A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə13/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   9   10   11   12   13   14   15   16   ...   137

43 

 

 



 

Şəkil I.17 

 

 

İsladan və islatmayan fazanın hərəkəti məsamələrin bu fazalarda 



doyma dərəcəsinin meəyyən həddindən sonra baş verir. Belə doyma 

dərəcələrinə, uyğun surətdə isladan və  islatmayan fazanın müvazinətli 

doyma dərəcəsi deyilir. I. 14 şəklində neftə  görə  müvazinətli doyma 

20%, qaza görə isə 10%-dir. 




44 

 

 



 

 

 



 

şəkil I. 18 

 

Məsaməli mühitin isladan faza ilə  doyması müvazinətli 



doymadan böyük olduqda islatmayan faza öz səltliyini itirir və 

damcılara parçalanaraq kapillyarlara daxil olmağa cəhd edir. Belə 

damcıların məsamələrdə hərəkətini təmin etmək üçün böyük müqavimət 

qüvvələrinin dəf olunması tələb edilir. Bu səbəbdən faza keçiriciklərin 

cəmi, süxurun mütləq keçiriciliyindən (yəni nisbi keçiriciklərin cəmi 

vahiddən kiçik olur) kiçik olur. 

 

Yuxarıda qeyd etdiyimiz kimi, nisbi keçiricilik əyrilərini bir 



fazanın digər faza ilə  sıxışdırılması prosesi vasitəsilə qurmaq olar. 

Təcrübələr göstərmişdir ki, faza keçiricikləri isladan və islatmayan 

fazaların sıxışdırılma ardıcıllığından asılıdır. I. 18 şəklindəki neft və 

suyun müxtəlif ardıcıllıqla sıxışdırılması  nəticəsində qurulan nisbi 

keçiricilik əyrilərini buna misal göstərmək olar. Burada 1 əyriləri suyun 

neftlə sıxıştırılması, 4 - əyriləri isə neftin su ilə sıxışdırılması prosesində

qurulmuşdur. 2 əyriləri neftə  görə, 3 əyriləri isə  suya görə nisbi 

keçiriciliklərdir. 




45 

 

 



Məlumdur ki, təcrübələrdə qaza və neftə  görə  faza keçiriciliyi 

əyrilərini qurduqda məsaməli mühitdə  qazlı maye iki üsulla yaradıla 

bilər: 1) məsaməli mühitə  qazlı mayenin (müxtəlif həcmi nisbətdə) 

verilməsi ilə; 2) məsaməli mühitin özündə  qazlı maye sistemi 

yaratmaqla.  İkinci üsulda qazlı maye sistemi, məsaməli mühitdəki 

təzyiqin dəyişdirilməsi ilə başa çatdırılır. 

 

D. A. Efros göstərmişdir ki, neftə  və  qaza görə nisbi 



keçiriciklərin  təyinində  qazlı mayenin yuxarıda göstərilən üsullarla 

yaradılmasından asılı olaraq təcrübənin nəticələri müxtəlif olur. I .19 

şəklində hər iki üsulla qaza görə nisbi keçiricilik əyrisi (1 əyrisi birinci 

üsulla, 2 əyrisi isə  ikinci  üsulla hazırlanan qazlı mayeyə  uyğundur) 

göstərilir. 

 

Şəkil I.19 



 

 

Məsamələrdə əlaqəli suyun olması neftə  görə  faza keçiriciliyini 



artırır, qaza görə isə  azaldır. I.20 şəklində neftə (1) və  qaza (2) görə 

nisbi keçiricilik əyriləri göstərilmişdir. 3 əyriləri məsaməli mühitdə 

20%  əlaqəli su olan hala, 4 əyriləri isə  əlaqəli su olmayan hala uyğun 

gəlir. Neft-su sisteminin hərəkətində isə eyni neftlə doymada əlaqəli 

suyun miqdarı azaldıqca neftin faza keçiriciliyi artır, suyunki əksinə 

azalır. 


 


46 

 

     



 

 

 



şəkil I. 20 

 

             şəkil I. 21 



 

Nisbi keçiricilik əyrilərinə süxurun litoloji xassələrinin də təsiri 

böyükdür (şəkil IŞ 21). Belə  ki, süxurun tərkibindən, məsamələrin 

formasından və  onların sementləşmə  dərəcəsindən asılı olaraq isladan 

və islatmayan fazalar üçün müvazinətli doyma dərəcələri dəyişir. 

I. 21 şəklindən görünür ki,  əgər sementləşmiş qumlu 

məsamələrdə (3 əyriləri) neft və  qaza görə  nisbi keçiriciliklərin 

bərabərliyi neftlə  doymanın 59%-in (bu halda qazla doyma 41%-dir) 

uyğun gəlirsə, sementləşmiş qumlu mühitdə (4 əyriləri) isə 75% -ə 

(qazla doyma 25%) uyğun gəlir.  Şəkildə 1 əyriləri kapillyar boruda, 2 

əyriləri isə dolomit süxurda çıxarılmışdır. 

Nisbi keçiricilik əyrilərinə  fazaların özüllüklərinin, xüsusi 

çəkilərinin, sərhəd ayrıcında səthi gərilmələrin, təzyiq qradiyentinin, 

dağ təzyiqinin və effektiv məsaməliliyin təsiri azdır. 

M.  Əzizbəyov adına Azərbaycan Neft və  Kimya  İnstitutunda 

aparılan təcrübələrin nəticələri neftin qeyri-Nyuton xassəyə malik 

olmasının qazın və  suyun nisbi keçiriciliklərinə  təsirini göstərir. I. 22 

şəklində  məsaməli mühitin müxtəlif reoloji xassəli mayelərlə (1 əyrisi 

10% vapor və  90% transformator yağı qarışığı; 2-20% vapor və 80% 



47 

 

transformator yağı qarışığı; 3-50% vapor və  50% transformator yağı 



qarışığı; 4-100% vapor qaz ilə  sıxışdırıldıqda alınmışdır) 

doymadərəcəsindən asılı olaraq qaza görə  nisbi keçiricilik əyriləri 

göstərilmişdir. I. 22 şəklindən göründüyü kimi, mayenin qeyri-Nyuton 

xassəsinə  malik olması, qaza görə  nisbi keçiriciliyi (maye ilə eyni 

doyma dərəcəsində) azaldır.  

 

   



 

 

                 Şəkil I. 22   



                     Şəkil I .23 

 

Quru və yağlı qazların birlikdə məsaməli mühitdə hərəkəti üçün 



xüsusi təcrübi işlər aparılmamışsa da, mədən materialları  məsaməli 

mühitdə yağlı qazın miqdarı ilə quru qazın keçiriciliyi arasında asılılığın 

olmasını göstərir. I. 23 şəklində belə  asılılıq göstərilmişdir (

q

quru 


qaza, 

j

 yağlı qaza görə faza keçiricililikləridir) 

 

 

§ 11. Darsi qanununun pozulması səbəbləri 

 

 

Müəyyən edilmişdir ki, Darsinin xətti qanunu bir çox hallarda 

pozulur, yəni süzülmə qanunu qeyri-xətti olur. Aparılan təcrübə  və 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə