Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.

səhifə34/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

 
 
Təmir bazasının olmaması gəmilərin tətbiqini çətinləşdirirdi, buna baxmayaraq onlar hərbi əməliyyatlarda 
yenə    də    iştirak    edirdilər.    Avqustun    27-nə    planlaşdırılan    irimiqyaslı    əks    hücumda    "Göytəpə"    hərbi   
gəmisi 
qoşunların hərəkətlərini öz atəşi ilə daim müşayiət etməli idi. Avqustun 30-da yenidən desant çıxarmağa cəhd 
oldu.  Nasosnuya  3  gəmidən  150-200  nəfərlik desant dəstəsi çıxarıldı, lakin  sahil  müşahidə  postlarından  xəbər 
alan Qafqaz İslam Ordusu komandanı desantı mühasirəyə almaq üçün süvari hissələr göndərdi. Desant dəstəsi 
döyüşü qəbul etməyib gəmilərə çəkildi.
158
 
Donanmanın     təhlükəli     olduğunu     nəzərə     alan     Qafqaz     İslam     Ordusu     Bakıya     həlledici     14     
sentyabr 
hücumunu   Abşeron   yarımadasının   dərinliklərindən,   dənizdən   uzaq   ərazilərdən   həyata   keçirdi,   "Volçi   
vorota" 
məntəqənin  adı  Osmanlı  sənədlərində  də  belə  göstərilir)  təpəlikləri  tutulandan  sonra  burada  toplar  quruldu və 
limana bir neçə mərmi atılandan sonra hərbi gəmilərin hərəkəti dayandırıldı. 
Zirehli    texnika.    Bakı    Soveti    və   Sentrokaspi    Diktaturası    qoşunlarında   zirehli   texnika   zirehli   
qatar   və 
avtomobillərlə təmsil olunmuşdu. 
Zirehli    qatar    I   Dünya    müharibəsinin   ağır   silahlarına   aid   edilir,   qoşunları   atəşlə   dəstəkləyən   
manevrli 
silahlardan    hesab    olunurdu.    Müharibə    təcrübəsi    göstərdi    ki,    zirehli    qatarın    dəmiryolla    hərəkət   
etməsi    onun  fəaliyyət  radiusunu  daraldır, 
üstəlik belə silahın tətbiqi 
 
böyük
 
risklə 
bağlı   olur:  dəmiryol 
xətlərinin    sıradan    çıxarılması    zirehli    qatarın   
ən yaxşı halda  fəaliyyətsiz 
dayanması 
ilə 
nəticələnir.        Bununla        belə,        süvari       
hissələrin  müşayiəti      ilə      hərəkət      edən     
zirehli     
qatarlar  şəhərlər  və  dəmiryol 
stansiyaları 
uğrunda 
gedən 
döyüşlərdə     
əhəmiyyətli      rol      oynayırdı.      Zirehli  qatar   
hərbi    hissə    statusuna    malik    idi.    Döyüş 
vəziyyətində  qatarın  zirehli  parovozu  iki  zirehli 
vaqonun      arasına      qoyulurdu.      Zirehli     
qatarın 
hərəkəti adətən baza qatarın (bir parovoz, 6-8 vaqon) hərəkəti ilə müşayiət olunurdu (baza qatar zirehli qatardan 
arxada, ondan aralı gedir, mərmi və patron ehtiyatı, təmir üçün lazım olan avadanlıq daşıyırdı).
159
 
Bakı Sovetinin dəstələri 1917-ci ilin sonunda cəbhədən tərxis olunan ordu hissələrindən bir zirehli qatar 
götürmüş, 1918-ci ilin mart ayının əvvəllərində onların iki, mayda isə üç ədəd zirehli qatarı vardı.
160
 
Bu qatarlar yüngül zirehli qatar növünə (Rusiya ordusunda qəbul edilmiş cədvələ görə  - "B" tipli qatar) 
aid idilər. Belə qatarın 46 nəfərlik heyəti, zirehli parovozu, zirehli meydançası (iki ədəd 42 xətli topla), zirehli 
bazası    (4    ədəd    "Maksim"    pulemyotu,    mətbəx,    emalatxana,    seyxqauz)    olurdu.
161       
Orta    sürəti    8-
10    km/s, maksimum sürəti 25-30 km/s olan zirehli qatar gün ərzində 100-120 km məsafə qət etmək imkanında 
idi. 10-15 
mm-lik zirehli lövhələrlə örtülmüş qatarın uzunluğu 50 m, eni 2 m, hündürlüyü 4,5 m idi. Нər top üçün 200-250 
mərmisi,  hər  pulemyot  üçün  10-14  patron  lenti  olan  zirehli  qatar    əhəmiyyətli  hərbi  texnika  növü  idi. 
Qatarın  qabaq      və      arxa      hissələrinə      yarımplatformalar      qoşulur,      burada      ehtiyat      detallar,      relslər,     
şpallar     daşınırdı, platformalar eyni zamanda qatarın əsas hissələrini yolda ola biləcək təsadüf və təxribatlardan 
qoruyurdu.
162
 
Zirehli    qatarlar    bolşeviklərin    gücünü    əhəmiyyətli    dərəcədə    artırırdı.    1918-ci    ilin    aprelində   
Hacıqabul  döyüşlərində    bolşevik    zirehli    qatarı    Müsəlman    Korpusunun    zirehli    qatarı    ilə    üz-üzə   
gəlmişdi,    ancaq    onlar  arasında  baş  verən  artilleriya  dueli  piyada  qoşunlar  tərəfindən  dəstəklənmədiyindən 
lazımi effekt verməmişdi. 
QİO   irəlilədikcə   bolşeviklərin   zirehli   qatarlarının   fəaliyyət   sahəsi   daralır,   qatarlar   müxtəlif   
səbəblərdən 
sıradan    çıxırdı.    Avqustun    1-də    Sentrokaspi    Diktaturası    döyüşlərdə    cəmi    bir    zirehli    qatardan   
istifadə    edə bilmişdi.     Bu     qatarın    hərəkəti     də    türk-Azərbaycan    qoşunları     tərəfindən    Hacıhəsən   
istiqamətində     yolların 
korlanması ilə məhdudlaşdırılmışdı. Xırdalan istiqamətinə göndərilən qatar avqustun 6-da burada hərbi hiylənin 
qurbanı olmuşdu: dəmir yolu sıradan çıxarılsa da, üstü örtülmüş, bu səbəbdən qatarın qabaq platforması qəzaya 
uğramışdı.    Platformadakı    top    və    pulemyotlar    qənimət    kimi    götürülsə    də,    qatar    özü    geriyə   
çəkilmiş,   təmirə dayanmağa məcbur olmuşdu.
163
 
1918-ci    ilin    mart    hadisələrində    Bakının    Yasamal    hissəsində    milli    güclərin    müqaviməti    ilə   
üzləşən 
bolşevik-erməni    qüvvələri    döyüşə    hidrotəyyarə    göndərməklə    bərabər    bir    zirehli   avtomobil    də   
yeritmişdilər. 
158
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.315. 
159
Гражданская война. Энциклопедия, с.75. 
160
Дарабади П.Г. Военные вопросы, с.105. 
161
Поцелуев В.А. Броненосцы желехных дорог. Москва, 1982, с.37. 
162
Зун В.А. Броневые поезда и их боевая служба. Москва, 1930, с. 37; Ромадин С. Броневая гвардия революции // "Моделист- конструктор". 1989, 
№ 11-12. 
163
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.267-268. 
164
Yenə    orada, s.64. 
57 
 




Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə