Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

29 


filialı əhatə edir, Kredit kartlarına malik olan 30 milyon müştəri 4 min avtomatik 

terminalın  kömyi  ilə  nəğd  pul  almaq  və  başqa  xidmətlərdən  istifadə  etmək 

imkanına  malikdirlər.  Amerikalı  iqtisadçılardan  birinin  fikrincə  «Silz»  konserni 

yaxın  vaxtlarda  asanlıqla  ABŞ-ın  ən  iri  bankına  çevriləcəkdir.  «Eqon  Zender 

interneşnl»  (Egon  Zehnder  International)  konsaltinq  firması  tərəfindən  ABŞ-ın 

müxtəlif  bankiarının  idarə  heyətlərinin  740  üzvü  arasında  aparılmış  rəy  sorğusu 

göstərmişdir ki, bankirlərin 43%-i «Sirz»i özlərinin əsas rəqibi hesab edirlər. 

Avropada Almaniyanın «Kvelle» (Quelle) ticarət evi buna oxşar siyasət yeri-

dir.  Yaxın  vaxtlarda  şirkətin  portfelində  olan  «Noris-bank»a  (Noris-Bank)  əlavə 

olaraq əhaliyə xidmət edilməsi üçün nəzərdə tutulan ən müasir avtomatlaşdırılmış 

avadanlıqlarla  təchiz  olunmuş  «istehlak  bankı»da  «Kvelle»  ticarət  evi  tərəfindən 

alınmışdır.  Onun 650  min  müştərisinin  çoxu standartlaşdırılmış  hesablaşma  əmə-

liyyatları,  1986-cı  ildən  sonra  isə  həm  də  qiymətli  kağızlarla  bağlı  sövqələr 

aparmaq imkanı əldə etmişlər. 

Müasir  Rusiyada  istehsal  və  ticarət-kommersiya  firmajan  da  bank  bazar-

larına  çıxmağa  çalışıriar.  Onlar bunu  həm  qanuni  yollarla  (veksellər buraxılması, 

törəmə  maliyyə  müəssisəiəri,  «Olbi»  konsemi  kimi  kredit  kartları  şirkətləri  yara-

dılması yolu ilə), həm də qanunsuz və o qədər də qanuni olmayan üsullarla edirlər 

(əhalidən  əmanətlərin  büavasitə  qəbul  ediiməsi).  Bəzən  bu  firmaların  həmin 

cəhdləri  onların  adlarında  da  əks  olunur  (ticarət-maliyyə  şirkəti,  sənaye-maliyyə 

korporasiyası və s.). 

SSRİ dağılandan sonrakı dövrdə vaxtı ilə yaxın xaricdə özlərinin bölmələri 

və ya etibarlı kontragentləri olmuş ticarət və istehsal müəssisəiərinin çoxu keçmiş 

müttəfiq respublikalarla klirinq hesablaşmalart üzrə xidmətlərini təklif edirdüər. 

Bir  sıra  ölkələrdə  əmanətlərin  qəbulunu  və  verilməsini,  pul  vəsaitlərinin 

köçürülməsini və bəzi başqa bank əməliyyatlarını həyata keçirən poçt müəssisələri 




 

30 


kommersiya bankları ilə müəyyən mənada rəqabət apara bilərlər. Bu müəssisələr-

dən  istifadənin  rahat  olması,  heç  şübhəsiz,  onların  üstünlüyüdür:  adətən  poçtun 

bölmələrinin hədsiz dərəcədə sıx şəbəkəsi bütün ölkəni əhatə edir, onun iş rejimi 

isə əhali üçün münasib olur. Rusiya Federal Poçt Rabitəsi İdarəsi (RFPRİ) hələlik 

bank xidmətləri göstərmək üçün öz imkanlarından istifadə etmir, yalnız hesablaş-

malar aparmaqla kifayətlənir. 

Etimada  əsaslanan  idarəetmə  sahəsində  kommersiya  bankları  notarial  kon-

torlar və hüquq şirkətləri kimi qeyri-bank müəssisələri ilə rəqabət aparır. Bundan 

əlavə, kommersiya banklan «tarixən banklara aidiyyəti olmayan» sahələrdə qeyri-

maliyyə  şirkətlərinin  kəskin  rəqabəti  ilə  üzləşirlər  (notarial  xidmət,  reklam  işi  və 

s.). Bir məsələyə əhəmiyyət verməmək olmaz ki, bank olmayan qurumların bank 

bazarlarına  fəal  müdaxiləsi  nəticəsində  maliyyə  konqlomeratları  sürətlə  inkişaf 

etmişdir. ABŞ-da maliyyə konqlomeratlan 1970-ci illərin axırları - 1980-ci illərin 

əvvəllərində  «Merril  Linç»  (investisiya  biznesi),  «Ameriken  Ekspress»  (kredit 

kartlan),  «Prudenşi»  (sığorta),  «Sitikorporeyşn»  (holdinq  şirkəti)  tərəfindən  təsis 

edilmişdir.  Amerikalı  maliyyəçi  Q.Kaufmanın  fikrincə,  «Merril  Linc»in  ən  çox 

yaxınlaşdığı maliyyə supermarketi gələcəyin maliyyə təsisatının prototipidir. 

 

 



 

 

 



 

 

 



 


 

31 


 

 

 



FƏSĠL 2. BANK BAZARININ QURULUġU 

 

2.1.  Bank bazarında sahələr üzrə yanaĢma 

Bank  bazarının  strukturlaşdırılmasına  bu  cür  yanaşmaların  hər  birini 

ayrılıqda nəzərdən keçirək. 

Bank bazarının strukturlaşmasının ən geniş növü əmtəə (məhsul) əlamətinə 

görə, yəni göstərilən xidmətlərin növlərinə görə yanaşmadır. Bank bazarının əmtəə 

strukturunda aşağıdakı növləri fərqləndirmək olar: 

 

kredit xidmətləri bazarı; 



 

investisiya xidmətləri bazarı; 



 

hesablaşma-kassa xidmətləri bazarı; 



 

trast xidmətləri bazarı; 



 

məsləhət xidmətləri bazarı; 



 

saır bazarlar. 



Lakin  bank  bazarının  əmtəə  əlamətinə  görə  bölgüsü  təkcə  bununla  başa 

çatmır.  Yuxarıda  sadalanan  bazarlann  hər  biri  öz  növbəsində  ayn-ayrı  xidmətlər 

bazarından və ya bank sahələrindən ibarətdir. 

Bank sahələrinin tərkibi məsələsi praktiki olaraq iqtisadi nəzəriyyənin hələ 

tədqiq  edilməmiş  məsələləri  qisminə  aiddir.  Sənayedə,  kənd  təsərrüfatında  və  is-

tehsal sahəsinin digər sektorlarında onlarca sahə və yarımsahəni fərqləndirmək qə-

bul  edildiyi  halda  bank  fəaliyyəti  adətən  bir  sahə  hesab  edilmişdir.  Görünür  bu, 

uzun illər boyu bank sektorunun iqtisadiyyatın qeyti-istehsal sferasına aid edilməsi 

ilə bağlı idi. 



 

32 


Lakin  bank  işi  aynca  (bircins)  sahə  hesab  edilməlidir,  yoxsa  o,  müxtəlif 

sahələrin  müəyyən  «dəstidir»?  Axı,  məlum  olduğu  kimi,  sahə  dedikdə  bir-birinə 

oxşar və ya bir-birini qarşılıqlı əvəz edə bilən əmtəə və ya xidmətlər istehsal edən 

və  bir-biri  ilə  bilavasitə  rəqabət  aparan  müəssisələr  qrupu  nəzərdə  tutulur.  Əgər 

bunu nəzərə alsaq, onda müxtəlif növlü çoxsaylı xidmətlərin realizə edildiyi bank 

bazarını  vahid  sahə  hesab  etmək  əsla  düzgün  olmaz.  Əslində  əhalidən  depozitlər 

cəlb  edilməsi  və  çoxmillətli  şirkətlərə  ssuda  verilməsi  arasında  heç  bir  ümumi 

cəhət  yoxdur.  Bundan  daha  çox  fərqlənən  fəaliyyət  növləri  tapmaq  çətindir. 

Beləliklə, bank işi bir sahə deyil, çox güman ki, hər biri ayrıca təhlil edilməli olan 

sahələrin məcmusudur. 

Bəs  iqtisadiyyatın  maliyyə-bank  sferasının  sahə  tərkibi  necədir?  Bank 

xidmətlərinin bir-birindən fərqlənən aitı satış bazarının hər birinin çərçivəsində bir 

sıra sahələri ayırmaq mümkündür. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə