cı
il 402 saylı əmri ilə (bənd 1.31) nəşr hüququ (qrif) verilmişdir.
L – 104
Az – 2016
UOT 004.3
M51
Məmmədov M. İ., Zeynalov Z.H.– Fərdi kompüterlər (Dərs vəsaiti).
Gəncə:, AKTA, 2016. -118 səh.
Rəy və təkliflərini bildirən oxuçularımıza təşəkkürümüzü bildiririk.
mahilmi
@rambler.ru
51 − 036 − 2016
əş
ADAU-nın nəşriyyatı 2016
Məmmədov M. İ., Zeynalov Z.H.
downloaded from KitabYurdu.org
3
GİRİŞ
Kompüter, istifadəcilərdən aldığı əmrlərlə verilənlər (infor-
masiya) üzərində hesabi və məntiqi əməliyyatları yerinə yetirən,
yadda saxlayan və saxladığı informasiyaları istənilən zaman
ötürə və əks etdirə bilən enektron rəqəmsal maşındaır (qurğu-
dur). Kompüterlər bu əməliyyatları yaddaşında olan proqramlar
əsasında yerinə yetirir, yəni kompüterlər proqramla idarə olunan,
proqramlaşdırıla bilən qurğudur. Kompüter öz basina heç bir
əməliyyatı yerinə yetirə bilməz. Kompüterlə bağlı olan bəzi
terminlərin mənaları nəzər salaq.
Giris: İstifadəcilər tərəfindən və ya kompüter tərəfindən
təmin edilən verilənlərdir. Bu verilənlər rəqəmlər, hərflər,
işarələr, sözlər, səs və video siqnalları və əmrlərdir. Verilənlər
giris (daxiletmə) qurğuları tərəfindən toplanır (daxil edilir).
Əməliyyat: Verilənlər məsələnin həlli proqramına uyğun
olaraq emal blokunda hesabi və məntiqi emaldan keçir ki, bu da
əməliyyat adlanır.
Yaddaş: Verilənlərin saxlandığı fiziki mühitdir. Daxil edilən
və emal edilən verilənlər və proqramlar yaddaşda saxlanılır.
Çıxış: Kompüter tərəfindən emal bloklarında (qurğularında)
emal olunan verilənlərdən alınan yeni verilənlər, (mətn, rəsm,
şəkil, musiqi, qrafik, hərəkətli görüntü, və s.) ekran (monitor),
printer, səsucaldan kimi müxtəlif çıxış qurğularından istifadə-
çilərə catdırılır. Hər bir kompüterin işəlməsi üçün texniki və
proqram təminatına ehtiyac vardır.
Texniki təminat (Hardware): Kompüteri təşkil edən fiziki
qurğular yığımına texniki təminat deyilir. Ekran, klaviatura,
yaddaş qurğuları, siçan, printer, mikroprosessor, skayner və s.
Kompüterin texniki təminatını təşkil edən hissələrdir.
Proqram təminatı (Software): Kompüter qurğularının işlə-
məsini və məsələlərin həllini təmin edən əmrlər yığımı proqram
adlanır. Bu proqramların yığımına proqram təminatı deyilir.
Proqramlara misal olaraq, mətn redaktorları, elektron cədvəllər
(spread sheet), proqramlaşdırma dilləri və s. proqramları
göstərmək olar.
4
1. KOMPÜTERLƏRİN TƏSNİFATI
Kompüterlərin təsnifatı dedikdə onların müəyyən əlamətlərə
görə qruplaşdırılması nəzərdə tutulur.
Kompüter texnikasının müxtəlif təsnifatları mövcuddur:
* inkişaf (nəsillərinə) mərhələlərinə görə;
* arxitekturasına görə;
* məhsuldarlığına görə;
* istismar şərtlərinə görə;
* prosessorların miqdarına görə;
* istehlak xüsusiyyətlərinə görə və s.
Kompüterlərin siniflərinin arasında dəqiq sərhədlər mövcud
deyil. Strukturlarının və istehsal texnologiyalarının təkmilləş-
dirilməsi müddətində, kompüterlərin yeni sinifləri meydana
çıxır, mövcud siniflərin sərhədləri əhəmiyyətli dərəcədə dəyişir.
1.1. Kompüterlərin qısa inkişaf tarixi
İnsanların gündəlik həyatında daha az vaxt sərf etməklə
müxtəlif əməliyyatların aparmalarını təmin etməyə yönələn
vasitələr istehsal etmələrinin tarixi bəşəriyyətin tarixi qədər
qədimdir. Bu mənada kompüterlərin ilk əcdadları sayılan
vasitələr sadə hesablama işlərini görən mexaniki vasitələrdir.
Müasir günümüzə qədər yaradılmış hesablama vasitələrinin
tarixi inkişaf dövrünü növbəti dövrlərə bölmək olar:
1. Əl hesablama vasitələri (b.e.ə. VI əsr.- b.e. XVII əsri.)
2. Mexaniki hesablama vasitələri (XVII əsr - XX əsrin ortası)
3. Elektromexaniki hasablama vasitələti (XİX əsrin 90-cı
illərindən XX əsrin 40-cı illərinədək)
4. Elektron hesablama vasitələri (XX əsrin ortası – müasir
dövr)
Esxila faciəsində Prometey iddia edir: "Düşünün ki, mən
adam elədim: say onlara ixtira etdim və hərfləri birləşdirməyi
öyrətdim", say anlayışı yazının yaranmasından (meydana
downloaded from KitabYurdu.org