Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə1/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
  1   2   3   4   5   6   7   8   9   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)



Mövzu 1. “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” 
fənninin predmeti, məqsədi və vəzifələri 
 
1.1.
―Sosial iş nəzəriyyəsi və təcrübəsi-1‖ fənninin predmeti. 
Sosial iş elm kimi. 
1.2.
Fənnin məqsədi və vəzifələri 
1.3.
Sosial işdə nəzəriyyələr və təcrübələr 
1.4.
Sosial işlə bağlı qanunların mahiyyəti və təsnifatı 
1.5.
Fənnin əhəmiyyəti 
1.1.
 
“Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti. Sosial 
iş elm kimi. 
Müasir 
dövrdə 
baş verən sürətli inkişaf, informasiya-
kommunikasiya texnologiyalarının tərəqqisi, ayrı-ayrı sahələrdə 
həyata keçirilən innovasiyalı proseslər tədris prosesində də müasir 
dövrün tələblərinə cavab verən yeni yanaşmaların mövcudluğunu 
tələb edir. Hazırda sosial sahədə müxtəlif problemlərin həllinin 
elmi əsaslarla həyata keçirilməsi, sosial işin institutlaşması və bu 
sahədə mütəxəssis hazırlığı vacib məsələlərdən sayılır. Bu 
baxımdan ―Sosial iş nəzəriyyəsi və təcrübəsi-1‖ fənninin ali təhsil 
müəssisələrində, o cümlədən Bakı Biznes Universitetində tədrisi 
mühüm əhəmiyyət kəsb edir. Tədris zamanı ―Sosial iş nəzəriyyəsi 
və təcrübəsi-1‖ fənninin predmeti, məqsədi, vəzifələri, bu sahədə 
beynəlxalq təcrübə, sosial işin ictimai xarakteri, sosial iş və 
şəxsiyyət, sosial etnik münasibətlərin əhəmiyyəti, özünü inkişaf 
motivasiyasının güclədirilməsi, insanların sosial müdafiəsi, sosial 
ekspertiza texnologiyaları, sosial işdə sosial diaqnostika və onun 
tətbiqi metodları, sosial işə əsas elmi yanaşmalar, sosial işdə 
modellər və nəzəriyyələr, sosial işdə qrup və kollektivlərin 
qarşılıqlı fəaliyyətlərinin rolu kimi məsələlər öz əksini tapacaqdır. 
Fənnin predmeti- 
sosial işin tarixi, nəzəriyyəsi və təcrübəsini 
müvafiq metod və metodologiyalardan istifadə yolu ilə öyrənmək, 
sahə üzrə bacarıqlara və vərdişlərə yiyələnməkdən ibarətdir. 



―Sosial iş‖ bir fəaliyyət növü və tədris fənni olaraq, insanlara 
onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət 
göstərmələri üçün yardım etməyə istiqamətlənmişdir. ―Sosial iş‖ 
anlayışı 
XIX əsrin sonlarından Qərbi Avropa və Amerikada geniş 
yayılsa da müstəqil ixtisas kimi İkinci Dünya Müharibəsindən 
sonra tədris olunmağa başlamışdır. Bu da dövlətlərin üzərinə daha 
çox sosial öhdəlik götürülməsindən irəli gəlirdi. 
Sosial xidmət göstərən şəxslərə ―sosial işçilər‖ deyilir. ―Sosial iş‖ 
ilk dövrlər yetim və valideyn himayəsindən (ailə qayğısından) 
məhrum olmuş uşaqları, əlilləri, ahılları, problemli ailələri əhatə 
etsə də, sonradan bu xidmət növünün əhatə dairəsi yaşından, 
cinsindən, etnik mənşəyindən, dinindən, irqindən asılı olmayaraq 
dəstək və yardıma ehtiyacı olan hər kəsə şamil olundu. 
Sosial işin əsas vəzifəsi yardıma ehtiyacı olan şəxsə kömək 
göstərmək, onun hüquq və maraqlarını müdafiə etmək, son 
nəticədə şəxsin müstəqil fəaliyyət göstərmək qabiliyyətini təmin 
etməkdir. Odur ki, sosial işçi sifarişinin fərdi psixologiyasına 
yaxından bələd olmalıdır. 
Hələ eramızdan əvvəl 1750-ci ildə Babilistan hakimi Hammurapi 
tərəfindən tərtib edilmiş Ədalət Kodeksində həbs olunan insanların 
bir-birinə dəstək olmaları tələbi qoyulmuşdu. E.ə. 1200-cü ilə aid 
edilən qədim İudeyanın yazılı mənbələrində qeyd edilirdi ki, Allah 
yəhudilərdən yoxsul və bədbəxtlərə yardım etmələrini gözləyir. Bu 
qanunlar əslində ehtiyacı olan şəxslərə filantropiya (xeyriyyəçilik) 
əsasında yardımın göstərilməsini tənzimləyirdi ki, bu da sosial 
yardımın ilk formalarından birini təşkil edirdi. Filantropiya yunan 
sözü olub, mənaca ―insansevərlik‖-ehtiyacı olanlara yardım 
mənasını ifadə edir. Sosial iş bəzi cəhətlərinə görə ―xeyriyyəçilik 
fəaliyyəti‖ ilə oxşar olsa da, struktur baxımından tam fərqlidir. 
Belə ki, xeyriyyəçiliyin əsas hərəkətverici qüvvəsi mənəvi borc və 
xeyirxahlıq etmək istəyidir. 
Sosial işin inkişaf etməsində dinin də müsbət rolu olmuşdur. Belə 
ki, kilsə və monastırların nəzdində fəaliyyət göstərən məktəblərdə, 
xəstəxanalarda, 
nikahdankənar 
dünyaya 
gəlmiş, 
valideyn 
himayəsindən məhrum olmuş uşaqlar, yaşlı və əlil insanlar üçün 
sığınacaqlarda yalnız sosial-məişət məsələləri deyil, həm də 



pedaqoji fəaliyyət (təhsil, o cümlədən peşə təhsili və s.) həyata 
keçirilirdi. 
Cəmiyyət inkişaf etdikcə yoxsulluğun artıq bir ehtiyac kimi aradan 
qaldırılması tələb olunur, insanlar tərəfindən yoxsulluq ictimai bəla 
hesab edilirdi. XIV əsrdən etibarən bir sıra Qərb dövlətləri 
dilənçilərin təqib edilməsi istiqamətlərində bir sıra qanunlar qəbul 
etdilər. İngiltərədə fərdi şəxslərə sədəqə vermək qanunla qadağan 
edildi. Burada sağlam yoxsullar işləməli, xəstələr isə kilsələr 
tərəfindən idarə olunan xüsusi sığınacaqlarda saxlanmalı idilər. 
dilənçiliklə mübarizədə cəmiyyətin fəal iştirak etməsi, qısa 
zamanda İngiltərə və digər ölkələrdə dilənçilərin sayının 
azalmasına səbəb oldu. Xəstələrə, uşaqlara, məhkumlara qayğı 
göstərilməsi filantropiya hərəkatının əsas qayəsini təşkil etdi. 
1530-cu ildə Almaniyanın imperiya seymi tərəfindən yerli 
hakimiyyət orqanlarınna hər bir icmanın öz yoxsullarının 
ehtiyaclarının daxili imkanlar hesabına ödənilməsi barədə göstəriş 
verildi. Oxşar qanunlar qısa zaman ərzində Fransa, Hollandiya və 
digər ölkələrdə də qəbul edildi. Qısa müddətdə Avropada qocalar 
və uşaq evlərinin inşaasına başlandı. Hamburq şəhərində siyasi 
iqtisadçı Byuşh və ticarətçi Fohtun səyləri nəticəsində 1778-ci ildə 
yoxsullar üçün ümumi qəyyumluq cəmiyyəti təşkil olundu. 
Cəmiyyətin yaradılmasında əsas məqsəd hər bir yoxsulun imkan 
daxilində gündəlik dolanışığının təmin edilməsi idi. 
1865-ci ildə İngiltərədə keşiş Vilyam Buts ―Xilas ordusu‖ adlı 
təşkilat yaratdı. Təşkilatın əsas fəaliyyəti kasıb və kimsəsiz 
insanlara yardım göstərilməsi idi. XIX əsrin sonu-XX əsrin 
əvvəllərində könüllü xeyriyyəçilikdən elmi və peşəkar 
filantropiyaya keçid baş verdi. Avropada ―sosial tibb‖, Amerika 
Birləşmiş Ştatlarında isə ―sosial iş‖ terminləri yarandı. 
Ceyn Adams (1860-1935) Amerika Birləşmiş Ştatları tarixində ilk 
dəfə ―tənzimləmə evi‖ adlı sosial mərkəz yaratmaqla sosial 
xidmətin genişlənməsinə böyük töhfələr verdi. 1917-ci ildə ABŞ-
da sosial iş sahəsində fəaliyyət göstərən ilk təşkilat –Amerika 
Sosial İşçilərinin Assosiasiyası yaradıldı.
Sosial iş bir peşəkar fəaliyyət kimi XIX əsrdə formalaşmağa 
başlamışdır. İlk dəfə 1898-ci ilin yayında Kolumbiya 



Universitetində sosial iş üzrə sinif açıldı. İngiltərədə də sosial iş 
demək olar ki, Amerika Birləşmiş Ştatları ilə eyni vaxtda 
yaranmışdır. İngiltərədə ilk sosial işçilər xəstəxanada fəaliyyət 
göstərmişlər. 1895-ci ildə Meri Stevard Royal Fri xəstəxanasında 
çalışan ilk sosial işçi olmuşdur.
Qeyd olunanları nəzərə alaraq, sosial işin inkişaf tarixini şərti 
olaraq aşağıdakı dörd mərhələyə ayırmaq olar: 
I mərhələ-qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək 
formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, 
mərhəmət, filantropiya və xeyriyyəçilik bu dövrdə formalaşmışdır. 
II mərhələ- XIX əsrin sonu və XX əsrin əvvəllərin əhatə edən bu 
dövrdə sosial iş ayrıca peşə kimi formalaşmışdır. 
III mərhələ- XX əsrin 80-ci illərində sosial işin insan hüquqlarının 
müdafiəsi və təmin edilmə üsulu kimi dərk edilməsi formalaşır. Bu 
mərhələdə Ümumdünya İnsan Hüquqları bəyannaməsi (1948-ci il) 
və insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə əks olunmuş 
hüquqlar sosial işin inkişafında və tətbiq dairəsinin 
genişlənməsində mühüm hüquqi baza yaratdı. 
IV mərhələ - XX əsrin 90-cı illərin əvvəllərində sosial iş 
nəzəriyyəsi formalaşır və bununla dünya elminə daha bir elm 
sahəsi əlavə olunur. 
XX əsrin sonlarından fəaliyyət forması kimi mövcud olan sosial 
işin inkişafında son dörd onillik xüsusi yer tutur.
Bütün dünyada və Azərbaycanda ailə problemlərinin tədqiqi, 
yeniləşən və qloballaşan siyasi proseslər zəminində insanların ailə 
həyatında baş verən dəyişikliklərin öyrənilməsi kifayət qədər 
böyük aktuallıq kəsb edir. 
Müasir dövrdə Azərbaycanda ailə problemlərinin ümumi 
xarakteristikası ölkənin müstəqilliyi illərində respublikanın ictimai, 
iqtisadi və siyasi sferalarında baş verən əhəmiyyətli dəyişikliklərlə 
izah edilir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın 
üzləşdiyi çoxsaylı çətinliklər, ölkə ərazisinin 20 faizinin 
Ermənistan tərəfindən işğal olunması, Azərbaycanın ənənəvi 
sosial-demoqrafik strukturunu dəyişmiş və ölkəni çoxsaylı həyati 
problemlərlə üz-üzə qoymuşdur. Bununla yanaşı, sosial-iqtisai 
münasibətlərin yeniləşməsi şəraitində Azərbaycan ailəsinin dəyər 



istiqamətləri, maraqları, həyat tərzi, idealları, normaları və 
davranış stereotiplərini nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Bu 
isə ayrılıqda hər bir ailənin həyatında müəyyən gərginliyin 
yaranmasına səbəb olmuşdur. 
Ölkəmizdə sosial işin institutlaşması dövrü sosial işçi kadrlarının 
hazırlanmasını zəruri edir. Məhz bu zərurət, gələcək sosial iş 
mütəxəssislərinin müvafiq sahə üzrə hərtərəfli nəzəri və praktiki 
biliklər alması məsələsini aktuallaşdırır. 
Müasir ali təhsil sistemində Azərbaycan üçün yeni olan və sosial iş 
adlanan ixtisasa maraq oyanmışdır. Sosial işin nəzəriyyəsinin 
uğurlu şəkildə mənimsənilməsi, qərb dövlətlərinin sosial xidmətlər 
sahəsində toplanmış intellektual potensialına və təkmilləşmiş 
təcrübəsinə əsaslanmalıdır. 
Sosial iş üzrə ixtisaslaşmış kadrların hazırlıq səviyyəsi də mühüm 
əhəmiyyət kəsb edən amildir. Sosial sahə mütəxəssislərin 
yetişdirilməsində 
sosial 
işin 
subyekt 
və 
obyektlərinin 
fəaliyyətlərinin psixoloji aspektlərinin öyrənilməsinin vacibliyini 
zəruri etdi. 
Tədrisin məqsədi həmçinin tələbələrin diqqətini mövcud, aktuallıq 
kəsb edən sosial problemlərə yönəltmək və onları həmin 
problemlərin ümumi vəziyyəti ilə tanış etməkdir: 
-dünyəvi sivil proseslər kontekstində ölkəmizdə və xaricdə sosial 
dəstək ənənələrinin özünəməxsus formalaşması və inkişaf etməsini 
təhlil etmək; 
-sosial işin nəzəriyyə və praktikasının anlayışlar və kateqoriyalar 
sistemini müyyənləşdirmək; 
-sosial işin tarixi təcrübəsinin aktual problemlərinin əsas 
mahiyyətini açıqlamaq, sosial yardıma ehtiyacı olan şəxslərə 
professional səviyyədə köməklik göstərməyin elmi-nəzəri və 
praktik tərəflərinə dair biliklərini zənginləşdirmək. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə