Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə7/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   2   3   4   5   6   7   8   9   10   ...   84

 
14
- Hə?! Qəza necə baş verib? 
- Rayon yolunda, yüksək sürətlə getdiyiniz yerdə.  
Gözlərimi bərəldib heyrətlə ona baxdığımı görən Zöhrab, başı ilə qıza işarə elədi. 
- Sevil xanımı tanıyırsınız? 
Diqqətlə “Sevil xanımın” üzünə baxdım. Nə bilim. Sifəti mənə tanış, hətta doğma gəlir. Sanki illər uzunu onu tanımışam, 
yanında olmuşam. Amma yanıla da bilərəm. Ola bilsin bu günkü, yarım saat əvvəlki tanışlığımızın təsirindəyəm hələ də.  
- Yox, - dedim. – Tanımıram. 
Həkim kədər və  təəssüf dolu gözlərlə  qıza baxdı. Sevil isə özünü saxlaya bilməyib yenə  ağlamağa başladı. Bu dəfə 
səssiz, amma yanıqlı ağlayırdı.  
Onu ağlatdığım üçün xəcalət çəkirdim.  
- Xanım, nə üçün ağlayırsınız? Özümü çox yaxşı hiss edirəm. 
Becid addımlarla qapıya tərəf qaçdı, dəhlizə çıxdı. 
- Ona nə olub? - soruşdum. – Vəziyyətim o qədər pisdir bəyəm? 
Zöhrab qalın eynəklərinin altından diqqətlə baxa-baxa başını buladı: 
- Elə deməyin. Qəza ağır olub.  
Gülümsəyib: 
- Heç olmasa sağ-salamatam? – soruşdum. – İndi vəziyyətim necədi? 
- Xəstəxanaya gələndə dörd qabırğanız sınmışdı. Hər iki ayağınızda da sınıqlar, çatlar var idi. Başınızdan da ağır travma 
almışdınız. Sağ qalmağınız möcüzədir.  
- Ayaqlarım indi gipsdədi? – soruşub, ayaq barmaqlarımı tərpətməyə çalışdım. Çətin olsa da, onları bir az hərəkət etdirə 
bildim. Gipsdə olsaydım, ayaqlarım ədyalın altından belə nazik, arıq görünməzdi.  
- Yox, gipsdə deyilsiniz. Amma sağ ayağınızda indi də titan ştift var. Əsas ona çalışırdıq ki, beyin ölümü olmasın. Şükür 
ki, özünüzə gəldiniz. On gündür ayılıb yatırsınız. Xeyli ümidlənmişdik. 
Gözlərimi yumub xırıltı ilə dedim: 
- Deməli başım ona görə ağrıyır. 
- Bəli. Travmanız ağır olub. Yaddaşınızı da ona görə itirmisiniz.  
- Yaddaşımı itirmişəm?! – gözlərimi açaraq, mənim vəziyyətimdə olan bir adamın çıxarmağa qadir olduğu  ən yüksək 
səslə soruşdum. 
Zöhrab isə özünə bəraət qazandırırmış kimi, suçlu əda ilə: 
- Narahat olmayın, müalicə ilə yavaş-yavaş özünüzə gələcəksiniz – dedi. - Bir həkim kimi, siz də bilməlisiniz ki, travmatik 
amneziya müvəqqəti olur. Başınıza xeyli tikiş qoyulmuşdu. Onları da sökmüşük. Amma sifətinizdə problem yoxdu, 
narahat olmayın. 
Əllərimi qaldırmaq, hərəkət etdirmək istədim, alınmadı. Sol qoluma sistem qoşulmuşdu, sağ qolum isə sadəcə olaraq 
tərpənmirdi.  
- Qollarım – deyə zarıdım. – Tərpədə bilmirəm. 
- Eybi yox – Zöhrab dedi. – Təzə-təzə belə olur. Siz hələ güc toplamalısınız. Zarafat deyil, gör neçə vaxtdır komadasınız. 
Şübhə ilə Zöhraba baxıb: 
- Nə qədər qalmışam bəyəm? – soruşdum. – Yəni belə çoxdur? 
Zöhrab köks ötürdü. Ayağa qalxıb əllərini ciblərinə saldı:  
- Düz yarım ildir ki, komadasınız. Sizcə azdır? 


 
15
Özünəqayıdış 
 
 
 
 
Necə, nə vaxt yuxuya getdiyimi xatırlamıram. Zöhrab çıxıb getmişdi, yoxsa yanımda oturmuşdu - bilmirəm. Palatada 
olduğu halda yatmışamsa, heç yaxşı iş görməmişəm. Özü də ona verəsi xeyli sualım qalmışdı. 
Ayılanda, soyuq yanvar küləyi dəli kimi yenə  şüşələrə hücum çəkirdi. Bilmirəm beyninin qurdu tərpənmişdi nəydisə, 
qıyha çəkib coşur, pəncərədən görünən küknarları ikiqat əyir, bilmərrə  səngiyib dincəlmirdi. Bayırdakı soyuq-sazağı 
büsbütün  əzalarımda, canımda-qanımda hiss etməyə başlayanda kömək istəmək üçün palatada gözlərimlə adam 
gəzdim.  
Sevil, əllərini sinəsində çarpazlayıb divanda oturmuşdu. Pəncərədən çılğın küləyə baxırdı.  
- Üşüyürəm – yazıq-yazıq zarıdım. 
Cəld ayağa qalxıb “bu dəqiqə” dedi və şkafdan ikinci ədyalı çıxartdı. Gətirib üstümə sərdi. 
- Su istəyirəm – istəklərim bitmirdi.  
Tumboçkanın üstündəki qrafindən stəkana yarıya qədər su süzdü. Əli ilə başımı qaldırıb suyu mənə içirtdi. Mənə təşvişlə 
baxmasından hiss etdim ki, gicgahımdakı damar tez-tez qeyri-müntəzəm vurur, özüm də tərləməyə başlayıram. Yaylıqla 
alnımı sildi, sonra mehribanca alnımdan öpdü.  
- Yaxşısanmı?  
- Belə də. Çox yatmışam? 
- Yox, iki saat olar. 
- Səhər ayılıb sizi yanımda görəndə elə bildim ölmüşəm, siz də mələksiniz. 
Uğunub getdi, yenə qəmzələri oyandı. Komplimentim xoşuna gəlmişdi. 
- Mənə Sevil de. “Siz” nədi? – gülə-gülə soruşdu.  
- Oldu Sevil – mən də gülümsəməyə çalışdım amma əminəm ki, sifətim o anda muşmulaya oxşayırdı.  
- Həkim bu saat gələcək – deyib stula oturdu. - Vaxtıdı.  
- Gəlsin – dedim. – Amma xahiş edirəm yenə ağlayıb bayıra çıxma. 
- Oldu – kədərlə gülümsündü. – Çıxmaram. Ağrın zadın yoxdu? 
- Yox, sən deyən yoxdu. Bir az başım ağrıyır. Tərpənəndə əzələlərimdə də ağrı olur.  
- Aylardır hərəkətsiz uzanmısan, belə olacaq da.  
- Həm də sıxılıram. Yatağa bağlı qalmaq, tərpənə bilməmək öldürür məni. 
Doğrudan da fiksasiya kəmərləri, vücuduma qoşulmuş  şlanqlar hərəkətlərimi məhdudlaşdır, ürəyim darıxırdı. Sevil 
məhəbbətlə, şəfqətlə baxırdı mənə. Baxışlarında elə bir doğmalıq varıydı ki, onu bağrıma basmaq istədim.  
- Səndə güzgü var? – soruşdum. - Özümə baxmaq istəyirəm. 
Əvvəl nəsə fikirləşdi, sonra isə özündən əmin halda ayağa qalxıb divanın üstündəki çantasından yumru güzgünü çıxarıb 
gətirdi. Onu ehtiyatla üzümə tutdu. Güzgüdən mənə baxan gözlər, elə bil üzümün ümumi quruluşu ilə tərs mütənasib idi. 
Seyrək saçlarımın altından, başımın sağ tərəfində, az qala qulağıma qədər uzanan çapığı gördüm. Burnum, iri alnım heç 
xoşuma gəlmədi. Bəs bədənim? Bir qolumda sistem varıydı, ikinci qolmu isə ağrıdan tərpədə bilmirdim. Gərək Sevildən 
kömək istəyim. 
- Zəhmət olmasa ədyalı qaldır. Bədənimə baxmaq istəyirəm. 
Sevil duruxdu. Sonra mülayim nəzər saldı üzümə. 
- Bəs üşüyürdün? 
- İndi qızışdım. 
- Amma lütsən ha! Xəbərin olsun. 
Gülümsəyərək: 
- Yaxşı – dedim. – Sən ədyalı çək, özün də baxma. Əvvəl yastığı bir az qaldır. 
Sevil gülümsəyən dodaqlarını büzüb yastığı bir balaca qaldırdı. Boynumun ardından küt ağrı qopsa da, səsimi 
çıxarmadım ki, ürkməsin. Bu vəziyyətdə  bədənimi rahat görə bilərdim. Sevil reaksiyamı görmək üçün baxışlarını 
üzümdən ayırmadan, ədyalları yavaş-yavaş qaldırdı. Gözlərimin qarşısında açılan mənzərə, ürəyimi sızıldatdı. Sinəmdən 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə