Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
hesabat ili ərzində kart qəbulu spektri Əfqanıstan, Çin, Rusiya və Türkiyədəki termi-
nallar hesabına genişlənmişdir. Gələcəkdə bu siyahının daha 10 ölkə hesabına artacağı
proqnozlaşdırılır.
2005-ci ilin sonuna xalis mənfəəti 8,95 milyard AZM təşkil etmişdir.
“Azərilizinq Şirkəti” QSC. “Azərilizinq şirkəti” qapalı səhmdar cəmiyyətinin fəaliyyəti
son 2 il ərzində, xüsusilə də, 2005-ci il ərzində xeyli intensivləşmişdir. Ölkə iqtisadiyya-
tının gələcək inkişafında mühüm rolu olan lizinq sektorunda “Azərilizinq şirkəti”nin payı
(büdcə vəsaitləri hesabına fəaliyyət göstərən, dövlətə məxsus “Aqrolizinq” müəssisəsi
nəzərə alınmamaqla) 59 faizə bərabərdir.
2005-ci ilin sonuna “Azərilizinq şirkəti”nin lizinq portfeli 150-yə yaxın layihə üzrə 19,7
milyon ABŞ dolları səviyyəsində olmuşdur ki, bu da Şirkətin maliyyə göstəricilərinin yax-
şılaşmasına müsbət təsir göstərmiş və 2005-ci ildə balans mənfəəti 1,15 milyard AZM
təşkil etmişdir (ABB-dən cəlb edilmiş kreditlər üzrə, 2-3 faizlik marja əsasında). Bununla
yanaşı, o da qeyd olunmalıdır ki, lizinq əməliyyatlarının müddətinin 3-4 illik olmasını nə-
zərə alaraq, yuxarıda qeyd olunan lizinq portfeli üzrə, qarşıdakı 3-4 illik dövr ərzində
təqribən, daha 0,8 mln. ABŞ dolları mənfəət əldə ediləcəkdir.
“Beynəlxalq Sığorta Şirkəti” MMC. “Beynəlxalq Sığorta Şirkəti” öz nizamnamə kapi-
talına görə (9,8 milyon ABŞ dolları) Azərbaycan sığorta bazarının ən böyük şirkətidir. Bu
kapital Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın şirkətlərin məcmu kapitalının 34%-ni
təşkil edir. BSŞ öz müştərilərinə 29 sığorta növü üzrə yüksək keyfiyyətli xidmət göstərir.
Bu xidmətlər sırasına həyat, tibb, bədbəxt hadisə, əmlak, nəqliyyat vasitəsi (avtomobil
və s.), yük, öhdəlik və tikinti-montaj sığorta xidmətləri daxildir.


A
Z
Ä
r
b
A
y
c
A
n
Ötən il ərzində BSŞ 24,2 milyard AZM həcmində sığorta haqları almış və 5,5 milyard
AZM həcmində sığorta haqqları ödəmişdir.
hesabat ilində BSŞ beynəlxalq fəaliyyətini gücləndirmişdir. Bu fəaliyyət İngiltərə, Al-
maniya, İsveç və Rusiya kimi ölkələri əhatə edir. BSŞ dünyanın ən böyük təkrar sığorta
şirkətlərindən olan “hannover-Re” Şirkəti ilə təkrar sığorta müqaviləsi bağlamış və
Lloyd’s sindikatı ilə əməkdaşlığa başlamışdır.
“Beynəlxalq Sığorta Şirkətinin” missiyası müştərilərin tələblərinə cavab verən yüksək
səviyyəli sığorta xidmətləri göstərməkdir. Müştərilərə fərdi yanaşma, sığorta xidmətləri
üzrə operativ və obyektiv qərarların qəbul edilməsi və götürülmüş öhdəliklərin
tam şəkildə yerinə yetirilməsi, şirkətin rəqabət üstünlüyünün reallaşdırılmasının əsas
amilləridir.
“Inter Protect Re AG”. O, Beynəlxalq Sığorta Şirkətinin İsveçrənin Sürix şəhərində
yerləşən törəmə müəssisəsidir. Digər sığorta şirkətlərinə yerli bazarda risklərin yenidən
sığortalanması üzrə xidmətlər göstərir və bu baxımdan Beynəlxalq Sığorta Şirkətinin
rəqabətədavamlılığını artırır.
Xidmət şəbəkəsi
ABB-nin dinamik və sabit inkişafının mühüm strateji resursu onun filial şəbəkəsidir. Ban-
kın regional siyasəti onun Azərbaycanın əksər bölgələrində fəaliyyət göstərməsini təmin
etmişdir. 2005-ci ilin sonuna ABB-nin 36 filialı, 103 xidmət bölməsi, 453 bankomatı və
564 POS-terminalı fəaliyyət göstərmişdir.
71


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
İl ərzində bölgələrdə müxtəlif filialların nəzdində fəaliyyət göstərən 19 şöbə yaradıl-
mış və fəaliyyətə başlamışdır. Bu şöbələr həm hüquqi, həm də fiziki şəxslərə xidmət
göstərir. Bankın iştirak etdiyi pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi dövlət
proqramında şöbələrin əhəmiyyətli rolu vardır.
hesabat ilində Bankın bankomatlar və POS-terminallar şəbəkəsi də xeyli artmışdır. Belə
ki, 2005-ci ilin sonuna bankomatların sayı 453-ə çatmışdır. hazırda Bankın müştəriləri
bankomatlar vasitəsilə xüsusi kart hesablarındakı vəsaitləri nəinki nağdlaşdıra, habelə
Azercell və Bakcell mobil rabitə şirkətlərinin istifadə etdikləri xidmətinə görə haqlarını,
şəhərlərarası və beynəlxalq telefon danışıq haqlarını, elektrik enerjisinin haqlarını ödəyə
bilərlər. Ticarət və xidmət müəssisələrində quraşdırılmış, kartları ödənişə qəbul edən
POS-terminalların sayı da il ərzində əhəmiyyətli dərəcədə artmışdır. Qeyd etmək lazım-
dır ki, Bank 2006-cı ilin sonunadək ölkənin bütün bölgələrində 5000-dək POS-terminalın
quraşdırılmasını planlaşdırır. Bu, nağdsız ödənişlərin həcminin artırılması dövlət proqramı
çərçivəsində həyata keçiriləcəkdir.
Bölgələrdə fəaliyyətin genişləndirilməsi Bank üçün xidmətlərin desentralizasiyası və
ümummilli miqyaslı iri universal bank kimi ABB-nin statusunun saxlanması, regio-
nal müştəri bazasının genişləndirilməsi, bölgələrdə rəqabətdə üstünlük qazanmaq
deməkdir.
2005-ci ilin nəticələrinin yaxşılaşmağında Bankın filial şəbəkəsinin rolunun getdikcə art-
ması qeyd olunmalıdır.
Filial şəbəkəsinin hərtərəfli inkişafı yalnız bölgələrdə geniş təmsil olunmağı və Bankın
ərazi bölmələrinin sayının artırılmasını deyil, həm də mövcud strukturların səmərəliliyinin
yüksəldilməsini nəzərdə tutur. ABB-nin filial şəbəkəsi öz potensialını artırır, fəaliyyətinin
kəmiyyət və keyfiyyət parametrlərini daim yaxşılaşdırır. Bank üzrə ümumi göstəricilərdə


A
Z
Ä
r
b
A
y
c
A
n
onun xüsusi çəkisi artır. Uğurla işləyən filiallar arasında Bakı şəhərindəki “Mərkəzi”,
“Nəqliyyat”, Sahil, Nizami, Nəsimi, Sabunçu, regionlarda isə Dəvəçi, Xaçmaz, Zaqatala
və s. filialları fərqlənir.
hesabat ili ərzində filial və şöbələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində
aşağıdakı əsas işlər görülmüşdür:

 Bankın 8 filialının (Ağdaş, Gəncə, İmişli, Kürdəmir, Saatlı, Şamaxı, Şəki və Yevlax)
fəaliyyətinin əsas istiqamətləri təhlil olunmuş, biznesin inkişafına dair təkliflər hazırlan-
mışdır;

 filiallarda inkassasiya xidmətinin vəziyyəti və xüsusi vasitələrlə təminatı məsələləri təhlil
edilmiş, təkliflər hazırlanmışdır. Təkliflər əsasında inkassasiya xidmətinin vəziyyətinin
yaxşılaşdırılması üzrə zəruri tədbirlər görülmüşdür;

 bankomatların işində ortaya çıxan problemlər təhlil edilmiş, ATM-lərlə işin
təkmilləşdirilməsi üzrə konsepsiya hazırlanmışdır;

 Bankın törəmə bankı olan “ABB-Moskva”nın fəaliyyətinin əsas istiqamətləri təhlil olun-
muş və onun səmərəliliyinin yüksəldilməsinə dair təkliflər hazırlanmışdır;

 Bankın törəmə müəssisəsi olan Beynəlxalq Sığorta Şirkətinin fəaliyyətinin filiallarla
əlaqələndirilməsinə dair birgə tədbirlər planı hazırlanmış və təsdiq edilmişdir.
73


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə