A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə12/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   8   9   10   11   12   13   14   15   ...   137

38 

 

 Indi 



isə fazalarla məsaməli mühitin doyma dərəcəsindən asılı 

olaraq nisbi keçiriciliyin dəyişmə xarakterinə baxaq. Tutaq ki, məsaməli 

mühit onu isladan maye və  qala doymuşdur.  Maye ilə  doymanın 

sıfırdan başlayaraq müəyyən həddədək (I. 14 şəklində A nöqtəsi) 

qiymətində mayeyə görə nisbi keçiricilik 

1

 (S



1

) praktiki sıfır olur.  

 

Bu onunla izah edilir ki, həmin miqdar maye Laplas qanununa 



görə  məsamələrin  ən kiçik hissələrində yerləşərək, praktiki mümkün 

olan təzyiqlər fərqində  hərəkət etmir. Bu miqdar mayenin olması, 

məsamələrdəki qazın hərəkətinə  müqavimət göstərmədiyindən qaza 

görə  nisbi keçiricilik təqribən vahidə  bərabər olur (B nöqtəsi). A 

nöqtəsindən başlayaraq maye ilə doyma atrdıqca onun nisbi keçiriciliyi 

artacaq, qazınkı isə  azalacaqdır. Maye ilə  doymanın elə  həddi də olur 

ki, (C nöqtəsi), bu həddə sistemin qərarlaşmış  hərəkətini təmin etmək 

mümkün olmur. Belə halda qaza görə nisbi keçiricilik sıfır (C nöqtəsi) 

olur. Axın üçün qərarlaşmış rejim mümkün olmayan halda mayeyə görə 

nisbi keçiricilik  qırıq xətlə  göstərilmişdir. Maye ilə doyma vahid 

olduqda ona görə nisbi keçiricilik vahid olacaqdır (D nöqtəsi).  

 Beləliklə, qeyd olunan fiziki mülahizəyə  əsasən maye ilə doyma 

dərəcəsindən asılı olaraq faza və  ya nisbi keçiricilik əyrilərini qurmaq 

üçün  dörd nöqtə  alınır. Bütün təbii proseslərin səlis getdiyini nəzərə 

alsaq, bu dörd nöqtənin köməyi ilə maye və  qaza görə nisbi faza 

keçiriciliyin əyrilərini qurmaq olar (şəkil I. 14).  

 



39 

 

 



 

Şəkil I. 14 

 

 

Məsaməli mühitdə neft və qaz üçün nisbi faza keçiriciliyi əyriləri 



ilk dəfə Vikof və Botsett tərəfindən təcrübə vasitəsilə  

 

 




40 

 

 



 

Şəkil  I. 15 

 

qurulmuşdur (şəkil I. 15).  



  

Şəkildən görünür ki, fiziki mülahizələrə  görə qurulan nisbi 

keçiricilik  əyriləri, xarakter etibarilə təcrübə əsasında qurulan əyrilərlə 

eynidir.  

 

Neft laylarının istismarı prosesində  məsaməli mühitdə  çox vaxt 



üçfazalı, neft-qaz-su sistemi hərəkət edir. Bu səbəbdən hər fazaya görə 

nisbi keçiriciliyin təyini böyük əhəmiyyət kəsb edir.  

 Neft, 

su 


və  qazın birlikdə  məsaməli mühitdə  hərəkəti təcrübə 

vasitəsilə  öyrənilmişdir. Bu təcrübələrin nəticələri I. 16 şəklində 

göstərilən üçbucaq formalı faza diaqramında verilir. Üçbucağın təpə 

nöqtələri uyğun olaraq neft, qaz və suyun məsaməli mühitdəki 

miqdarının 100%-ə, hər təpə  nöqtəsi qarşısındakı  tərəfi isə  uyğun 

fazanın məsamələrdəki miqdarının sıfır faizinə təvafüq edir. Üçbucağın 

daxilində onun hər hansı tərəfinə çəkilmiş paralel xətlər uyğun fazanın 

miqdarının 0-100%-i arasındakı qiymətlərinə uyğun gəlir. I. 16 şəklində 

göstərilən  l  əyrisi (üçfazalı  hərəkətdə  suyun nisbi keçiriciliyi 0,05-ə 

bərabər nöqtələrin çoxlu), 2 əyrisi (üçfazalı  hərəkətdə neftin nisbi 

keçiriciliyi 0,05-ə bərabər olan nöqtələrin çoxluğu) və 3 əyrisi (üçfazalı 



41 

 

hərəkətdə qazın nisbi keçiriciliyi 0,05-ə bərabər olan nöqtələr çoxluğu) 



bir, iki və üçazalı hərəkət zonalarını ayırd edir.  

 

 



 

          

 

 

Şəkil  I. 16 



 

 

I. 16 şəklində  göstərilən diaqramdan görünür ki, əgər 



məsamələrdə  qazın miqdarı 0,35-dən çox olarsa, onda məsamələrdə 

ancaq qaz hərəkət edəcəkdir. əgər məsamələrdə qazın miqdarı 0,1-dən, 

neftin miqdarı 0,23-dən az olarsa, ancaq su hərəkət edəcəkdir. Hərəkət, 

məsamələrdə qazın miqdarı 0,18-dən, suyun miqdarı 0,35-dən az olarsa, 

ancaq neft hərəkət edəcəkdir.  

 

Faza keçiriciliyinin təyin edilmə  üsulları  məsaməli mühitdə 



hərəkət edən maye və  qaz qarışığının hər fazası üçün Darsi qanunun 

doğruluğuna  əsaslanır. Təcrübələr elə  təzyiqlər fərqində  aparılmalıdır 




42 

 

ki, Q- p asılılığı düzxətli olsun, yəni Darsi qanununun tətbiqi mümkün 



olsun.  

 

Təcrübələrin qoyuluşunda  əsas çətinlik, məsaməli mühitin 



fazalarla doyma dərəcəsini tapmaqdan ibarətdir.  

 

Məsaməli mühitin fazalarla doyma dərəcəsini tapmaq üçün 



müxtəlif üsullar (məsaməli mühitin elektrik keçiriciliyin ölçmə üsulu və 

s.) mövcuddur.  

 

Faza keçiriciliyini, bir fazanı (məsələn, nefti) digər faza ilə 



(məsələn, qazla) sıxışdırdıqda alınan nəticələrə  görə, mədən 

tədqiqatlarına və  məsamələrin ölçülərinə  görə paylanma əyrilərinə 

əsasən də qiymətləndirmək olar.       

 

§ 10. Nisbi keçiriciliyə təsir edən amillər 

 

Faza (nisbi) keçiricilik əyrilərinə  bir çox amillərin o cümlədən 



süxurun petrofiziki, maye və  qazın fiziki-kimyəvi xassələrinin, 

məsaməli mühitin fazalarla doldurulma ardıcıllığının, temperaturun və 

s. təsiri vardır. Bunlardan bəzilərini nəzərdən keçirək. 

  

Məlumdur ki, petrofiziki baxımdan məsamələri təşkil edən 



sqxurlar hidrofil (su ilə  yaxşı islanan) və hidrofob (su ilə islanmayan) 

olur. Süxurun belə xassəsi onun faza keçiriciliyinə böyük təsir göstərir. 

Məsaməli mühitin fazalarla islanma dərəcəsinin nisbi keçiriciliyə  təsiri 

təcrübə yolu ilə  öyrənilmişdir. Su-neft sistemi üçün nisbi keçiriciliyin 

süxurun fazalarla islanma dərəcəsindən asılılq  əyriləri I. 17 şəklində 

göstərilmişdir.  Şəkildə 1 və 2 əyriləri hidrofil, 3 əyrisi hidrofob 

sistemlərə aiddir. Su ilə doyma dərəcəsi çox böyük olan hidrofil  

süxurlarda suyun hərəkətetmə qabiliyyəti hidrofob süxurlara nisbətəbn 

zəifdir. Elə  buna görə  də isladan faza, məsamələrindaha kiçik 

kapillyarlarında hərəkətsiz qala bilər. Beləliklə, isladan faza, 

məsamələrin daha kiçik kapillyarlarında hərəkətsiz qala bilir. Beləliklə, 

isladan və islatmayan fazalarla eyni doyma dərəcəsində süxurun isladan 

fazaya görə  nisbi keçiriciliyi islatmayan fazaya görə nisbi 

keçiriciliyindən az olur. 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə