Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə65/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   61   62   63   64   65   66   67   68   ...   113

 
 
 
 
 
 
 
 
ya Bakı zavodlarında istehsal etmək olardı. Lakin real vəziyyətin daha ağır olması nəzərə alınaraq Azərbaycana 
Osmanlı hissələri yeridildi. 
Osmanlı ordusunun 5-ci piyada firqəsində döyüşçülərin əsas silahı maqazinli tüfənglər idi. Bundan başqa 
hər taborda 2 pulemyot (makinalı tüfəng) vardı. Alayın tərkibində 3 piyada taborun və bir pulemyot bölüyünün 
olması  alayda  pulemyotların  sayını  12-ə  çatdırmışdı.
315   
Firqənin  üç  piyada  alayında  36  pulemyot   mövcud  idi. 
Rusiya    ordusunda    üç    tabor    nişançı    alay    şəklində    birləşdirilərək    ştatlara   
görə    36  pulemyotla  təchiz  olunmalı  idi.  Zəif  iqtisadiyyatı  olan  Osmanlı  dövləti 
ordunun  ən  müasir  silahlarla  təmin  edilməsində  böyük  çətinliklərlə  üzləşmiş,  bu 
səbəbdən  alay  şəklində  birləşdirilmiş  üç  tabor  cəmi  12  pulemyota  malik  idi. 
Rusiya ordusunda üç alay  nişançı   briqada  şəklində  birləşdirilir  və  briqada  ştatlara 
görə  144  pulemyotla  təchiz    olunmalı    idi.
316     
Beləliklə,    Rusiya    ştatlarına    görə   
tərtib    edilmiş    üç    piyada  alayın    144    pulemyotuna    Osmanlı    ştatları    ilə   
təchiz   edilmiş   üç   piyada   alayın   36 pulemyotu cavab verməliydi. 
Firqənin 5-ci Qafqaz səhra topçu alayı iki topçu taborundan ibarət olmuşdur 
(Şnayder   topçu   taboru   və   Dağ   topçu   taboru).   Şnayder   topçu   taboru   1-ci   və   
2-ci batareyalar, Dağ topçu taboru 4-cü və 5-ci batareyalardan təşkil edilmişdi ki, hər batareyada dörd top 
olmaqla 
alayda 16 top mövcud idi. Rusiya ordusunda üç alay nişançı briqada şəklində birləşdirilir və briqadanın döyüş 
fəaliyyəti   onun  tərkibində  olan   18  minaatan  və  30  topla  təmin  edilirdi.  Bakı   Soveti   qoşunlarında  minaatanlar 
olmasa da, piyada briqadalarını kifayət qədər çoxsaylı artilleriya dəstəkləyirdı. 
Osmanlı qoşunları Azərbaycana hissə-hissə gəlir və dərhal döyüşə göndərilirdi. İlk dəfə türk hissələrinin 
bolşeviklərlə  toqquşması  iyulun  16-da  (Kürdəmir  artıq  tutulmuşdu)  olmuşdu  (10-cu  Qafqaz  piyada  alayı).  Bu 
zaman    hər    türk    əsgərinin    cəmi    200    patronu    var    idi,    sərf   
edilmiş  sursatı      bərpa      etmək      üçün      patron      və      mərmi     
ehtiyyatı      yox      idi.  Döyüşlərin    gedişində    bu    özünü    dərhal   
göstərdi.    Üstəlik    Müsüslü  döyüşündə    2    dağ    topu,    41    mərmi,   
116    tüfəng    itirilməsi    qoşunların  silah    və    sursatla    təminatını   
daha    çətinləşdirdi.    Gürcüstandan    keçən  dəmir  yolları  almanların 
nəzarətində  idi,  onlar  isə  hərbi  eşelonların  hərəkətlərini      yubadır,     
quru      yolla      göndərilən      silah      və      sursat  karvanları        ləng     
hərəkət        edir        və        üstəlik      talanma        halları        ilə 
rastlaşırdılar.
317     
Osmanlı    qoşunlarında    olan    top    və    tüfənglər   
alman 
və    ya    Avstriya-Macarıstan    istehsalı    olduğundan    qənimət    kimi   
ələ  keçirilmiş  sursatdan  istifadə  etmək  olmurdu.  Belə  şəraitdə  çıxış 
yolu axtaran Osmanlı komandanlığı 5-ci firqənin hər piyada alayının 
3-cü  taborunda    mauzer    tüfənglərini    yığıb,    rus    tüfəngləri    ilə   
əvəz   etdi.
318
 
Artilleriya  hissələrinin ştatlarına  rus topları ilə silahlanmış Azərbaycan heyətləri əlavə edildi. Qoşunlar Bakıya 
doğru irəlilədikcə onların təminatı çətinləşirdi. Ağstafaya gətirilən sursat dəmir yolu vasitəsi ilə döyüş bölgəsinə 
göndərilirdi. Ancaq vaqon və parovozların azlığı bu işi ləngidirdi. 
Xüsusi    Azərbaycan    Korpusu    və    Azərbaycan    könüllü    dəstələrinin    silahla    təminatında    da   
problemlər  mövcud    idi.    Hər    könüllüyə    yığma    məntəqəsinə    öz    silahı    ilə    gəlmək    tövsiyyə    edilir,    bu   
isə    onların    sursatla  təminatında  problemlər  yaradırdı:  əsasən  köhnə  sistemli  tüfənglərlə  silahlanan  əhalidə 
müxtəlif  çaplı  və  növlü  silahlar    var    idi.    Osmanlı    dövlətində    olan    anbarlardan    rus    silahlarının    bir   
qisminin    Azərbaycana    gətirilməsi  vəziyyəti    nisbətən    yaxşılaşdırdı.    Hətta    bilavasitə    döyüşlər    gedən   
ərazidən   uzaq   olan,   lakin   erməni-bolşevik  təcavüzü  ilə  üzləşə  bilən  ərazilərin  əhalisinə  də  silah  paylamaq 
mümkün oldu (300 tüfəng Şəki, Padar, Xaçmaz, Qutqaşın,    Axtı    kəndlərinə    paylandı). Ərazilər 
 
azad   
edildikcə    könüllülərin    sayı    artdığından    silahla    təminat  problemi    yenidən    üzə    çıxırdı.    Belə    ki,    4-cü   
Azərbaycan    alayının    1-ci    taborunda    665    nəfərə    581    tüfəng,    2-ci  taborunda    662    nəfərə    414    tüfəng   
düşürdü,    bu    isə    kifayət    etmirdi.
319     
Bakı    uğrunda    döyüşlərdə    Maştağada  toplaşmış  könüllüləri 
silahlandırmaq üçün Ağdaşda yaradılmış könüllü dəstələrdən silahlar yığıldı. 
Azərbaycan    alaylarının    pulemyot    bölükləri    rus    pulemyotları,    artilleriya    hissələri    isə    rus   
topları    ilə silahlanmışdı. Bu hissələrin yüksək döyüş səmərəliliyi onların sayının artırılmasına və Osmanlı 
hissələrinə daxil 
315
N.Yüceer... tablo «5-ci Kafkas tümeni kuruluşu» 
316
Гражданская война. Энциклопедия, с.569 
317
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.133. 
318   
Yenə orada, s.134. 
319
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.137. 
102 


 
 
 
 
edilməsinə səbəb oldu. QİO-nun yeganə zirehli qatarı vaxtilə ZK-nın L.Maqalovun dəstəsinə göndərilmiş qatar 
idi. О sənədlərdə "Azərbaycan     zirehli  treni"     kimi  göstərilir.     Onun     heyəti bütünlüklə  azərbaycanlılardan 
ibarət idi, komandiri İ.İsrafilbəyov hətta Osmanlı medalı ilə də təltif edilmişdi.
320   
Döyüşlərdə qənimət kimi ələ 
keçirilmiş  bir  neçə  rus  və  bir  ingilis  zirehli  avtomobilinin  QİO  tərkibində  istifadə  edilməsi  barəsində  məlumat 
yoxdur. 
Sentyabrın  əvvəllərində  Bakıya  son  hücum  ərəfəsində  görülmüş  tədbirlər  nəticəsində  QİO-ya  daxil  olan 
hissələrin    tərkibində    artilleriya    və    pulemyotların    sayı    artırılmış    və    ştatlardan    artıq    olmuşdur.   
1918-ci    il  sentyabrın    10-da    5-ci    Qafqaz    piyada    firqəsində    48    pulemyot    olmuş,    topçu    alayı   
gücləndirilmişdir.    Onun tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra topçu, rus səhra topçu, 
rus dağ topçu taqımları var 
idi (cəmi 33 top). Azərbaycana yenicə gəlmiş 15-ci piyada firqəsində 24 pulemyot, iki Dağ topçu batareyası, bir 
səhra topçu taqımı  (cəmi 12 top)  olmuşdur. 15-ci  firqənin tərkibində olan və azərbaycanlılardan təşkil edilmiş 
Zehni bəy müfrəzəsi və Tevfiq bəy müfrəzəsi (Maştağı könüllülər milisi) çoxsaylı olsalar da, onların tərkibində 
pulemyotlarının  sayını  söyləmək  çətindir.  Cənub  qrupunda  (Azərbaycan  diviziyası)  azı  8  pulemyot,  6  top  var 
idi. 106-cı Qafqaz piyada alayında azı 4 pulemyot var idi. 
Bakıya    son    hücum    ərəfəsində    Qafqaz    İslam    Ordusunda    80-dən    artıq    pulemyot,    53    artilleriya   
silahı 
olmuşdur. Artilleriya silahlarından 6-cı səhra topu, 39-u dağ topu, 4-ü səhra qaubitsası, 4-ü dağ qaubitsası idi. 
Silah növləri. QİO tərkibində olan zirehli qatar ("B tipli"), rus topları (76,2 mm-lik səhra və dağ topları), 
rus    pulemyotları    ("Maksim"dəzgahlı    pulemyotları),    rus    tüfəngləri    ("üç    xətli    Mosin    tüfəngləri"    və   
onların  növləri)  Bakı  Soveti  və  Sentrokaspi  Diktaturasının  qoşunlarında  olan  müvafiq  tipli  silahlarla  eyni 
göstəricilərə  malik  idilər.  Azərbaycan  hissələrinin  soyuq  silahları  1913-cü  il  süvari  qılıncı,  1913-cü  il  zabit 
şaşkası  (Qafqaz növü), 1913-cü il zabit şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər 
xəncəri,  1907-ci  il  nümunəli    topçu    hissələrinin    əsgər    xəncəri,    1909-cu    il    zabit    palaşı,    1910-cu    il   
kazak    növlü    zabit    şaşkası, həmçinin milli xəncər və şaşkalardan ibarət olmuşdur. 
QİO-ya   aid   sənədlərdə   aşağıdakı    Osmanlı   artilleriya    sistemlərinin   adları    göstərilir:    "Şnayder   
topları", 
"105 mm-lik səhra qaubitsası", "105 mm-lik Şkoda dağ qaubitsası", "Krupp dağ topu", "Qüdrətli toplar". 
Osmanlı    qoşunlarının   artilleriya    silahları    sırasında    “Şnayder    topları”    nın   adlarına    bir    neçə    yerdə   
rast gəlinir.  Fransanın  Şnayder  şirkətinin  istehsalı   olan  bu  toplar   sırasında  ən  geniş  yayılanı   və  hələ 
müharibədən əvvəl    istehsal    olunmağa    başlayan    "105    mm-lik    (4,13    düymluq) 
Şnayder   topu"   idi.   Bir   sıra   yenilikləri   sırasında   lülənin   
çıxararaq 
lafetdən    ayrı     daşına    bilməsi    onu    adi     arabada    uzaq   
məsafələrə 
aparmaq    imkanı    verirdi.    Ehtimal    ki,    bu    toplar    Osmanlı   
ordusu 
tərəfindən qənimət kimi  Mesopotamiya  və Fələstində ələ keçirilmiş  və  ya Almaniyanın  Fransada ələ keçirdiyi 
qənimətlər sırasında Osmanlı dövlətinə verilmişdi. 
Qafqaz      İslam      Ordusunun      Osmanlı      hissələrinin      artilleriya      silahları      sırasında      "105      mm-lik     
səhra 
qaubitsası"na rast  gəlinir. Almaniyanın  istehsalı  olan 1898/99 il nümunəli 105 mm-lik səhra qaubitsası о dövr 
üçün tipik quruluşa malik olmuşdur. Digər qaubitsalara nisbətən yüngül və çevik olan bu qaubitsa döyüş zamanı 
asanlıqla   mövqeyini   dəyişdirir,   təkcə   açıq   ərazidə   deyil,   təbii   və   süni   maneələr   arxasında   gizlənən   
düşməni 
məhv etməyə imkan verirdi. 
"105    mm-lik    Şkoda    dağ    qaubitsası"    adından    göründüyü    kimi    Çexiyanın    Şkoda    zavodlarında   
istehsal 
olunan    silahlara    aid    olmalıdır.    Bu    zavodların    Avstriya-
Macar ordusu üçün silah    istehsal etdiyindən belə qənaətə gəlmək 
olar ki, 
belə       qaubitsanı  məhz       Avstriya-Macar  artilleriya       sistemləri 
sırasında      axtarmaq      lazımdır.      Doğrudan      da,      potensial     
hərbi  əməliyyatlar    teatrının    böyük    hissəsini    dağlıq    ərazilər   
təşkil    edən  Avstriya-Macar    dövləti    dağ    topları    və   
qaubitsalarının    istehsalına  böyük    diqqət    yetirirdi.    Osmanlı   
dövlətinin   silahlarının   Osmanlı 
ordusunda   istifadə   edilməsi    normal    hal   idi.   Lakin   axtarışlarımız   göstərdi   ki,    I   Dünya    müharibəsi   
dövründə 
Avstriya – Macar ordusunda “105 mm-lik Şkoda dağ qaubitsası” deyil (belə artilleriya sistemi heç vaxt mövcud 
olmamışdır),    "75    mm-lik    Şkoda    dağ    qaubitsası"    istifadə    edilmişdir.    Hesab    edirik    ki,    sənədlərdə   
Osmanlı  artilleriya    sistemləri    105    mm-lik    Şnayder,    105    mm-lik    səhra    qaubitsası    (Almaniya)   
göstərilərkən    Şkoda  qaubitsasının  çapı  mexaniki  olaraq  75  mm  əvəzinə  105  mm  yazılmışdır.  Azərbaycan 
Tarixi  Muzeyinin  Osmanlı  silahları  kolleksiyasında  osmanlı  topuna  aid  iki  75  mm-lik  qaubitsa  üçün  nəzərdə 
320
АТАСЕ, К.3821, д.15, ф.57. 
103 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə