AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazma hüququnda
Zeynalov Sübhan Nemət oğlu
«Müəssisənin mənfəəti, onun bölgüsü və
İstifadəsi məsələləri»
mövzusunda magistr dissertasiyası
İxtisasın adı və şifri 060403 «Maliyyə»
İxtisaslaşma Maliyyə nəzarəti və audit
Elmi rəhbər:
Magistr proqramının rəhbəri:
dos. Bədəlov Ş.Ş.
prof. Kərimov A.M.
Kafedra müdiri: prof. Həsənli M.X.
B A K I – 2 0 1 5
2
MÜNDƏRİCAT
GİRİŞ ..............................................................................................................
3
FƏSİL 1.
Müəssisələrin maliyyəsinin təşkili əsasları, maliyyə siste-
mində onun yeri və rolu ...........................................................
6
1.1.
Müəssisələrin maliyyəsinin mahiyyəti və əsas xüsusiyyətləri....
6
1.2.
Müəssisələrin maliyyəsinin təşkili prinsipləri.............................
12
1.3.
Müəssisənin maliyyə resurslarının mənbələri və mənfəət əldə
edilməsi ilə əlaqədar məsrəfləri .................................................
19
FƏSİL 2.
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təşkili istiqa-
mətləri ........................................................................................
28
2.1.
Müəssisənin əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi
xüsusiyyətləri ............................................................................
28
2.2.
Mənfəət əldə edilməsi məqsədilə müəssisənin investisiya
fəaliyyətinin əsas istiqamətləri...................................................
38
FƏSİL 3.
Mənfəətin iqtisadi məzmunu, funksiyaları və istifadə
istiqamətləri...............................................................................
52
3.1.
Mənfəətin iqtisadi məzmunu və funksiyaları.............................
52
3.2.
Mənfəətin planlaşdırılması üsulları............................................
61
3.3.
Mənfəətin bölüşdürülməsi və istifadəsinin təkmilləşdirilməsi
istiqamətləri................................................................................
66
3.4.
Mənfəət vergisinin büdcə gəlirlərinin təşkilində rolu................
74
NƏTİCƏ..........................................................................................................
78
ƏDƏBİYYAT SİYAHISI.............................................................................
83
3
GİRİŞ
Mövzunun aktuallığı. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər
Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının 2003-cü ildən
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi nəti-
cəsində ölkəmizin iqtisadi və sosial inkişafı daha da sürətlənmiş, əhalinin maddi-rifah
halı əhəmiyyətli iqtisadi siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində yüksək
nailiyyətlər əldə olunmuşdur. Dünyanı bürüyən qlobal iqtisadi və maliyyə böhranına
baxmayaraq, 2003-2013-cü illər ərzində ölkəmizdə ümumi daxili məhsul 3,4 dəfə,
sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə 8,1 dəfə,
ticarət dövriyyəsi 3,0 dəfə artmışdır.
2013-cü ildə ÜDM istehsalı 5,8 faiz artaraq 57.7 mlrd.manata çatmışdır.
İqtisadiyyatın qeyri-neft sektorunda artım 10,0 faiz təşkil edərək, onun ümumi daxili
məhsulda xüsusi çəkisi 2012-ci ildəki 58,2 faizdən 56,6 faizə yüksəlmişdir. 2013-cü
ildə dövlət büdcəsinə gəlirləri 2003-cü ildəkinə nisbətən 16 dəfədən çox artaraq 19,5
milyard manata çatmış, büdcə profisiti 353,0 mln.manat olmaqla, onun ümumi daxili
məhsulda xüsusi çəkisi 0,6 faiz təşkil etmişdir.
Büdcə gəlirlərinin formalaşmasında hüquqi şəxslərin, yəni təsərrüfat subyekt-
lərinin mənfəət vergisi xüsusi rol oynayır. Məlumdur ki, hüquqi şəxslərin mənfəət
vergisinin məbləği təsərrüfat subyektlərinin əldə etdiyi mənfəətin həcmindən asılıdır.
Ölkənin iqtisadi inkişafına uyğun olaraq müəssisə və təsərrüfat təşkilatlarının mən-
fəəti də sürtlə artmışdır. 2003-2013-cü illərdə bütün təsərrüfat sahələrində mənfəətin
həcmi 22,5 dəfə artaraq, 2003-cü ildəki 1141,9 mln.manatdan 25636.5 mln.manata
yüksəlmişdir. Hüquqi şəxslərin mənfəətindən vergi formasında büdcəyə daxilolmalar
2003-cü ildəki 178,3 mln.manatdan 2013-cü ildə 2374,8 mln.manata çatmış və ya
13,3 dəfə artmışdır. Bu onu göstərir ki, mənfəət müəssisə və təsərrüfat təşkilatlarının
təsərrüfat fəaliyyətinin nəticəsini əks etdirən mühüm iqtisadi göstərici olmaqla, həm
iqtisadi-sosial inkişafa, həm də büdcə gəlirlərinin artmasına əhəmiyyətli təsir göstərir.
Deməli, mənfəət, bir tərəfdən müəssisələrdə istehsalın genişləndirlməsi, texniki
tərəqqinin həyata keçirilməsi, sosial ehtiyacların ödənilməsi və digər xərclərin