Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə50/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   46   47   48   49   50   51   52   53   ...   113

cəm ediləcək  milis  ətrafı  haqqında  təlimat"  adlı  bir  sənəd  tərtib  edilmiş,  burada  könüllü  dəstələrin  postlarının 
yaradılması    və    fəaliyyəti    ilə    bağlı    məqamlar    öz    əksini    tapmışdır.    Təlimata    əsasən    Poyludan   
Gəncəyə    qədər  ərazidə  dəmir  yolu  boyunca  yerli  əhalidən  milis  dəstələri  yaradılmalı  idi.  Bu  dəstələrin 
yaradılmasında Qafqaz İslam Хеуriyyə Cəmiyyəti köməklik göstərirdi.
231
 
Osmanlı hərbi hissələri Azərbaycana daxil olarkən əhaliyə müraciət qəbul edilmişdi. Müraciətdə QİO-nun 
məqsədləri    göstərilmişdi:    ermənilərin  ingilislərlə  birləşərək  Bakını  işğal  etməsinə  maneçilik  törətmək, 
Bakıda  müsəlmanlar    və    bolşeviklər    arasındakı    müharibəyə    müdaxilə    etmək,    Bakı    ilə    bağlı   
"almanların    ehtiraslarına  mane  olmaq",  Qafqaz  müsəlmanlarını  təcavüzdən  qurtarmaq.  Bu  müraciətin 
könüllülərin sayının artmasına çox təsiri olmuşdur. 
Qafqaz    İslam    Ordusu    yaradılandan    sonra    könüllülərdən    ibarət    dəstələr    iki    məqsədlə    istifadə   
edilirdi: 
1.Arxa    cəbhəni    təşkil    edən    şəhərlərdə    sabitliyin    qorunması,    yolların    mühafizəsi;    2.    Azərbaycan    və   
Osmanlı  hərbi  hissələrinə  ehtiyat  qüvvə  hazırlanması.  Misal  üçün,  iyunun  22-də  389  nəfərlik  Ağdaş 
konüllülər  dəstəsi  Osmanlı    hərbi    hissələrinin    9-cu,    10-cu    və    13-cü    alayları    arasında    bölüşdürüldü.   
150   nəfərlik   Göyçay   milis dəstəsi 
Müsüslü 
dəstəsinin 
Azərbaycan    bölmələrinə    verildi.   
Nəticədə    həm    Azərbaycan,    həm    də    türk  hissələrinin    itkiləri      məhz    azərbaycanlı      könüllülər   
hesabına    doldurulurdu,    çünki      komplektləşdirilmə    üçün  Türkiyədən    sıravi    heyət    göndərilmirdi.   
M.Süleymanov    osmanlı    sənədləri    əsasında    5-ci    Qafqaz    firqəsində    nə  qədər  yeni  qüvvənin  olmasını 
müəyyənləşdirmişdir.  Belə  ki,  30  iyun  tarixində  8229  sıravisi  olan  firqə  1-15  iyul  tarixlərində    müxtəlif   
səbəblərdən    (həlak    olanlar,    itkin    düşənlər,    yaralılar,    xəstələr)    1200    nəfər    itirmiş,    həmin  dövrdə   
firqəyə    1992    nəfər    azərbaycanlı    gəlmiş    və    iyulun    15-də    firqənin    sıravi    heyətinin    sayı    9021   
nəfərə  çatmışdır.
232     
Türkiyədən    əlavə    nizami    qüvvələrin    göndərilməsini    istəyən    Nuru    paşa    Ənvər   
paşanı   buna   sövq etmək üçün məktublarında döyüşçülərin çatışmadığını, könüllülərin əvvəlki kimi 1000 nəfər 
olmasını göstərirdi. 
QİO rəhbərliyi və Azərbaycan hökuməti səfərbərlik işini daim nəzarətdə saxlayırdı. Belə ki, 1894-1899- 
cu illər təvəllüdlü müsəlman gənclər hərbi xidmətə çağırılırdı. İlk dəfə olaraq Yelizavetpolda Əxzi-Əsgər idarəsi 
yaradıldı    və    toplanma    işinə    vəsait    ayrıldı.    Hərbi    xidmətə    çağırılmırdılar:    xəstələr,    dəlilər,    həbs   
olunanlar,  nazirlər,    nazir    müavinləri,    valilər,    ziraət    idarələri    müdirləri,    dövlət    xəzinədarı,    məhkəmə   
rəisləri   prokurorlar, prokuror müaviləri, polislər, ruhanilər, 60 yaşına çatmiş və ya dul qalmış ananın tək oğlu, 
atadan, anadan yetim olub himayəsində kiçik qardaş  - bacısı olanlar, baba və ya  nənənin himayəsində olan tək 
nəvə, bir nеçə uşağı olanlar. Çağırışdan azad olanlara xüsusi sənəd verilirdi.
233
 
Toplanma    işi    aşağıdakı    mərhələlərlə    həyata    keçirilirdi.    Yaradılmış    Milli    Müdafiə    Cəmiyyətləri   
əhali 
arasında  təbliğat  aparır və  orduya  səfərbər olunmanın vacibliyini  vurğulayırdılar. Eyni  zamanda bildirilirdi ki, 
öz silahları olan gənclər bu silahlarla xidmətə gəlsələr daha yaxşı olardı. Daha sonra xidmət yaşı çatmış gənclər 
qəza    mərkəzlərinə    göndərilir    və    burada    Əxzi-Əsgər    komissiyasında    həkimlər    tərəfindən    müayinə   
olunurdu.  Yararlı    bilinən    gənc    Əxzi-Əsgər    idarəsi    tərəfindən    iaşə    və    təchizatla    təmin    edilir.   
Yerləşdirmə    Komissiyası  tərəfindən    xüsusi    ayrılmış    binalarda    müvəqqəti    olaraq    yerləşdirilirdi.    Əsgər   
paltarı    geyinən    gənclərə    Milli Müdafiə Cəmiyyətləri əhalidən topladıqları əlavə köynək, corab və s. verir və 
yola salırdılar.
234
 
5.5. Xüsusi Azərbaycan Korpusunun təĢkili və strukturu
235
 
1918-ci    il    iyunun    26-da    Azərbaycan    hökumətinin    qərarı    ilə    Müsəlman    Korpusunun    adı   
dəyişdirilərək  Xüsusi    Azərbaycan    Korpusu    qoyulmuşdur.
236     
Xüsusi    Azərbaycan    Korpusunda   
(komandan    Əlağa    Şıxlinski)  əvvəlki  Müsəlman  Korpusuna  daxil  olan  hissələr  yenidən  düzənlənərək 
qərargah və iki  Azərbaycan diviziyası 
yaradıldı.     Dəyişiklik     zamanı     azərbaycan     hissələrinin      komandirləri     türk     zabitlərindən     təyin     edildi.     
1-ci 
Azərbaycan diviziyası (komandir miralay Cəmil Cahilbəy, Ərkani-Hərb rəisi minbaşı Tahir bəy) üç piyada alayı 
(1-ci, 2-ci və 3-cü) və bir Sərhəd alayından ibarət olmuşdur. 1-ci piyada alayına qaimməqam Məhyyəddin bəy, 
2-ci   piyada   alayına   əvvəlcə   İsmayıl   Həqqi   bəy,   sonra   Əhməd   Həmdi   bəy,   3-cü   piyada   alayına   qaim-
məqam 
Xalis   bəy  rəhbərlik  edirdilər.   Sərhəd   alayının   komandiri   İsmayıl   Həqqi   bəy  təyin   edilmişdi.   2-ci   
Azərbaycan 
diviziyası (komandir qaimməqam Nazim bəy, Ərkani - Hərb rəisi minbaşı Cəmil bəy) üç piyada (4-cü, 5-ci və 
6-cı) alayından ibarət olmuşdur. 4-ci piyada alayına Həlim Pərtöv bəy, 5-ci piyada alayına Yusif Ziyabəy, 6-cı 
piyada      alayına      miralay      Dəmirəli  bəy  rəhbərlik  edirdilər.
237 
Döyüşlərdə  rus  topları  ilə  silahlanmış 
Azərbaycan  topçu  taqımlarının  və  Azərbaycan  süvari  hissələrinin  fəallıqla  iştirak  etməsi  dəfələrlə  göstərilir 
(əsasən Tatar və Ləzgi alayları), lakin onların hansı di-viziyanın tərkibində olmasını söyləmək çətindir.  Ştata 
əsasən  üç  piyada  tabordan    ibarət    olan    Azərbaycan    piyada    alayında    61    zabit,    2700    əsgər,    48    minik   
və    236    yük   heyvanı,    üç 
231
Süleymanov M. Qafqaz islam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.232. 
232
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.164-165. 
233
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.169. 
234
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.279-280. 
235
Azərbaycan Respublikasının Prezidenti H.ƏIiyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələr günü 
elan edilmişdir. 
236   
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.233. 
237
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.160. 
84 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə