Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə144/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   140   141   142   143   144   145   146   147   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
266 
2) Biоqаz istehsаlındа хаmmаl ehtiyаtı tüкənməzdir. 
3) Biоqаz istehsаlı iqtisаdi cəhətdən dаhа əlverişlidir. 
4) Emаldаn sоnrа əmələ gələn biоhumus  кənd təsərrüfаtındа qiymətli gübrə кimi istifаdə оlunur. 
 
 
AZƏRBAYCANDA  BƏBĠRĠN  YAġAYIġ  ƏRAZĠLƏRĠNĠN  ÖYRƏNĠLMƏSĠ 
 
Qocayeva  G.E.  
Bakı  Dövlət  Universiteti  
 
Bəbir  (Panthera  pardus  saxicolor,  Pocock,  1927=  P.p.  ciscaucasica,  Satunin,  1914)  Qafqaz 
Ekoregionunun  Mühafizə  Planında  diqqət  mərkəzində  olan  növ  kimi  tanınmışdır.  Artan  diqqətə 
baxmayaraq, bəbir bütün regionda yox olmaq təhlükəsi ilə qarşı - qarşıya qalmışdır. 2002-ci ildə Cənubi 
Qafqazda  WWF-in  icra  etdiyi  Bəbirin  Mühafizəsi  Proqramı  çərçivəsində  aparılan  araşdırmaların  ilkin 
nəticəsindən  bəbirin  hələ  də  bəzi  müəyyən  ərazilərdə  yaşayıb  qaldığı  məlum  olmuşdur.  İlkin 
müşahidələrdən alınan nəticələri nəzərə alaraq, WWF yeni XMOTƏ-lərin yaradılmasında, onların idarə 
effektivliyinin  təkmilləşdirilməsində,  bəbirin  və  onun  şikarının  monitorinqində  region  ölkələrinə  dəstək 
vermişdir. 
Bəbirin  potensial  yaşayış  əraziləri  kimi  diqqət  xüsusilə  Kiçik  Qafqaz  və  Talış  dağlarına 
yönəlmişdir, Qafqazda bəbirin yayıldığı digər 2 ərazidə monitorinqlər perspektivli nəticələr verməmişdir. 
Xüsusən, Qabırrı (İori)-Mingəçevir dəhlizində foto-tələlər vasitəsilə yalnız bir erkək bəbir 2004 - 2008-ci 
illər  arasında  tez-tez  müşahidə  olunmuşdur.  Böyük  Qafqazın  Gürcüstan  hissəsində  5  il  ərzində  aparılan 
tədqiqatlar  nəticəsində  konkret  dəlillər  qeydə  alınmamışdır.  (Lortkipanidzenin  təqdimatı,  bəbirin 
mühafizəsinə  dair  regional  əməkdaşlıq  üzrə  işçi  görüş,  NACRES,  Tbilisi,  oktyabr,  2014).  Y. 
Yarovenkoya görə bəzi işarələrə baxmayaraq, Dağıstan ərazisində önəmli faktlar üzə çıxmamışdır. 
2013-cü  ildən  əvvəl  2  digər  ərazidə  aparılmış  monitorinqlərdə  ümidverici  nəticələr  əldə 
edilməmişdir:  ilk  önəmli  sübut,  dişi  bəbirin  fotosunun  2012-ci  ildə  Naxçıvanda  Zəngəzur  silsiləsində 
çəkilməsi  olmuşdur.  Bundan  əlavə  hər  il  Hirkan  meşələrində  bəbirin  ayaq  izlərinin,  ekskrementlərinin 
fotoları çəkilmişdir. 
Bəbirlərin  son  2  ildə  müşahidə  olunma  dərəcəsinin  artması  tamamilə  bəlli  ərazilərdə 
monitorinqlərin intensivləşməsi və müasir müşahidə vasitələrdən istifadə olunması ilə bağlı deyildir. Son 
10  ildə  ölkədə  mövcud  XMOTƏ-lərin  genişləndirilməsi  və  yenilərinin  yaradılması,  mühafizə  rejiminin 
gücləndirilməsi,  infrastrukturun  inkişafı,  mütəmadi  maarifləndirmə  işlərinin  aparılması  bu  işdə  əsas  rol 
oynamışdır.  Bunun  nəticəsi  olaraq  bəbirlər  yaşayan  ərazilərdə  narahat edici  faktorların  azalmış, onların 
əsas  qida  obyektləri  olan  vəhşi  cütdırnaqlıların  populyasiyaları  bərpa  olunmuş, sayları  artmış  və  bunun 
ardınca da yırtıcı populyasiyaları bərpa olmağa başlamışdır. Onu da qeyd etmək lazımdır ki, 2001-ci ildən 
Naxçıvanda  ovun  qadağan  olunması  tək  XMOTƏ-lərdə  deyil,  onlardan  kənarda  da  heyvanat  aləminin 
bərpasına səbəb olmuşdur. 
Naxçıvanda  2001-ci  ildən  ov  qadağasının  qoyulması  bəbirin  populyasiyanın  sayında  müsbət 
cərəyan  kimi  rol  oynayan  səbəblərdən  olmuşdur.  Muflonlar  (Ovis  orientalis  gmelinii)  və  bezoar  keçisi 
(Capra aegagrus) kimi qlobal təhlükədə olanlar, eləcə də bəbirin görülmə dərəcəsində əhəmiyyətli artıma 
təkan  verən  qorunan  ərazilərdə,  xüsusilə  də  2012-ci ildə ilk  əsaslı  sübutun  baş verdiyi  Naxçıvanda,  çox 
sevindiricidir. 
2013-cü  ildən  hər  2  ərazidə  (Naxçıvan  və  Talış  dağları)  aparılan  monitorinq  və  çöl  izləmələri 
gözlənilməz  müsbət  nəticələr  vermişdir.  Belə  ki,  ümumilikdə  11  ərazidə  aparılan  monitorinqlər 
nəticəsində  toplam    202  şəkil,  27  video  əldə  edilmişdir.  Bunlardan,  Naxçıvanda  (Zəngəzur  silsiləsinin 
yuxarı və yüksək dağlıq qurşaqları, dəniz səviyyəsindən 1700 - 2000m  yüksəklikdə) 6 ərazidə 2013-cü 
ilin yanvar ayından 2014-cü ilin oktyabr ayına qədər keçirilmiş monitorinqlərdə 163 şəkil, 19 video, Talış 
dağlarında  (1400-1700m  yüksəklik)  5  ərazidə  2013-cü  ilin  may  ayından  2014-cü  ilin  iyul  ayına  qədər 
olan müddətdə 39 şəkil, 8  video əldə edilmişdir. Monitorinq aparılan ərazidə 2 dişi və 1 erkək fərdə rast 
gəlinmişdir.  
Qafqazda  bəbirin  mühafizəsi  üçün  ən  vacib-reproduktiv  nüvənin  yaradılması  baxımından  ən 
perspektivli  ərazi  Kiçik  Qafqazın  cənub-şərq  hissəsi  sayılır  və  burada  əldə  olunmuş  bütün  materiallar 
(videolar, şəkillər və s) bəbirin əsas və orta yırtıcı növlərini təsvir etməyə imkan verir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
267 
Son 10 ildə ölkədə mövcud XMOTƏ-lərin genişləndirilməsi və yenilərinin yaradılması, mühafizə 
rejiminin gücləndirilməsi, infrastrukturun inkişafı, mütəmadi maarifləndirmə işlərinin aparılması bu işdə 
əsas  rol  oynamışdır.  Bunun  nəticəsi  olaraq  bəbirlər  yaşayan  ərazilərdə  narahat  edici  faktorlar  azalmış, 
onların  əsas  qida  obyektləri  olan  vəhşi  cütdırnaqlıların  populyasiyaları  bərpa  olmuş,  sayları  artmış  və 
bunun ardınca da yırtıcı populyasiyaları bərpa olmağa başlamışdır.  Bəbirin populyasiyası hər bir ölkədə 
məhdud  olduğundan  və  əsasən  sərhəd  zonalarda  yerləşdiyindən,  növün  qorunması  yalnız  ekspertlərin, 
ətraf  mühitin  mühafizəsi  üzrə  mütəxəssislərin  səyindən  deyil,eyni  zamanda,yerli  əhalinin 
fəaliyyətindən,beynəlxalq  əməkdaşlığın  səmərəliliyindən  də  asılıdır.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
2001-ci ildən Naxçıvanda ovun qadağan olunması tək XMOTƏ-lərdə deyil, onlardan kənarda da heyvanat 
aləminin bərpasına səbəb olmuşdur. 
 
 
NEFT - KĠMYA MÜƏSSĠSƏLƏRĠNDƏN ATMOSFERƏ ATILAN 
EMĠSSĠYALARDA  STASĠONAR  MƏNBƏLƏRĠN TƏSĠRĠ 
 
Şahverdiyev Y.İ.  
Sumqayıt Dövlət Universiteti 
 
Dünya  birliyi  ölkələrinin  iqtisadi  və  siyasi  münasibətlərində  enerji  təminatı  və  təhlükəsizliyi, 
həmçinin enerji daşıyıcılarından düzgün istifadə olunması  əsas problemlərdən birinə çevrilmişdir. Digər 
tərəfdən,  enerjiyə  tələbatın  artması  planetimizdə  qlobal  iqlim  dəyişmələrinin  sürətlənməsinə  səbəb  olan 
başlıca  amillərdən  biri  sayılır.  Iqlim  dəyişmələri  probleminin  həlli  bütün  ölkələrin  hökumət  və  qeyri-
hökumət təşkilatlarının, şirkət və müəssisələrin birgə fəaliyyətindən asılıdır. 
Azərbaycan  Respublikasının  ratifikasiya  etdiyi  ―BMT-nin  İqlim  Dəyişmələri  haqqında  Çərçivə 
Konvensiyası‖ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində ARDNŞ tərəfindən müəyyən 
işlər görülmüşdür. ARDNŞ-in 2008-ci il tarixli, 68 nömrəli əmrindən sonra bu işlər daha da geniş vüsət 
almışdır. 
Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsində  ekoloji  statistik  məlumatların  toplanması 
prosesi  başlanan  dövrdən  bütün  müəssisələr  öz  mənbələrindən  atmosferə  atılan  zərərli  maddələrin 
miqdarı,  qaztəmizləyici  və  toztutucu  qurğuları,  həmçinin  azalmaya  gətirən  tədbirlər  haqqında  2-TQ 
(hava)  formasında  məlumatlar  təqdim  edirlər.  Müəssisələrin  mənbələrindən  ayrılan  zərərli  tullantıların 
miqdarı müvafiq metodikalara əsaslanaraq material balansına və ya texnologiyanın istehsal gücünə görə 
hesablanır. 
ARDNŞ-də stasionar tullantı mənbələri əsasən ―Azneft‖ İB-nin NQÇİ-lərində, ―Azərneftyağ‖  İB-
nin müəssisələrində, Emal müəssisələri və ―Azərikimya‖ İB-də yerləşir. 
Emal  müəssisələrində  zərərli  maddələrin  mənbələri  sobalar,  rezervuarlar,  məşəllər  və  digər 
texnoloji  avadanlıqlardır.  Müəssisələr  tərəfindən  atmosferə  atılan  tullantılar  üzərində  nəzarəti  həyata 
keçirmək məqsədilə monitorinqlər aparılmışdır. Aparılmış monitorinqlərdə müəssisələrin emissiyalarının 
ümumi  miqdarı  haqqında,  o  cümlədən  maye-qaz  emissiyaları  haqqında  məlumatlar  öz  əksini  tapmışdır 
(şəkil  1  və  cədvəl  1).  İl  ərzində  stasionar  mənbələrdən  atmosferə  20536,78  t  zərərli  maddə  atılmışdır. 
Bunlardan bərk maddələr 122,3 t, qaz və maye-qaz qarışığı 20414,48 t olmuşdur.  
 
 
Şəkil 1. 2013 - cü ildə stasionar mənbələrdən ümumi emissiya t/il 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə