Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
1   2   3   4   5   6   7   8   9   10

Hüquqşünas alimlər hüquq düşüncəsinin hansı növünün daşıyıcılarıdır?

A) Adi hüquq düşüncəsinə

B) Hüquqi ideologiyaya

C) Hüquqi nihilizmə

D) Hüquqi demaqoqiyaya

E) Hüquqi psixologiyaya

Aşağıda qeyd olunan hansı anlayış hüquqa, qanunçuluğa və hüquq qaydasına qarşı mənfi münasibəti əks etdirir?

A) Adi hüquq düşüncəsi

B) Hüquqi ideologiya

C) Hüquqi nihilizm

D) Hüquqi demaqoqiya

E) Hüquqi psixologiya

Deputatın səsvermə hüququnu şəxsən həyata keçirməməsi hüquq pozuntusunun hansı növünə aiddir?

A) Konstitusion hüquq pozuntusu;

B) Cinayət hüquq pozuntusu;

C) Mülki hüquq pozuntusu;

D) İntizam hüquq pozuntusu;

E) İnzibati hüquq pozuntusu.

Normativ hüquqi aktların rəsmi dərc edilməsinin şərtlərindən biri deyil.

A) Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsinə 

bərabərdir;

B) Normativ hüquqi aktların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi 

yolu ilə ümumi diqqətə çatdırılması;

C) Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc edilmir;

D) Normativ hüquqi aktlar onların məcburi rekvizitləri göstərilməklə dərc edilir;

E) Normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir.




Qeyd olunan tərif aşağıdakı anlayışlardan hansını ifadə edir? "Hüquq sahəsində insan tərəfindən yaradılmış bütün dəyərlərin məcmusu"

A) Hüquqi praktika

B) Hüquq yaradıcılığı

C) Hüquqi texnika

D) Hüquq mədəniyyəti

E) Hüquq elmi

Normativ hüquqi aktın giriş hissəsi necə adlanır?

A) Preyudisiya

B) Hipoteza

C) Preambula

D) Prezumpsiya

E) Deklarativ norma

Aşağıda qeyd olunan normativ hüquqi aktlardan hansı daha üstün hüquqi qüvvəyə malikdir?

A) İntibati Xətalar Məcəlləsi;

B) Mülki Məcəllə;

C) Cinayət Məcəlləsi;

D) Seçki Məcəlləsi;

E) Qeyd olunanların hamısı eyni qüvvəyə malikdir.

Aşağıda qeyd olunan normalardan hansı ən aşağı hüquqi qüvvəyə malikdir?

A) Jus cogens normalar;

B) Beynəlxalq hüquq normaları;

C) Korporativ normalar;

D) Müqavilələr;

E) İşgüzar adət normaları.




Normativ hüquqi aktın hüquqi qüvvəsi aşağıdakılardan hansından asılıdır?

A) Normativ hüquqi aktın qəbul olunma vaxtından;

B) Hüquq yaradıcı orqanın ərazi yurisdiksiyasından;

C) Normativ hüquqi akt ilə tənzimlənən münasibətlərin xarakterindən;

D) Hüquq yaradıcı orqanın səlahiyyətindən və normativ hüquqi aktın növündən;

E) Qeyd olunanların hamısı.

Normativ hüquqi aktın imzalanması bəndlərdən birində düzgün göstərilməyib.

A) qanunlar və fərmanlar – Azərbaycan Respublikasının Prezidenti tərəfindən;

B) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları – Azərbaycan Respublikasının Baş naziri tərəfindən;

C) Mərkəzi icra hakimiyyət orqanlarınını normativ hüquqi aktları – aktı qəbul etmiş orqanın rəhbəri tərəfindən;

D) aktı qəbul etmiş orqanın rəhbəri olmadıqda, onun vəzifələrini icra edən şəxs tərəfindən;

E) Bütün cavablar düzgündür.

Aşağıda qeyd olunan aktlardan hansı normativ hüquqi akt deyil?

A) Azərbaycan Respublikasının Seçki Məcəlləsi;

B) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının Qanunu;

C) Məhkəmə hökmü; 

D) Azərbaycan Respublikasının Konstitusiyası;

E) Azərbaycan Respublikası Prezidentinin fərmanı.

Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilməz?

A) normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;

B) əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;

C) normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə salınması;

D) irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması;

E) normativ hüquqi aktın qəbul olunması üçün layihənin aiddiyyatı dövlət orqanına təqdim olunması.




Qanunun geriyə qüvvəsi aşağıdakılardan hansında düzgün ifadə olunur?

A) Əvvəllər təyin olunmuş cəzanı yüngülləşdirir;

B) Öz qüvvəsini onun qəbulundan əvvəl mövcud olmuş hüquqi faktlara şamil edir;

C) Öz qüvvəsini onun qəbulundan sonra yaranmış hüquqi faktlara şamil edir;

D) Qüvvədə olduğu müddətdə yalnız özündən əvvəl mövcüd olmuş münasibətlərə tətbiq olunur;

E) Qanunun geriyə qüvvəsinin olması mümkün deyil.

Qeyd olunan tərif aşağıdakılardan hansına aiddir? "Əksi sübut olunmayana qədər həqiqi hesab olunan fakt".

A) Fiksiya

B) Prezumpsiya

C) Preyudisiya

D) Aksioma

E) Hipoteza

Qeyd olunan tərif aşağıdakılardan hansına aiddir? "Əslində mövcud olmasa da qanunvericilikdə təsbit olunduğuna görə həqiqi hesab olunan 

fakt"


A) Fiksiya

B) Prezumpsiya

C) Preyudisiya

D) Aksioma

E) Hipoteza

Qeyd olunan tərif aşağıdakılardan hansına aiddir? "Hüquqi prosesdə sübuta ehtiyacı olmayan faktlar"

A) Fiksiya

B) Prezumpsiya

C) Preyudisiya

D) Aksioma

E) Hipoteza



Aşağıda qeyd olunanlardan hansı hüquqi aksioma deyil?

A) Qanunu bilməmək məsuliyyətdən azad etmir

B) Eyni cinayətə görə iki dəfə məhkum etmək olmaz;

C) Heç kəs öz işinin hakimi ola bilməz;

D) İstənilən şübhəli hal təqsirləndirilən şəxsin xeyrinə tövsif edilir;

E) Heç kəs törətdiyi hüquq pozuntusunun nəticəsində varlanmamalıdır.

Qanunvericilikdə ifadə olunan hüquqi terminlər necə şərh olunur?

A) Leksik şərh olunur;

B) Doktrinal şərh olunur;

C) Teleoloji şərh olunur;

D) Məntiqi şərh olunur;

E) Müqayisəli şərh olunur.

Hüquq normasına aid olmayan əlamət aşağıdakılardan hansıdır?

A) Ümumməcburilik

B) Formal müəyyənlik

C) Şamil oldunğunu fərdin dəqiq müəyyən olunması

D) İerarxikliyi

E) Normativlik

Dövlətin əhali əlamətinin şərtlərindən biri deyil.

A) Etnik mənşə birliyi;

B) Din birliyi;

C) Dil birliyi;

D) İrq birliyi;

E) Hamısı aiddir.




Hüquq və öhdəliklər müəyyən etməklə davranış qaydasını müəyyən edən hüquq normasının struktur elementi hansıdır?

A) Hipoteza

B) Dispozisiya

C) Sanksiya

D) Norma prinsiplər

E) Deklarativ normalar

Cəza və ya mükafat təyin olunmasını təsbit edən hüquq normasının struktur elementi aşağıdakılardan hansıdır?

A) Hipoteza

B) Dispozisiya

C) Sanksiya

D) Norma prinsiplər

E) Deklarativ normalar

Hansı əsaslara görə hüquq normalarının sanksiyaları mütləq müəyyən, nisbi müəyyən və alternativ sanksiyalara bölünürlər?

A) Müəyyənlik dərəcəsinə görə

B) Həcminə görə

C) dövlətin reaksiyasının xarakterinə görə

D) Hüquq pozuntusunun xarakterinə görə

E) Sanksiyanı tətbiq edən subyektlərə görə

Hansı növ sanksiyalarda cəzanın həddi və növü dəqiq müəyyən olunur?

A) Cəza sanksiyalarında

B) Alternativ sanksiyalarda

C) Nisbi-müəyyən sanksiyalarda

D) Mütləq-müəyyən sanksiyalarda

E) Kumulyativ sanksiyalarda




Hüquq normasının hansı struktur elementi normanın tətbiq olunmasının şərtini müəyyən edir?

A) Definitiv normalar

B) Hipoteza

C) Dispozisiya

D) Sanksiya

E) Məqsəd müəyyən edən normalar

Aşağıdakılardan hansı dispozisiyanın müstəqil elementi olan hüququn məzmununa daxil deyil?

A) təqsirləndirilən şəxsin hüquqları

B) təhsil hüququ

C) söz və ifadə azadlığı

D) əmək hüququ

E) tətil hüququ

Aşağıdakılardan biri publik hüquqi cəza sanksiyalarından biri deyil.

A) Ölüm cəzası;

B) Azadlıqdan məhrumetmə cəzası;

C) Müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası;

D) Şəxsin tutduğu vəzifədən azad edilməsi cəzası;

E) Şəxsin fəxri addan və ya xüsusi rütbədən məhrum edilməsi cəzası.

Öhdəliklərin elementlərindən biri deyil?

A) vəzifələr

B) səlahiyyətlər

C) qadağalar

D) hüquqlar

E) azadlıqlar




İnsan hüquqları ilə əlaqədar hüquqi tənzimləmə üsullarının düzgün qeyd olunduğu bəndi seçin.

A) Bəyanatlar və çağırışlar vasitəsilə tənzimləmə;

B) Əxlaqi dəyərləndirmələr və siyasi proqramlar vasitəsilə tənzimləmə;

C) Aksioloji müddəalar və direktivlər vasitəsilə tənzimləmə;

D) Vəzifələr, qadağalar və səlahiyyətlər müəyyən etmə vasitəsilə tənzimləmə 

E) Neqativ və pozitiv üsulla vasitəsilə tənzimləmə.

Hüquq mühafizəedici normaların təyinatı nədən ibarətdir?

A) Hüquq münasibətləri subyektləri üçün hüquqlar və vəzifələr müəyyən edirlər

B) Hüquq məsuliyyətinin növlərini müəyyən edirlər

C) Normalar arasındakı ziddiyyətləri aradan qaldırılması üsullarını müəyyən edirlər

D) Qüvvədə olan normaları qüvvədən salınmasının və ya yurisdiksiyasının dəyişməsinin üsullarını müəyyən edirlər

E) Hüququn məqsəd və vəzifələrini, hüququn prinsiplərini müəyyən edirlər

Xüsusi (private) hüquq münasibətlərinin sanksiyalarından biri deyil. 

A) Cərimə;

B) Müqavilənin etibarsız hesab olunması;

C) Dəymiş zərərin əvəzinin ödənilməsi;

D) Öhdəliyin məcburi icra etditilməsi;

E) Hamısı xüsusi hüquq sanksiyalarıdır.

Hüquqi fəaliyyət qabiliyyətsizliyi aşağıdakı bəndlərdən hansında düzgün ifadə olunub.

A) Şəxsin öz davranışların nəticələrinin dərk etmək qabiliyyətsizliyi;

B) Şəxsin hüquqlara sahib olmaq qabiliyyətsizliyi;

C) Alkoqollu içkilərdən və ya psixotrop maddələrdən sui istifadə etdilməsi;

D) Şəxsin hər hansı bir fəaliyyətlə məşğul olmaması;

E) Şəxsin əmək qabiliyyətinin olmaması.




Hüquq sistemi hansı tərkib elementlərindən ibarətdir?

A) Normativ hüquqi aktlar və qanunvericilik sahələri

B) Sahəvi və sahələr arası qanunvericilik

C) Obyektiv vəzifələr və subyektiv hüquqlar

D) Hüquq norması, hüquq institutu və hüquq sahələri

E) Hüquq norması, qanunvericilik sahəsi və hüquq sahəsi

Hüquq sisteminin ilkin elementi hansıdır?

A) Normativ hüquqi akt

B) Hüquq norması

C) Obyektiv vəzifələr və subyektiv hüquqlar

D) Hüquq institutu

E) Hüquq sahəsi

Hüquq sisteminin elementlərindən biri aşağıdakılardan hansıdır?

A) Normativ hüquqi akt

B) Qanunvericilik sahəsi

C) Obyektiv vəzifələr və subyektiv hüquqlar

D) Qanun

E) Hüququn subinstitutu

"Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan 

Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan 

Respublikasının Milli Məclisinə qaytara bilər." Bu cümlə cavablardan hansıda düzgün xarakterizə olunub:

A) İmperativ vəzifə;

B) Dispozitiv vəzifə;

C) Diskresion vəzifə;

D) İmtiyaz;

E) Hüquq.




Azərbaycan Respublikası Prezidentinin diskresion vəzifəsi olan bəndi seçin.

A) referendum təyin edir;

B) vətəndaşlıq məsələlərini həll edir;

C) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

D) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat 

verir;


E) Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra 

qaydasında həll edir.

Qeyd olunan tərif aşağıdakılardan hansı anlayışa aiddir? "Qanunvericiliyin təkmilləşdirilməsi və qaydaya salınması ilə bağlı fəaliyyət"

A) Qanunvericilik sistemi

B) Qanunvericiliyin sistemləşdirilməsi

C) Hüquq sistemi

D) Hüquq normalarının təfsiri

E) Qanunun analogiyası

Aşağıdakılardan hansı texniki normativ hüquqi akt deyil?

A) Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər, aviasiya qaydaları;

B) Yanğın təhlükəsizliyi qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları;

C) Təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və qaydaları;

D) Yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi qaydaları;

E) Statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair 

təlimatlar.

Normativ hüquqi aktların xronoloji və ya tematik əsaslarla toplularda və ya külliyyatlarda sistemləşdirilməsi necə adlanır?

A) Məcəllələşdirmə

B) İnkorporasiya

C) Konsolidasiya

D) Sanksiyalaşdırma

E) Legitimasiya



Səlahiyyətli dövlət orqanları tərəfindən aparılan inkorporasiya necə adlanır?

A) Tematik inkorporasiya

B) Kazual inkorporasiya

C) Xronoloji inkorporasiya

D) Sanksiyalaşdırma

E) Rəsmi inkorporasiya

Hüquq münasibətlərinin ilkin şərtləri aşağıdakılardan hansıdır?

A) Hüquq normaları, hüquq subyektliliyi və hüquqi fakt

B) Hüququn subyektləri, hüququn obyektləri və hüquqi fakt

C) Subyektiv hüquqlar və hüquqi vəzifələr

D) Hüquq norması, hüquq məsuliyyəti və hüquq münasibəti

E) Hüquqa uyğun davranış, hüquq pozuntuu və hüquq məsuliyyəti

Hüququn hansı subyektlərində hüquq qabiliyyəti ilə fəaliyyət qabiliyyəti eyni vaxtda yaranır?

A) Bütün fiziki şəxslərdə

B) 16 yaşında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə

C) Hüquqi şəxslərdə

D) 16 yaşında nikah münasibətlərinə daxil olan şəxslərdə

E) Cəzasını çəkib qurtarmış şəxslərdə

Konkret bir şəxsə aid olan hüquq hecə adlanır?

A) Potiziv hüquq

B) Təbii hüquq

C) Obyektiv hüquq

D) Subyektiv hüquq

E) Fiziki şəxsin statusu




Din icmalar hüququn subyektlərindən hansı aiddir?

A) Fiziki şəxs

B) Hüquqi şəxs

C) Xüsusi subyekt

D) Ümumi subyekt

E) Heç biri

"İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq 

qadağandır" ifadəsi hansı hüququn məzmunudur?

A) Yaşamaq hüququ;

B) Ayrı-seçkiliyə məruz qalmama hüququ;

C) Şəxsi toxunulmazlıq hüququ;

D) Sağlam ətraf mühitdə yaşamaq hüququ;

E) Bərabərlik hüququ.

Qeyd olunanlardan hansı mütləq hüquq deyil?

A) Ayrı-seçkiliyə məruz qalmama hüququ;

B) İşgəncəyə məruz qalmama hüququ;

C) Ana dilindən istifadə hüququ;

D) Şərəf və ləyaqətin müdafiəsi hüququ;

E) Təhsil hüququ.

Şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşdırıla bilər mi?

A) Heç bir halda məhdudlaşdırıla bilməz

B) Şəxsin razılığı ilə məhdudlaşdırıla bilər

C) Məhkəmə qaydasında məhdudlaşdırıla bilər

D) Yaxın qohumlarının razılığı ilə məhdudlaşdırıla bilər

E) Ahıllıq yaşına çatdıqdan sonra məhdudlaşdırıla bilər



Bir normativ hüquqi aktın müxtəlif maddələri arasında ierarxiya mövcuddurmu?.

A) Mövcud deyil;

B) Prinsip müəyyən edən normalar davranış müəyyən edən normalarından üstündür;

C) Normativ hüquqi aktın ilk normaları sonrakı normalardan üstündür;

D) Blanket normalar digər normalardan üstündür;

E) İmperativ normalar dispozitiv normalardan üstündür.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mandatından 

məhrum edilir ifadəsində hipotezanı xarakterizə edin.

A) Mürəkkəb və kazual hipoteza;

B) Alternativ və mücərrəd hipoteza; 

C) Sadə və kazual hipoteza;

D) Mürəkkəb və mücərrəd hipoteza;

E) Alteraniv və kazual hipoteza.

Azərbaycan Respublikası Prezidentinin fərmanları hansı növ hüquqi aktlara aiddir?

A) Qeyri-normativ akt

B) Normativ xarakterli akt

C) Normativ hüquqi akt

D) Hüquq tətbiqetmə aktı

E) Hüquq normalarının təfsir edilməsi aktı

Lex superior prinsipinin müddəalarından biri deyil?

A) Üstün səlahiyyətli subyekt tərəfindən qəbul olunan norma üstündür;

B) Kollegial orqan tərəfindən qəbul olunan norma təkbaşına subyekt qəbul olunan normadan üstündür;

C) Seçkili orqan tərəfindən qəbul olunan norma, təyinatlı orqan tərəfindən qəbul olunan normadan üstündür;

D) Tarix etibarı ilə daha sonra qəbul olunan norma, əvvəl qəbul olunan normadan üstündür;

E) Yerli əhəmiyyətli məsələlər üzrə yerli orqan tərəfindən qəbul olunan norma, mərkəzi orqan tərəfindən qəbul olunan normadan üstündür.



Meydana gəlmə vaxtına görə hüquqda hansı boşluqlar müəyyən olunmuşdur?

A) Obyektiv və subyektiv boşluqlar

B) Qəsdən və ya ehtiyyatsızlıqdan olan boşluqlar

C) Birbaşa və ya dolayı boşluqlar

D) Daxili və ya zahiri boşuqlar

E) İlkin və ya sonrakı boşluqlar

Hüquqtətbiqetmə fəaliyyəti prosesində hüquqda boşluqların aradan qaldırılmasının hansı üsulları vardır?

A) Müqayisəli hüquqşünaslıq və ya hüquqi proqnozlaşdırma

B) Hüququn analogiyası və ya qanunun analogiyası

C) Hüquqyaradıcı və ya hüquqmühafizə fəaliyyəti

D) Riyazi və ya statistik təhlilərin aparılması

E) Yeni hüquq normasının yaradılması ilə əlaqədar təkliflər verilməsi

Hüququn hansı sahəsində analogiyanın tətbiq edilməsi qadağandır?

A) Cinayət hüququ

B) Mülki hüquq

C) Sahibkarlıq hüququ

D) Ticarət hüququ

E) Hüququn heç bir sahəsində qadağan deyil

"Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır." ifadəsi hüququn hansı nəzəriyyəsinə 

əsaslanır?

A) Pozitiv hüquq nəzəriyyəsi;

B) İnterpretativizm;

C) Təbbi hüquq nəzəriyyəsi;

D) Sosialist hüquq nəzəriyyəsi;

E) Praqmatizm.



Hüquq normalarının təfsiri prosesi hansı tərkib elementlərdən ibarətdir?

A) Hüquqi psixologiya və hüquqi ideologiya

B) Hazırlıq və müzakirə

C) Hazırlıq, müzakirə və qərar qəbul etmə

D) Aydınlaşdırma və izah

E) Hüquq yaradıcılığı və hüquq tətbiqetmə

Hüquqda təfsirin obyektinə nə aid edilir?

A) Hüquq normalarında ifadə olunan qanunvericinin iradəsi

B) Rəsmi təfsir aktları

C) Qanunlar və qanun qüvvəli normativ hüquqi aktlar

D) Hadisələr, hallar və hərəkətlər

E) Hüquq normaları ilə əxlaq normalarının qarşılıqlı əlaqəsi

Hüquq normalarının doktrinal təfsirinin subyektləri kimlərdir?

A) Hüquqi mövzularda yazan jurnalistlər və yazıçılar

B) Hüquqşünas alimlər

C) Parlamentin deputatları

D) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri

E) Səlahiyyətli dövlət orqanları

"Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər" 

cümləsində "dövlət ehtiyacları" ifadəsi həcm baxımından necə şərh olunmalıdır?

A) Genişləndirici;

B) Doktrinal;

C) Məhdudlaşdırıcı;

D) Məntiqi;

E) Tarixi-siyasi;



Aşağıda qeyd olunan ölkələrdən hansı kontinental (roman-german) hüquq sistemli ölkədir?

A) ABŞ


B) Böyük Britaniya

C) Birləşmiş Ərəb Əmirlikləri

D) İran İslam Respublikası

E) Almaniya Federativ Respublikası

"Şəxs müvafiq davranışları etməyi arzu etmir lakin ictimai qınağa məruz qala biləcəyindən çəkindiyinə görə hüquqa uyğun davranır." Bu 

hüquqa uyğun davranışın hansı növünə aiddir?

A) Adi davranış;

B) Aktiv davranış;

C) Passiv davranış;

D) Konformist davranış;

E) Marjinal davranış.

Aşağıdakılardan biri publik hüquq öhdəliyi deyil.

A) Vergi öhdəliyi;

B) Cinayət məsuliyyəti;

C) Müqavilə öhdəliyi;

D) Hərbi xidmət keçmə öhdəliyi;



E) Vətənə sədaqət.

Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə