Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə1/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
  1   2   3   4   5   6   7   8   9   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023


MÖVZU № 1

SOSİOLOGİYA - CƏMİYYƏT HAQQINDA ELMDİR


PLAN:



  1. Sosiologiya elminin meydana gəlməsi, predmeti və tədqiqat obyekti.

  2. Sosiologiyanın funksiya və metodları.

  3. Sosial qanunlar və kateqoriyalar.

  4. Sosial-siyasi və humanitar elmlər sistemində sosiologiyanın yeri və rolu.



Ə D Ə B İ Y Y A T:

Sosiologiya dərs vəsaiti, B., 1994.


R.QULİYEV Sosiologiya, Bakı, 1995.
Социология учебник, М., 1998.
А.И.КРАВЧЕНКО Основы социологии, М., 1998.
Л.М.КУЛИКОВ Основы социологии и политологии, М., 1999.
Альбом схем по социологии и политологии М., 1999.
M.ƏFƏNDİYEV, A.ŞİRİNOV Sosiologiyanın nəzəri problemləri, B.,2001.
А.И.КРАВЧЕНКО Социология М., 2004.
A.M.Piriyev, X.B.Əfəndiyeva Sosiologiya və politologiyadan mühazirə mətnləri, Bakı, 2009


1. Sosiologiya elminin meydana gəlməsi, predmeti və tədqiqat obyekti.
Doğma Azərbaycanımızı azad və müstəqil gördüyümüz üçün bizlər özümüzü xoşbəxt saya bilərik. İndi xalqımız öz taleyini özü həll edə və gələcəyini özü qura bilər. Bu gələcək dünya sivilizasiyasının bütün nailiyyətlərinin mənimsənilməsinə əsaslanaraq qurulmalıdır. Belə bir vacib vəzifəni yerinə yetirmək üçün isə bizə dünya cəmiyyətşünaslıq elmlərinə yiyələnmək lazımdır. Bu elmlərdən biri də sosiologiyadır.
İlk öncə elm nədir? sualına cavab vermək istərdim. Elm sosial hadisə olub, tarixən dünya və onun inkişaf qanunları haqqında biliklər sistemidir. Elmin məzmununu insandan və bəşəriyyətdən asılı olmayaraq mövcud olan obyektiv həqiqət təşkil edir.
Elmləri təxmini olaraq, 4 qrupa ayırmaq olar: təbii (təbiət haqqında elmlər – fizika, kimya, biologiya), texniki (texnika haqqında – elektronika, radiotexnika, biotexnologiya), humanitar (insan dünyası haqqında – fəlsəfə, dil və ədəbiyyat, incəsənət), sosial (cəmiyyət haqqında – sosiologiya, politologiya, iqtisadiyyat).
Humanitar və sosial elmlər o qədər bir-birinə yaxındır ki, bəzən onları sosial-humanitar elmlər adı altında birləşdirirlər. Humanitar elmlər insanın təbiətini, dünyagörüşünü, mənəvi mədəniyyətini öyrəndiyi halda, sosial elmlər cəmiyyətdə insan həyatını öyrənməyə çalışırlar. Sözsüz ki, hər bir elm də öz növbəsində cəmiyyətin ayrı-ayrı sahələrini əhatə edir (politologiya – siyasi sahəni, iqtisadiyyat - iqtisadi sahəni, tarix - cəmiyyətin inkişaf proseslərini və s.) Sosiologiya isə cəmiyyəti bütöv bir sosial sistem şəklində təhlil etməyə çalışır.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə