3
MÜNDƏRİCAT
Annotasiya ............................................................................................................. 4
1. Giriş ....................................................................................................................
7
2. Milli iqtisadi idarəetmə modelinin səmərəlilyi təşəkküldən təkmilliyə
doğru inkişaf .........................................................................................................
8
2.1. İqtisadi müstəqilliyin təşəkkülü ............................................................. 8
2.2. İqtisadiyyatın şaxələndirilməsi və ya inkişafın dayanıqlığı .............. 10
3. Dövlət aktivlərinin idarəçiliyi xüsusiyyətləri: inkişaf potensialından
istifadənin səmərəliliyi və məhsuldarlığın yüksəldilməsi vəzifələri ..........
12
3.1. Dövlət aktivləri mühüm inkişaf amili kimi .......................................... 12
3.2. İnkişaf potensialının məhsuldarlığın yüksəldilməsi vəzifələri .......... 13
4 . Özəlləşdirmənin çağdaş missiyası: iqtisadiyyatın struktur və
institutsional transformasiyası mexanizmi kimi ..............................................
18
4.1. Dövlət aktivləri iqtisadiyyatın struktur yaradıcı amili kimi .............. 18
4.2. Özəlləşdirmə iqtisadiyyatın transformasiyası mexanizmi kimi ........ 20
5. Nəticə və tövsiyyələr ........................................................................................
24
6. İstifadə edilmiş ədəbiyyatın siyahısı .............................................................
30
4
ANNOTASİYA
“Özəlləşdirmə: dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi vasitəsi
kimi” mövzusu üzrə analtik tədqiqatların əsas məqsədi, Azərbaycanda dövlət
aktivlərindən istifadənin cari vəziyyətinin qiymətləndirilməsi və onun səmərəliliyinin
yüksəldilməsi baxımından, mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsinin
müasir vəziyyətinin, iqtisadi idarəetmə təcrübəsinin dövlət aktivlərinin səmərəliliyinə
təsirlərinin qiymətləndirilməsi və onun səmərəliliyinin yüksəldilməsi istiqamətində
təklif və tövsiyyələrin hazırlanmasıdır. Mövzu üzrə tədqiqatların əsas mənbələri kimi
inkişaf etmiş ölkələrdə və MDB ölkələrində dövlət aktivlərindən istifadə təcrübəsinin
elmi-analtik qiymətləndirmələri; BVF və DB-nın dövlət aktivlərindən istifadənin
səmərəliliyi haqqında metodoloji tövsiyyələri; Azərbaycanda dövlət aktivlərindən
idarə edilməsi, istifadəsi və özəlləşdirmə haqqında qanunvericilik bazası və statistik
baza (rəsmi və ekspert bazası); müxtəlif tədqiqatçı və ekspertlərin mövzu üzrə işləri
istifadə edilmişdir.
Araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, Azərbaycanda yeni müstəqillik
dövründə aparılmış iqtisadi quruculuq, inkişaf strategiyası və müvafiq dövlət
siyasətinin ilkin mərhələdə əsas vəzifələri kimi qarşıya qoyulmuş bütövlük və tamlıq
xüsusiyyətlərinə malik iqtisadi sistemin formalaşdırılması; direktiv idarəetmə prinsipi
üzrə, böyük iqtisadi sistemin ərazi “alt hissəsi” kimi formalaşmış iqtisadiyyatın bazar
münasibətlərinə əsaslanan təsərüfatçılıq sisteminə transformasiyası; yeni şəraitdə milli
iqtisadi inkişafın təmin edilməsinin resurs bazasının formalaşdırılması məsələsi əsasən
həll edilmişdir. Milli iqtisadi sistemin nəaliyyətlərinə əsaslanaraq, 2012-ci ildə inkişafın
yeni keyfiyyət mərhələsinə keçməsini hədəfləyən ambisiyalı strategiya - “Azərbaycan-
2020: Gələcəyə baxış” konsepsiyası qəbul edilmişdir. Lakin, iqtisadi sistemin
inkişafının şaxələndirilməsinə yanaşmada, daxili inkişaf potensialının səfərbər
olunması, “özünü inkişaf” qabiliyyətinin bərpası və inklyuzivlik şərtlərinə riayət
edilməməsi, milli sistemin konyunktur dəyişiklərinə görə volotilliyinin hədsiz
yüksəlməsi və inkişaf potensialının dayanıqlığının kəskin azalmasını doğurmuşdur.
2014-cü ildən başlayaraq dünya neft bazarında baş verən konyunktur dəyişikləri və
iqtisadi siyasətin “boşluqları” fonunda, Azərbaycanda milli valyutanın 2015-ci ildə iki
mərhələdə qaçılmaz, kəskin devalvasiyası isə iqtisadiyyatın fəaliyyəti üçün böyük
resurs və bazar problemləri yaratdı.
Araşdırmalarımız göstərir ki,Azərbaycan iqtisadiyyatında yaranmış çağdaş
durum əslində, dövlət aktivlərinin idarəçiliyi xüsusiyyətlərindən qaynaqlanan,
struktur və institusional xarakterə malikdir. Burada isə aparıcı səbəb, iqtisadi
idarəetmədə
təsərrüfatçılıq
mexanizminin
transformasiyası
və
mülkiyyətin
dövlətsizləşdirilməsinin başa çatdırılmaması hesab edilməlidir. Çağdaş Azərbaycan
iqtisadiyyatının davam edən və özündə “böhran potensialını” daşıyan tranzitivliyinin
ifadəsi kimi, bu iki mühüm arzu olunmaz xüsusiyyətin aradan qaldırılması məqsədi
ilə, özəlləşdirmə və dövlət aktivlərinin idarəçiliyi fəlsəfəsinə yeni yanaşmanın tətbiqi
son dərəcə zəruridir.