Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə73/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   67   68   69   70   71   72   73   74   75

– Ağlımı sən gedəndən itirmişdim.
– Dedim axı, o barədə sonra danışarıq. De görüm, mən ney​ləyə bilərəm?
– Çox sağ ol! Ehtiyac yoxdur. Elmi rəhbərim gəlmişdi. Yəqin sözünü eşidərlər...
– Bizim tanışlarımızı da qoşmaq olar bu işə!
– Mən biləni, elə olsa, çəlişkəlik düşər araya. Bir az gözləyək...
– Ziyad müəllimlə biz də görüşüb məsləhətləşdik. Darıxma!
– Darıxmıram...
Bundan sonra demək olar ki, hər iki gündən bir Aysel Murada baş çəkdi, yemək
gətirdi. Onun kimliyini bilənlər qapıda qarşısını kəsməyə cəsarət etmirdilər.
Murad dəfələrlə cəhd eləsə də, Aysel ayrılıqları barədə danışmağa imkan vermədi
və özü də son düşüncələrini paylaşmadı. “Bura yeri deyil, çıxar, arxayın
danışarıq, ona sürpriz və ya azadlığa çıxma hədiyyəsi olar...” – deyə düşünürdü.
Bilmirdi ki, sonra ürəyindəkiləri açıb deməyə fürsət olmayacaq, bir gün görəcək
ki, Murad ona heç nə demədən yoxa çıxıb, yəni Bakı ilə vidalaşıb yenidən
“sürgünə” qayıdıb...
***
Bir neçə gün də keçdi. Muradın hələ də həbsdə saxlanılması Ziyad Şıxlını
əsəbiləşdirir. Bu dəfə də Baş Prokurora zəng vurub onunla görüşdü.
– Nədən ötrü gəldiyimi bilmiş olarsan.
– Yox, hörmətli akademik, bilmirəm. Sizi buralarda görmək xoşdur. Nədən ötrü
gəlirsinizsə, gəlin.
– Mənim aspirantımı tutublar. Günahsız olduğuna əminəm.
Prokuror güldü:
– Ay Ziyad müəllim, siz dünyanın altını-üstünü bilən adamsız, günahsız adamı da
tutarlar?
– Mən də ona görə gəlmişəm ki, onun tutulmasının səbəbi tez araşdırılsın. Daxili
İşlər naziri ilə də görüşdüm. Ancaq indiyədək nəticəsi yoxdur. Məhkəmə qərarı
olmadan Akademiyanın aspirantı, mənim yetirməm niyə yatmalıdır? Sənə deputat
sorğusu gətirmişəm.
Əlindəki qəzetin arasından çıxartdığı məktubu baş prokurora uzatdı.
Prokuror məktubu gözdən keçirib dedi:
– Vallah, buna ehtiyac yoxdur. Ancaq yazmısınızsa, daha yaxşı. Günü bu gün işlə
maraqlanıb sizə zəng vuracağam.
Ziyad bəy hirsini zorla boğurdu.
– Bu da Daxili İşlər nazirinin verdiyi sözdən olmasın.
Baş Prokuror onu sakitləşdirməyə çalışır.


– Nazirimiz sözünə dəqiq adamdır. Lakin aradan on gün ötdüsə, iş bizim
nəzarətimizə keçir.
Ziyad bəyin səsi yüksəldi:
– Lap yaxşı. Səndən də xəbər çıxmasa, birbaşa Prezidentin yanına gedəcəyəm. Və
deyəcəyəm ki, öz bizneslərinə başı qarışmış prokurorla naziri niyə saxlayırsınız
orda?
Baş Prokuror akademikin xasiyyətini bilir və dediyini edə biləcəyinə inanır.
– İnşallah, iş o qədər böyüməz. Cənab Prezidentə əziyyət verməzsiz. Onsuz da iş
başından aşır.
– Bu artıq səndən asılıdır. Elə et ki, vaxtını almayaq.
Qarşılarındakı çay soyumuşdu. Ziyad bəy nəza​kət xətrinə soyuq çaydan bir qurtum
alıb qalxdı. Sonra nəyisə xatırlayıb yenidən Baş Prokurora doğru döndü:
– Onu da deyim ki, Murad başqa ölkənin vətən​daşıdır. Vaxtilə burdan Qazaxıstana
sürülmüş bir ailənin övladıdır. Orda çəkdikləri bəs edər onlara. Onları
Repressiya Qurbanları dərnəyindən tutub aparmışlar. Dərnəkdə nə danışıq ola
bilərdi ki?
Prokuror onun uzanan əlini tutub:
– Söhbətə görə adam tutmazlar... – dedi.
Ziyad bəy onun sözünü kəsdi:
– Mən Ayda yaşamıram. Ölkədə nə baş verdiyini sən də yaxşı bilirsən...
***
Doğrudan da, ölkə Prezidentinə məktub göndər​məyə və ya qəbuluna getməyə
ehtiyac qalmadı. Bir gün sonra Murad yüngül cərimə ilə həbsdən buraxıldı.
Qazaxıstanda eyni taleyi yaşayan adamlar arasında, çöllərin sərt havasına bənzər
mühitdə böyüyən və Bakıya gələndən sonra ailəsindən ayrı yaşadığı illərdə
həyatın hər üzünü görmüş adam üçün təcridxanada 5-10 günlük saxlanılmaq boş
şeydi. Yüz belə əziyyətə dözməyə hazırdı. Vətənə gəldikdən sonra xəyalında
yaşatdığı Azərbaycandan fərqli bir mühitə düşmüş, gənclik həsrətlərinə uyğun
gəlməyən çox şey görmüşdü. Lakin bunların heç biri ürəyindəki böyük vətən
sevgisini azalda bilməz. Dərnəyə hücum, həbs son illər millətinin çəkdiyi
əzablarla müqayisədə kiçik şeylərdi. İntəhası, fikrindəki suallara cavab tapmaq
çətinləşib. Onun düşüncəsinə görə, Azərbaycan müstəqil olandan sonra hər kəs
qardaşlıq duyğusu içində yaşamalı, ölkədə bir sevgi havası dolaşmalı idi. Ancaq
dərnəkdə üzləşdiyi adamlara nifrət hissi onu heyrətə salmışdı. Kimə idi bu nifrət?
Repressiya qurbanlarına, dərnəyə toplaşanlara, Məmməd Əmin Rəsulzadəyə,
yoxsa kitabı hazırlayanlara? Bəlkə bunların hamısına? Niyə? Rəsulzadənin adı
onları niyə əsəbiləşdirir? Ədalət, haqq axtarışı belə olmur. Bu açaq-aşkar bir


anlaşılmazlıq və ya düşmənçilikdir. Bir polis mayorunun türkü, Rəsulzadəni,
repressiya olunanları söyməyə necə cəsarət etdiyini anlaya bilmir. Ola bilsin, bu
bir qanmazdır, çölün eşşəyidir... Ancaq vəzifəsinin boynuna qoyduğu bir
məsuliyyət var. Burnunu belə yerlərə soxmamalıdır. Bu adam belə bir cəsarət
edirsə, deməli, işlər düz getmir; deməli onun arxasında dayananlar var.
Birdən-birə Bakıdakı həyatı da, gördüyü işlər də bir başaldatmaya çevrildi.
Yatırdı, dururdu, oxuyurdu, yazırdı, o söyüşü unuda bilmirdi. O bir cümlə beynini
deşirdi, elə bil anasına, bacısına söymüşdülər, elə bil yox, doğrudan da namusuna
sataşmışdılar. Millətə və onun böyüklərinə həqarət etmək, söyüş söymək elə
insanın namusuna toxunmaq kimi bir şeydir. Birdən-birə anladı ki, müxtəlif
etnosların mədəniyyət mərkəzlərində buraxılan qəzetlərdə türkün, yəni birbaşa
Azərbaycanın əleyhinə gedən yazılar göydəndüşmə deyil. Bu da elə o söyüşün bir
üzüdür və yəqin bir yerdən idarə olunur.
Sözünü kimə desin? İçinə dolmuş bu ağrıları kimlə bölüşsün? Elmi rəhbərinin
ondan ötrü hansı qapıları döydüyünü və nə qədər əsəbiləşdiyini bilir. Ancaq
ondan başqa kiminlə açıq danışa bilərdi?
– Gəl-gəl, qəhrəman. Görüm dustaqxana həyatın necə keçib? Deyəsən, yaxşı
baxıblar sənə?
Muradın üzünü acı təbəssüm bürüdü və astaca:
– Hə, yaxşı baxıblar! – dedi, yəni lənət olsun onların yaxşı baxmasına. Sonra
ciddiləşdi: – Sizə təşəkkür edirəm. Siz olmasanız, bu işlərin nə ilə bitəcəyini
anlamaq çətin deyil.
Ziyad bəy həmişə olduğu kimi, ünvanına deyilən razılıqdan qaçdı, aspirantının
sözünü ağzında qoydu:
– Yaxşı, bu minnətdarlığını saxla. Tutulmağının sə​bə​bini öyrəndinmi?
– Nə səbəb olacaq? O səbəbi mən də axtarıram. Hər halda, Rəsulzadənin kitabının
müzakirəsinə imkan ver​mədilər.
Akademik tutuldu:
– Belə fikirlər hardan gəlir ağlına? Adını çək​diyin ki​tab burda nəşr olunmur? Bu
əsasdır, yoxsa onun müza​kirəsi? Dərnəkdən başqa neçə yerdə təqdimatı olub o
kitabın? Prezidentin sərəncamı var Rəsulzadənin adının əbədiləşdirilməsi
haqqında.
Murad onunla razılaşmaya bilməzdi.
– Onda belə çıxır ki, narazılığın səbəbi dərnəkdir.
Akademik onu dinləyə-dinləyə nə haqdasa düşünür, aspirantını sakitləşdirmək
üçün söz axtarır:
– Fikir vermə. Prezidentlə görüşəndə özünə danışaram bu əhvalatı, belə


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə