Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   58   59   60   61   62   63   64   65   ...   86

"Saysız-hesabsız yunan (Bizans) qoşunları Uti vilayətində Kazankaytuq 
(Qalakənd) kəndi sərhədlərində yerləşdi. O (qoşunlarm) keçdiyi yerlərdən 
qabağına çıxan gözəl bağları və tarlaları tapdalayaraq xarabalara döndərdi". 
Musa Kalankatlı  xəzərlərin Azərbaycanda olması barədə yazır: "O bütün 
Aqvaniyada - Azərbaycanda albaniyalıların  ərazisinə  və Atropatenanın bir 
hissəsinə basqınlar etdi. Külli miqdarda xristianları  və  hətta bütpərəstləri 
qılıncdan keçirdi. Əsir düşənlərin və ölənlərin sayını kim bilir. Onlar (xəzərlər) 
Araz çayı yanında dayandılar.  Şad Xosrov şahın (II Xosrov) yanına carçı 
göndərdi ki, özünün imperatorla birləşməsi haqqında ona bildirsin"... 
Antik və qədim əsrlərdə (e.e. V - b.e. X əsrlərdə) Azərbaycan ərazisində bir 
sıra türk tayfaları yaşamış və ya bu ərazidə hökmranlıq etmişlər. O cümlədən: 
bulqarlar, hunlar, sabirlər, xəzərlər, oğuzlar, cinlilər, saklar, qaşqaylar, 
qarqarlar, qarabanlar, ağbanlar və başqa türk tayfaları həmin tayfaların Qafqaz 
Albaniyası və Azərbaycanın soy kökündə iştirakı şübhəsizdir
1

Xəzərlər Kürün hər iki sahilində bir əsrə qədər yaşamışlar. Onların siyasi və 
inzibati mərkəzi Qəbələ şəhəri idi. 
Bu gün Qarabağda işlənən yüzlərlə türk mənşəli toponimlərin çox qədim 
tarixi vardır. Qarqar etnoniminə hələ V əsr tarixçisi Musa Xorenlinin əsərində 
rast gəlmək mümkündür. 
Qarabağ toponimi də türk mənşəlidir və iki sözün (anlayışm) vəhdətindən 
ibarətdir. Qara sözü uzun əsrlər boyu böyük, möhtəşəm, geniş  mənasında 
işlənmişdir: Qarabağ (böyük bağ); Qarabulaq (böyük bulaq) və s. Əsrimizin 
əvvəllərinə  qədər sahəsinin 50%-dən çoxu meşə  və bağlarla örtülü olan bu 
ərazinin Qarabağ adını daşıması  təsadüfi deyildi. Qarabağ toponiminə min 
ildən bəri Azərbaycan,  ərəb, fars və başqa mənbələrdə rast gəlirik. Dağlıq 
Qarabağ anlayışı isə yalnız XX əsrin 20-ci illərində DQMV yaranması ilə 
leksikona daxil olmuşdur. Arifə  İsmayılovanın "Azərbaycan SSR Dağlıq 
Qarabağ Muxtar Vilayətinin coğrafi adlarının tədqiqi"  əsərində vilayətin 
coğrafi toponimikası barədə maraqlı mülahizələrə rast gəlirik. Məsələn, müəllif 
Dağlıq Qarabağdakı toponimləri xüsusi dioqramda təqdim edir. Bu dioqramda 
hazırda Dağlıq Qarabağda 309 toponimin mənşəcə hansı xalqa mənsubluğu 
göstərilir. Məlum olur ki, 309 yaşayış yerində (şəhər, qəsəbə, kənd) 208-nin adı 
Azərbaycan mənşəlidir. 77-si erməni mənşəli, 24-ü isə qarışıqdır. Yəni bir 
hissəsi Azərbaycan, bir hissəsi erməni dilindədir. 
Ərəb istilası dövründə Qafqaz Albaniyasında islam-dini zorla qəbul 
etdirilirdi. Gürcüstanda və Ermənistanda isə bu mümkün olmadı. Alban xristian 
dini isə yalnız Qarabağın Dağlıq hissəsində qalmışdı. VII-X əsrlərdə 
Azərbaycanın siyasi-inzibati bölgüsündə Qarabağ əvvəl Bərdə, sonra Beyləqan 
şəhərlərindən idarə edilirdi. Səfəvilər dövründə Qarabağın mərkəzi Gəncə, 
xanlıq dövründə isə Şuşa şəhəri idi. 
                                                           
1 Bax: Mirzə Bala. Azərbaycan türk-alban dövləti. Ankara, 1951. 
 
 
190


Babək hərəkatı da ilk dəfə Qarabağda başlamışdı. 210 (826)-cu ildə, 
Beyləqan tərəflərində atəşpərəstlərdən Babək adlı bir nəfər meydana çıxdı. O, 
atəşpərəstlik məzhəblərindən Xürrəmkiş adlı  məzhəbin  əsasını qoydu. Bu 
məzhəb Məzdəki dinin əslini yeni bir şəklə salmaqdan başqa bir şey deyildi. 
Babək öz başına çoxlu tərəfdar topladı... Azərbaycanı ələ keçirib, Həmədan və 
İsfahanı da fəth etdi. Mötəsim xəlifə  İshaq ibn İbrahim ibn Müsahibi çoxlu 
qoşunla İrani-əcəm hüduduna göndərdi. İshaq onlardan 60000 nəfər qırdısa da, 
yenə bir nəticə  əldə edilmədi. Axırda, hicri 221 (836)-ci ildə, Mavərün-nəhr 
əyanlarından Aqşin ləqəbli Heydər ibn Kavus saysız bir qoşunla Babəki dəf 
etməyə  təyin edildi. Müharibə iki il davam etdi. Babək məğlub olub bir neçə 
nəfərlə Ermənistana, Səhl Sumbat oğlunun yanına qaçdı... Səhl Babəki 
qolubağlı Aqşinin yanına gətirdi. Səhl təltif edildi. Babək də Bağdada 
göndərilib orada böyük bir əziyyətlə öldürüldü
1

X-XI  əsrlərdə dünya şöhrəti qazanmış  Bərdədə  Səid  İbn  Əmirül Bərdəi, 
Əbübəkr Bərdəi kimi elm və  mədəniyyət xadimləri yaşayıb yaratmışlar. 
Şəhərlərin inkişafı başqa xalqlarla ticarət və  mədəni  əlaqələri daha da 
genişləndirirdi. 
Qarabağ adlı  şəhər olmuşdurmu?  Ən  əvvəl qeyd edək ki, Qarabağ  sırf 
Azərbaycan adı olub, VII əsrdən dilimizdə  işlənməkdədir. Deməli, Qarabağ 
şəhərinin tarixi VII əsrdən başlanır. Beləliklə, Qarabağ  şəhəri  ən azı min il 
mövcud olmuş və XVII əsrdə süqut etmişdir. 
Bəs Qarabağ  şəhəri harada yerləşmişdir? Bu haqda R.Yüzbaşov aşağıdakı 
məlumatı verir: "Azərbaycan SSR EA Coğrafiya İnstitutunun kartoqrafik fondu 
öyrənilərkən orada olan "İran səltənəti" adlı  xəritə Qarabağ  şəhərinin yerini 
dəqiq müəyyən etməyə imkan verdi. Həmin xəritənin müəllifi alman səyyahı 
Adam Oleari XVII əsrin birinci yarısında Rusiyadan İrana getmiş, həmin yolla 
da vətəninə qayıtmış və bundan sonra adını çəkdiyimiz xəritəni tərtib etmişdi. 
A.Olearinin xəritəsində Qarabağ şəhəri 39° şimal en dairəsi ilə 82°21' şərq 
uzunluq dairəsinin kəsişdiyi nöqtədə göstərilir. Həmin  şəhərin qalıqlan indiki 
Füzuli rayonunda Horadiz dəmiryol stansiyasından şərqdə, İran ərazisində olan 
Aslandüz kəndindən  şimalda,  İrandan keçib Araza tökülən Qarasu çayının 
mənsəbinə yaxın bir yerdə olmalıdır. Qarabağ adının kiçik miqyaslı    bir 
xəritəyə düşməsi və böyük bir mahalın (əyalətin) onun adı ilə adlandırılması 
Qarabağ  şəhərinin mühüm şəhər olduğunu göstərir. Bunu da qeyd etmək 
vacibdir ki, İran Azərbaycanından Kiçik Qafqaza gedən böyük ticarət yolu da 
Qarabağ şəhərindən keçirmiş"
2

Məşhur  ərəb tarixçisi İbn  əl-Əsir (1160-1284) Beyləqanın monqollar 
tərəfindən 618 (1221)-ci ildə zorla alınıb xarabalığa çevrilməsini təsirli 
cümlələrlə 
                                                           
1 Bax: Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm", səh.61. 
2 R.Yüzbaşov, K.Əliyev, Ş.Sədiyev. Azərbaycanın coğrafi adları. Bakı, 1972, səh.63-64.
 
191


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə