MühaziRƏ 1 Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri



Yüklə 1,27 Mb.
səhifə1/72
tarix30.12.2023
ölçüsü1,27 Mb.
#165842
  1   2   3   4   5   6   7   8   9   ...   72
C fakepathMÜHAZ R L R^J 1-19 (1)


MÜHAZİRƏ 1

  1. Tullantıların növləri, təsnifatı və təhlükəlilik sinifləri


    1. Tullantıların əsas əmələ gəlmə mənbələri

Sənayenin mənfi təsiri təbii ehtiyatların hasilatı və emalı prosesləri tullantılarının təbiətin konkret hissələrinə və bütövlükdə biosferə təsiri ilə ifadə olunur. İstehsal və istehlak tullantıları qlobal miqyasda ətraf mühitin antropogen çirklənməsinin əsas mənbələridir. Hər il tullantıların tutduğu ərazilər durmadan artmaqdadır. Tullantıların əsas tədarükçüləri mədənçıxarma, kimya, metallurgiya, yanacaq və enerji sənayeləridir.
Ümumiyyətlə, tullantılar insanların məişətdə, nəqliyyatda, sənayedə fəaliyyəti nəticəsində əmələ gələn, lakin əmələ gəldiyi yerlərdə birbaşa istifadə olunmayan, faktiki və ya potensial olaraq iqtisadiyyatın digər sahələrində, həmçinin də regenerasiya prosesində xammal kimi istifadə oluna bilən məhsullara deyilir. İstehsal tullantıları məhsulların hazırlanması prosesində əmələ gələn və faydalı fiziki xassələrini tam və ya qismən itirmiş materialların, xammalın, yarımfabrikatların qalıqlarıdır.
İstehsal tullantıları xammalların fiziki-kimyəvi emalı, faydalı qazıntıların çıxarılması və zənginləşdirilməsi nəticəsində əmələ gələn, alınması bu istehsalın məqsədi olmayan məhsullar hesab edilə bilər.
İstehlak tullantıları - təyinatı üzrə sonrakı istifadə üçün yararsız və müəyyən edilmiş qaydada istismardan çıxarılan avadanlıqlar, maşınlar, alətlər, məişət məmulatlarıdır. Şəkil 1.1.-də əmələgəlmə mənbələrinə görə tullantıların təsnifatı göstərilmişdir.

Şəkil 1.1. Əmələgəlmə mənbələrinə görə tullantıların təsnifatı


1.2. Tullantıların növləri, tərkibi və təsnifatı

Sənaye tullantıları çox vaxt kimyəvi cəhətdən heterogen, müxtəlif kimyəvi və fiziki xassələrə malik maddələrin mürəkkəb polikomponent qarışıqlarından ibarət olub, toksik, kimyəvi, bioloji, aşındırıcı, yanğın və partlayış təhlükəsi yaradırlar. Tullantıların kimyəvi təbiətinə, əmələ gəlməsinin texnoloji xüsusiyyətlərinə, sonrakı emal və istifadə imkanlarına görə təsnifatı mövcuddur. Tullantıların təsnifatı üçün bir sıra meyarlar mövcuddur. Tullantılar müvafiq növlərə, eləcə də qanunvericiliyin normativ aktları ilə müəyyən edilmiş, tullantıların təsnifatı və onların müvafiq kateqoriyalar üzrə təyinatı qaydalarına uyğun olaraq reqlamentləşdirilmiş təhlükəlilik siniflərinə görə təsnif olunurlar. Tullantıların müəyyən edilmiş normalara uyğun olaraq növlərə və təhlükəlilik sinifləri üzrə ayrılması müxtəlif tullantıların daşınması, yığılması, təyinatı, həmçinin də utilizasiyası və atılması normativlərini reqlamentləşdirməyə imkan verir.


Tullantılar - insanların istehsal və ya digər fəaliyyəti nəticəsində əmələ gələn müxtəlif mənşəli maddələrdir: öz xassələrini itirmiş və yararsız vəziyyətə düşmüş mallar və ya məhsullar; qablaşdırma materialları. Tullantıların təsnifatının əsas məqsədi tullantıların ətraf mühitə və insan sağlamlığına yaratdığı və ya yarada biləcəyi təhlükəni azaltmaq üçün tullantıların xarakteristikasının və sistemləşdirilməsinin vahid qaydasının təmin edilməsi, həmçinin də ətraf mühitə minimal təsirlə tullantıların utilizasiya və nəqlinin optimal üsullarının müəyyən edilməsindən ibarətdir.
Tullantıların təsnifatı həm tullantılar, həm də onların emal növləri üzrə aparıla bilər. Sənaye tullantıları - istehsalın fəaliyyət müddəti ərzində yaranan bərk tullantılar (texnoloji proseslər ərzində yaranan xammalın istifadə olunmamış qalıqları) hesab olunur. Bir istehsal sahəsində istifadə olunmayan, lakin digər istehsal sahələrində istifadə olunan tullantılar təkrar xammal hesab olunur. Tikinti tullantıları tikinti-quraşdırma işləri, binaların, yol infrastrukturu obyektlərinin təmiri, habelə onların sökülməsi zamanı əmələ gəlir. Onlar sınmış kərpicdən, parça şəklində qurumuş məhluldan, çınqıldan, taxta tullantılarından, metal qırıntılarından, sənaye qablarından və s. ibarətdir. İstehlak tullantıları (məişət-təsərrufat) sənayedə və məişətdə əmələ gəlir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə