Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə49/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   45   46   47   48   49   50   51   52   ...   113

 
 
İsrafil   bəy   İsrafilov   xatirələrində   yazır   ki,   "Tatar   süvari   alayı   gənc   respublikanın   yeganə   yaxşı   
təşkil 
edilmiş silahlı qüvvəsi idi. Ona kömək məqsədi ilə "Yaşıl qvardiya"nın yaradılmasına başlandı: əsasən tələbələr 
və ziyalılardan ibarət hərbi hissə. Qvardiya ilə komandanlıq mənə tapşırıldı. Süvari dəstəyə polkovnik Rəfibəyli 
başçılıq edirdi. Bizim azsaylı dəstəmiz Hacıqabul stansiyasına qədər irəliləsə də geri çəkilməyə məcbur oldu..." Bakı 
Sovetinə qarşı döyüşlərdə iştirak edən Müsəlman Korpusunun bir hissəsi belə ştatlara uyğun təşkil edilməmiş,   
ümumiyyətlə   Korpus   ayrı-ayrı   bölmələr   şəklində   (alay-tabor-bölük)   vuruşmuşdur.   Məhz   bu   amil 
Azərbaycan hökumətini Türkiyə dövlətindən hərbi kömək istəməsi məcburiyyətində qoymuşdur. 
5.4. Qafqaz Ġslam Ordusunun iyun-iyul aylarında quruluĢu 
Ənvər    paşanın    Azərbaycanla    bağlı    planı    burada    yerli    qüvvələr   hesabına    türk    zabitlərinin   
köməyi    ilə 
tərkibində  3  piyada  diviziya  (hər)  birində  3  piyada  alay)  olan  1  korpus  yaratmaq  idi.  Nuru  paşa  Mosulda  6-cı 
Ordu  komandanlığından  149  zabit    və  məmur,  488  gizir    və  əsgər  seçərək  onlardan  təlimatçılar  kimi   
istifadəni  planlaşdırırdı.  Aprelin  5-də  Ənvər  paşa  tərəfindən  təsdiqlənmiş  Qafqaz  İslam  Ordusunun  təşkili  və 
vəzifələrinə 
aid      Təlimnamə      də      bunu      təsdiqləyir.      Nuru      paşa      Mosul-Təbriz-Naxçıvan      marşrutu      ilə     
hərəkət      edərkən  Naxçıvanda,      Or-dubadda,      daha      sonra      Cəbrayıl,      Ağdam,      Tərtər      və      Yevlaxda     
bir     neçə     osmanlı     zabitini yerləşdirərək    onlara yerli konüllülərdən ibarət dəstələr yaratmağı    tapşırırdı.
225   
Bir çox    yerlərdə    əhali I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini 
azad  etmiş  və  onlar  yerli  dəstələr təşkil  etmişdilər.  Nuxada  Bədri  və  Sidqi  əfəndilər,  Zaqatalada  Həqqi  əfəndi 
və  Ələddin  əfəndi  belə  dəstələrin komandirləri  idi.  Lakin  Nuru  paşanın  üzləşdiyi  reallıq  planları  pozdu.  Bakı 
Soveti  qoşunları  sürətlə  irəliləyir, Müsəlman  Korpusunun  kiçik  hərbi  qüvvələri  onun  hərəkət  sürətini  nisbətən 
ləngitsə  də,  qarşısını  ala  bilmirdi.  Könüllülərdən  yaradılan  hərbi  hissələr  silah  və  sursatla  təmin  edilməmiş, 
təlim keçməmiş,  zabit  heyəti  demək 
olar ki, yox idi. Belə şəraitdə təlimatçılar vasitəsi ilə hərbi hissələrin yaradılması prosesi çox vaxt tələb edərdi. 
Nuru   paşa   teleqramlarının  birində  xəbər   verirdi   ki,   Müsəlman   Korpusunda   1000-ə   yaxın   döyüşçü   var,   
bu  isə  göstərir  ki,  toplanan  könüllü  dəstələri  о  real  qüvvə  kimi  heç  nəzərə  almırdı.
226     
Belə    vəziyyətdə     
məhz      nizami  osmanlı      qoşunlarının  göndərilməsi  ehtiyacı  açıq-aydın  görünürdü.  Bu  qüvvələr  komandanı 
Vehib paşa olan 3- 
cü Ordu tərkibindən götürülməli idi. 
İyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında hərbi kömək göstərilməsi barədə imzalanan müqavilə 
birbaşa    hərbi    qüvvələrin    göndərilməsinə    imkan    yaratdı.    İyunun    əvvəllərindən    Azərbaycana    3-сü   
Osmanlı 
ordusunun hissələri gəlməyə başladı. Maqalovun dəstəsi Kürdəmir-Ucar istiqamətində olub 900 nəfərdən ibarət 
idi. Dəstə QİO-nun avanqardı rolunu oynayırdı. 
Qafqaz  İslam  Ordusu  tərkibində 
Osmanlı  qoşunları  5-ci  Qafqaz  firqəsi 
(diviziya)   ilə  təmsil  olunmuşdular.  Əvvəllər 
3-cü  Ordunun  (komandan  Vehib  paşa) 
tərkibində      olan      firqə      aşağıdakı     
quruluşa malik idi: üç piyada alay (9-cu, 10-
cu,  13-cü  alaylar),      bir      süvari      alayı     
(mürəttəb      2-ci  süvari    alayı),    bir    topçu   
alayı    (5-ci    Qafqaz  səhra  topçu  alayı)  və 
əlavə hissələr.
227
 
Hər   piyada   alayında   üç   piyada   
tabor, bir    pulemyot    (makinalı    tüfəng)   
bölüyü    var 
idi. 9-cu piyada alayı (komandir minbaşı Cəmil Cahid bəy sonra qaimməqam Həmdi bəy) 25-ci, 26-cı və 27-ci 
piyada taborlarından ibarət idi. 10-cu piyada alayı (komandir qayməqam Osman bəy, sonra Dəmirəli bəy) 28-ci, 
29-cu və 30-cu piyada taborlarından ibarət olmuşdur. Üç tabordan (4-cü, 46-cı, 60-cı piyada taborları) ibarət 13- 
cü piyada alayının komandiri qayməqam Əhməd Riza bəy idi. 
19-cu və 42-ci süvari bölüklərdən ibarət olan mürəttəb 2-ci süvari alayının komandiri minbaşi Zehni bəy 
idi. 
5-ci   Qafqaz   səhra   topçu   alayı   (komandir   minbaşı   Abdulla   bəy)   iki   topçu   taborundan   ibarət   
olmuşdur 
(Şnayder topçu taboru və Dağ topçu taboru). Şnayder topçu taboru 1-ci və 2-ci batareyalar, Dağ topçu taboru 4- 
cü və 5-ci batareyalardan təşkil edilmişdi. 
225
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.230-231. 
226
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.107-108. 
227
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.119-120. 
82 
 


 
 
Əlavə hissələrə istehkam bölüyü, səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr 
və iaşə taqımı aid idi. 
Qeyd etmək lazımdır ki, hələ müharibə başlamazdan əvvəl Osmanlı ordusunun ən zəif cəhətlərindən biri 
təminat məsələsi ilə bağlı idi. Belə ki, döyüşən ordunun tərkibində təminat məsələləri ilə bağlı ayrıca strukturun 
olmaması    əməliyyatların    keçirilməsinə    maneçilik    törədirdi.    Təminat    əsasən    qoşunların    yerləşdiyi   
ərazilər 
hesabına həyata keçirilir, ölkənin mərkəzi bölgələrindən daşınmalar isə olduqca pis təşkil edilmişdi. Yaradılan 
anbarlarla   döyüşən   hissələr   arasında   daşınmalar   da   ləng   aparılırdı.   Buna   səbəb   bir   tərəfdən   texnika   
sarıdan geridə qalma idisə (avtomobillərin azlığı, arabaların əksər hallarda döyüş gedən bölgənin əhalisindən 
yığılması), digər səbəb xüsusi nəqliyyat hissələrinin olmaması idi. Nəticədə hətta alman zabitləri qeyd edirdilər ki, 
Osmanlı qoşunları 
irəliyə  bilirlər,  lakin  sürətli 
hücumlar    etmək    iqtidarında    deyillər.   
Döyüş  zamanı    ilkin    uğur    qazanan   
qoşunlar    azacıq  irəlilədikdən  sonra  ərzaq 
və  sursat  ehtiyatını  bərpa  etmək  üçün 
hərəkəti dayandırır, ərzaq və  sursatın
 
gətirilməsini 
gözləyirdilər. 
Nəticədə    dərin    irimiqyaslı    hücumlar   
həyata  keçirmək    olmur,    düşmən    geri   
çəkilib    yeni 
mövqelər     qurmaq     
üçün 
Osmanlı 
qoşunlarının 
mövqedən 
digərinə 
xatırladırdı. 
imkan     
qazanırdı. 
hücumları 
bir 
doğru 
hərəkəti 
Vuruşan       hissələrin       su       və       
ərzaqla 
təminatını    Azərbaycan    Cümhuriyyəti   
Ərzaq  Nazirliyi      öz      boynuna      götürdü.      Əhalidə      olan      məhsulun      1/10      yığılır,      eyni      miqdarda     
ərzaq      anbarlardan  götürülürdü.    Azərbaycanı    tərk    etmiş    ermənilərə    məxsus    olan    topraqların   
məhsulunu    ətraf    azərbaycanlı    əhali  toplamalı  və  toplanmış  məhsulun  50  %-i  dövlətə,  vuruşan  hissələrə 
keçirməli  idi.  Əvəzi  ödənilməklə  əhalidən  minik  heyvanları  götürülürdü.  Sentyabr  döyüşləri  ərəfəsində  zəkat 
da  yığılaraq  orduya  keçirilmişdi.  Cənub  və Şimal  hücum  xətti  boyunca  ərzaq  anbarları  yaradılmışdı.  Təkcə  5-
ci Qafqaz piyada firqəsinə bir gündə 10.774 
kq    ərzaq    tələb    olunurdu.
228     
Ərzaq   Nazirliyindən   ərzağın   götürülüb   hissələrə   paylanması    üçün   5-ci   
firqənin tərkibində əlavə struktur vahidi  - Mənzil Müfəttişliyi yaradılmışdı ki, bu qurum ərzağın daşınması, 
təminat  və 
digər məsələlərlə məşğul olurdu. Onun səmərəli işi nəticəsində Mənzil Müfəttişi idarəsi yaradıldı. 
5-ci Qafqaz fiqəsində 330 zabit, 7403 əsgər (5277-si döyüşən hissələrdə) və 1939 heyvan var idi.
229
 
Firqənin    3-cü    Ordu    ilə    bağlılığı    Qafqaz    İslam    Ordusunun    komandanı    Nuru    paşa    vasitəsi   
ilə    həyata  keçirilməli    idi.    İdarəetməni    asanlaşdırmaq    üçün    Qafqazda    yerləşən    3-cü    və    9-cu    Ordular   
Şərq   Ordular   qrupu tərkibində birləşdirildi (komandan Vehib paşa, iyunun 29-dan Xəlil paşa). Bu zaman 3-cü 
Ordunun  komandanı  Esat    paşa    təyin    edilmişdi.    Maraqlıdır    ki,    iyun    ayında    5-ci    piyada    firqəsinin   
(komandir    Mürsəl    paşa,    sonralar  Mürsəl    Bakı    adını    götürmüşdür;    Ərkani-Hərb    (qərargah)    rəisi-   
minbaşı    Rüşdübəy)    adı    dəyişdirildi    və    o, Azərbaycan qolordusunun 3-cü atıcı diviziyası adını aldı.
230
 
QİO-nun    komandanı    Nuru    paşa    və    Ərkani    -    Hərb    rəisi    Nazim    bəy    qərargaha    arxalanaraq   
fəaliyyət  göstərirdilər.  Qərargah  aşağıdakı  şöbələrdən  ibarət  idi:  1-ci  şöbə  -  hərəkət  şöbəsi  (əməliyyat-
planlaşdırma);  2-ci  şöbə    -    heyət    şöbəsi    (zabitlərin    siyahıları,    təltif    edilmələr);    3-cü    şöbə-hərbi    divan   
və   məhkəmə;   4-cü   şöbə   - təminat   şöbəsi   -  ərzaq   və   paltarla   təminat;   5-ci   şöbə   -   tibbi;   6-cı   şöbə   - 
baytarlıq;   7-ci   şöbə   -  pulemyotların inspeksiyası; 8-ci şöbə - qərargahın rəhbərliyi. 
İyun-iyul   döyüşləri   nəticəsində   osmanlı   hərbi   hissələrinin   quruluşunda   dəyişikliklər   baş   verdi.   Bu   
bir təfərdən osmanlı hissələrinin verdiyi itkilər və bu itkilərin azərbaycanlı döyüşçülərlə əvəzlənməsi, digər tərəfdən 
azərbaycanlı   könüllülərin   sayının   artması   nəticəsində   yeni-yeni   Azərbaycan   hissələrinin   yaradılması   ilə   
bağlı 
olmuşdur. 
Könüllü    dəstələr    və    çağırıĢ    iĢi.    Azərbaycana    gəldikdə    Nuru    paşa    şahidi    olmuşdur    ki,    əhali   
vuruşmaq  əzmindədir    və    könüllü    dəstələr    artıq    mövcuddur.    Bir    çox    yerlərdə    əhali    I    Dünya   
müharibəsində    rus    ordusu  tərəfindən  əsir  götürülmüş  türk  zabit  və  əsgərlərini  azad  etmiş  və  onlar  yerli 
dəstələr  təşkil  etmişdilər.  Nuxada Bədri   və   Sidqi   əfəndilər,   Zaqatalada   Həqqi   əfəndi   və   Ələddin   əfəndi   
belə    dəstələrin    komandirləri    idi.    Lakin  könüllüləri  nizami  hissələrə  qarşı  döyüşə  göndərməkdən  çəkinən 
Nuru paşa onları nizami osmanlı qoşunlarının gələcəyi    yolları,    ilk    növbədə    dəmir    yolları    və    körpülərin   
qorunmasında    istifadə    etdi.    Qazax    və    Sadaxlıda  könüllülərdən  postlar  yaradılmış  və  özlərini 
doğrultmuşdular. Dərhal "Gəncə, Qazax və Sadaxlı məntəqələrində 
228
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.256. 
229
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.241. 
230
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.127 
83 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə