Azərbaycan Mədəniyyətində Ata Babalar Sözləri



Yüklə 1,1 Mb.
səhifə39/46
tarix25.06.2018
ölçüsü1,1 Mb.
#51593
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

154

Soğan yemǝmisǝn, için niyǝ göynǝyir?! 



Soğan göyǝrdi, dedi: 

- Mǝn dǝ bir gülǝm! 

Soğan olsun, nağd olsun! 

Soyub-soyub quyruğunda bıçağı sındırdı. 

Soyuq dǝmir döyülmǝz. 

Solaxay bǝrk vurur. 

Sona qalan dala qalar, dala qalan dana qovar. 

Sonrakı peşmançılıq fayda vermǝz. 

Soraq-soraq ilǝ İsfahana gedǝrlǝr. 

Sorğu-sual göydǝ deyil, yerdǝdir. 

Soruşdular:  

- Keçǝl başını yudun? 

Dedi: 

- Yudum da, daradım da! 



Soruşan dağlar aşar, soruşmayan düzdǝ çaşar. 

Sofi soğan yemǝz, tapsa qabığını da qoymaz. 

Sevda arasında nırx qoymazlar. 

Sevdanı pul kǝsǝr. 

Sevdanı pul kǝsǝr davanı qılınj! 

Sevdanın ǝvvǝli! 

Söz ağızdan çıxar. 

Söz var adamı mǝst eylǝr, söz var mǝsti ayıldar. 

Söz altında qalan deyil. 

Söz bir olsa, zǝrbi gǝrǝn sındırar. 

Söz böyüyün, su kiçiyin. 

Söz var el içindǝ, söz var ev içindǝ. 

Söz var xǝstǝni sağaldar, söz var adamı yaralar. 

Söz var qulaqardına salarlar (vurarlar). 

Söz var – gǝlǝr keçǝr, söz var – dǝlǝr keçǝr. 

Söz var – xalq içindǝ, söz var – xülq içindǝ. 

Söz var – şǝkǝr-şirin bal kimi, söz var ki, zǝhǝrdǝn dǝ betǝrdir. 

Söz vaxtına çǝkǝr. 

Söz qılınjdan kǝskindir. 

Söz vermǝ, verdin – yerinǝ yetir. 

Söz vermǝk asandır, yerinǝ yetirmǝk çǝtin. 

Söz quşdur, buraxarsan, uçar gedǝr. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

155

Söz danış, söz olsun. 



Söz danış söz eşit. 

Söz danışıqdan keçǝr. 

Söz dediyin dǝmirdir, döydükjǝ uzanar. 

Söz deyǝn azdır, söz çeynǝyǝn çox. 

Söz yaş dǝridir, haraya çǝksǝn oraya gedǝr. 

Söz gǝldi – deyǝrlǝr. 

Söz gǝldi, mǝqamında de gǝlsin. 

Söz gǝzdirǝn adamdan qorx. 

Söz gǝzdirmǝ. 

Söz gümüş olsa, sükut qızıldır. 

Söz mǝndǝ, pul ingilisdǝ. 

Söz odur ki, haqqa varam. 

Söz pǝhlǝvanı olma. 

Söz sandığa girmǝz. 

Söz sahibi ölsǝ dǝ söz qalar. 

Söz – sahibinin dustağıdır, sahibi – sözün dustağı. 

Söz söylǝdiyin adamı tanı, sonra ona söz söylǝ. 

Söz sözü gǝtirǝr. 

Söz sözü çǝkǝr, arşın bezi. 

Söz tez yayılar. 

Söz torbaya girmǝz. 

Söz üçün ǝlini jibinǝ salmır. 

Söz çox olan yerdǝ yalan da çox olar. 

Söz üçün – usta, iş üçün – xǝstǝ. 

Sözdür, danışır. 

Sözlǝ plov bişsǝ, dağ qǝdǝr yağ mǝndǝn. 

Sözlǝr bir-birinǝ jalanıb gedǝr. 

Sözü ağzında bişir, sonra de. 

Sözü at, yiyǝsi götürǝr. 

Sözü at yerǝ, gedǝr yerini tapar. 

Sözü mǝqamında de. 

Sözü mǝndǝn qabaq gedǝr. 

Sözü xiridarı olana deyǝrlǝr. 

Sözün ajısı zǝhǝrdǝn dǝ betǝrdir. 

Sözünü bilmǝyǝn ağız başa toxmaq vurdurar. 

Sözünü qǝdǝmi yeyin olar. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

156

Sözün qısası dǝyǝrli olar. 



Sözün qısası hörüyün uzunu. 

Sözün damarı olar, çǝkdikjǝ uzanar. 

Sözün düzü daşdan keçǝr. 

Sözün düzünü de, atı min çap. 

Sözün düzünü uşaqdan xǝbǝr al. 

Sözün ilǝ işin bir olsun. 

Sözün yalanı olmaz, yanlışı olar. 

Sözün yaxşısı baldan şirin olar. 

Sözün zahiri zǝrif, batini lǝtif olmalıdır. 

Sözün öz yeri var. 

Sözün javabı söz olar. 

Sözün balla kǝsim! 

Sözünü bilmǝyǝni bayıra atarlar. 

Sözünü toylarda kǝsim! 

Söylǝyǝnǝ baxma, söylǝyǝninǝ bax. 

Söylǝmǝk mǝndǝn, dinlǝmǝk sǝndǝn. 

Söymǝ nökǝr atamı, söymǝyim bǝy atanı. 

Söyüddǝn sǝndǝl iyi gǝlmǝz. 

Söyüş qǝlp puldur, yiyǝsinǝ qayıdar. 

Söndü bizim çırağımız, yandı sizin çırağınız. 

Söhbǝt darı torbasıdır, deşildi – dağılajaq. 

Söhbǝt ilǝ qarıyan, qǝmdǝn qüssǝdǝn azad olar. 

Söhbǝt üçün çǝnǝ, çaqqal üçün hǝna. 

Su aydınlıqdır. 

Su aydınlıqdır – jala öz bağına. 

Su axar, arxa gǝlǝr. 

Su axar, dǝli durub baxar. 

Su axar, çuxuru tapar. 

Su axdığı yerǝ tökülǝr. 

Su axdığı yerdǝn bir dǝ axar. 

Su aşağı axıdır, su yuxarı axtarır. 

Su başdan bulanar. 

Su başından aşıb. 

Su bir yerdǝ qalanda iylǝnǝr. 

Su qabı suda sınar. 

 



 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

157

Su qabını su tanıyar. 



Su dayanar, düşmǝn dayanmaz. 

Su daşı quma döndǝrǝr; arvad kişini – muma. 

Su dirilikdir. 

Su ilǝ, od ilǝ zarafat olmaz. 

Su ilǝ odun imanı yoxdur. 

Su yaranıb axmağa, göz yaranıb baxmağa. 

Su ki, başdan aşdı, istǝr bir qarış olsun, istǝr min arşın. 

Su ki, girdi qaba – oldu içmǝli. 

Su kimi ǝziz ol. 

Su kiçiyindir, yol böyüyün. 

Su gǝlǝr, axar gedǝr, bǝndlǝri yıxar gedǝr, dünya bir pǝnjǝrǝdir, hǝr 

gǝlǝn baxar gedǝr. 

Su gǝlǝr lǝylǝndirǝr, bağçanı güllǝndirǝr. 

Su gǝrǝk quyunun dibindǝn çıxsın, quyuya su tökmǝklǝ quyu sulu 

olmaz. 

Su görǝndǝ balıqdır, qaya görǝndǝ – keçi. 



Su görmǝyinjǝ ǝtǝk çǝkmǝ. 

Su götürmǝklǝ dǝryadan su ǝskik olmaz. 

Su murdarı pak eylǝr. 

Su olan yerdǝ abadlıq olar. 

Su sǝmtinǝ  axar. 

Su sǝnin dalınja gǝlmǝsǝ, sǝn suyun dalınja get. 

Su suya qarışanda güjlü olar. 

Su suyu tapar, su da çuxuru. 

Su harada – dirilik orada. 

Su hǝr şeyi pak eylǝr, üz qarasından qeyri. 

Su çǝkǝn dǝ mǝn oldum, bǝrǝ gǝzdirǝn dǝ?! 

Suda batan ilana da sarılar. 

Suda batmaz, odda yanmaz. 

Suda boğulan saman çöpündǝn yapışar. 

Sudan ayrılan balığı oddan qorxusu olmaz. 

Sudan qaymaq yığır. 

Sudan xeyir olsa, qurbağa ǝcdahaya dönǝr. 

Sudan çıxmış balıq kimi çapalayır. 

Sudan çıxmış toyuğa oxşayır. 

Suya düşsǝ quru çıxar. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə