1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə28/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   24   25   26   27   28   29   30   31   ...   147

78 

 

- qiymətləndirilən obyektin adı və ünvanı; 

- sifarişçinin tam adı; 

- qiymətləndiricinin adı; 

- qiymətləndirilən obyektin mülkiyyətçisinin adı; 

- obyektdən cari istifadənin xarakteri; 

- qiymətləndirilən hüquqların tərkibi; 

- qiymətləndirmənin məqsədi; 

- qiymətləndirmə bazası və onun şərhi;  

- qiymətləndirmə yaxud gələcək satışın vaxtı; 

-  sifarişçinin  təqdim  etdiyi  məlumatların  siyahısı,  verilmə  tarixi,  məlumatların 

təqdimatına görə məsul şəxslərin adı, ünvanı və əlaqə telefonu; 

- qiymətləndirmə barədə sifarişçinin xüsusi göstərişləri; 

- işlərin başa çatdırılması vaxti. 

         Qiymətləndirmə  işlərinin  planı  razılaşdırıldıqdan  sonra  sifarişçi  və 

qiymətləndirici  arasında  qiymətləndirmə  haqqında  müqavilə  bağlanır.  Hüquqi 

baxımdan  bu  müqavilə  sifarişçi  və  icraçı  arasında  müəyyən  işlərin  görülməsi  yaxud 

xidmətlərin  göstərilməsi  haqqında  adi  sənəddir.  Qiymətləndirmənin  yerinə  yetirilməsi 

üzrə xərclər, qiymətləndiriciyə ödənilən haqqın və mükafatların məbləği və şərtləri də 

burada  əks  olunur.  Daşınmaz  əmlakın  qiymətləndirilməsi  işlərinin  yerinə  yetirilməsi 

haqqında müqavilənin nümunəsi 1N-li əlavədə verilmişdir. 

 

 



4.7. Məlumatların toplanması və təhlili 

 

Qiymətləndirmə üçün lazım olan məlumatların tamlığı və dürüstlüyü daşınmaz əmlakın 



dəyərinin 

hesablanmasının 

dəqiqliyini 

təmin 


edən 

ə

sas 



amillərdəndir. 

Qiymətləndirmənin  məqsədlərindən,  tətbiq  ediləcək  metodlardan  asılı  olaraq, 

qiymətləndirici  lazım  olan  məlumatların  həcmini  və  siyahısını  müəyyənləşdirməli  və 

sonra  onları  toplamağa  başlamalıdır.  Lazım  olan  məlumatlar  qiymətləndirmə 




79 

 

müqaviləsinin    və  işlərin  yerinə  yetirilməsi  planının  öyrənilməsi,  obyektə  baxış 

keçirilməsi, icarə müqavilələrinin təhlili, müsahibə aparılması yolu ilə əldə oluna bilər. 

       Daşınmaz  əmlak  bazarında  dövriyyədə  olan  əmtəənin  xüsusiyyətləri 

qiymətləndiricidən  beynəlxalq  aləmdə,  ölkə  daxilində,  ayrı-ayrı  regionlarda  baş  verən 

hadisələr barədə dolğun informasiyaya  malik olmağı, baş verən meyllərin səbəblərini, 

axarını,  perspektivlərini  aydınlaşdırmaq  qabiliyyəti  tələb  edir.  Belə  ki,  beynəlxalq 

aləmdə  baş  verən  hadisələr,  məsələn,  müxtəlif  ölkələrin  siyasi,  hərbi,  iqtisadi  bloklar 

yaratması,  münaqişələr,  pul  vəsaitləri  axınlarının  istiqamətinin  dəyişməsi,  inflyasiya 

proseslərinin güclənib-zəifləməsi, demoqrafik və sosial vəziyyətin yaxşılaşması yaxud 

pisləşməsi  ilə  nəticələnir.  Baş  verən  dəyişikliklər  isə  ölkələrin,  regionların 

iqtisadiyyatına, o cümlədən, daşınmaz əmlak bazarına güclü təsir göstərir. 

 

Daşınmaz  əmlakın  qiymətləndirilməsi  üçün  daxil  olan  məlumatları  ümumi  və 



xüsusi növlərə bölmək olar. 

 

Ümumi informasiya təsviredci xarakter daşıyır və  ölkə iqtisadiyyatında, xüsusilə 



də daşınmaz əmlak bazarında baş verən meyllərin öyrənilməsi üçün, xüsusi informasiya 

isə  bilavasitə  daşınmaz  əmlakın  dəyərinin  müvafiq  növünün  qiymətləndirilməsi  üçün 

istifadə olunur. 

 

Xarici informasiya massivinin yaradılması makroiqtisadi göstəricilərin, sosial və 



siyasi  amillər  barədə  məlumatların  toplanması  və  onların  milli  iqtisadiyyatın, 

regionların  ümumi  vəziyyətinə  təsirinin  öyrənilməsindən  başlanır.  Xarici  informasiya 

massivini aşağıdakı əsas bloklara ayırmaq olar: 

iqtisadi inkişaf meylləri barədə; 

regionun (ərazinin) xüsusiyyətləri barədə; 

demoqrafik vəziyyət barədə; 

dövlətin qanunvericilik bazası barədə; 

ə

halinin alıcılıq qabiyiyyəti barədə; 



qiymətlərin dinamikası barədə; 

ə

saslı tikinti proqramları barədə; 



tikinti məhsuluna çəkilən xərclərin dinamikası barədə; 


80 

 

        -daşınmaz əmlakla aparılan əməliyyatların kreditləşdirilməsi barədə.   

qtisadi  inkişaf  meylləri  barədə  məlumatlar    qlobal  səviyyədən  yerli  bazar 

səviyyəsinədək  təhlil  olunur.  Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiyası 

proseslərinin  sürətlənməsi,  milli  kapitalın  hərəkətinin  xüsusiyyətləri  dünya  iqtisa-

diyyatında baş verən hadisələrin və onların milli iqtisadiyyata təsirinin təhlil olunmasını 

tələb edir. Bunun üçün qiymətləndirici xarici ticarət balansı, valyuita məzənnələri, idxal 

olunan  malların  qiymətləri,  sənaye  məhsulları  istehsalının  səviyyəsi  və  pərakəndə 

ticarətin həcmi kimi milli və beynəlxalq iqtisadi göstəriciləri araşdırmalıdır. 

Milli  iqtisadiyyatın  carı  vəziyyəti  və  inkişaf  perspektivləri  daşınmaz  əmlakın 

qiymətləndirilməsi  prosesinə  güclü  təsir  göstərir.  Milli  iqtisadiyyatda  yaranmış 

vəziyyət  ümumi  milli  məhsul,  ümumi  daxili  məhsul,  milli  gəlir,  tədiyyə  balansı, 

qiymətlər  indeksi,  inflyasiyanın  tempı,  əhalinin  məşğulluğu  səviyyəsi,  kreditlər  üzrə 

faizlərin  dərəcələri,  əhalinin  pul  gəlirləri,  tikinti  proqramlarının  həyata  keçirilməsi  və 

sair göstəricilərin səviyyəsi və dinamikası ilə səciyyələnir. 

Regionun (ərazinin) iqtisadi inkişafının əsas göstəricilərinə oradakı iqtisadi bazanın 

möhkəmliyi  və  işgüzar  fəallığın  səviyyəsi,  təbii  ehtiyatların  mövcudluğu,  əhalinin 

sayının  və  tərkibinin  dəyişməsi,  məşğulluq  səviyyəsi,  gəlirlərinin  orta  səviyyəsi,  

ə

razinin  ekoloji,  təbii-iqlim,  hidrogeoloji  şəraiti,  relyefi,  ətraf  sahələrdən  istifadə  tipi, 



nəqliyyat şəbəkəsinin rahatlığı və yaxınlığı, mühəndis qurğularının vəziyyəti, sosial və 

kriminogen  vəziyyət  (bu  amil  mənzil,  ofis  və  icarəyə  verilən  obyektlər  üçün  xüsusilə 

ə

həmiyyətlidir) aid edilir. 



Regionun  bu  göstəriciləri  daşınmaz  əmlakın  müxtəlif  növlərinə  olan  tələbin  və 

təklifin səviyyəsinə təsir göstərir. Qeyd olunmalıdır ki, bir çox hallarda dünya və ölkə 

iqtisadiyyatında  baş  verən,  daşınmaz  əmlakın  dəyərinə  təsir  göstərən  meyllərlə 

regionun  (ərazinin)  inkişaf  meyllərindən  fərqlənə  bilər.  Buna  görə  də  qiymətləndirici 

yerli hakimiyyət orqanlarının sosial-iqtisadi siyasətinin xüsusiyyətlərini, əhalinin yaş və 

peşə  tərkibini,  ərazinin  ekoloji  şəraitini,  qonşu  ərazilərdən  asılılıq  dərəcəsini, 

infrastruktur obyektlərinin vəziyyətini aydınlaşdırmalıdır. 

Ölkə  (region,  ərazi)  üzrə  makroiqtisadi  göstəricilərin  təhlilindən  sonra 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə