Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə1/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
  1   2   3   4   5   6   7   8   9   ...   173


KBT  Я25
UOT (059)
Baş redaktor: 
K.M.Tahirov
professor, 
Əməkdar mədəniyyət işçisi
Məsul katib:    
    N.Alışova 
 
Redaksiya heyəti:
       
                       
A.Abdullayeva
N.Alışova
S.Quliyeva
A.Qocayeva
Redaktor:     
  M.Cəfərova     
Əlamətdar və tarixi günlər təqvimi 
- 2015 /baş red. K.Tahirov; red. 
M.Cəfərova; məsul katib N.Alışova;  
Azərbaycan Milli Kitabxanası.- 
Bakı, 2014.- 383 s.
© Azərbaycan Milli 
Kitabxanası, 2014
ISBN 978 9952 460 48 3
2015
ƏZİZ OXUCULAR!
Sizə  təqdim etdiyimiz “Əlamətdar və tarixi günlər 
təqvimi”i 1961-ci ildən  nəşr edilir. Əvvəllər 3 aydan 
bir - ildə 4 dəfə nəşr edilən təqvim, 1970-ci ilin oktyabr 
ayından etibarən 
“Kitabxana işçisinə kömək”, 2005-ci 
ildən isə yenidən “Əlamətdar və tarixi günlər təqvimi” 
adı ilə nəşr olunur.
Bütün bu illər ərzində təqvim “ənənə və yeniliklər” 
şüarına sadiq qalaraq daha da təkmilləşdirilmiş, həcmi 
genişləndirilərək mövzu üzrə bölmələrin sayı artırılmış, 
geniş məlumat mənbəyi kimi formalaşdırılmışdır. 
Mədəniyyət işçiləri, müəllimlər, kütləvi informasiya 
vasitələri və əsasən də kitabxana işçiləri üçün nəzərdə 
tutulan bu vəsaitin hər buraxılışının müqəddiməsində 
nəşrin məzmunu, forması geniş şəkildə açılır. Təqvimi 
nəşr etməkdə  əsas məqsəd geniş oxucu kütləsinə  və 
mütəxəssislərə respublikanın ictimai-siyasi, iqtisadi
mədəni, elmi həyatında baş verən mühüm əlamətdar 
hadisələri və başqa dəqiqləşdirilmiş məlumatları çatdır-
maqdır. 
Təqvimin bu dəfəki sayı
 Azərbaycanın peşəkar mu-
siqi sənətinin və milli operasının banisi, dünya şöhrətli 
bəstəkar, görkəmli musiqişünas alim, publisist, drama-
turq, pedaqoq və ictimai xadim Üzeyir bəy Əbdülhüseyn 
oğlu Hacıbəylinin 130 illik yubileyinə  həsr olunmuş-
dur. 
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti 
tarixində yeni istiqamətin və milli bəstəkarlıq məktəbinin 
əsasını qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk 
opera, ilk musiqili komediya və bir sıra digər janrlarda 
ilk nümunələrin yaradıcısı kimi tanınmış Azərbaycan 
musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb 
üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı folklorçu-
bəstəkar  və musiqişünas-alimdir. O, Azərbaycan SSR-
nin  və müstəqil Azərbaycan Respublikası himnlərinin 
müəllifidir.
Üzeyir Hacıbəylinin  əsərləri dünya musiqi 
incilərindən hesab edilir. 
Təqvimdə Üzeyir Hacıbəylinin  həyat və fəaliyyətinə 
dair zəngin məlumatlar öz əksini tapmışdır.


Təqvimdə 2015-ci ildə yubileyləri qeyd olunacaq görkəmli  şəxsiyyətlər haqqında məlumatlar və 
əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir: 
Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-
ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə.  İqtisadiyyat. Hüquq; 
Mədəniyyət. Elm. Maarif; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.
Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.
Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən 
görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir. 
Hər bir məlumatda yubileyi qeyd olunacaq şəxsin doğulduğu gün, ay, il, əlamətdar hadisənin baş 
vermə tarixi göstərilmişdir.
2015-ci ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr”  bölməsindən 
məlumat əldə etmək olar.
Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-
rilmiş, sonda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. 
Təqvim materialları üçün ədəbiyyat seçilərkən yeni və məzmunca ən uyğun kitablara, jurnal və qəzet 
məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üstünlük 
verilmişdir.
Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı 
bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.
Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;
Е-mail: metodik@anl.az
  Təqvim-2015


3
Yaponiyada və digər  Şərq ölkələrində  qəbul 
edilmiş təqvimə əsasən 12 illik sikl daxilində hər 
bir il müəyyən heyvan işarəsi altında keçir. Şərqdə 
çox məşhur olan bu təqvimə əsasən 2015-ci il Keçi 
(qoyun) ilidir. 
Astroloqların 
fikrincə, bu il bütün 
bəlalar minimuma enəcək və il çox bərəkətli ola-
caqdır.
Təbiət vurğunu olan zərif, incə keçi taleyindən 
həmişə narazıdır, şıltaqlığı ilə ətrafdakıları bezdi-
rir. Qəsbkardır.  İntizamsızlıq, müntəzəm surətdə 
g
ecikmələr onun üçün adi haldır. 
Öz xeyrinə ol-
duqda xoşa gəlməyi, başqalarından istifadə etməyi
onların hesabına yaşamağı bacarır. Buna baxma-
yaraq müstəqil deyil və minimum təhlükəsizliyi 
təmin edildikdə  hər hansı  həyat tərzinə asanlıqla 
alışır.
Cəsarətsiz keçi gileylənməyi xoşlayır. İstiqamət 
seçməyi heç vaxt bacarmır, həmişə başqalarına bel 
bağlayır. Təbiətən sakit, dinc olsa da bədbindir. 
Hərəkətləri müdrikdir, lakin xasiyyətcə şıltaqdır. 
Çox vaxt dinə meyilli olur. Eyni zamanda fantastik 
və fövqəltəbii nə varsa hamısına, ulduz fallarına 
uyur. Keçi xeyirxah və qəşəng görünür. Həqiqətən 
o, 
xeyriyyəçiliyə 
meyl edir, lakin bədbəxtlikdən 
başqalarına əl tutarkən verdiyi şeylər həmişə özü-
nünkü olmur. Keçidə mülkiyyətçilik hissi yoxdur. 
Keçinin həyatı özündən asılı deyil, başqalarından 
və buyuruqdan asılıdır. Nə hadisə baş verirsə, ver-
sin, heç bir zaman onun təqsiri üzündən baş ver-
mir.
 Keçinin  vicdansızlığı  qarma-qarışıqlığa gətirib 
çıxara bilər. Onda məsuliyyət hissi, təşəbbüskarlıq, 
iradə qətiyyən yoxdur. 
Zərif, bəzən nərmə-nazik olan keçi ağıllıdır. 
Zövqü və istedadı vardır, yaxşı mütəxəssis ola, 
hətta müəyyən bir incəsənət növündə parlaya bilər. 
Amma heç bir zaman birinci deyil. Bu, onun üçün 
daha yaxşıdır.
Rəhbərlik etməyi bacarmır, çünki itaət üçün 
yaranmışdır. Fantaziyalarla dolu varlığı möhkəm 
iradəyə möhtacdır.
Yaxşı  təsir altında, maddi çətinliklərə rast 
gəlmədikdə, ağıllı  məsləhətçiləri olduqda keçi 
 
müvəffəqiyyət qazana bilər. 
Keçi (qoyun) ili
Ə d ə b i y y a t 
Keçi (qoyun) ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.144-145.
Ulduz falları: Druidlərin falı. Qərb zodiak falı. Şərq Yapon falı. Şərq Çin falı /tərc. ed. İ. İsgəndərov, M. İsgəndərova; red. 
T.Məmmədov.- Bakı, 2006.-S.74-75.


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə