Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə183/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   179   180   181   182   183   184   185   186   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
343 
addımın  atılması  çox  tutarlıdır.  Həmçinin,  xarici  ölkələrlə  ikili  Stratejik  əməkdaşlıq  əlaqələrinin 
qurulması  və  bu  yolla  "qazan-qazan"  prinsipi  ilə  qarşılıqlı  münasibətlərin  daha  da  möhkəmlənməsi, 
Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaqdır. 
Enerjiyə asılılığı böyük ölçüdə azaldacaq Nüvə texnologiyası sahəsində Rusiya, Çin, Yaponiya ilə 
əməkdaşlıq edilməsi Türkiyənin Asiya-Sakit okeanı hövzəsinə inteqrasiya etməsində çox böyük məsafə 
qət  etdirəcək  addımdır.  Digər  tərəfdən,  artıq  Qərbdən  tam  müstəqil  xarici  siyasətin  yeridilməsi  nüfuz 
artımına  və  ikili  münasibətlərdə  güvənin  yaranmasına  gətirib  çıxarır.  Rusiya  ilə  Qərbə  rəğmən, 
əməkdaşlıq  və  qarşılıqlı  dəstəkləmənin  artırılması,  həmçinin  Çinlə  Raketdən  Müdafiə  Sistemi 
məsələsində razılığın əldə olunması bu cəhətdənn örnək təşkil edə bilər. Hərbi sahədə yerli təyyarə gəmisi 
inşası  və  yerli  qırıcı  təyyarənin  istehsal  edilməsi,  kosmos  texnologiyası,  innovativ  yeniliklərin    əldə 
edilməsi və inkişafı mərhələsinə keçid və yaxın gələcəkdə bütün bunların reallaşması Türkiyənin regional 
üstünlüyünü  qarantiya  altına  alacaq  və  qlobal  güc  olmasındakı  ən  böyük  rolu  oynacaq  addımlardan 
olacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
344 
IX BÖLMƏ 
 
COĞRAFĠYA 
 
 
AZƏRBAYCANDA BÖYÜK QAFQAZIN ORTA ġƏHƏRLƏRĠNĠN  
SOSĠAL- ĠQTĠSADĠ VƏZĠYYƏTĠ 
                                                           
İsazadə V.İ. 
Sumqayıt Dövlət Universiteti 
 
Son  illər  respublikanın
  regionlarının  inkişafının  sürətləndirilməsi  dövlətin  iqtisadi  siyasətinin 
başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. 
Şəki-
Azərbaycan Respublikası
 ərazisində şəhər. 4 
yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol 
sahilində,  dəniz  səviyyəsindən  700  metr  yüksəklikdə,  paytaxt  Bakı  şəhərindən  370  km  aralıda
, Böyük 
Qafqaz
 sıra dağlarının cənub ətəklərində yerləşir. Azərbaycanın Şəki şəhərinin 
Dünyanın Tarixi Şəhərləri 
Liqasına
 üzv  olması  barədə  2008-ci  il  dekabrın  8-də  təşkilatın  prezidenti,  Yaponiyanın  Kyoto  şəhər 
bələdiyyəsinin  sədri  Daisaku  Kodokavadan  gəlmiş  təbrik  məktubunda  bildirilir  ki, 
Dünyanın  Tarixi 
Şəhərləri Liqasının 
İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul 
edilmişdir. 
2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşmişdir: Şəki Şəhər 
İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanmışdır. 
Baş  plana  əsasən  bir  sıra  infrastruktur  layihələrin  həyata  keçirilməsi,  həmçinin,  şəhərin  qərbə  doğru 
genişlənməsi, Oxud, İnçə, Kiş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur.  
Şəkidə  Azərbaycan  Müəllimlər  İnstitutunun  Şəki  filalı,  Şəki  Musiqi  Kolleci,  84  ümumtəhsil  və  peşə 
məktəbi fəaliyyət göstərir. 
Respublikamızın  şimal-qərbində  1494  kvadrat  kilometr  ərazidə  yerləşən  Qax  rayonu  şimaldan 
Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu 
ilə həmsərhəddir. 
İl  ərzində  rayonda  56  ümumtəhsil  məktəbi,  o  cümlədən  30  tam  orta,  16  ümumi  orta,  9  ibtidai 
məktəb fəaliyyət göstərmiş, 7373 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1272 nəfər müəllim məşğul olmuşdur. 
Onlardan 1093 nəfəri ali (85,9%), 179 nəfəri (14,1%) orta ixtisas təhsillidir. 
Rayonun 36 məktəbəqədər tərbiyə müəssisəsində 1830 nəfər uşaq ictimai tərbiyəyə cəlb olunmuş, 
4 məktəbdənkənar müəssisədə 1068 nəfər şagirdin asudə vaxtı səmərəli təşkil edilmişdir. 
Dərs ilinin yekunlarına görə 616 nəfər I sinifdən II sinfə (ötən il 646 nəfər), 774 nəfər( ötən il 843 
nəfər) isə IX sinifdən X sinfə keçmişdir. 774 nəfər orta təhsil haqqında şəhadətnamə, 541 nəfər isə tam 
orta təhsil haqqında attestat almışdır. 
Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən ―Ən yaxşı məktəb‖, ―Ən yaxşı 
müəllim‖ respublika müsabiqəsində şəhər 4 nömrəli tam orta məktəb iştirak etmiş və müsabiqənin qalibi 
olmuşdur. Rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri rayon, zona, respublika, beynəlxalq 
səviyyəli tədbirlərdə uğurlu nəticələr əldə etmişlər. Belə ki, ‖İnepo- Avrasiya‖ beynəlxalq müsabiqəsində 
şəhər 2 nömrəli orta məktəb- lliseyin şagirdləri Elmir Muxtarov və Minayə Əhmədzadə (müəllim Rəna 
Əhmədova)II yeri tutaraq ―gümüş‖ medal almışlar . Norveç Təbiəti Mühafizə cəmiyyəti və Azərbaycan 
Gənclər  İttifaqının  ―Enerji  və  resurslardan  istifadə  üzrə  beynəlxalq  məktəbli  layihəsi  Olimpiadası‖ 
çərçivəsində  keçirilən  ―Enerji  və  ətraf  mühit‖  müsabiqəsinin  milli  turunda  rayonun  2,4,5  №-li 
məktəblərin  müəllim  və  şagirdləri  rayonumuzu  təmsil  etmiş,  uğurlu  nəticələr  qazanmışlar.  Həmin 
müsabiqədə  iştirak  edən  4  №-li  tam  orta  məktəbin  şagirdləri  Pərvanə  Hacıyeva  və  Ayşən  Hacızadə( 
müəllim  Nəzakət  Əzimova),  şəhər  2  nömrəli  orta  məktəb  liseyin  şagirdləri  Səmra  Şabanova  və  Yusif 
Yusifli (müəllimi Rəna Əhmədova) I yer tutmuşlar. 
2011-2012-ci  il  tədris  ilində  rayonun  ümumtəhsil  məktəblərinin  XI  sinfini  bitirmiş  444  nəfər 
məzundan  299-u  ali  məktəblərə  ərizə  vermiş,  297  nəfəri  isə  qəbul  imtahanlarında  iştirak  etmişdir. 
Qəbulun nəticələrinə görə ötən dərs ilində 154 nəfər, bu il 160 nəfər tələbə adını qazanmışdır.Otən tədris 
ilində 600 -dən cox bal toplayanlarin sayi 16 nəfər idisə,təəsufki bu tədris ilində həmin tələbələrin sayi 8 
nəfərdir.  Onlardan  3-ü  1  nömrəli,  3-ü  2  nömrəli  şəhər,  1-i  Qum,  1-I  isə  Ləkit  kənd  orta  məktəbinin 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə