Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
KADR SİYASƏTİ
Bank işçi heyətini özünün gələcək uğurlarının təminatçısı olan intellektual kapital kimi
qiymətləndirir. 2005-ci ildə iş intensivliyinin xeyli dərəcədə artması, yeni bank texnolo-
giyalarının tətbiqi insan amilini ön plana çəkmişdir. ABB-nin strateji məqsədlərinə nail
olmaq üçün ən vacib daxili hərəkətverici amil Bankın inkişafında işçilərin fəal iştirakının
təmin edilməsi, iş keyfiyyətinin yüksəldilməsi olmuşdur.
ABB-də İnsan resursları departamentinin yaradılması və onun kadrlarla formalaşdırılması
Bankın insan resurslarının idarəedilməsi sahəsində kompleks layihənin daha mütəşəkkil
həyata keçirilməsi imkanlarını genişləndirmişdir. Bunun sayəsində 2005-ci ildə Bankın
kadr siyasətində aşağıdakı nailiyyətlər əldə olunmuşdur:

 Bank xidmətləri bazarında ABB-nin fəaliyyətinin genişlənməsi, bank məhsulları çeşidinin
artması ilə əlaqədar əlavə işçi qüvvəsinə tələbatı nəzərə alaraq, 2005-ci ildə Bankın
işçi heyətinin tərkibi 7,2% artırılaraq, 1240 nəfərə çatdırılmışdır. “ABB-də işə qəbul
Qaydaları”nın hazırlanması və tətbiqi işə qəbul prosesini təkmilləşdirmiş, onun dəqiq
reqlamentlər əsasında aparılmasını təmin etmişdir. Qaydalara uyğun olaraq təşkil olu-
nan bankxarici və xüsusilə, bankdaxili müsabiqələr ixtisaslı kadrların seçilməsinə, yüksək
hazırlıqlı Bank əməkdaşlarının vəzifədə irəliləməsinə əlverişli şərait yaratmışdır;

 Bankın inkişaf strategiyasına uyğun olaraq, hər bir işçinin qarşısında qoyulan konkret
öhdəlikləri, onun hüquq və vəzifələrini, səlahiyyət və məsuliyyətini dəqiqləşdirən yeni
vəzifə təlimatları hazırlanmışdır;

 işçi heyətinin bazarın daim dəyişən tələblərinə cavab verməsi və peşəkarlıq
səviyyəsinin artırılması məqsədi ilə 300 nəfərədək Bank əməkdaşı ixtisasartırma kursla-
rında iştirak etmiş, bütün növ təlimlərə 181 milyon AZM məbləğində vəsait sərf olun-
muşdur;

 birbaşa rəhbərlər tərəfindən 1130 nəfər işçinin əməyi qiymətləndirilmiş, işçi
heyətinin peşəkarlıq səviyyəsinin monitorinqi aparılmış, işcilərin tutduğu vəzifəyə
uyğunluğu müəyyənləşdirilmiş, onların son bir il ərzində gördüyü işlər ətraflı təhlil
edilmişdir. Qiymətləndirmə Bankın qarşısında duran strateji məqsədləri həyata


A
Z
Ä
r
b
A
y
c
A
n
keçirməyə qadir olan peşəkar kadr potensialının inkişafına imkanlar yaratmış, iş
səmərəliliyinin və məsuliyyətin artırılmasına güclü təkan vermişdir, işçilərin və struk-
tur bölmə rəhbərlərinin məsuliyyətinin artırılmasına yönəldilən yeni mexanizmlər
müəyyənləşdirilmişdir;

 işçinin öz öhdəliklərini nəzərdə tutulmuş həcmdə və keyfiyyətdə yerinə yetirməsini
stimullaşdıran “ABB-nin əmək haqqı sistemi”nin uğurlu tətbiqi ilə yanaşı, onun daha
da təkmilləşdirilməsinə diqqət yetirilmiş, müəyyən dəqiqləşdirmələr aparılmış, nəticədə
Bank işçilərinin böyük əksəriyyətinin vəzifə maaşı əhəmiyyətli dərəcədə artırılmışdır;

 Bank işçilərinin əmək fəaliyyətinin motivasiyası üzrə yeni konsepsiyanın layihəsi tərtib
edilmişdir. Layihədə hər bir işçini və bütün kollektiv üzvlərini öz maddi və mənəvi
tələbatlarının ödənilməsi və Bankın məqsədlərinə çatması üçün daha səmərəli
işləməyə həvəsləndirən sistem müəyyənləşdirilir, onun tətbiqi mexanizmləri hazırlanılır.
Yeni motivasiya sisteminin 2006-cı ildən həyata keçirilməsi nəzərdə tutulmuşdur;

 Bank əməkdaşları üçün sosial proqramlar paketinin təkmilləşdirilməsinə, işgüzar
fəallığın artırılmasına və həvəsləndirmənin inkişaf etdirilməsinə əlverişli şəraitin yaradıl-
ması ABB rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur.
İnsan resurslarının idarə edilməsi sahəsində görülmüş işlərin məntiqi nəticəsidir ki, hazır-
da ABB-də ümumi məqsədləri keyfiyyətli və operativ şəkildə reallaşdırmağa qadir olan,
təşəbbüskar və peşəkar vahid komanda vardır.
İnsan resurslarının səmərəli idarə olunmasını fəaliyyətinin prioritet istiqaməti hesab
edən Bankın rəhbərliyi 2006-cı ildə də bu sahəyə böyük diqqət yetirəcək, korporativ
münasibətlərin inkişafına yönəldilmiş səylərini daha da artıracaqdır.
83


Azərbaycan və Rusiya arasında əldə edilmiş hökumətlərarası razılaşmaya əsasən 2005-
ci  il  –  Rusiyada  Azərbaycan  ili,  2006-cı  il  isə  -  Azərbaycanda  Rusiya  ili  adlandırılmışdır.
Azərbaycan Beynəlxalq Bankı bu əlamətdar hadisəyə bir töhfə olaraq “Dmitri Şostakoviç
və  Qara  Qarayev  -  ənənənin  davamı”  musiqi  albomunun  buraxılışını  hazırlayıb.  Diskə
Müəllimin və Şagirdin – Dmitri Şostakoviç və Qara Qarayevin əsərləri daxil olub. Böyük
Ustadın təsiri Qara Qarayev və onun davamçılarının yaradıcılıq məsləyində əks olunma-
ya bilməzdi. Bu yaxınlarda 100 illiyi Bakıda təntənə ilə qeyd olunmuş Dmitri Şostakoviç
vaxtilə Azərbaycanın bəstəkarlıq məktəbinin yaradılmasında böyük səy göstərmişdir.


Layihəyə Dmitri Şostakoviçin Fortepiano və orkestr üçün 1 nömrəli Konsertinin lent yazısı
və müasir dövrün ən yaxşı musiqi kollektivi olan Sergey Raxmaninov adına Simfonik or-
kestrin ifasında Qara Qarayevin Skripka və orkestr üçün Konserti daxildir. Solistlər – Rusi-
yanın xalq artisti, pianoçu Vladimir Kraynev və beynəlxalq müsabiqələrin qalibi, skripkaçı
İlya Qrubertdir. Orkestrə Maksim Şostakoviç və Elşad Bağırov dirijorluq etmişlər.
Bu layihəyə daxil olan ifaçı və əsər seçimi təsadüfi deyil. Qara Qarayev Pyotr Çaykovski adına
Moskva Dövlət Konservatoriyasını, Dmitri Şostakoviçin sinfini bitirib. Qara Qarayevin yazmış 


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə