Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə1/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
  1   2   3   4   5   6   7   8   9   ...   20


                          

           

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı  

Hüseyn Cavid 

 

   



Hüseyn  Cavidin  135  illik  yubileyi  münasibətilə  mərkəzi 

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,    kənd                     

kitabxana filialları üçün hazırlanmış  metodik vəsai 

 

                                       Bakı -2017 

 



 

Tərtibçilər:                                     Aynurə Əliyeva 



                                           

          Sevil Əhmədova  

 

İxtisas  redaktoru və                      Şəhla Qəmbərova 

buraxılışa məsul:                           Əməkdar Mədəniyyət işçisi                                        

                                                          

 

 



 

 

 



 

Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı - Hüseyn Cavid: 

metodik  vəsait  /  tərt.  ed.:  A.Əliyeva;  ix.  red.  və  burax.  məsul 

Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2017.-74 s. 

 

   



 

 

 



 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası,  2017                                  




 

                                        Tərtibçidən  

    Zaman  gələcək  yazılmamış  əsərlərimə,  qaranlıq  zindanıma 

xalqım  da  ağlayacaq.  Tarixə,  xalqa    xeyir  vermiş,  vaxtından 

əvvəl itirilmiş günahsız, ləkəsiz    zavallılar için nə qədər təəssüf 

ediləcək 

                                                                                       H.Cavid 

           Hər  bir  xalqın  ədəbiyyat  tarixində  elə  şəxsiyyətlər  olur  

ki, onların yaratdığı  sənət möcüzələri əbədi olaraq qalır, neçə-

neçə  nəsillərin  bədii  zövqünü  oxşayır.  Azərbaycan  ədəbiyyatı 

tarixi  belə  şəxsiyyətlərin  adı  və  ədəbi  irsi  ilə  sıx  zəngindir. 

Onların  hər  birinin  yaradıcılığı  bir  dünya  olub,  öz  epoxasının 

həyatına  güzgü  tutmaqla  həqiqətləri  bizə  çatdırır.  Bunların 

içərisində  görkəmli  Azərbaycan  şairi  Hüseyn  Cavidin  xüsusi 

yeri  vardır.  Öz  dəst-xətti  ilə  Azərbaycan  ədəbiyyatında  yeni 

mərhələnin,  eləcə  də  mənzum  dramın  əsasını  qoyan,  sələf  və 

xələflərinə  bənzəməyən  Hüseyn  Cavid  qəlbinin  dediklərini 

yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan 

qeyri-adi bir mütəfəkkir idi.

 

Faciəli ömrün qəmli dastanını yazan 



şair  H.Cavidin  söykəndiyi  həqiqətin  bir  mənası  olub:  xalqını 

azad,  xoşbəxt,  millətini  birlikdə,  vətənini  isə  sivil  dövlətlərin 

sırasında görmək. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda 

Cavid  dövrünün  sərt  qadağaları,  sədləri  ilə  üzbəüz  dayanıb. 

Onun  bədii  düşüncəsi,  yazıları  sənət  tariximizin  əvəzsiz 

nümunələrindən biri idi. Həyat və yaradıcılığı, əsərləri və ədəbi 

mövqeyi  ədəbiyyatşünaslıqda,  bədii  estetik  fikir  tarixində, 

dərslik,  metodik  vəsait  və  məqalələrdə  geniş  tədqiq  olunan, 

öyrənilən böyük şəxsiyyət Hüseyn Cavid XX əsr Azərbaycan və 

dünya romantizmin görkəmli nümayəndəsi və gözəlliyi, həqiqəti 

dərk  etdirən,  yaşamaqla  yanaşı  yaşamağın  sirlərini  öyrədən 

dahilərlərlə bir sırada adıçəkilən, millətin tərəqqi və nicat yolunu 




 

sənəti və idrakı ilə dərk edən, çıxış  yolunu  göstərməyə çalışan 



sənətkarlardandır. Cavidin əsərləri qədər həyatında da insanların 

mənəvi  tərbiyəsinə  təsir  göstərən  amillərin  olması  da  yüksək 

mənəviyyat  xəzinəsidir, insanları haqqa, ədalətə,  doğruluğa və 

ən əsası, ruhani yüksəkliyə aparan yolun istiqaməti kimi dəyərli 

və  qiymətlidir.  Dahi  sənətkarımız  Hüseyn  Cavidin    bu  il    135 

yaşı  tamam  olur.  Bu  münasibətlə  hazırladığımız  vəsait  iki 

hissədən  ibarətdir.  I  hissə  “Haqq  yolçusu-Hüseyn  Cavid” 

adlanır.  Vəsaitdə  dahi  mütəfəkkirin  həyat  və  yaradıcılığından 

bəhs edilir. “Cavidin söz dünyası” adlanan II hissədə isə onun 

yaradıcılığı ilə bağlı keçirilə biləcək   tədbirlərdən söhbət açılır. 



                               Həyat və yaradıcılığı           

     Hüseyn  Cavid  1882-ci  ildə  Naxçıvanın  indiki  Kəngərli 

Rayonunun  Şahtaxtı  kəndində  ruhani  ailəsındə  dünyaya  göz 

açmışdır.  İbtidai  təhsilini  Naxçıvanda  molla  məktəbində,  orta 

təhsilini  M.T.Sidqinin  “Məktəbi-tərbiyə”  adlı  yeni  üsullu 

məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi 

Azərbaycanda  olmuş,  Təbrizin  "Talibiyyə"  mədrəsəsində 

təhsilini  davam  etdirmişdir.  İstanbul  Universitetinin  ədəbiyyat 

şöbəsini  bitirmiş  (1909),  Naxçıvanda,  sonra  isə  Gəncə  və 

Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn 

Cavid  klassik  Azərbaycan  ədəbiyyatının  ən  yaxşı  ənənələrini 

inkişaf  etdirən  sənətkarlardandır.  O,  XX  əsr  Azərbaycan 

mütərəqqi  romantizminin  banilərindən  biri  olmuşdur.  Hüseyn 

Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin

lirik-epik,  epik  poemaların,  Azərbaycan  ədəbiyyatında  ilk 

mənzum faciə və dramların banisidir. “Keçmiş günlər” adlı ilk 

şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox 

dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-

məişət  dramları  üslub,  yazı  ədası  forma  yeniliyi  baxımından 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə