Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
  1   2   3   4   5   6   7   8   9   ...   26


BANQLADEŞİN 
YAŞIDI
Fuad Babayev


BANQLADEŞİN 
YAŞIDI
Bakı – 2016
Fuad Babayev


Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad 
Babayevin “Banqladeşin yaşıdı” kitabına 2013-2016-cı illərdə 
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım 
Assosiasiyasının www.avciya.az və www.1905.az saytlarında dərc 
edilmiş yazılarının bir qismi toplanıb. 
Cildin dizaynında www.movingvan.ru saytından götürülmüş 
fotodan istifadə olunub.
ISBN - 978-9952-827880
© F. Babayev, 2016
Fuad Babayev
BANQLADEŞİN YAŞIDI 
....




5
Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh-
bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar, 
ən əsası da oxuduğun kitablar sətirlərin arasından boy 
göstərir, sənin kim olduğunu oxucunun qulağına pıçıl-
dayır.  Başqa  tərəfdən  istedadlı  yazı  onun  müəllifinin 
sözlərin köməyi ilə çəkilmiş portretidir. Deməli, yaxşı 
yazını oxuyanda biz tək müəllifin səsini eşitmirik, həm 
də özünü görürük. Yazı yazmaq iradi prosesdir, təfək-
kür hadisəsidir, amma eyni zamanda bəzən adama elə 
gəlir ki, o təzə heç nə yazmır, özündən əvvəl deyilmiş 
və unudulmuş sözlərin tozunu alır, onlara yenidən həyat 
verir. Deməli, yaxşı yazıda müəllifin səsini eşidib, özü-
nü görməklə yanaşı, hətta ürəyinin döyüntülərini də hiss 
edə bilərik. 
Yazı yazmaq möcüzədir. Dəyərli oxucu, bunu təsdiq 
etmək  üçün  əlavə  dəlil-sübuta,  çoxsaylı  sitatlara  ehti-
yac yoxdur. Sadəcə əlində tutduğun kitabı diqqətlə oxu, 
özün bunun şahidi olacaqsan. 
Fuad Babayevin “Banqladeşin yaşıdı” məqalələr top-
lusu müasir Azərbaycanın publisistik boyalarla çəkilmiş 
dəqiq portretidir. Bu kitab elə sənin haqqındadır: ölkə-
nin dünəni, bugünü, getdiyi yol, onun gələcək üfüqləri, 
Azərbaycan  insanının  xırda  məişət  qayğılarından  tut-
muş, mənəvi aləminə qədər geniş və əhatəli spektr gö-
zünün önündə canlanacaq. Kitabın adının cəlbediciliyi 
“BANQLADEŞİN YAŞIDI”NIN 
MÖCÜZƏSİ 


6
və  orijinallığı,  mövzuların  maraqlı  formada  təqdimatı, 
az qala bütün sətirlərdə özünü göstərən incə ironiya qatı 
kitabın maraqla qarşılanacağını və oxunaqlılığını təmin 
edir. 
Müəllif diqqəti cəlb edən və özünəməxsus forma se-
çib: əksər yazılar 300 sözdən ibarətdir, ənənəvi publisis-
tikanın uzun-uzadı, yorucu tərzindən uzaqlaşıb, yazılar-
da mətləb dəqiq və aydın ifadə olunub, mövzular konk-
retdir və Azərbaycan ədəbi dilinin zəngin imkanlarından 
böyük həssaslıqla istifadə olunub. Aydın və savadlı yazı 
tərzi,  analitik  düşüncə,  ictimai-sosial  məzmunlu  prob-
lemlərə acı gülüş bucağından yanaşma, sözlərdən yerin-
də və dəqiqliklə istifadə, sistemli mütailədən irəli gələn 
miqyaslılıq Fuad Babayev publisistikasının əsas xüsu-
siyyətləridir. 
“Sözünü o kəslərə de ki, səni eşitmirlər”-, Azərbay-
can maarifçiləri Molla Nəsrəddinin dəqiqlik və ağrıyla 
ifadə etdiyi bu prinsipə həmişə sadiq olublar. Şəxsi qə-
naətim  belədir  ki,  bizim  maarif  çırağını  yandıran  şəx-
siyyətlərin arzuları sözün həqiqi mənasında tam reallaş-
madığından onların missiyası qurtarmayıb, Azərbayca-
nın  əli  qələm  tutan  insanlarının  timsalında  bu  missiya 
hələ  davam  etməkdədir.  O  ağrı-acılar  ki,  yüz  il,  yüz 
əlli il bundan əvvəl bizim humanistləri narahat edirdi, 
onlar indi də var, o şeylərə ki, Molla Nəsrəddin gülür-
dü, onlar elə indi də gülməli olaraq qalıblar. Fikrimizi 
“Banqladeşin yaşıdı”nın yazdıqları nümunəsində bir az 
da konkretləşdirək, məsələn, bu cümləyə diqqət yetirək: 


7
“Maşallah, xeyli rus, ingilis, hətta alman, fransız, lap elə 
ispan dilli adamlarımız var. Və bu çox sevindirici haldır. 
Təəssüf doğuran ana dilini mükəmməl bilmənin məziy-
yətlər sırasından çıxması, bəlkə də çıxarılmasıdır”. “Po-
tensial poliqlotlar ölkəsi” yazısından gətirdiyimiz bu si-
tat dil davasından, ana dilinə 21-ci əsr azərbaycanlısının 
münasibətindən gedir. Cəhalət və kitabın qarşıdurması, 
savadlı adamların başa düşülməməsi, kütləvi pisixozun 
sirayət etdiyi ümumu şüursuzluq “Cihad kitabı və üzü 
tüklü gənc” məqaləsində daha qabarıq formada verilib. 
Özü də müəllif bu mövzuları havadan götürmür, o, daim 
xalqın içindədir, onun istək və arzularını, zövq və dün-
yagörüşünü yaxşı bilir. Elə yuxarıda adını çəkdiyim yazı 
da  Bakı  metrosunun  “28  May”  stansiyasında  aparılan 
adi bir müşahidənin, sadə həyat həqiqətinin nəticəsində 
yaranıb. İstiqlalımızın elan olunduğu tarixi günün adını 
daşıyan  məkanda  cəhalət  və  kitabın  qarşı-qarşıya  gəl-
məsi isə sadəcə dəhşətdir. 
Fuad Babayevin mövzu dairəsi geniş olsa da, o, ya-
zılmamış qızıl qaydaya daim əməl edir: yalnız və yalnız 
yaxşı bildiyi, dərindən bələd olduğu mövzulardan yazır. 
Müəllif publisistika janrının imkanları ilə məhdudlaşmır, 
fikirləri bəzən uğurlu bədii boyalarla təsvir edilir. “So-
sial liftiniz işləyir?” sərlövhəli yazı bir tərəfdən ənənəvi 
felyeton effekti yaradırsa, digər tərəfdən yenilikdir, yeni 
dünya duyumunu, tərzi ifadə edir. Təbii ki, publisistika-
da  bədii  boyalardan  bacardıqca  geniş  və  yerinə  düşən 
formada istifadə uğurlu yanaşmadır. 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə