Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.

səhifə37/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

 
 
 
 
zabit şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər xəncəri, 1907-ci il nümunəli topçu 
hissələrinin əsgər xəncəri, 1909-cu il zabit palaşı, 1910-cu il kazak növlü zabit şaşkası. 
Yuxarıda    adları    çəkilən   silahların   sursat    və    ehtiyat    hissələri   tələb    olunandan   da    çox   idi.   
Sentrokaspi 
Diktaturasına   məktubunda   general   Denstervil   qeyd   edirdi   ki,   Bakıdan   aldığı   məktublarda   "15.000   fəal   
şəhər 
müdafiəçisi var. Onlar az təlim keçsələr də, yaxşı silahlanıblar" kimi məlumatlar var idi. 
Şaumyan  və  Petrov  öz  tərəfdaşları  ilə  Həştərxana  qaçarkən  13  gəmilik  silah-sursatı  özləri  ilə  aparmağa 
cəhd göstərmişdilər. General Denstervil yazırdı ki, "əgər yeni hökumət bu gəmilərə getmək imkanı yaratsaydı, 
Bakının  sonrakı  müdafiəsi mənasız olardı, lakin xoştbəxtlikdən  kiçik  gəmilərin  heyətləri  Direktoriya tərəfində 
idi    və    o,    tərəddüdlə    də    olsa,    bolşeviklər    tərəfindən   tutulmuş    gəmilərin    qaytarılması    əmrini    verdi.   
Kanoner gəmiləri artıq olan gəmilərin  arxasınca düşmüş və bütün    donanmanı limana geri qaytarmışlar..." 
Daha  sonra  general  göstərir  ki,  "tərksilah  prosesi    bir  neçə  gün  çəkdi...  Biz  arsenalı  qəbul  edəndə 
onun bütün    əmlakı    bir    yerə  tökülüb    qalmışdı...    Şaumyan    və    Petrovun    gəmiləri    boşaldılarkən    bütün   
növ    sursat  ayrılmadan  anbarlarda  olan  əmlakın  üstünə  yığılırdı.  Qoşunların  hansısa  tələbini  yerinə  yetirmək 
olmurdu, misal 
üçün,    lazım    olan    kalibrli    mərmiləri    tapmaq    üçün    bütün    qalaqlanmış    əmlakı    axtarmaq    lazım    gəlirdi.   
Silah 
anbarlarında müxtəlif dərmanlar, qramofonlar, tikiş maşınları və başqa şeylər var idi. Cəbbəxananın heyətində 
bütün  növ toplar   var   idi- çatışmayan  hissələri,  sınıq çaxmaqları  və  s. ilə. Tezliklə  bütün  bunlar  sortlaşdırıldı, 
tələb  olunan  qaydaya  salındı  və  cəbhəyə  göndərildi;  tərəfimizdən  otuz  ədəd dəqiq  atəş  açan  toplar tam  döyüş 
vəziyyətinə gətirildi..."
172
 
Qeyd 
etmək   
lazımdır 
hələ   anbarlarda 
olan 
əmlak 
ki, 
qaydaya salınmadan polkovnik Keyvort 15 avqust raportunda göstərirdi ki, onun "sərəncamında (ingilislərin öz 
silahlarından  başqa)  6000  ədəd  tüfəng  var.  Materiallarda  qıtlıq  hiss  olunur,  lakin  şəhərdə  kifayət  qədər  lazım 
olan    material    var;    onların    müsadirəsinə    başlamaq    lazımdır.    Əhalinin    böyük    hissəsi    -    həm    bizim   
tərəfimizdə  olanlar,    həm    də    bizi    görməyə    gözləri    olmayanlar    əla    silahlanıblar    və    hökumət    bizim   
üçün    arzuolun-maz  qruplaşmaları   tərksilah   etmək   üçün    özündə    kifayət    qədər   qüvvə    görmür...    Hərbi   
materialar   üzərində   nəzarət yoxdur və çox material hədər yerə sərf edilir". 
General    Denstervil    də    materialların    israf    edilməsinə    diqqət    yetirmişdir.    O,    yazırdı:    "hərbi   
sursatların 
qənaətlə  istifadəsi  barəsində  ciddi  əmrə  baxmayaraq  həm top,  həm də  tüfəng  sursatı  hədər  yerə  sərf  olunurdu. 
Mən     mövqelərin     sağ     cinahına     rəhbərlik     edən     bir     polkovnikin     diqqətini     onun     mənasız     yerə     
atəş      açan  artilleriyasına  cəlb  etdim,  Polkovnik  cavab  verdi:  "bəli,  onlar  düşmənə  atəş  açmırlar,  lakin 
səngərlərdə  olanlar  bizim  toplardan  atəş  açmağımızı  çox  xoşlayırlar  və  əgər  mən  ara-sıra  toplardan  atəş 
açmasam onlar səngərlərdə qalmazlar". 
İngilis     qoşunlarının     tərkibində     olmuş     kapitan     Sesil     Cadd     özünün     "General     Denstervillə     
İran      və  Zaqafqaziyada"  adlı  kitabında  qeyd  edir  ki,  Bakı  uğrunda  sentyabrın  14-də  baş  vermiş  döyüşdə 
"pulemyotların böyük hissəsi itirilmiş üstəlik topların çoxu sıradan çıxmışdı".
173
 
172
Денстервиль, с.103. 
173
Captain Cecil G. Judge. With General Dunsterville In Percia And Transcaucasus // Kitabın mətni İNTERNET səhifədən götürülüb. 
62 
 


 
 
 
 
4.    “Densterfors”
174
 
4.1. "Densterfors"un təĢkili 
1917-ci ilin payızında ingilislər artıq anlamışdılar ki, rus  ordusu, demək olar ki, yoxdur və Qafqaza  yol 
tapmaq    üçün    fürsət    yaranır.
175     
Öz    məqsədlərini    "Hindistana    gedən    yolları    almanlardan    qorumaq"   
şüarı    ilə gizlətməyə      çalışsalar      da,      aydın      idi      ki,      onları 
maraqlandıran Cənubi Qafqazın strateji mövqeyi və 
Bakının  neftidir.  Lakin  baş  verən  hadisələrə  dərhal 
reaksiya      vermək      elə      də      asan      olmadı:     
general  Denstervil    yazır    ki,    Bağdaddan    Bakıya   
qədər    800  mil    məsafə    var,    bu    məsafəyə   
qoşun    göndərmək  üçün  isə  güc  yoxdur.  Nəticədə 
ingilis  komandanlığı  tərəfindən        qərara        alır       
ki,        hərbi        təlimatçıların  başında  general 
Denstervil  Tiflisə  göndərilsin,  rus,  gürcü    və   
erməni    hərbi    hissələrini    yenidən    təşkil  etsin   
və    "türk-alman    təhlükəsinə    qarşı"    mübarizə 
aparsın.  Generalın  qeydləri göstərir  ki,  onlar "osmanlı ordusunun  yorğunluğu  və  az ehtiyatlara  malik olması", 
gürcü  və  ermənilərin isə "öz torpaqlarını  qoruduqlarına  görə  böyük ruh  yüksəkliyi  ilə  vuruşacağına"  və  bütün 
əməliyyatları   təmin   edəcək   "ingilis   qızılına"   
ümid 
edirdilər.    "Türklər    almanlardan    da    bezikiblər   
və onların    pulu    yoxdur.    Almanlar    isə    türklərlə   
daim 
küsüşürlər". 
Lakin,      general      yazır      ki,      "təcrübə     
başqa 
nəticəni göstərdi". General qeyd edir ki, ingilislərin 
planları     alt-üst     oldu:     
"erməni 
motivlərlə 
bağlı 
olmayan 
müsəlmanlarla 
küsüşdülər, 
və     gürcülər     
dini 
səbəblərə 
görə 
kommunist 

xristianların   hərəkətləri   isə   ona   gətirdi   ki,   
tatarlar 
türklərlə əlaqə yaratdılar". 
Cəbhə  xəttində 
mövcud  olan  boşluğu 
doldurmaq üçün ingilis ko-mandanlığı general Baratovun rus korpusunu yenidən təşkil etməyə çalışsa da, buna 
nail ola bilmədi. Təkcə polkovnik L.Biçeraxovun dəstəsi ingilislərin təklifini qəbul etdi və onlara xidmət etməyə 
başladı,  lakin  sayca  az  olan  bu  dəstə  əməliyatların  gedişində  dönüş  yaratmaq  iqdidarında  deyildi.  12  zabit,  40 
əsgər,   1   zirehli   və   41   minik  avtomobili   ilə   Həmədan-Qəzvin-Ənzəli   marşrutu   ilə   hərəkət   edən   ingilis   
dəstəsi rəsmən "Densterfors"
176
, yəni "Denstervilin qoşunları" adını aldı. 
Biçeraxovun    dəstəsi      general      Denstervilə    Ənzəliyə    qədər    yol      aça    bildi,    çünki      onun   
rəqibləri      zəif  silahlanmış,    hərbi    təhsili    və    təcrübəsi    olmayan    yerli    əhalidən    ibarət    idi.    Lakin   
nizami    Osmanlı    qoşunlarını  məğlub    edib    Qars    tərəfdən    Tiflisə    yol    açmaq    və    ya    Bakı    Sovetini   
məğlub    edib    Bakıdan    Tiflisə    yol    açmaq  Biçeraxovun  imkanları  xaricində  idi.  Nəticədə  ingilis 
komandanlığı  planlarını  dəyişməyə  məcbur  oldu.  General  Denstervil  regionda  olan  qüvvələrlə  əlaqə  yaradıb 
ingilis  qoşunları  gələnə  qədər  onların  Osmanlı  qoşunlarına  qarşı  müqavimətini  təşkil  etməli,  eyni  zamanda 
ərazilərin ingilis nəzarəti altına keçməsi üçün şərait yaratmalı 
idi.   Generalın   yazdığına   görə   özü   ilə   kifayət   qədər,   "ingilis   qızılı   və   İran   gümüşü"   götürən   Denstervil   
siyasi 
baxışlarından asılı olmayaraq ingilislərlə işləmək    istənilən qüvvəni öz tərəfinə çəkməli idi. 
Arxada təhlükəsizliyi təmin etmək üçün general Denstervil əkskəşfiyyat işinə böyük diqqət yetirirdi. Bu 
işi     o,     kapitan     Saundersə     tapşırmışdı.     Nəticədə     o,     alman     və     türk     agentlərini     zərərsizləşdirmiş,     
inqilabi 
təbliğatçıları    aradan    götürə    bilmişdi.    Kəşfiyyat    işinin    yaxşı    təşkili    onun    dəstəsini    dəqiq   
məlumatlarla    təmin  edirdi.  Eyni  zamanda  general  öz  qüvvələrinin  sayını  artırırdı.  O,  qeyd  edir  ki,  "Bakı 
bolşeviklərindən  qaçmış  rus  zabitlərinin  bir  tərəfə  cəlb  olunması  həm  də  bütün  hadisələrdən  xəbərdar  olmaq 
imkanı  verirdi.  Zabitlərdən  ikisi  gizli    missiya    ilə    Bakıya    göndərildi.    Bizim    tərəfimizdən    xidmətə   
götürülmüş    zabitlər    çox    dürüst    insanlardı, müharibədə  fərqlənmişdilər  və  özlərini  göstərmək üçün istənilən 
tapşırığı yerinə yetirməyə hazır idilər, onlar öz reputasiyalarını    doğrultdular".   Tədricən   missiya   "beynəlxalq   
çalarlar   almağa   başladı,   çünki   bizə   üç   fransız- 
174
Bakıya  çıxarılmış  ingilis qoşunlarının  komandanı  L.Denstervil  təyin  edildiyinə  görə  rəsmi  sənədlərdə  bu  qoşunlar  «Densterfors»,   yəni  «Denstervilin 
qoşunları» adlanırdı. 
175
Rıhtım  M.  İngilislərin  Bakı  və  Xəzər  dənizinə  hakim  olmaq  xüsusunda  cəhdləri  //  Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Qafqaz  İslam  Ordusu  toplusu, 
s.488-491. 
176
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.303. 
63 
 




Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə