Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə112/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   105   106   107   108   109   110   111   112   113

 
 
163 
 


 
 
 
 
Təkliflər və onlara verilən cavablardan aydın olur ki, əvvəlcə tələblərlə çıxış edən alman tərəfi Osmanlı 
sərkərdələrinin    dəstəyini    hiss    edən    Azərbaycan    hökumətinin    qətiyyətli    cavabları    ilə    üzləşdikdə   
mövqeyini 
dəyişmiş, təkliflər verməyə başlamış, xahişlərə keçmiş və hətta bir qram neft almadan belə Azərbaycana silah 
göndərmişdir. 
Ümumiyyətlə,    istər    Almaniya,    istərsə    də    Gürcüstanın    mövqelərinin    yumşalması    təkcə    hərbi   
(güclü düşməni məhv edən QİO-nun regionda ən qüdrətli ordu olması) və siyasi (Azərbaycan Cümhuriyyətinin 
özünün 
müstəqillik   və    ərazi    bütövlüyünün    təmin    edilməsində    israrlı    olması)    deyil,    həm    də    iqtisadi    səbəblərlə   
izah 
edilirdi. Belə ki, Bakının azad edilməsindən sonra neft anbarları və çənlərində aparılan hesablamalar göstərdi ki, 
burada 10 adda (neft, mazut, liqroin və s.) neft məhsullarının həcmi 95 mln. 254 min puda bərabərdir, bu 
isə olduqca böyük rəqəm idi.
725
 
15-ci    firqə    Şimali    Qafqaza,    Dərbənd    və    Maxaçqala    şəhərlərinə    doğru    hərəkət    etmək    əmrini   
aldı.
726
 
Sentyabrın   22-dən   firqənin   hissələri   Biləcəri-Xırdalan   dəmir   yolu   stansiyaları   ətrafına   toplaşmağa   
başladılar. 
Firqə  iki  zirehli  qatarın  müşayiəti  ilə  şimala  doğru  gedən  yolları  bərpa  edə-edə  Abşerondan  uzaqlaşdı  və  çox 
keçmədi ki, onun qələbə sorağı azad edilmiş Dərbənd və Maxaçqaladan gəldi. 
5-ci Qafqaz firqəsinin Abşeronda müdafiə mövqelərini gücləndirməsi əbəs yerə deyildi. Dənizdə firqənin 
toplarının   atəş   sahəsindən   kənarda   5   hərbi   gəmi   dayanmışdı.   Onların   ingilislərə   və   ya   bolşeviklərə   
məxsus olmasının heç bir əhəmiyyəti yox idi: hər iki halda bu düşmən gəmiləri idi. Onlara qarşı mübarizə aparmaq 
üçün Nuru   paşa   Qarsdan   4   ədəd   uzaqvuran   top   gətirilməsini   istədi   və 
sentyabrın  30-da  toplar  Biləcəri  stansiyasında  qatarlardan 
boşaldılaraq mövqelərə daşındı.
727
 
Qarabağda  vəziyyətin 
kəskinləşməsi, 
erməni 
quldur 
dəstələrinin    müsəlman    kəndlərinə    təcavüzü    bura    hərbi   
hissələrin 
göndərilməsi  zərurətini  yaratdı.  Qarabağda  asayişin  bərpa 
edilməsini        Azərbaycanın      daxili        işi        hesab        edən     
Nuru        paşa  əməliyyatın      1-ci      Azərbaycan      firqəsi     
tərəfindən      keçirilməsini 
məsləhət     bildi.     Tərkibində     1-ci,     2-ci,     3-cü     Azərbaycan     
süvari alayları, 2-ci Azərbaycan piyada alayı,  milli könüllü 
bölmələr, bir 
Şnayder dağ taboru və zirehli avtomobillər olan firqədə piyada hissələrin azlığını Nuru paşa 5-ci Qafqaz piyada 
firqəsinin    ən    təcrübəli    alayı    -  9-cu    alayı    Azərbaycan    firqəsinin    tərkibinə    verməklə    həll    etdi.    1-ci   
Azərbaycan  firqəsinin    komandiri    Cəmil    Cahid    bəy    təyin    edildi    və    firqə    Qarabağ    istiqamətində   
hərəkətə    başladı.
728   
Cəmil  Cahid    bəy,    sonra    isə    İbrahim    ağa    Usubovun    komandanlığı    ilə    firqə   
qarşısına   qoyulan   tapşırıqları   layiqincə  yerinə  yetirdi.  Oktyabrın  8-də  əksər  erməni  dəstələri  məğlub  edildi, 
1-ci  Azərbaycan  firqəsi  Şuşaya  daxil  oldu.  Həmin    gün    15-ci    firqə    Biçeraxovun    rəhbərliyi    ilə    rus   
qoşunlarını   məğlub   etdi,   Dərbənd   şəhəri   türk   hissələri tərəfindən azad edildi. 
5-ci    Qafqaz    piyada    firqəsi    ilə    Bakıda    qalan    Nuru    paşa    Abşeron    yarımadasının    dənizdən   
müdafiəsinin  təşkili  və  Azərbaycan  Ordusunun  formalaşması  istiqamətində  fəaliyyət  göstərirdi.  Dünyada  baş 
verən  proseslər,  Antanta  ölkələrinin  müharibədə  qələbə  qazanması,  Almaniya  və  onun  müttəfiqlərinin,  о 
cümlədən  Türkiyənin məğlub olması artıq reallıq idi.Ənvər paşa 1918-ci il oktyabrın 1-də Xəlil paşa və Nuru 
paşaya  yazırdı:  "Bəlkə zahirən  Azərbaycandan  və  Şimali  Qafqazdan  çəkiləcəyiz.  Belə  bir  halda  Azərbaycanın 
və  Şimali  Qafqazın öz qüvvələrinə istinad etmələri lazım gələcəkdir. Rus silahı və cəbbəxanasından olmaq üzrə 
Azərbaycana  mümkün  olduğu   qədər  çox  silah   və  cəbhəxana  göndərilsin".
729   
4-cü,   5-ci,   6-cı   Azərbaycan 
piyada   alayları  və   köməkçi  hissələrdən  ibarət  olan  2-ci  Azərbaycan  firqəsinin  təşkili  sürətləndirildi.  Prosesi 
daha  da  sürətləndirmək,  milli 
725
Budak M. Nuru paşanın raportu, s.466. 
726
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.367. 
727
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.186. 
728
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.380. 
729
Süleymanov M. Qafqaz İslam Ordusunun digər fəaliyyətləri və missiyasının sona çatması, s.381. 
164 
 


 
 
 
 
zabit kadrlarının çatışmazlığı şəraitində mümkün qədər çox azərbaycanlı əsgərə hərbi təlim keçmək üçün 10-cu 
türk piyada alayı 2-ci Azərbaycan firqəsinin tərkibinə verildi.
730
 
Mudros  müqaviləsinin  11-ci  maddəsinin  şərtlərinə  əsasən  QİO-nun  ləğv  edilməsi  zamanı  Azərbaycanın 
kiçik  də  olsa  öz  ordusu  var  idi:  1-ci  və  2-ci  Azərbaycan  firqələri,  həmçinin  3-cü  süvari  alayı,  1-ci  ağır  topçu 
taboru, 1-ci qaubitsa taboru, teleqraf taboru, dəmiryol taboru, zirehli avtomobillər dəstəsi, təyyarə dəstəsindən 
ibarət Azərbaycan qolordusu. 1-ci Azərbaycan firqəsinə daxil idilər: 3 piyada alayı, 1 topçu, 1 süvari alayları, 1 
istehkam    taboru,    1    cəbhəxana    taboru,    teleqraf,    səhiyyə    bölükləri,    səyyar    xəstəxana,    1    iaşə   
taqımı.    2-ci Azərbaycan firqəsi də eyni quruluşa malik idi. Qərb sərhədlərini qorumaq üçün 3 tabordan ibarət 
sərhəd alayının formalaşdırılmasına    başlanılmışdı.
731     
Oktyabrda    Gəncədəki    Milli 
Hərbiyyə    Məktəbinin    ilk    buraxılışı      oldu.    4    aylıq    kurs   
keçmiş  yunkerlər      imtahanlardan      sonra      qoşunlara      təyinat     
aldılar,     6     ay xidmətdən   sonra   onlara   zabit   rütbəsi   verilməli   
idi.
732   
H.Z.Tağıyev Bakı azad ediləndən sonra vəd etmişdi  ki, türk 
zabitlərinə  20  min, əsgərlərinə   80   min   metr   parça   verəcək.   O,   
vədi    yerinə    yetirdi    və  Nuru    paşanın    raportundan    aydın    olur   
ki,    verilən    parça    təkcə    türk  hissələrinə  deyil,  Azərbaycan 
hissələrinə  də  geyim  hazırlamaq  üçün  istifadə    edilmişdir.    Nuru   
paşa   hərbi   sənayeni   və   hərbi   donanmanı bərpa 
etmək
 
cəhdlərini 
xüsusi  olaraq  vurğulayır.
733 
Qarsa 
göndərilən Əliağa Şıxlinski oranın hərbi anbarlarından tələb olunan 
sayda top seçmişdi.
734
 
30 oktyabr Mudros müqaviləsinin şərtlərinə görə I Dünya müharibəsində məğlub olmuş Osmanlı dövləti 
Azərbaycandan öz qüvvələrini çıxartmağa başladı; Qafqaz İslam Ordusu ləğv olundu. Azərbaycanı tərk etməyə 
başlayan Osmanlı qoşunlarının şərəfinə Azərbaycan hökuməti noyabrın 10-da rəsmi vida ziyafəti təşkil etdi. 
1918-ci    ilin    sentyabr-oktyabr    aylarında    Üçlər    ittifaqının    bütün    üzvləri    məğlub    edilərək   
müharibədən 
çıxdılar. Belə şəraitdə təkbaşına bütün Antanta ölkələri ilə müharibə aparmağın mənasız olduğunu anlayan Tələt 
paşa hökuməti sülh danışıqlarına başlamaq və müharibədən çıxmağın qaçılmaz olduğunu bildirdi. Aydın idi ki, 
müharibədə    uduzan    tərəf    kimi    danışıqların    aparılması    zamanı    Türkiyə    öz    Qafqaz    siyasətindən    əl   
çəkməli   və qoşunları buradan çıxarmalı olacaqdı. 
Dünya    arenasında    Azərbaycan    Cümhuriyyəti    təkbaşına    qalırdı.    Nuru    paşa    oktyabrın    21-də   
imzaladığı  müraciətində    demişdir:    "Allaha    pənah,    Azərbaycan    hər    cür    düĢmən    niyyətlərinə   
duruĢ    gətirmək    üçün kifayət qədər güclüdür və gələcəkdə də bu cür olacaq".
735
 
8.2. MünaqiĢənin nəticələri 
Beləliklə,    1918-ci    ilin    aprel-sentyabr    aylarında    Bakı    uğrunda    aparılan    döyüşlərin    son    nəticəsi   
Bakı 
şəhərinin    azad    edilməsi    oldu.    Qələbənin    siyasi    nəticələri    Azərbaycan    üçün    olduqca    böyük    idi:   
Azərbaycan  xalqının    fiziki    məhvinə    çalışan    və    bu   
yolda    istənilən  siyasi      maska      geyən,      istənilən     
tərəflə      əlaqə      yaradan  daşnak  liderlərinin  məqsədləri 
baş tutmadı. QİO vasitəsi 
ilə    əksəriyyətini    erməni    döyüşçüləri    təşkil    edən   
Bakı 
Soveti,      sonra      isə      Sentrokaspi      Diktaturası     
qoşunları  darmadağın  edildi.  Bakını,  sonra  isə  bütün 
Azərbaycanı Rusiyanın  tərkib hissəsinə, 
daha
 
doğrusu müstəmləkəsinə çevirməyə
 
çalışan 
    qüvvələr 
(istər 
bolşevik,   
istərsə    də    "Vahid    və    bölünməz    Rusiya"    şüarı  ilə 
çıxış  edən  Sentrokaspi  Diktaturası  və  biçeraxovçular) 
məğlub    edildilər    və    bu    məğlubiyyət    onları   
Azərbaycan  hökuməti        ilə      hesablaşmağa        vadar       
etdi;        bolşevizm  ideyalarının    Azərbaycan    xalqına   
yad   olması    və   xalqın 
onlara   qarşı   vuruşmağa   hazır   olması   sübut   edildi;   dünya   arenasında   Azərbaycanın   yeganə   müttəfiqi   
Osmanlı 
730
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.397. 
731
Süleymanov M. Qafqaz İslam Ordusunun digər fəaliyyətləri və missiyasının sona çatması, s. 374-375. 
732
Süleymanov M.S. Azərbaycan Ordusu, s.143. 
733
Budak M. Nuru paşanın raportu, s.456-458. 
734
Yenə      orada, s.471. 
735
Aşırlı A. Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.526. 
165 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə