Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə130/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   126   127   128   129   130   131   132   133   ...   189

Bu  fabrikdə  daha  bir  tətil  1895-ci  ilin  avqustunda  baş  verdi.  İş  yerini  əvvəlcə 

vəziyyətləri  daha  ağır  olan  yeniyetmə  müştükçülər  tərk  etdilər.  Tezliklə  digər  sexlərin 

fəhlələri də onlara qoşuldular. Müdriyyətin nə dilə tutması, nə də hədə-qorxusu fəhlələrə 

təsir  etmədi.  Sahibkarların  tətilçiləri  ştreykbrexerlərin  köməyi  ilə  cilovlamaq  cəhdi  də 

müvəffəqiyət  qazanmadı.  Sahibkarlar  ancaq  6  gündən  sonra  –  avqustun  17-də  tətili 

dayandıra bildilər. 

Beləliklə,  neftçilər,  filizçıxaranlar,  misəridənlər,  ipəksarıyanlar,  tütünçülər, 

dənizçilər,  iqtisadiyyatın  digər  sahələrinin  fəhlələri  bir-birinin  ardınca  fəhlə  hərəkatına 

qoşulurdular.  İlk  tətillərin  kortəbiiliyinə  və  qeyri-mütəşəkkiliyinə  baxmayaraq,  onlar 

Azərbaycan  fəhlələrinin  sinfi  mənlik  şüurunun  oyanmasında  az  rol  oynamadı.  Tətillərdə 

adətən  müxtəlif  millətlərin  nümayəndələri  –  azərbaycanlılar,  ruslar,  gürcülər,  ermənilər 

dağıstanlılar, Volqaboyu tatarları və başqaları iştirak edirdilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


IX FƏSIL 

 

MƏDƏNĠYYƏT 

 

§ 1. MAARĠFĠN VƏZĠYYƏTĠ. 

YENĠ MƏKTƏB UĞRUNDA MÜBARĠZƏ. 

ĠLK MƏDƏNĠ-MAARĠF MÜƏSSĠSƏLƏRĠ 

 

XIX  yüzilliyin  ikinci  yarısında  inkişaf  etməkdə  olan  kapitalist 



iqtisadiyyatının ixtisaslı fəhlələrə - sənayenin müxtəlif sahələrində texnikaya xidmət 

göstərməyi,  kənd  təsərrüfatını  səmərəli  surətdə  qurmağı  və  ən  yeni  nəqliyyat 

vasitələrini  idarə  etməyi  bacaran  təhsilli  mütəxəssislərə  tələbatı  Azərbaycanda 

ümumtəhsil  və peşə  məktəblərinin  sayının  müəyyən qədər artmasına, onların təhsil 

səviyyəsinin yüksəlməsinə səbəb oldu. 

İbtidai  məktəblər  haqqında  1867-ci  il  Əsasnaməsi  Qafqazın,  o  cümlədən, 

Azərbaycanın  təhsil  müəssisələri  üçün  sonuncu  xüsusi  nizamnamə  oldu.  Çarizmin 

köhnə  xalq  təhsili  sisteminin  eyniləşdirilməsi  (unifikasiyası)  siyasəti  70-ci  illərdən 

etibarən  Azərbaycanda  da  böyük  qətiyyətlə  həyata  keçirilməyə  başladı.  Yerli  dillər,  o 

cümlədən də Azərbaycan dili icbari fənlər sırasından əsasən kənar edildi. 

XIX  yüzilliyin  60-70-ci  illərindən  etibarən  ümumtəhsil  sistemində  aparıcı 

rolu  böyük  əksəriyyəti  ibtidai  məktəblərdən  ibarət  olan  rus  təhsil  müəssisələri 

oynamağa başladı. 

1872-ci  il  13  may  Əsasnaməsi  ilə  Şimali  Azərbaycanın  bütün  qəza 

məktəbləri altıillik təhsil müddəti olan pullu şəhər məktəblərinə çevrildi. 

İbtidai  məktəblər  haqqında  1874-cü  il  24  may  Əsasnaməsi  təhsilin  aşağı 

həlqəsi  üzrə  iki  məktəb  tipini  təsdiq  etdi:  üç  illik  təhsil  kurslu birsinifli  və  beş  illik 

təhsil kurslu ikisinifli məktəblər - Şimali Azorbaycanda ilk dəfə olaraq kənd əhalisi üçün 

məktəblər  meydana  çıxdı.  Kənd  cəmiyyətinin  vəsaiti  hesabına  fəaliyyət  göstərən 

Salahlı  və  xəzinə  hesabına  saxlanılan  Dağkəsəmən,  Cəbrayıl  və  Göyçay  məktəbləri 

birinci və nisbətən yaxşı təmin olunmuş kənd məktəbləri sırasında idi. 

XIX  yüzilliyin  80-ci  illərindən  Azərbaycanın  neft-mədən  rayonlarında  və 

sənaye müəssisələri yanında ibtidai məktəblər təşəkkül etməyə başladı. İri sahibkarlar 

öz təsərrüfatlarında əmək məhsuldarlığını, həm də öz maraqlarını yüksəldə biləcək 

savadlı  fəhlələr  hazırlamaq  üçün  məktəblər  açırdılar.  1881-ci  ildə  Suraxanıda  Bakı 

Neft  Cəmiyyətinin  təşkil  etdiyi  məktəb  Bakı  neft  sənaye  rayonunda  ilk  məktəb  idi. 

―Nobel  qardaşları‖  şirkəti  1884-cü  ildə  Qara  şəhərdə,  1886-cı  ildə  isə  Balaxanıda 

məktəblər açdı. Belə  məktəblər Ağşəhərdə  1891-ci  ildə  S.M.Şibayevin  firması  və 

1893-cü  ildə  Xəzər-Qara  dəniz  Neft  və  Ticarət  Cəmiyyəti  tərəfindən  təşkil  edildi. 

Sonuncu cəmiyyət 1896-cı ildə, ―Benkendorf və K°‖-nın ticarət evinin Suraxanıdakı 

məktəbi ilə eyni zamanda Balaxanıda daha bir məktəb açdı. 



1897-ci ildə 30 min əhalisi olan Balaxanı-Sabunçu mədən rayonunda cəmi 

267 uşaq təhsil alırdı. Həmin  şagirdlərin  -  ancaq 18  nəfəri bu rayon əhalisinin əsas 

hissəsini təşkil edən azərbaycanlıların payına düşürdü. 

1897-ci  ildən Bibiheybətdə,  Qaraşəhər  və  Ramanada Bakı  neft  sənayeçiləri 

qurultayının məktəbləri fəaliyyət göstərməyə başladı. Bakı neft sənaye rayonunun xalq 

maarif nazirliyinə tabe olan 11 ibtidai məktəbində cəmisi 678 şagird, o cümlədən 282 

qız təhsil alırdı. Halbuki bu dövrdə burada meyxana və qəlyanaltıların sayı on dəfələrlə 

ondan  çox  idi.  1892-ci  ildən  etibarən  Gədəbəydə  -  ―Simens  qardaşları‖nın  misəritmə 

zavodu yanında kiçik məktəb fəaliyyətdə idi. 

Yüzilliyin sonunda Bakı quberniyasında 4514 şagird (o cümlədən 3345 oğlan 

və 1169 qız) olan 73 müxtəlif növlü ibtidai məktəb, Yelizavetpol quberniyasında 5653 

şagirdi (o cümlədən 4761 oğlan və 892 qız) olan 82, Naxçıvan qəzasında 1349 şagirdi 

(o cümlədən 1094 oğlan və 255 qız) olan 18 müxtəlif növlü ibtidai məktəb fəaliyyət 

göstərirdi.  Məktəblərdə  şagirdlərin  çoxalması  əhalinin  təhsilə  meylini  göstərirdi. 

Azərbaycanlılar Bakı quberniyasındakı rus ibtidai məktəblərində şagirdlərin 24, 3%-

ni (1095 şagird), Yelizavetpol quberniyasında isə 23,8%-ni (1343 şagird) təşkil edirdi. 

İctimai  mənşələrinə  görə,  şəhərin  tacir  və  sənətkar  təbəqələrində  olan  şagirdlər 

müvafiq olaraq 31,2 və 15,5%-i, kəndli uşaqları isə 63 və 74,9%-i təşkil edirdilər. 

Rəsmi  statistikada  azərbaycanlı  qız  şagirdlər  ayrıca  olaraq  göstərilməmişdir. 

Çünki, bir qayda olaraq azərbaycanlı qızlar rus ibtidai məktəblərində oxumurdular. 

Bu baxımdan məlum istisnanı 1983-cü ildən Naxçıvan qəzasının Nehrəm kəndində 

ikisinifli məktəbdə qızlar şöbəsi təşkil edirdi. Onun təşkilatçısı və dərslərini deyəni 

gələcək yazıçı və ―Molla Nəsrəddin‖ jurnalının redaktoru Cəlil Məmmədquluzadə 

idi. Bu şöbədə 8 azərbaycanlı qız təhsil alırdı. 

İbtidai  nıəktəblərin  təşkilində  çar  hökumətinin  zəhmətkeşlərin  təhsili 

xərclərini yerli şəhər idarələri və kənd cəmiyyətləri üzərinə, deməli, nəticə etibarilə 

xalqın  çiyninə  qoyması  meyli  açıq-aşkar  müşahidə  olunur,  belə  ki,  1899-cu  ildə 

Yelizavetpol  və  Bakı  quberniyalarının  xalq  maarifi  büdcəsində  xəzinə  payına 

286214 manatdan cəmisi 17790 manat və ya bütün büdcənin 6%-i düşürdü. 

Adi  təlim  kurslu  pulsuz  ibtidai  məktəblər  zəhmətkeş  uşaqları  üçün 

nəzərdə tutulurdu. Onlar özlərinin sosial vəziyyəti və  maddi imkanlarına  müvafiq 

olan  ibtidai  təhsillə  kifayətlənməli  olurdu.  1899-cu  ildə  Bakı  quberniyasında 

əksəriyyəti  təşkil  edən  yaşayış  məntəqələrində  hər  47000  sakinə,  Yelizavetpol 

quberniyasında isə 21000 sakinə bir ümumtəhsil məktəbi düşürdü. 

Təhsil  müəssisələrinin  sayı  artdıqca,  onların  ixtisaslı  müəllimlərlə  təmin 

olunması  məsələsi  aktual  əhəmiyyət  kəsb  edirdi.  Əgər  orta  məktəblər  üçün 

universitet qurtarmış və xüsusi təhsilli pedaqoqlar seçilirdilərsə, ibtidai  məktəblər 

üçün  müəllim  seminariyalarının,  orta  təhsil  müəssisələrinin,  o  cümlədən  qadın 

gimnaziyalarının  pedaqoji  siniflərinin  məzunları,  habelə  müəyyən  edilmiş  xüsusi 

imtahanları  verdikdən  sonra  ibtidai  məktəb  müəllimi  rütbəsi  almış  şəxslər  işə 

götürülürdülər. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə