Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə35/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

 
 
 
 
Zirehli avtomobillərin nisbətən yüngül çəkili və kiçik ölçülü (zirehli qatardan fərqli olaraq) olması onları 
dəniz   yolu   ilə   Rusiyadan   gətirməyə   imkan   verirdi.   İyulun   23-də   Bakıya   gələn   gəmilərlə   4   zirehli   
avtomobil gətirilmişdi.
165
 
Bakı    Soveti    və    Sentrokaspi   
Diktaturası qoşunlarının     hansı     növ     zirehli     
avtomobillərlə 
silahlanması  barədə 
ədəbiyyatda  məlumat 
yoxdur. 
Burası 
məlumdur 
ki,    zirehli 
avtomobillərin      bir      neçəsi      qənimət      kimi     
ələ 
keçirildikdən  sonra  bərpa  olunmuş  və  1919-20- 
ci  illərdə 
Azərbaycan  ordusunda  istifadə 
edilmişdir.      Azərbaycan      ordusuna      aid     
tarixi sənədlər     sübut     edir     ki,     orduda     
pulemyotlarla 
silahlanmış"Ostin-Putiloves", 
top 
və 
pulemyotlarla      silahlanmış      "Qarford-
Putiloves" 
və      "Perley"      adlandırılan      zirehli     
avtomobillər  olub.
166     
Birinci    və    ikinci    növ    avtomobillərin    taktiki-texniki    göstəricilərini    müəyyən   
etmək   çətin   olmasa   da,  "Perley"  zirehli  avtomobili  haqda  məlumat  yoxdur,  ümumiyyətlə,  dünyada  bu  adda 
zirehli  avtomobil  olmayıb.  Ehtimal    ki,    sənədlərdə    söhbət    adətən    "Pirles"    adı    ilə    göstərilən    zirehli   
avtomobildən    gedir.    "Pirles"    zirehli  avtomobili    Britaniya    istehsalı    olsa    da,    Rusiya    da    ondan   
müxtəlif    cəbhələrdə    istifadə    edib.    2    pulemyotla silahlanan avtomobilin iki nəfərlik heyəti vardı. 
1915-ci ildən istehsalına başlanan "Ostin-Putiloves" zirehli avtomobili 8 mm-lik zireh lövhələrlə örtülmüş 
korpusdan    ibarət    olmaqla,    2    qüllədə    qurulmuş    iki    ədəd    "Maksim"    pulemyotu    ilə   
silahlanmışdı.    Zirehli  avtomobilin    göstəriciləri:    çəkisi-    5,2    t,    ölçüləri    -    4,9    x    1,75    x    2,4    m,   
heyəti    -    5    nəfər,    mühərriki    -    benzin  yanacaqlı,    4    silindrli,    50    at    gücündə,    təkər    formulu    4x2,   
sürəti    -    50    km/    saat,    yanacaq    çəninin    bir    dəfə doldurulması ilə dəf edilən məsafə - 200 km.
167
 
1914-cü    ildən    istehsal    edilən    "Qarford-Putiloves"    zirehli    avtomobilinin    daha    ağır    silahları    vardı.   
Bu avtomobil    xüsusi    qüllədə   qurulmuş    bir    ədəd   76,2   mm-lik   səhra    topu    və    üç   ədəd   "Maksim"   
pulemyotu    ilə silahlanmışdı.    Zirehli    avtomobilin    göstəriciləri: 
çəkisi - 8,6 t, heyəti - 8 nəfər, mühərriki - benzin 
yanacaqlı,      4      silindrli,      35      at      gücündə     
təkər 
formulu      4x4,      sürəti      -    20      km/      saat,     
yanacaq çəninin     bir     dəfə     doldurulması     ilə     
dəf     edilən məsafə - 120 km.
168
 
Tətbiqi      böyük      bilik      və      bacarıq     
tələb  etməyən      zirehli      avtomobillərdən     
Bakı      Soveti  qoşunları      geniş      istifadə     
edirdi.      Bəzi      hallarda  zirehli  avtomobillərin 
fəaliyyətini  zirehli  qatarla  uzlaşdırmaq  müsbət 
nəticə verirdi.  İyulun  10-14-  də      Müsüslü      və     
Karrar      stansiyaları      uğrunda 
gedən    doyüşlərdə    2    zirehli    qatar,    5    zirehli    avtomobil    və    8    topdan    ibarət    qrup    çevik    qüvvə    kimi   
bolşevik qoşunlarının   atəş   üstünlüyünü   təmin   etmişdi.   Göyçay   döyüşlərində   bolşeviklərin   6   zirehli   
avtomobili   iştirak 
edirdi.    Şamaxı    şəhərinin    azad    edilməsi    zamanı    Qafqaz    İslam    Ordusu    bir    zirehli    avtomobil    qənimət   
kimi 
götürülmüşdü.
169
 
L.   Biçeraxovun   dəstəsində   4   zirehli   ingilis   avtomobili   var   idi.   Yevlax   yaxınlığında   gedən   
döyüşlərdə 
onlardan biri saz vəziyyətdə türk-Azərbaycan qoşunlarının əlinə keçdi. Sentrokaspi Diktaturasının qoşunları da 
zirehli avtomobillərdən geniş istifadə edirdi. Avqustun 19-da Bakı ətrafında daralan mühasirə halqasını yarmağa 
çalışan    diktatura    qoşunları    Maştağa    kəndinə    3    zirehli    avtomobilin    müşayiəti    ilə    500    piyada,   
700    süvari  yeritmişdilər.      Türk-Azərbaycan      qoşunları      hərəkət      edən      hədəflərə      top      atəşi     
açmaqda      müəyyən      təcrübə  topladığından   onlara   qarşı   açıq   döyüşdə   zirehli   avtomobillərdən   istifadə   
etmək   çətinləşirdi.   Bunu   özləri   ilə  3 zirehli avtomobil gətirən ingilislər də görürdülər. 
165
Дарабади П.Г. Военные вопросы, с.113. 
166
Suleymanov M. Azərbaycan Ordusu, s.241. 
167
Гоголев Л.Д. Бронемашины. Москва, 1986, c.17. 
168
Yenə orada, c.20. 
169   
Süleymanov M. AzərbaycanOrdusu (1918-1920). Bakı, 1998, s.111. 
58 
 


 
 
Avqustun   27-də   hazırlanan   irimiqyaslı   əkshücumda   diktaturanın   3   zirehli   avtomobili   iştirak   etməli   
idi. 
Sentyabrın əvvəllərində Bakıda Sentrokaspi Diktaturasının və ingilslərin 6 zirehli avtomobili var idi ki, onlardan 
sentyabrın      14-də      baş      verən      döyüşdə      geniş      istifadə edilmişdi.
170
 
General  Denstervilin  qeydlərinə  görə,  "altı  zirehli  avtomobil   - üç  ingilis  və  üç  rus  maşını  vardı,  zirehli 
avtomobillər markiz d Albissinin tabeliyidə idi; onların hamısı öz işini gözəl bilirdi". 14 sentyabr döyüşlərinin 
gedişinə toxunan general Denstervil yazır ki, "altı zirehli avtomobil düzən ərazidə uğurla çalışırdı". Daha sonra 
ingilis qoşunlarının Bakıdan təxliyyə olunduğuna toxunan general bu zirehli avtomobillərin və otuz ədəd "ford" 
yük maşınlarının sıradan çıxarılaraq şəhərdə qaldığını da etiraf edir.
171
 
Artilleriya.    Digər    silahlar    kimi,    toplar    da    Bakı    Soveti    qoşunlarına    tərxis    olunan    ordu   
hissələrindən  keçmiş    və    ya    hərbi    anbarlardan    götürülmüşdü.    Həmçinin    Rusiyadan    göndərilən    toplar   
da    Qırmızı    Ordunun  artilleriya  parkınşı  böyüdürdü.    1918-ci  ilin  mayına  Qırmızı  ordunun  1-ci  korpusunda 
12  səhra  və  3  dağ  topu,  4  mortir    var    idi.    Onların    əsasında    3    səhra    batareyası,    1    dağ    və    1    mortir   
batareyaları    tərtib    edilmişdi.    İyunda  Rusiyadan    12    ədəd    dörddüymlük    top    göndərilmişdi.    İyulun   
axırlarında    Bakının    müdafiəsinə    göndərilmiş Q.K.Petrovun yaxşı silahlanmış dəstəsində altıtopluq batareya 
var  idi.  Tələb  olunandan  artıq  toplara  malik  olan  Bakı    Sovetinin    qoşunlarına    əsasən    onların    ehtiyat   
hissələri 
və 
mərmilər 
gərəkli 
idi.   
Sentrokaspi  Diktaturasının  qoşunları  da  çoxsaylı  artilleriyaya  malik  idi.  General  Denstervil  gündəliyində  yazır 
ki,  anbarlarda  olan  toplar  və  onların  ehtiyat  hissələri  hesabına  Bakıda  mühafizə  olunan  topların  sayı  otuza 
çatdırıldı (avqustun əvvəlləri). Onun qeydlərinə görə, "Bakı artilleriyası kifayət qədər yaxşı idi". 
Avqustun   27-nə   planlaşdırılan   irimiqyaslı   əkshücumda   2   qaubitsa,   28   səhra   topu   və   2   dağ   topu   
iştirak 
etməli    idi    (mövqelərin    qorunması    üçün    ayrılan    topları    da    əlavə    etsək,    kifayət    qədər    böyük   
rəqəm    alınır).  Sentyabrın    əvvəllərində    baş    verən    döyüşlərdə    səhra    və    dağ    toplarından    başqa    4   
qaubitsa   iştirak   edirdi.   Bakı  uğrunda  gedən  döyüşlər  zamanı  mövqelərini  itirən  Sentrokaspi  Diktaturasının 
qoşunları  salamat  qalmış  topları  Ermənikənddə    yerləşdirmiş    və    elə    buradaca    sentyabrın    14-də    türk-
Azərbaycan    qoşunları    tərəfindən    2    ədəd  qaubitsa,  8  səhra  və  2  dağ  topu  tam  işlək  vəziyyətdə  və  mərmi 
ehtiyatı ilə ələ keçirildi. 
Bakı   Soveti   və   Sentrokaspi   Diktaturasının   qoşunları   tərəfindən   aşağıdakı   top   növləri   istifadə   
edilirdi: 
1902-ci il nümunəli üçdüymlük səhra topu, 1909-cu il nümunəli üçdüymlük dağ topu, 1910-cu il nümunəli 48 
xətlik    (122    mm-lik)    qaubitsa    (bəzi    mənbələrdə    dörddüymlük    top    kimi    göstərilir),    1883-cü    il   
nümunəli    6 
düymlük (152 mm-lik) səhra mortiri. 
170   
Yenə orada,s.123. 
171
Денстервиль, c.126. 
59 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə