Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə62/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   58   59   60   61   62   63   64   65   ...   189

Mirzə Şəfi ictimai-fəlsəfi lirikasında həyat, kainat haqqında düşüncələrini 

əks  etdirmişdir.  O,  bu  tipli  əsərlərində  həyat  haqqında  dini  sxolastik  görüşlər  və 

xəyallar  əleyhinə  çıxır,  insanları  real  həyat  nemətlərindən  fəal  surətdə  istifadə 

etməyə  çağırırdı.  Onun  satirik  səciyyə  daşıyan  şeirlərində,  həcvlərində  azğın, 

nadan    hakimlər,  riyakar  ruhanilər,  tənqid  atəşinə  tutulmuşdur.  Mirzə  Şəfi  klassik 

Azərbaycan  və  Şərq  əxlaqi-didaktik  ədəbiyyatı  səpkisində  yazılmış  ―Teymur‖, 

―Dərviş‖,  ―Sədi  və  şah‖,  ―Sual-cavab‖  və  başqa  mənzum  hekayələrində  feodal 

cəmiyyətinin bir sıra ictimai eyiblərini açıb göstərir, zalım, başıboş şahlar əleyhinə 

çıxır, ədalət, xeyirxahlıq kimi müsbət keyfiyyətləri təbliğ edirdi. 

Bütövlükdə  Mirzə  Şəfinin  ədəbi irsi  mütərəqqi görüşlərin,  yeni  fikirlərin 

təbliğinə xidmət göstərmişdir. 

Bu dövr Azərbaycan ədəbiyyatının inkişafında Q.Zakirin xidməti xüsusilə 

böyük olmuşdur. 

Qasım  bəy  Zakir  (Qasım  bəy  Əli  oğlu  Cavanşir)  1784-cü  ildə  Şuşa 

şəhərində  bəy  ailəsində  anadan  olmuşdur.  O,  mollaxanada  təhsil  almış,  fars  və 

qismən  ərəb  dilini  öyrənmiş  Azərbaycan  və  Şərq  klassik  ədəbiyyatına  bələd 

olmuşdur. Zakir uşaq və gənclik illərində xalq aşıq şerinə, xüsusən onun görkəmli 

nümayəndəsi M.P.Vaqifin poetik ənənələrinə mükəmməl yiyələnmişdi. 

Adlı-sanlı  zadəgan  nəslinə  mənsub  olsa  da,  Zakir  kasıb  həyatı  sürmüş, 

ailəsini  özünün  kiçik  Xındırıstan  kəndinin  gəliri  ilə  dolandırmışdır.  O,  kəndlilərlə 

bərabər təsərrüfat,  əkin-biçin  işləri ilə  məşğul olmuş, həyatın isti-soyuğunu, geniş 

zəhmətkeş  kütlələrin  ağır  həyat  tərzini  yaxından  görmüş,  onların  zəruri 

ehtiyaclarına, istək və arzularına bələd olmuşdur. 

Q.Zakir  həqiqətpərəst,  ədalətli,  sözü  düz  üzə  deyən,  öz  dövrünə  tənqidi 

münasibət  bəsləyən,  hər  cür  ədalətsizliyə  və  özbaşınalığına  qarşı  çıxan  bir  şəxs 

olmuşdur. O, həm yaxın tanış və dostları ilə söhbətlərində, həm də şeirlərində çar 

hakimlərini  və  yerli  bəyləri  tənqid  edir,  onların  iç  üzünü  açıb  göstərirdi.  Odur  ki, 

Qarabağın hakim dairələri şairə kin və ədavət bəsləmiş, onu daim tənqid və təqib 

etmişdilər. Nəhayət, onlar 1849-cu ildə Zakiri qoca vaxtında qardaşı oğlu Behbud 

bəy  Cavanşiri  qaçaqçılıqla  məşğul  olması  üstündə  həbsə  almış,  kəndini,  var-

dövlətini  tar-mar  etmiş,  özünü  Bakıya,  oğlu  və  qardaşı  oğlunu  isə  Rusiyaya 

sürgünə göndərtmişdilər. Zakir yaxın tanış və dostlarına – M.F.Axundova, İsmayıl 

bəy Qutqaşınlıya, Şamaxı qubernatoru Kolyubakinə, gürcü knyazı İlikoya mənzum 

məktublar  yazaraq,  Qarabağda  hökm  sürən  özbaşınalıq  və  qanunsuzluğu  tənqid 

atəşinə  tutmuş,  başına  gətirilən  müsibətlərdən  şikayətlənmiş  və  onlardan  kömək 

istəmişdir.  Bir  müddətdən  sonra  yaxın  dostlarının,  xüsusən  M.F.Axundovun 

yaxından köməyi sayəsində qoca şair sürgündən azad olunmuşdur. O, 1857-ci ildə 

Şuşada vəfat etmişdir. 

Q.Zakir  gənc  yaşlarından  fəaliyyətə  başlamış,  həm  klassik  romantik  şeir 

üslubunda,  həm  də  xalq  şeri  üslubunda  əsərlər  –  qəzəl,  müxəmməs,  müstəzad, 



tərkibbənd,  tərcibənd,  qoşma,  təcnis,  gəraylı,  bayatı,  təmsil,  mənzum  məktublar 

yazmış, qiymətli zəngin bir irs yaratmışdır. 

Azərbaycan ədəbiyyatında, hər şeydən əvvəl, istedadlı və orijinal bir lirik 

şair  kimi  şöhrət  tapan  Zakirin  şeirlərində  məhəbbət,  insani  hiss  və  həyəcanlar, 

sevinc  və  iztirablar  təsvir  və  tərənnüm  olunmuşdur.  O,  həyatın,  yaşamağın 

mənasını,  insani  sevinc  və  iztirabları  bu  dünya  ilə  bağlamışdır.  O,  zəhmətkeş 

kütlələri  həyat  və  düşüncə  tərzinə,  psixologiyasına,  idealına  uyğun  olaraqqələmə 

almış,  onu  milli  xüsusiyyətlərilə,  ruhu  və  adət-ənənələrilə,  yerli  geyim  və 

bəzəklərlə  təsvir  etmiş  milli  Azərbaycan  gözəlinin  doğma,  bədii  portretini 

yaratmışdır.  Real  həyatla  bağlılıq,  dünyəvilik,  nikbinlik  Zakirin  məhəbbət 

lirikasının əsas ideyasını, səciyyəvi xüsusiyyətlərini təşkil edir. 

Zakirin  yaradıcılığında  satira  mühüm  yer  tutur.  O,  dövrünün  kəskin 

tənqidi  lövhələrini  əks  etdirən  bir  sıra  mənzum  məktublar,  dərin  sosial  mahiyyət 

daşıyan  həcvlər  və  başqa  satirik  şeir  nümunələri  yaratmış,  Azərbaycan 

ədəbiyyatında  satiranın  inkişafında,  onun  müstəqil  bir  ədəbi  cərəyan  kimi 

formalaşmasında mühüm rol oynamışdır. 

Zakir  satirasının  başlıca  mövzusu,  əsas  məzmunu  və  tənqidi  hədəflərini 

çar bürokratik üsuli-idarəsinin, yeni qayda-qanunların Azərbaycanın ictimai-siyasi 

həyatında  yaratdığı  ziddiyyət  və  nöqsanlar  təşkil  edir.  Zakir  əsərlərində 

Azərbaycanda  ―adətü-qanunu‖nu  pozulmasından,  ―cövr  ilə  cəfanın  ifrata 

yetməsindən‖, ―xeyirlə şərin‖ öz yerində olmamasından, əliəyri, natəmiz, vicdansız 

adamların iş başına keçmələrindən, xalqın bir tərəfdən çar hakimləri və məmurları, 

ikinci  tərəfdən  isə  yerli  bəylər  tərəfindən  soyulub  talan  olunmasından  qəzəblə, 

yanıqlı-yanıqlı  bəhs  etmiş,  ölkədəki  qanunsuzluq,  ədalətsizlik,  hərc-mərclik, 

rüşvətxorluq əleyhinə çıxmışdı. O, əsərlərində cəsarətlə və açıq surətdə elan edirdi 

ki,  ölkənin  belə  bir  ağır  vəziyyətə  düşməsinə  səbəb  çar  bürokratik  üsuli-idarəsi, 

yerli çar hakimləri və onlarla əlbir olan məmurlardır: 

 

Qüttaüt-təriqin işləyib nəqşi, 



Rəhzənlərə vardır xudanın bəxşi, 

Vilayətin viran eylədi yaxşı 

Bir qafili-piyan, bir maili kart [69]. 

 

Q.Zakir  bir  sıra  mənzum  hekayə  və  təmsillər  də  yazmışdır.  Onlarda  şair 



zülm, ədalətsizlik əleyhinə çıxmış, hakimlərin zalımlığı, özbaşınalığını, ruhanilərin 

riyakarlığını  və  ikiüzlülüyünü  açıb  göstərmiş,  əxlaqi-didaktik  görüşlər  təbliğ 

etmişdir. 

Q.Zakir    Azərbaycan  ədəbiyyatının  inkişafı  tarixində  müstəsna  xidməti 

olan  şairlərdən  biridir.  O,  xüsusən  satirik  şeirlərində  milli  ədəbiyyatın  real 

gerçəkliklə, dövrün aktual ictimai məsələləri ilə əlaqəsini olduqca qüvvətləndirmiş, 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə