Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   35   36   37   38   39   40   41   42   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
134
26. Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)
Aşağıdakı cədvəldə əsas borc maliyyə vasitələri üçün əsas valyuta növləri üzrə effektiv faiz dərəcələri əks olunur. Təhlil müvafiq aktiv/
passivlərin amortizasiyası üçün istifadə edilmiş hesabat ilinin sonuna qüvvədə olan effektiv faiz dərəcələrinə əsasən hazırlanmışdır.
İllik faiz dərəcəsi
2005
2004
ABŞ 
dolları
AZM
Avro
Digər 
ABŞ 
dolları
AZM
Avro
Digər 
Aktivlər
Pul vəsaitləri və onların ekvivalentləri
3.1
-
-
-
1.7
-
-
-
Rezident banklardan alınacaq vəsaitlər
13.0
-
-
-
17.7
7.1
-
-
Qeyri-rezident banklardan alınacaq vəsaitlər
2.2
-
2.2
-
4.5
-
2.0
-
Fiziki şəxslərə verilmiş kreditlər və avanslar
20.9
18.7
18.1
-
20.2
17.5
18.0
-
hüquqi şəxslərə verilmiş kreditlər və avanslar
15.8
11.1
16.1
15.2
14.4
10.9
15.9
14.7
Ödəmə müddəti tamamlananadək saxlanılan inves-
tisiya kağızları
4.3
-
-
-
4.2
4.6
3.6
-
Passivlər
hüquqi şəxslərin müştəri hesabları
0.6
5.5
1.9
6.0
0.9
5.5
2.6
-
Fiziki şəxslərin müştəri hesabları
8.9
9.4
8.4
-
8.7
10.4
8.1
-
Digər banklara ödəniləcək vəsaitlər
-
-
-
-
-
-
-
-
Buraxılmış borc qiymətli kağızları
9.0
9.0
-
-
9.4
10.0
-
-
Borc götürülmüş digər vəsaitlər
6.9
-
9.0
-
6.8
-
-
-
Yuxarıdakı cədvəldə göstərilən “-“ işarəsi Qrupun müvafiq valyutada aktiv və passivlərə malik olmadığını bildirir.
27. Təəhhüdlər və Şərti Öhdəliklər 
Məhkəmə prosedurları. Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Qrupa qarşı irəli sürülə biləcək iddialarla əlaqədar, Qrupun Rəhbərliyi öz
təxminlərinə, yerli və xarici peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir
və müvafiq olaraq 31 dekabr 2005 və 31 dekabr 2004-cü il tarixlərinə konsolidasiya edilmiş maliyyə hesabatlarında hər hansı ehtiyat yaradıl-
mamışdır.
Vergi qanunvericiliyi. Azərbaycan Respublikasının vergi, valyuta və gömrük qanunvericiliyində tez-tez müxtəlif şərhlər və dəyişikliklər
baş verir. Qrupun əməliyyatlarına və fəaliyyətinə tətbiq edilən bu cür qanunvericiliyə dair Rəhbərliyin şərhlərinə müvafiq vergi orqanları
tərəfindən etiraz edilə bilər. Bunun nəticəsində Qrupa qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablana bilər. 31 dekabr
2001-ci il tarixində tamamlanan maliyyə ilindən başlayaraq vergi orqanları tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan
fəaliyyəti yoxlanıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin bu maddəsi irəliyə dönümlü olaraq tətbiq edilir, yəni 2001-ci ildən
əvvəlki maliyyə illərinə aid edilmir. Qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.
Azərbaycan qanunvericiliyinə müvafiq olaraq vergi məqsədləri üçün əməliyyatların vergi nəticələri çox zaman əməliyyatların sənədləşdirildiyi
forma əsasında, eləcə də Azərbaycanın Uçot Qaydalarında əks olunmuş uçot yanaşmasına uyğun olaraq müəyyən edilir. Müvafiq ola-
raq, Qrup bu cür yanaşmalar nəticəsində yaranan üstünlüklərdən faydalanmaq və Qrupun ümumi vergi dərəcəsini azaltmaq məqsədilə
müəyyən əməliyyatlarını qanunvericilik çərçivəsində strukturlaşdırır. Bu cür əməliyyatların iqtisadi mahiyyətini əks etdirmək üçün aparılmış
yenidən təsnifləşdirmələr hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında göstərilən konsolidasiya edilmiş mənfəət və zərər hesaba-
tında əks etdirilir. Belə yenidən təsnifləşdirmələr Qrupun hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında göstərilən vergidən əvvəlki
mənfəətinə və vergi xərclərinə təsir göstərmir.
Qrupun Rəhbərliyi hesab edir ki, onun tərəfindən müvafiq qanunvericiliyin şərhi düzgündür və vergi, xarici valyuta haqqında qanunvericilik
və gömrüklə bağlı Qrupun mövqeləri qorunacaqdır. Müvafiq olaraq, 31 dekabr 2005-ci il tarixinə potensial vergi öhdəlikləri üzrə hər hansı
ehtiyat qeydə alınmamışdır (2004: hər hansı ehtiyat qeydə alınmamışdır).
1 yanvar 2002-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 18-ci Maddəsinə uyğun olaraq, vergi orqanları
əlaqəli şəxslər arasında qeyri-bazar qiymətləri ilə aparılan əməliyyatlar və qiyməti bazar qiymətlərinin 30%-dən çox fərqlənən əməliyyatlar
üzrə real qiymətin müəyyən edilməsi üzrə düzəlişlər apara və əlavə vergi öhdəlikləri tətbiq edə bilərlər.


Maliyyə hesabatları 2005
135
27. Təəhhüdlər və Şərti Öhdəliklər (davamı)
Kapital məsrəfləri ilə bağlı öhdəliklər. 31 dekabr 2005 və 31 dekabr 2004-cü il tarixlərinə Qrupun kapital məsrəfləri ilə bağlı əhəmiyyətli
öhdəlikləri olmamışdır.
Əməliyyat lizinqi ilə bağlı öhdəliklər. Qrup lizinq alan kimi çıxış etdikdə, ləğv oluna bilməyən əməliyyat lizinqi üzrə gələcək ödənişlərin
minimal hissəsi aşağıdakı kimidir:
Milyon Azərbaycan Manatı ilə
2005
2004
Bir il və daha az müddətə
748
1,973
Bir ildən çox və beş ildən az müddətə
799
1,153
Beş il və daha çox müddətə
2,901
2,221
Əməliyyat lizinqi ilə bağlı öhdəliklərin cəmi
4,448
5,347
Kreditlərlə bağlı öhdəliklər. Bu maliyyə vasitələrinin əsas məqsədi müştərilərin maliyyə ehtiyaclarını ödəmək üçün pul vəsaitlərinin təmin
edilməsindən ibarətdir. Müştərinin üçüncü tərəflər qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda, Qrupun ödənişlər edəcəyi
barədə tam təminat verən zəmanətlər və stəndbay akkreditivlər kreditlərlə eyni qaydada müvafiq risk daşıyır. Sənədli və kommersiya
akkreditivlərinə, Qrupun müştəriləri adından üçüncü tərəflərə konkret şərtlər çərçivəsində nəzərdə tutulan məbləğdə ödəmələrin Qrupdan
tələb edilməsinə səlahiyyət verən yazılı sənədlər daxildir. həmin sənədli və kommersiya akkreditivləri birbaşa borclarla müqayisədə az risk
daşıyır, belə ki, bu maliyyə vasitələri üzrə göndərilən mallar və ya nağd pul depozitləri formasında təminat alınır.
Kreditlərin verilməsi üzrə öhdəliklərə kreditlər, zəmanətlər və ya akkreditivlər formasında kreditlərin verilməsi üzrә müqavilələrin istifadə
edilmәmiş hissəsi daxildir. Kreditlərin verilməsi üzrə öhdəliklərlə əlaqədar kredit riskinə gəldikdə isə, Qrup istifadə edilməmiş öhdəliklərin
ümumi məbləğinə bərabər məbləğdə potensial zərərlərə məruz qala bilər. Lakin, bu öhdəliklərin böyük hissəsi Qrupun müştərilərinin
ödəmə qabiliyyətindən asılı olduğuna görə, mümkün zərərlərin məbləği istifadə edilməmiş öhdəliklərin ümumi məbləğindən azdır.
Uzunmüddətli öhdəliklər bütövlükdə qısamüddətli öhdəliklərdən daha yüksək kredit riskinə malik olduğu üçün Qrup kreditlərin verilməsi ilə
əlaqədar öhdəliklərin ödəmə müddətlərinə nəzarət edir. Qrupun ilin sonuna kreditlərlə bağlı öhdəlikləri aşağıdakı kimi olmuşdur:
Milyon Azərbaycan Manatı ilə
2005
2004
İxrac akkreditivləri
1,370,217
1,024,549
İdxal akkreditivləri
1,228,109
654,112
Zəmanət məktubları
600,958
663,461
Kreditlərin verilməsi üzrə öhdəliklər və istifadə edilməmiş kredit xətləri
114,315
156,417
Azərbaycan hökumətinin zəmanəti ilə Qrup tərəfindən buraxılmış və Ekzimbankdan
(Türkiyə) alınmış kredit xətləri üzrə girov kimi Ekzimbanka verilmiş borc vərəqələri
-
136,497
Çıxılsın: Kreditlərlə bağlı öhdəliklər üzrə zərər üçün ehtiyatlar
(4,395)
(3,857)
Kreditlərlə bağlı öhdəliklərin cəmi
3,309,204
2,631,179
Kreditlərin, akkreditivlərin və zəmanət məktublarının verilməsi üzrə istifadə edilməmiş öhdəliklərin müqavilələrlə nəzərdə tutulmuş ümumi
məbləği mütləq pul vəsaitləri üzrə gələcək tələbləri əks etdirmir, belə ki, bu maliyyə vasitələrinin müddəti maliyyələşdirilməmiş başa çata
və ya qüvvədən düşə bilər. 31 dekabr 2005-ci il tarixinə kreditlərlə bağlı öhdəliklərin ədalətli dəyəri AZM 3,309,204 milyon (2004: AZM
2,631,179 milyon) təşkil etmişdir.
31 dekabr 2005-ci il tarixində bitən il üzrə konsolidasiya edilmiş mənfəət və zərər hesabatında Qrup tərəfindən verilmiş təminatsız
akkreditivlər və zəmanət məktubları üzrə ehtimal olunan zərər üçün əlavə ehtiyat qeydə alınmamışdır (31 dekabr 2004-cü il tarixində bitən
il: AZM 3,857 milyon). 19 və 23 saylı Qeydlərə baxın.
31 dekabr 2005-ci il tarixinə mövcud olan cəmi ixrac akkreditivlərindən AZM 1,013,099 milyonu (31 dekabr 2004: AZM 873,245 milyon) neft
sektorunda fəaliyyət göstərən Azərbaycanın dövlət müəssisələrinin ixrac əməliyyatları üzrə xarici banklar tərəfindən açılmışdır. Bütün ixrac
akkreditivləri üçün xarici bankların zəmanətləri şəklində təminat alınmışdır və Qrup bu akkreditivlərlə əlaqədar heç bir kredit riski daşımır.
31 dekabr 2005-ci il tarixinə mövcud olan AZM 342,430 milyon (31 dekabr 2004: AZM 64,006 milyon) məbləğində kreditlərlə bağlı
öhdəliklər üçün Azərbaycan hökumətinin zəmanətləri və ya bloklaşdırılmış müştəri depozitləri şəklində zəmanət alınmışdır. 16 saylı Qeydə
baxın.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə