Mühazirə mövzuları I həftə



Yüklə 1,33 Mb.
səhifə1/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   32
C fakepathMuhazir


Mühazirə mövzuları
I həftə
Giriş. Fənnin məqsəd və vəzifələri

Elmin inkişafı həmişə təbiət hadisələrinin tədqiqi, təhlili və tətbiqilə əlaqədardır ki, bu da tamamilə mövcud ölçmə vasitələrindən asılıdır.


Müasir istehsalın əsasını seriyalı və külli istehsal növləri təşkil edir. Bu isə qarşılıqlı əvəz olunan hadisələrin yüksək dəqiqliklə ölçülməsinə əsaslanır.
Ölçü dəqiqliyindən əlavə, forma və həndəsi ünsürlərin bir-birinə nəzərən yerləşmə dəqiqliyi, cihazların, maşın və mexanizmlərin istismar göstəricilərinin dəqiqliyi, tətbiq olunan materialların xassələrinin gözlənilmə dəqiqliyi və onların iş şəraitində (temperatur, rütubət, radiasiya) dəqiqliyini bilmək və təmin etmək lazımdır. Bir çox hallarda bəzi məhsulların külli istehsalını ölçmə vasitələrinin avtomatlaş­dırılması səviyyəsi məhdudlaşdırılır.
İnsanlar ən əvvəl vaxtı, sahəni, məsafəni, həcmi və kütləni ölçməyi öyrənmişlər.
Zaman keçdikcə tikintinin inkişafı ilə əlaqədar olaraq müxtəlif bucaqların həndəsi ölçmə üsullarını, müxtəlif mürəkkəb müstəvi, həmçinin həcmi fiqurların sahəsini və həcmlərini ölçməyi öyrənmişlər.
Cəmiyyətin inkişafının ibtidai dövründə ölçmə sadəcə olaraq müqayisədən ibarət olub. Növbəti mərhələ ölçülən kəmiyyətlərin birinin o birindən neçə dəfə az və ya çox olmasını təyin edilməsindən ibarət olub.
Ölçmə, daha doğrusu müqayisə üçün insanlar öz əzalarının ölçüsündən istifadə etmişlər (dirsək, pəncə, müxtəlif oynaq və s.). Uzaq məsafələri müqayisə üçün, məsələn, oxun uçma yolu, gün ərzində gedilən yolun uzunluğu və i.a. Getdikcə ölçü vahidləri daha dəqiq ölçülərlə əvəz olunmuşdur.
Ölçü vahidləri və ölçmə üsulları qədim mədəniyyətə malik Çin, Vavilon, Misir kimi ölkələrdə geniş yayılmışdır. Məsələn, hələ 2000 il bizim eradan əvvəl Vavilonda gecə-gündüzü 24 saata, saatı 60 dəqiqəyə, dəqiqəni 60 saniyəyə bölmüşlər. Vavilon ölçü vahidləri Yunanıstana, Pomaya və ya sonra Avropanın digər ölkələrinə keçmişlər.
Zaman keçdikcə ölçülər təkmilləşdirilib, qanunlaşdırılıb və müəyyən şəhər, xanlıqlar üçün eyniləşdirilib. Sənətlərin, ticarətin və xüsusilə elmin inkişafı ilə əlaqədar olaraq müxt müxtəlif ölkələrdə eyni ölçü vahidlərinə nümunələrə ehtiyac artır.
Orta əsrlərdə ölçü vahidlərini ölkənin başçısı müəyyən edirdi. Bunu ölçü vahidlərinin adlarında da görmək olar, məsələn, «ruletka» ingiliscə «ruler» – hökmdar deməkdir. İngiltərənin kralı I Henrix yard ölçüsünü burnunun ucundan əlinin baş barmağına qədər olan məsafəyə bərabər müəyyən etmişdir.
Artıq XVII əsrdə havanın təzyiqini ölçmək üçün barometrlər, rütubəti ölçmək üçün hiqrometrlər, istiliyi ölçmək üçün termometrlər və suyun təzyiqini ölçmək üçün manometrlər mövcud idi.
XVIII əsrdə dinamometr, kalorimetrlər və işıq vahidlərini ölçən bir çox cihazlar yaranmışdır.
Buxar maşınının və mexaniki mühərriklərin ixtirası ilə əlaqədar iş və güc məfhumları yaranır.
XIX əsrin ortalarında artıq elektrik kəmiyyətlərini ölçə bilirdilər. XIX əsrin sonu və XX əsrin əvvəllərində bir çox fiziki hadisələrin aşkar olunması ilə əlaqədar yeni ölçmə sahələri yaranır, məsələn, rentgen şüalanması və radioaktivlik molekulyar və atom fihzikası və i.a.
Bunlarla yanaşı, mövcud ölçmə üsulları da təkmilləşdirilir. Uzunluq ölçməsinin dəqiqliyini artırmaq üçün işığın interferensiyasından və lazer texnikasından istifadə edirlər.
1790-cı ildə ölçü vahidlərini eyniləşdirmək məqsədilə Fransa Milli məclisinə təklif olunur ki, təbiətdə timsalı olan uzunluq vahidi qəbul olunsun.
1791-ci ildə belə birvahid kimi Parisdən keçən meridianın dörddə birinin 10 milyonda bir hissəsi qəbul olunur və metr adlandırılır.
1792-ci ildə xüsusi komissiya Dyunker və Barselona arasında Paris meridianının bir hissəsini trianqulyasiya üsulu ilə ölçməyə başlayıb.
1799-cu il üçün bu işlər tamamlanıb, platindən (ağ qızıl) nümunəvi hədli metr və nümunəvi kiloqram hazırlanıb. Bir kiloqram vahidi kimi 4°C-də 1 dm3 təmiz suyun kütləsi qəbul olunmuşdur.
1875-ci ilin mayın 20-də on yeddi ölkə metrik sistemə keçmək konvensiyasını imzalamışdır. Beləliklə, metr və kiloqramın təyinində nəzəri axtarışhlardan əl çəkib ilkin nümunə kimi saxlanılan metr və kiloqram qəbul olunur.
1889-cu il üçün (34 ədəd) nümunəvi uzunluq və (43 ədəd) kütlə vahidinin silindr şəklində nümunələri hazırlanır.
1889-cu il uzunluq və çəki vahidlərinə həsr olunmuş 1 Ali konfransda Rusiyanın payına püşk qaydası ilə 28 və II №-li metr, 12 və 26 №-li kiloqram vahidlərinin nümunələri düşür.
Hazırda metrik sistem konvensiyasını 38 ölkə imzalamışdır. 1960-cı ildəki ölçü və çəkiyə həsr olunmuş XI Ali konfransda beynəlxalq Sİ (sistem international) ölçü sistemi qəbul olunur və yeni beynəlxalq metr etalonu təyin olunur.
Sİ sistemi üzrə altı əsas vahid qəbul olunub – uzunluq, kütlə, zaman, elektrik cərəyanının şiddətli, termodinamik temperatur və işığın şiddəti.
1971-ci ildə XIV ölçü və çəkiyə həsr olunmuş Ali konfransda Sİ sisteminin yeddinci əsas vahidi kimi – maddənin miqdarı vahidi qəbul olunmuşdur.
Aşağıdakı cədvəldə Sİ sisteminin əsas vahidləri və onların qısa işarələri kiril və latın əlifbası ilə göstərilmişdir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə