Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə187/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   183   184   185   186   187   188   189   190   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
351 
sürətlə  və  əsaslı  şəkildə  həyata  keçirilən  keyfiyyət  dəyişiklikləri  nəticəsində  son  illər  istehsalın 
sabitləşməsi, məhsulun və məhsuldarlığın nəzərə çarpacaq dərəcədə yüksəlməsi, sahibkarlıgın inkişafı, iş 
yerlərinin nisbətən artımı baş vermişdir.    
Quba-Xaçmaz  İqtisadi rayonunda aqrar-sənaye kompleksinin inkişafı üçün ona xidmət edən kənd 
təsərrüfatı  sahələrinin  genişləndirilməsi  tələb  olunur.  Regionda  yeyinti  sənaye  məhsullarının  xüsusi 
çəkisinin  sürətli  artımı  aqrar-sənaye  kompleksinin  inkişafına  zəmin  yaradır.  Yeyinti  sənayesində  əsas 
meyvəçilik və tərəvəzçilik konserv sənayesi, süd emalı, şərabçılıq, mineral su doldurulması və alkaqolsuz 
içkilər istehsalı xeyli genişləndirilmişdir. Aqrar-sənaye kompleksi kənd təsərrüfatını istehsal vasitələri ilə 
təmin  edən  və  onun  maddi-texniki  bazasının  təminatı  ilə  məşğul  olan  sahələrdəndir.  Bu  sahələr  kənd 
təsərrüfatı  məhsulları  istehsalının  texniki-iqtisadi  səmərəliliyini  saxlayır.  Aqrar-sənaye  kompleksini 
istehsalın  səmərəliliyinin  yüksəldilməsinə  təsir  göstərən  başlıca  amillərdən  birinə  çevirməklə  regionda 
kənd  təsərrüfatı  məhsullarının  istehsalını  artırmaq  olar.  Həmçinin  aqrar-sənaye  müəssisələrinin  geniş 
miqyaslı inkişafı sənaye müəssisələrinin emal etdiyi kənd təsərrüfatı məhsullarına təlabatı artırmağa, bu 
sahədə çalışan işçi qüvvəsindən səmərəli istifadəyə, istehsalın yüksəldilməsinə imkan verər. 
İqtisadi  rayonda  son  illərdə  yeni  yaradılmış  sənaye  müəssisələrinə  aşağıdakıları  misal  göstərmək 
olar: 
Qubada  ―  Quba  konserv-1‖  ASC-də  ―  AQFASAF‖  qazlı  və  qazsız  süfrə  suları,  Nərimanabad 
kəndində    şirniyyat  sexi;  Şabranda  ―Pirəbədil‖  xalça  fabriki,yeni  un  dəyirmanı;  Xaçmazda 
―Azplodeksport‖  şirkətinin  filialı,  ―Qafqaz‖  konserv  zavodu,  ―Xaçmaz-Xalça‖  ASC,  ―Xıdır‖  MMC 
tərəfindən süfrə suları istehsalı və qablaşdırılması; Siyəzəndə ―Siyəzən-Broyler‖ ASC-də istehsal sahələri 
genişləndirilmiş;  Qusarda  ―Rəşad‖  xalçaçılıq  MMC  qurulmuş,  ―  Qida  Məhsulları  Kombinatı‖,  ―İnter 
Qusar‖ MMC bağçılıq məhsulları təsərrüfatı yaradılmışdır.  
Aparılmış islahatlar nəticəsində rayonda azad sahibkarlıq inkişaf etdirilmiş, istehsalın yeni tərkibi 
formalaşdırılmış və istehsalın artımı prosesi başlanmışdır.  Bununla belə aqrar sahənin inkişafına mane 
olan  bir  sıra  problemlər  mövcuddur.  Bəzi  sahibkarlar  tərəfindən  təbii  şəraitdən  düzgün  istifadə 
olunmaması nəticəsində ərazidə ekoloji tarazlıq pozulmuş, ətraf mühit tullantılarla çirklənmişdir. Bunun 
nəticəsində  yaranan  problemlərə  torpaqların  eroziyaya  uğraması,  su  hövzələrinə,  meşə  və  dağ 
çəmənlərinə vurulan ziyanları misal göstərmək olar. Kənd təsərrüfatında kübrənin və zəhərləyici kimyəvi 
maddələrin sahələrə verilmə texnologiyasında buraxılan nöqsanlar nəticəsində əkin sahələri yararsız hala 
düşmüşdür.  
Bundan əlavə Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar olaraq sahil zonası torpaqlarının 
eroziyadan mühafizə edilməsi problemləri də öz həllini tapmamışdır. 
Torpaqların  mühafizəsini,  onların  səmərəli  istifadəsini,  eroziyadan  mühafizəsini,  çirklənməsinin 
qarşısının  alınmasını,  pozulmuş  torpaqların  münbitliyinin  bərpasını,  mütərəqqi  üsullarla  suvarma 
texnologiyasının  işlənib  hazırlanmasını,  bu  sahədə  müasir  suya  qənaət  edən  texniki  sistemlərin 
yaradılmasını,  onların  istehsal  və  tətbiqini,  kənd  təsərrüfatı  istehsalının  inkişaf  perspektivliyinin  müəy-
yənləşdirilməsi  və bununla bağlı elmi nəzəri konsepsiyaların hazırlanması ən əsas problemlərdən biridir. 
 
               
ġƏKĠ- ZAQATALA ĠQTĠSADĠ-COĞRAFĠ RAYONUNDA TƏBĠĠ FƏLAKƏTLƏRĠN  
SƏNAYE VƏ SOSĠAL ĠNFRASTRUKTURUN ƏRAZĠ TƏġKĠLĠNƏ TƏSĠRĠ 
 
Qocayeva L.V. 
Azərbaycan Dövlət Pedoqoji Universiteti 
 
Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda  təbii  fəlakətə  məruz  qalan  sahələrdən  biri  sənayedir. 
İqtisadi rayonun sənayesi zəif və əsasən birtərəfli inkişaf etmişdir. Respublikada istehsal olunan sənaye 
məhsulunun    0,2  %-i  Şəki-Zaqatalanın  payına  düşür.  Sənayenin  quruluşunda  əsasən  yeyinti  və  yüngül 
sənaye  aparıcı  yer  tutur.  Sənaye  müəssisələrinin  əksəriyyəti  əsasən  yerli  kənd  təsərrüfatı  məhsullarının 
emalına əsaslanır. Ərazidə 107 sənaye müəssəsi fəaliyyət göstərir ki, bunların da 32-i və ya 30%-i daha 
çox, 27-si və ya 25%-i orta dərəcədə, 59-u və ya 55,1%-i isə təbii fəlakətdən dolayı yolla ziyan çəkir. Son 
5 il ərzində iqtisadi rayonun sənaye sahələrinə dəymiş birbaşa zərər təqribən 15,1 mln.  manat olmuşdur 
ki, bu da əsasən 2010, 2012 və 2013-cü illərdə qeydə alınmışdır. Xüsusilə  Şəki şəhəri ərazisindəki Kiş 
çayı hövzəsindəki tikinti materialları kombinatı, kurort-istirahət zonası və elektroenergetika sənayesi təbii 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
352 
fəlakətlərdən böyük ziyan çəkmişdir. Əgər 1992-ci ildə Kiş çayı üzərində tikilmiş iri həcmi dəmir-beton 
körpü  və  mühafizə  bəndləri,  hər  ilin  yaz  və  payız  fəsillərində  ərazinin  selli  çaylarında  aparılam 
məcratəmizləmə  işləri  həmişə  ardıcıl  olaraq  yerinə  yetirilməzsə,  regionda  fəaliyyət  göstərən  sənaye 
müəssisələrinin  60  %-ə  qədəri  tamamilə  məhv  edə  bilər.  Hazırda  da  Şəki  şəhəri  təbii  fəlakət 
təhlükəsindən tamamilə azad edilməmişdir.  
  Təbii  fəlakətdən  çox  ziyan    çəkən  sahələrdən  biri  regionun  sosial  infrastruktur  sahələrdir. 
Hazırda Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda sosial infrastrukturun düzgün yerləşdirilməsi və onların 
istehsal  sahələrində  qanunauyğunluğunun  və  proposional  olaraq  təşkili  üçün  təbii  fəlakətdən  mühafizə 
edilməsi qarşıda duran  əsas problemlərdən  biridir. Ərazidə sosial infrastrukturun inkişafını təmin edən 
ən mühüm amillərdən biri əhali və onun məskunlaşmasıdır. Hazırda regiona aid olan Balakən rayonunda 
17,8  min  əhalinin  yaşadığı  5  ,  Oğuzda  2,1  min    əhalinin  yaşadığı  3,  Qaxda  18,8  min  əhalisi  olan  6, 
Zaqatalada 38,7 min əhalisi olan 15, Qəbələdə 20,8 min əhalisi olan 8 və Şəkidə 74,5 min əhalisi olan 15 
yaşayış  məntəqəsi  vaxtaşırı  olaraq  sel  və  daşqından  ziyan  çəkir.  Bu  proses  şəhər  və  şəhərətrafı 
ərazilərdən  fərqli  olaraq  dağ  rayonlarda  və  dağlıq  şəraitdə  özünü  daha  qabarıq  büruzə  verir.  Əgər 
əvvəllər  əhali  əsasən  çay  kənarlarında,  dağ  yamaclarında  daha  sıx  məskunlaşırdısa,  son  illərdə  onların 
düzən ərazilərə də axını artmışdır.  
Regionda  infrastruktrun  təbii  fəlakətdən  ziyan  çəkən  sahələrindən  biri  mədəni  maarif 
müəssisələridir.  Apardığmızı təhlillər göstərir ki, son 20 il ərazidə yeni yaşayış massivlərinin salınması  
ilə  əlaqədar    məktəblərin  sayı  daha  da  artmış,    əvvəlki  8  illik  məktəblərin  çoxu    orta  məktəbə 
çevrilmişdir. Hazırda Şəki-Zaqatala  iqtisadi-coğrafi rayonunda 374 məktəb fəaliyyəti qeydə alınmışdır 
ki, bununda 68-i daimi fəlakət təhlükəsi altındadır.  
Təbii  fəlakətə  məruz  qalan  sahələrdən  biri  də  məişət  və  ticarət  xidməti,  ictimai  iaşədir.  Ərazidə 
əhalinin tarixi əmək vərdişləri (baramaçılıq, duluzçuluq, arıçılıq, dəri aşılama, xalçaçılıq, misgərlik) və 
təbii fəlakətlərin təkrarlanması nəzərə alınmadığından bu sahələrin yeləşdirilməsində ciddi səhvlərə yol 
verilmişdir.  Ona  görə  çay yatağında,  subasarlarada  tikilən  belə  xidmət  sahələri təbii  fəlakətə  daha  çox 
məruz qalır. 
İnfrastrukturun  təbii  fəlakətdən  ziyan  çəkən  sahələrindən  biri  də,  kurort-rekreasiya 
təsərrüfatıdır. Regionun yüksək dağ landşaftı, zəngin meşə və bitki örtüyü, mineral sular ərazinin  turizm 
və  rekreasiya  baxımından  əhəmiyyətliliyini  göstərir.  Ərazinin  təbii  rekreasiya  komponentlərinin 
zənginliyi  ilə  yanaşı  burada  vaxtaşırı  baş  verən  təbii  fəlakətlər  turizm  təsərrüfatının  səmərəli  ərazi 
təşkilində  böyük  problemlər  yaradır.  Dövrü  olaraq  Şəkidəki  «Marxal»,  Qaxdakı  «İlisu»  (turist  istirahət 
müəssisələri), Qəbələdəki  bir sıra sanatoriya və istirahət mərkəzləri daim təbii fəlakətdəndən ziyan çəkir. 
Şəki-Zaqatala ərazisinin əsasən dağlıq olmasını nəzərə alaraq, burada balnioloji iqlim-kurortunun qısa və 
uzunmüddətli istirahətinin səmərəli ərazi təşkili üçün təbii  fəlakətlərə qarşı kompleks mübarizə tədbirləri 
aparılmalıdır. 
 
        
ġƏKĠ- ZAQATALA ĠQTĠSADĠ-COĞRAFĠ RAYONUNDA TƏBĠĠ FƏLAKƏTLƏRĠN  
KƏND TƏSƏRRÜFATININ ƏRAZĠ TƏġKĠLĠNƏ TƏSĠRĠ 
 
Qocayeva L.V  
Azərbaycan Dövlət Pedoqoji Universiteti 
 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  bütün  sahələrdə  olduğu  kimi  Şəki-
Zaqatala  iqtisadi-coğrafi  rayonunun  kənd  təsərrüfatı  sahələrində  və  onların  inkişafında  da  mühüm 
dəyişiliklər baş vermişdir. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət 
Proqramlarında  (2004-2008,  2009-2013,  2014-2018-ci  illər)»  Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda 
mövcud  potensialdan  səmərəli  istifadə  etməklə  iqtisadiyyatın  və  əhalinin  sosial  vəziyyətinin  daha  da 
yaxşılaşdırılması və inkişaf etdirilməsi öz əksini tapmışdır. Bu baxımdan Şəki-Zaqatala iqtisadi-coğrafi 
rayonunda təbii  fəlakətlərin  kənd  təsərrüfatına  təsirinin  minimum  həddə  çatdırılması,  əhalinin  və  sosial 
infrastrukturun  bu  problemdən  mühafizə  olunması  mühüm  əhəmiyyət  kəsb  edir.  Məhz  bu  yolla  biz 
ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən hesab olunan kənd təsərrüfatının təbii fəlakətdən 
mühafizə  edilib,  müxtəlif  çeşidli  ərzaq  məhsullarının  istehsalını  artırmaq  və  əhalinin  təlabatının 
ödənilməsi üçün elmi və praktik əhəmiyyəti böyük olan konkret tədbirlər planı hazırlamağa çalışmalıyıq.  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə