Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

«Şahdəniz»  qaz-kondensat  yatağının  işlənməsinin 
birinci  mərhələsi  üzrə  tikinti  işlərinə  2003-cü  ildən 
başlanılmış  və  ilkin  qazın  çıxarılması  2006-cı  ilin 
sentyabrında  gözlənilir.  Birinci  mərhələdə  ildə  8,8  milyard 
kub m qaz və 2 milyon ton kondensat hasilatı planlaşdırılır. 
Sonrakı  mərhələdə  isə  yataqdan  ildə  16  milyard  kub  m  qaz 
və 4 milyon ton kondensat çıxarılması proqnozlaşdırılır. 
Beynəlxalq  müqavilələr  üzrə  2005—2008-ci  illərdə 
aşağıdakı  istiqamətlərdə  işlərin  davam  etdirilməsi  nəzərdə 
tutulur: 

 
Bakı—Tbilisi—Ceyhan  Əsas  İxrac  Boru  Kəmərinin 
tikilib istismara verilməsi;  

 
Bakı—Tbilisi—Ərzurum  Cənubi  Qafqaz  Boru 
Kəmərinin tikilib istismara verilməsi;  

 
«Mərkəzi  Azəri»  platformasının  tikintisi  və  neft 
hasilatına başlanılması;  

 
«Çıraq-1» 
platformasında 
«Hasilat 
Tempinin 
Artırılması Layihəsi»nin həyata keçirilməsi;  

 
Səngəçal 
terminalından 
qazın 
Səngəçal 
Baş 
Qurğularına  çatdırılması  üçün  qaz  kəmərinin  tikilib 
istifadəyə verilməsi;  

 
«Azəri»  yatağından  sahilə  qaz  və  neft  kəmərlərinin 
tikintisi;  

 
«Azəri» 
yatağında 
kompressor 
və 
suvurma 
platformasının tikintisi;  



 
«Azəri» yatağından hasil olunacaq neftin qəbulu üçün 
Səngəçal  terminalında  2  neft  çəninin  və  yardımçı 
obyektlərin tikintisi;  

 
«Qərbi  Azəri»  platformasının  tikintisi  və  neft 
hasilatına başlanılması;  

 
«Şərqi  Azəri»  platformasının  tikintisi  və  neft 
hasilatına başlanılması;  

 
«Faza-3» layihəsi daxilində «Günəşli» yatağının dərin 
hissəsindən neft hasilatına başlanması;  

 
«Şahdəniz»  yatağından  Səngəçal  terminalına  qaz  və 
kondensat kəmərlərinin tikilib istifadəyə verilməsi;  

 
«Şahdəniz» yatağında TPG-500 platformasının tikilib 
istismara verilməsi;  

 
«Şahdəniz»  yatağından  ilkin  qaz  və  kondensatın 
Səngəçal terminalına nəqli. 
 
 


3. YANACAQ-ENERJİ KOMPLEKSİNİN İNKİŞAF 
PERSPEKTİVLƏRİ VƏ ƏTRAF MÜHİTİN 
MÜHAFİZƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ 
İSTİQAMƏTLƏRİ 
 
3.1. Yanacaq-enerji  kompleksinin perspektiv inkişaf 
istiqamətləri 
 
Azərbaycan    neft  sənayesi  öz  inkişafının  ən  mühüm 
mərhələsinə    daxil  olmuşdur.  Azərbaycan  müstəqilliyinin 
inkişafı və  möhkəmləndirilməsində neft sənayesi əhəmiyyətli 
rol oynayır.  
Neft  sənayesi  inkişaf  dövrünün    67  neft  və  qaz  yatağı 
kəşf    edilmişdir.  Hal-hazırda  quruda  37,  Xəzər  dənizinin 
Azərbaycan  sektorunda    17  yataq  istismarı  verilmişdir.  İlkin 
neft ehtiyatlarının işləmə   dərəcəsi quruda 87%, dənizdə 59% 
təşkil edir [3]. 
Neft  və  qaz  yataqlarının  uzun  müddət  istismar 
edilməsinə  baxmayaraq,  mütəxəssislər  torpağın    dərin 
qatlarında xeyli miqdarda neft ehtiyatları olduğunu müəyyən 
etmişdir.  Azərbaycanın    quru  və  Xəzər  sektoru    da  daxil 
olmaqla,  neftli  ərazinin  ümumi  sahəsi  100  min  kv.  m-dən  
çoxdur.  Müəyyən  edilmiş  neft-qaz  rayonların  ümumi  sahəsi 
təxminən    70  min  kv.m,  o  cümlədən  Xəzər  dəniz  şelfi 
akvatoriyası 20 min  kv. km-dən çoxdur. Perspektivli neft-qaz 
rayonlarının ümumi  sahəsi 17 min kv. km-dən çoxdur. 


 
 
 
 Azərbaycan  sənayesinin  inkişaf  perspektivi  dəniz 
yataqlarının    mənimsənilməsi  və  Xəzərin  perspektivli 
strukturlarından asılıdır. Respublikanın potensial resurslarının 
təxminən  yarısı  Xəzər  dənizinin  Azərbaycan  sektorunda 
cəmlənmişdir.  Onların  ekoloji  və  geofiziki  metodlarının 
öyrənmə səviyyəsi 34% təşkil edir. 
Xəzər dənizi unikal daxili kontinental hövzə olmaqla, bu 
ərazidə    386  perspektivli  struktur  müəyyən  edilmişdir. 
Xəzərin  Azərbaycan  sektorunun  sahəsi  78,8  min  kv.  km 
olmaqla,  145  perspektivli  struktur  müəyyən  edilmişdir. 
Göstərmək  lazımdır  ki,  dənizin  dərin  qatları  zəif  öyrənilmiş 
və  burada  neft  və  qaz  resursları  proqnozları  hələ  dəqiq 
müəyyən edilməmişdir. Bu rayonlarda məhsuldar  horizontlar 
5500-6000  dərinlikdə  yerləşməklə,  mürəkkəb  termodinamik 
şəraitdədir. Xəzərin Azərbaycan  sektorunda neft-qaz ehtiyatı 
27,5  milyard  ton  şərti  yanacaq  qiymətləndirilir  və  neft 
şirkətləri bu regiona  xüsusi maraq göstərirlər [14, №7]. 
Azərbaycan  neftinin  daşınması  marşrutları  da  ölkənin  
xarici  siyasətində  mühüm  yerlərdən  birini  tutur.  Belə  ki, 
Rusiyadan  başqa  heç  bir  dövlət  Xəzər  neftinin  bir  ölkənin 
nəzarəti  altında olmasına maraqlı deyildir. 
Şimala  ixrac  edilən  neft  əvvəllər  mövcud  olan  Bakı- 
Qroznı  neft  kəməri  bazasında  qurulmuşdur.  Səngəçal 
terminalından  Novorosiysk  şəhərinə  qədər  xəttin  uzunluğu  
1411  km-dir.  Neft  boru  kəmərinin  ötürmə  qabiliyyəti  gün 


 
 
 
ərzində 115 min barel, il ərzində 5,75 milyon tondur. Bu boru 
kəmərinin  Qərb  standartlarına    müvafiq  olaraq  təmiri,  
tikintisi,  modernləşdirilməsi  və  istismara  verilməsi  üçün  50 
mln.  ABŞ dolları sərf edilmişdir. 22 oktyabr 1997-ci ildə bu 
neft  borusu ilə ilk Azərbaycan nefti daşınmışdır. 
Qərb  neft  ixrac  boru  kəməri  Bakı-  Xaşuri  neft  kəməri 
bazasında  tikilib  və  Azərbaycan  neftini  dünya  bazarına 
çıxarmaq  üçün    alternativ  marşrutdur.  O,  Səngəçal  
terminalından Gürcüstanın  Supsa portuna (Qara dəniz) qədər 
850  km-dir.  Neft  boru  kəmərinin    buraxılış  qabiliyyəti  gün 
ərzində 115 min barel, il ərzində 5,75 mln. tondur.  
Dəniz  neft  yataqlarının  istismarı  yaxın  on  ildə 
Azərbaycanda    neft    istehsalının  50-60  min  tona  çatdırmağı 
imkan verəcəkdir.  Ona görə də, əsas neft kəmərinin tikintisi 
vacib  məsələ  kimi  qarşıda  durur.  Bu  yalnız  respublika  üçün 
deyil,  Xəzər  regionunun  karbohidrogen  resurslarını 
mənimsəmək  üçün  böyük  əhəmiyyət    kəsb  edir.  Əsas    neft  
ixracı  boru  kəmərinin  buraxılıcılıq  qabiliyyəti    Qazaxıstan, 
Türkmənistanın da imkanları nəzərə alınmaqla il ərzində  50 
mln. ton planlaşdırılır. 
1997-ci  ildə  (sentyabr)  Azərbaycan  Respublikası 
Prezidentinin  fərmanı  ilə  ərazisindən  neft  kəməri  keçəcək 
ölkələrlə    danışıq  aparmaq  üçün  dövlət  qrupu  yaradılmışdır. 
Bu qrup gələcək neft  kəməri kompaniyalarının  strukturunu 
işləyib  hazırlayır.  Neft  daşımasının  hüquqi,  kommersiya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə