Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə3/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   2   3   4   5   6   7   8   9   ...   28

37.

Halı mənim dosdoğma bavam tutuf. Bunu hamı bilir. Özü də bir çətin doğan olsun, biz gedəh, getmiyəh, bizdən bir papax getsin, o adam əlbəəl həm doğar, həm də onda bir dolaşığ ola bilməz. On­da mənim nənəm gəvə toxuyurdu. Gəvəni qurufdu. Arvad gejə gə­və­ni toxuyur, savax durur görür ki, gəvə artıx toxunuf. Amba başı bu­runux gəvə dana. Gəvəni qırxıllar axı bu belə. Sora deyir ki, əri­nə, Əmiraslan! (Əmiraslan mənim babamdı. Anamın də­də­si. Allah ölənnərına rəhmət eləsin). Deyir:

– Hə.

Deyir:


– Əmiraslan, axı bizim bı gəvə toxunur.

Deyir:


– Xaccə, həylə şey ola bilməz. Nətəər? Gə­və­ni gejə biz yatan­nan sora kim toxuyar?

Deyir:


– Ant bı, mısant bı, Təh­məzin canıçün, gəvə toxunur.

Deyir:


– İndi bını bı gejə busup tu­ta­jam. Bəs bını toxuyan niyə ağzın bur­mur?

Deyir:


– Nəysə ağzın qırx­mıyıv, amba toxunur gəvə.

Kişi girər xananın arasına, göz­dü­yər. Kişi görər ki, gəldi. Bu Hal gəldi otdu, başdadı gəvəni to­xu­ma­ğa. Deyir:

Yandı, yaxıldı yançağım,

Xanada qaldı muncuğum.

Takqatarak bı toxuyur. Kişi qəşəhcə bırdanca iynəni çəkir, ta­xır bının üsdə. Bax bı tam hakqı, bını millət hamısı bilir. Üç il onu öyü­müzdə saxlamışıx biz. Ta bı da qəşəh simavar qaynatmax, qapı sü­pürməh, qab-qaşıx yumax. Amba ölü yerinə gedəndə deyirmiş, mə­ni də aparın. Aparıllarmış, dünyada aşağıda otumazmış. Çıxıf yü­­kün üsdə otururmuş. Sora bına deyillər ki, Əmiraslan, bınnan xa­var al görəh, bı, niyə çıxıf yükün üsdə oturur, yerdə otumur? Özü­nün də adın Qızxanım qoyufdu bavam. Bavam gələndə deyir ki, Qız­­xanım, niyə yerdə otumursan, camahatın içində sən çıxıf yükün üs­­də oturersan? Deyir:

– Bava, o görühmədiyinə baxmaginən, onu Az­reyil kəsir, o me­yit qanın içindədi. Mənim ültüfətim6 mındar gö­tü­mer.

Ta belə mına hes-zad demillər. Bir gün elə olor ku, bavamgil ge­­der toya. Toya gedəndə bı gətirir sımavarı doldurer, çıtığın7 ater, ça­yı qaynader, qapını-bajanı süpürer, bir belə qızı çağırer. Deyir ki, bur­ya gəl, söz deyirəm. Bı qız gəler. Deyir ki, aaz, aaz, başına dö­nüm, bı iynəni bırdan çəh, ver mana, əyağımda tikan var, bını çı­xar­dım. Qız belə iynəni çəkif bına verəndə qaçer. İynəni ater orya, qa­çer. Geder durer aralıda. Bavamgil gələndə görör kü, Qızxanım bı­de yaldan duruf baxer.

– Bala, çay hazırdı?

Deyif:

– Hə. Çay da hazırdı, sıfra da salınıdı, çay da dəmlidi.



– Bala, gə bəri, gə bəri.

Deyif:


– Gəlmiyejem. Sizdən bircə şeyi xayiş eliyirəm kin, nə qədər əz­yət çəhmisinizsə bu üç ildə, onu mana halal eliyin. Ama mən sizə so­ra bir söz deyəjəm.

Bavam halallığı verənnən sora deyif:

– Üç ildi, məni saxladız, mənnən xəvər almadız ki, sarımsax nə­yə dərmandı? İyidin ağrısı nədəndi?

İyid cavana deyillər da. Deyif, bunu bilseydınız, ömürrüh sizə çö­rəyidi, bəsınızıdı. Nə qədər işdədeydınız, qutarmazdı.

Amba onun qucağında gələndə bir qulağ oluf, Hal qulağı. Bax onu öz gözümnən görmüşəm. Özümüzün öyümüzdə oluv o qulax. Bax, bax bı yekəliyində şeydi (söyləyici əlini geniş açır – top.). İndi ki şeytan8 qulağı deyillər e, belə qalpax təki çıxır e. Bax o fasondu, möy­kəm, sümüh. Ama çölü bax, bax belə naxışdı-naxışdı, içi bu­rux-burux. Onu bax bı yaxın vaxlaracan saxlıyırdılar. Ta bilmədim, mu­zeyə verdilər, neynədilər? Xalamdaydı, bilmədim, kimə verdi.
38.

Babam yüz otuz yaşında kişiymiş. Bunun yeddi gəlini va­rıy­mış, bala. Üçün oturdup kilimin üsdə. Kilim qurupmuş. Adı da Xa­nıy­mış arvadın (qaynənələrinin). Deyif ki, ay bala, başına dönüm, axı kilim artmer. Bullar and içif ki, nənə, Vallah, toxuyorux, ar­t­mer. Kişi yeddi gəlinə deyip ki, sizin nənanızı ağladejam, görüm, ya­­lan deyirsız, gerçəh? Kişi girer xananın dalına. Görör, biri ba­ja­dan düşdü. Şapp. Muncuğu asıp varangəliyə9. Biri də düşdü. Şapp. Ki­şi durub elə yavaçcaca o muncuğu xananın qoluna asanı tutup. Ar­vadına deyip:

– Xanı, Xanı, dur, iynəni gəti, bunun yaxasına san­cım.

Bunun yaxasına sancıf, bunu tutuf. Adı da Əsədiymiş. Bir az­dan deyif:

Xanada qaldı muncuğum,

Yandı-yaxıldı c...ığım,

Əsət baba, ver mıncığım...

Əsəd hələ birin tutuv e. Bunu saxleer. Saxlıyanda bunun da dö­şündə uşax varıymış – Halın. Deyir ki, Xanı nənə, qurvan olum, ba­şına dönüm, denən ki, məni boşdasın, uşax döşümdədi. Deyif:

– Yox.

Bir il saxlıyıf. Deyif, “get, tez gəl”. Gedermiş, axşam gəler­miş, ba­la. “Get, gej gəl” deyəndə gedip beş dəyqada gəlirmiş. On­nan sora de­yif ki, Xanı nənə, məni yeddi oğluun başına çöür, Əsət babama de­nən ki, məni boşdasın. Deyif ki, ay kişi, sən Allah, bala­larıın ca­nı­na ant verif, onu boşda. Geder ata miner, aler bunu tər­kinə. Tər­ki­nə alanda deyir ki, mənnən nə isdeersən, verim. Arvat deyif ki, a ki­şi, nə mal isdə, nə pul isdə, yeddi arxa dönənaa toova elətdir. Geder de­yer:



– Əsət baba, nə isdersən, qurvan olum, mənim yaxamın iy­nə­sin çək, gedim.

Əsət deyif:

– Nəvəmnən, nəticəmnən, kötücəmnən, yed­di arxa dö­nə­nim­nən tova elə, səni boşdoyum.

Üş dəfə deyif, iy­nə­ni çək, elə ordan da qayva çəkilif. Bınnan əzələ, bağışdıyın, za­hı­nı Hal aparardı. Anamın yaylığın başına ör­tən­də o doğan arvat tə­rə­fə Hal hərrəmməzdi.


39.

Mənim bir əmim oluf, Nəjəfqulu əmim. (Onu da mamam söy­lü­yüf). Əmim kalxozun buxaltırımış. Axşam­nar oturuf hesab ya­zır­mış. Hallar, cinnər, məleykələr də bunun başına topalaşır. Bu idarə də rəhmətdih Qamboy kişinin evinin yanındeymış. Bunun arvadı şi­ka­at eliyir ki, bu, gej gəlir evə. Anası, bayısı (mamamgil) ma­rax­la­nıl­lar, görəh bu niyə gej gedir evə? Savaha yaxın bunu boş­du­yul­lar­mış deməh, hallar, məleykələr. Deer, Qamboy kişinin arvadı (Mi­na­yə arvat rəhmətdih) pencərədən baxır, görür kü, bu əlini yelliyir be­lə. Əlini-qolunu, başını yelliyir. Deməli, bular hərriyirmiş bunnan bir tük çəhsinnər. Neçə gün bunnan döyüşə durullar. Neçə gün dö­yü­şə durannan sora bunnan bir dənə tük götürüllər. Qız-gəlin olur hal. Onnan on günmü, on beş günmü çəkir. Əmim heylə gedif. Elə hə­mən tühnən o rəhmətə getdi. Qorxudan. Dədə-bavadan sınanmış şey­di bu. Uzax bizdən. O məleykələr bir dənə tüh çəhdimi ki­min­sə başınnan, o getməlidi.



40.

Bizim olduğumuz həyətin əyağında Hal varıydı. (Abdıllanın bö­yürtgənniyinin içində). Ay Allah, gejə şər qarışan kimi oxuyan-ça­lan, oynuyan qarışırdı bir-birinə. Uşaxlar gedirdi, gəlirdi:

– Nənə, orda toy var.

Deyirdim:

– Ə, sizin kimi uşaxlardı da ollar da. Gizdəniv orda çalıllar həy­lə.

Ta uşaxların yanında demirdim. Bir günnəri nətəər oldusa, bı­nın biri küsdü. Dedim ki, sən öl, cini çağırajam, gəlsin səni aparsın. Get ollarnan orda oyna. Qoy təpənə döyə-döyə səni oynatsınnar. On­nan sora uşax bir qorxdu ki. Axırı, neynirsən, camahatın hamısın də­li elədi e orda köpöyoğlunun malı. Çox pis, mındar da zəhmi var. Bax yekə-yekə arvatdardı. Allah hakqı, mən də görmüşəm. Gö­zü­mün qavağınnan ayna durmuyuv, ay toba. Bax belə-belə yekə döş­dər, çım-çılpax. At p..unnan da yığıflar badnusdara. İndi hardan gö­tü­rüflər, kimin öyünnən, qapısınnan götürüflər bilmirəm. Belə əl­lə­rin­də oynadıllar. Biri yüyürdü maa sarı, səki məni tutuv apara, oy­na­da. (Allah ölənnərıın yerin behişd eləsin). Rəhmətdih qağam de­miş­di ki, yuxuda səni çağıran olanda denən, əlimdə duz əzirəm. Əli­mdə duz əzirəm, mənim təhrim yoxdu. Bir də gördün, yaxın gə­lir, denən ki, ay bala, yaxın gəlmə e, səni iynə saxlıyajax, üsdümdə iy­nə var, Vallah, qaleysən bax burda. Mən səni nətəər saxlıyejam on­nan sora? Onnan sora qayıdıf qaçajax dala.


41.

Qara geysin onu. Onu mənim bavam tutuf. Bu, həməşə bizim öyü yığırmış, yığışdırırmış, silirmiş, süpürürmüş, çıxıp gedirmiş. Bi­­zim deyəndə hələ mənim yox e, hələ dədəmin dədəsinin. Bir gün de­yir:

– Ay Qədiş, Vallah, bı öyü nəysə gəlir təmizdiyir, silir, sü­pü­rür, qapını-zadı yığır-yığışdırır. Hara nə qoyuram, yerin dəyişdirir, heş-zad tapbıram.

Deyir:


– Yaxşı.

Ta demir ki, nə olar, qorxar.

Deyir:

– Yaxşı, mən onu taparam.



Bı, həmməşə yaxasında elə-beləjə bir iynə sallıyırmış. Bir gün de­yir:

– Başım ağrıyır, mən heç yana getmirəm.

Oturur bı qapının ağzında. Bir də görür kü, bının arvadı suya ge­dənnən sora sallan-bullan10 yerişdi, başı açıx, g..ü açıx bir gəlin gəl­di girdi bıllara. Girən təki qapını kəsir, deyir:

– Aaz, bajı, sən kimsən, bıra girirsən?

Deyir:

– Mənim kimsəliyimi soruşma, saa baha oturar.



Deyir:

– Aaz, qorxma e, mən sənin təkisinnən ötrü ölürdüm elə. O, mə­nim arvadım dəyil. O, qaynənəmdi. Mən özümə arvat gə­zi­rəm, onçun soruşuram.

Belə-belə, bına yaxınnaşır, iynəni sancır yaxasına. İynəni san­cannan sora bı, əbədilih qalır bırda. Sora bunun bir uşağı olur. Öyün ortasında yüyrüy asır. Bu arvat da qəti buna dimmirmiş. Kişi de­yirmiş ki, onnan işin yoxdu, qoy dursun. Uşağı qoyur yüyrüyə, özü yelliyir. Qoymurmuş bının uşağına heş kəs yaxınnaşa. Bir gün ha­­ra gedirmişsə ərri-arvatdı, deyir:

– Saa qurban olum, Qədiş, yoldaşına denən, mənim uşağımın yüy­rüyünün altına süpürgə çəhməsin ha. Çəhdi, qutardı.

Deyir:

– Ə, donuz qızı, süpürgə çəhməsin, əlin vırmasın, bının uşağı nə matahdı e.



Bı oyana gedən təki mının yüyrüyünün altın süpürəndə qa­yı­dır baxır görür kü, yüyrüh bomboşdu, heş-zad yoxdu, qayba çıxıp. So­ra gəlin dəli olur, düşür düzdərə.

– Verin mənim balamı!

– Aaz, aaz, balan ta çıxıf gedif, hayandadı ki, verələr?

Sora kişiyə deyir ki, al dedin, aldım, ver dedin, verdim, bir il öyün­də qaldım, çörəyını yedim, heç olmasa, o çörəhdən utaneydın, mə­­nim balamı didərgin eləmiyeydin. Mənim balam bax bı sahat ha­va­da məliyir. Əlim çatmır, ünüm yetmir.

Deyir:

– Aaz, çağır uşağını, gəlsin, gözümün içində saxlıyım.



Deyir:

– Ta yox, getdi, qutardı.

Bax həylə.
42-49. CİN
Bəhrəmlidə Narrı bulax vardı. Anam həmən bulaxdan suyu be­lə götürdüyü yerdə orda pişih kimi bir şey atılır bunun üsdünə. Nə­nəm özü də gəlin oluf. Neyniyiflər, mümkün olmuyuf. Əmim apa­rıv Ağdama molluya. Deyif ki, Halmış, Cinmiş. Deer, çığırır, öl­dür­mə məni. Onnan heylə bir güjnən canını qutarmışdı. İyirmi gün, bir ay, bax helə məleykələrnən danışdı, öldürmüyün məni, apar­­mı­yın məni hələ.

Ümumiyətlə, o cinnər, deer, nəsə saa verillər. Alıf yeersənsə, sən də dönürsən Cin olursan.


43.

Bir qohummuz vardı. Onun bir uşağı olmuşdu. Uşax günü-gün­nən geri gedif. Görüf əmizdirdiyi heç uşağa xeyir vermir. Uşa­ğın üzü balacalaner. Deer, yüyrüh qururdux. Kəndirdən qayırerdı, çu­vuxdan aserdı. Anası gedif çörəh pişirif qayıdanda gəlifdi ki, Cin əmiz­direr o uşağı, Hal əmizdirer uşağı yüyrühdə. İynəni sancıv üs­dü­­nə. Halı tutuflar. Uşax da ölüf. O nağdıdı, onu görən oluf. Qo­hum­du.

Cini də heylə görmüşəm.


44.

Bir yol gəlmişdim İrzanın dəyirmanına. Fizulidədi İrza. Də­yir­manı varıdı, su dəyirmanı. Dəyirmanda bı İrza kişi bir həkət elə­di11. Bunun da bir dənə ağ atı varıdı. Özü də Şuşadanıdı həmən İr­za. Deyir, getdim atı mindim. O Dan ulduzuynan Ülkar ülduzu bir bö­yühlühdədi. O Ülkar ulduzu, deyir, Dan ulduzunnan qabax çıxır. Mən onu bilmədim, – deyir. Ülkar çıxanda durdum, elə bildim, Dan ulduzudu. Deyir, ati mindim düşdüm yola kin, vaxlı gedəm, vax­lı da işimi quram, vaxlı da qayıdam gələm. Deyir, gethaget, get­ha­get. Şuşaynan Fizulinin arasında nə qədər yol var. Deyir, bı səfər gi­rdim Daşaltı yoluna. Daşaltı yoluynan da belə bir dərədi. Girirsən qo­buya, qobudan bir də çıxırsan Şuşuya. Deyir, gördüm, ə, Vallah, yol, kol, hamısı eşşəhlidi. Dedim, yəqin ermənilər odun, kol yığıv apa­­rıllar dana, gedillər ya qırmağa, ya nəyə. Getdim, o döşü yen­dim, elə dəriyə az qalmışdım çatam – su qobusuna. Deyir, daldan biri atıl­dı, mindi tərkimə. Deyir, mən də heş-zad bilmirəm ki, Cin olar, Hal olar, nə olar. Belə əlimi sürttüm, gördüm, ə, bu, əməlli-başdı adam­dı. Bərh tutuf yaxamnan. Çiynimnən də möykəm tutuf. Atı sür­düm, deyir, ağzı yuxarı bir xeylax çıxmışdım, atı bağladım düş­düm. Səhərə yaxındı tay. Deyir, bı mənnən qabax düşdü, ağzı aşağa ya­vaş-yavaş yendi dəriyə tərəf. Deyir, yüyürdüm bını tutam. Deyir, yü­yürdü, qaşdı getdi. Tuta bilmədim. Gəldim atı mindim, deyir, çıx­dım Şuşuya. Başıma gələn bı hadisəni söypət elədim bıllara kı, be­lə-belə. Dedilər, hə, Cinimiş e, səni heylə eliyif. Gərəh heş atdan dü­şüf atı bağlamıyeydin. Elə düz atdı süreydin gəleydin, hardasa ya dü­şüf qaçajeydı, ya heş səni bıraxmıyejeydı. O, boz ata çox həris olan şeydi. Boz atı harda görür, o mütləq mimməlidi.


45.

Bizim dədə-bavamızın bavası Cini tutuf, saxlıyıf. Cin yalva­rıf. Deyiv, evdə uşağım var, boşda məni, gedim, nə isdəsən, vere­jəm. Yalvarıf-yapışıf, deyif, nə isdiyersən, verim. Bərəkətını nəyə ve­rim? Bı da qorxuf ki, birdən var-döölətim gedər, deyif, zivilimə. İn­di bax bizim öyləri Allah hakqı, nağayrax, nətəər süpürəh, tə­miz­di­yəh, elə baxerıx ki, odee, orda zivil var. Elə adam var kin, gündə bir dəfə süpürür, süpürmür, tərtəmiz görörsən duruf orda. Biz elə sü­pürürüy, əənə gedirih, bəri qayıdırıx kin, orda zivil var.


46.

Mənim ana babamın atası cini tutuf. Anamın nənəsi xana qu­ruf­muş, toxuyurmuş. Toxuyurmuş, səhər gedif görürmüş tezdən to­xu­duğu sökülüf qoyuluf yerə. Deyəndə heş kəs inammırmış. Bu, üş kö­məhçi çağırır. Xeylax toxuyuflar gejə. Elə oları da çağırıf nejə bir şahıt kimi öz yan-yörəsində saxlıyıf, deyif, hal-qəziyə belədi. Mən deyirəm, inammırsız. Axşam nə qədər toxumuşux, yenə sö­kü­lüf qoyuluf yerə. Kişi deyif, yaxşı. Kişi bir iynə götürüv əlinə. Hə­mən tikiş iynəsin sax­lı­yıv əlində. Gəlif bir kadın xeylağı. Söhdüyü yer­də tez iynəni sancır üsdə. Elə onnan da qalıfdı, gedə bilmiyif. Özü minnətçi düşüf ki, uşa­ğım var, körpə uşağım var, məni boşda ge­dim. Deyif, tova eləginən, on­nan sora boşduyum. Tova eliyif ki, sə­nin bir törəmana mən yaxın get­mərəm. Tova elətdiriv, onnan boş­duyuf. İndi bizim bir körpəmizə bir şey olmaz həylə şeydə. Anamın ba­bası tutufmuş onu.


47.

Hal ayrıdı, Cin ayrıdı. Səmət Vurğunda olanda bax belə yat­mı­şam. Yatdım, oyandım ki, iki oğlandı, iki qızdı. Gözümü açanda oğ­lannar ikisi də yox oldu. Ama bu qızdar ikisi də gəlir mənim üs­dü­mə. Yuxudayam, uzanıxlıyam, ama guya ki, oyam­mışam. Gör­düm kü, biyan kökü var e, onun kimi bir beləsi onun əlindədi, bir be­­ləsi də bunun əlində. İndi bu belə tutur burnuma. Biri qopardıv ağ­­zıma verməy isdiyir. Qayıtdım ki, Pissimillah, Pissimillah. Pi­si­mil­lah deyən kimi qaşdılar. Onu mən görmüşəm.


48.

Cinnər qonşunun atını aparıf miniflər. Atın yalın, quyruğun dü­yün-düyün eliyif, bax bircə belə eliyif (söyləyici barmağını gös­tə­rir – top.). Atı qan-dərin içində gətirif hörühlüyüflər yerinə hava işıx­la­nan­da. Gedif görüf, boy, Allah, at nə gündədi? Qayçıynan ol­la­rın dü­yününü təmiz qırıf töhmüşdü, onnan sohrasına daa həylə uza­ğa örüh­ləmirdi. Ollar atınan hərisdi. Bir uşağnan, böyühnən işi ol­maz ola­rın. Ancax təzə paltar gəzəjəh, geyinsin, aparsın cırıxlasın toy­­lar­da, şiltiyin atsın, ya qaytarsın, ya heş qaytarmasın.


49.

Cin yığnağına bizim kəndimizdə ras gəlinif – Vərəndəlidə. Mə­nim qaynənəmi gejə olanda yatanda toya çağırırdı cinnər: “Ay Ma­ral bajı, gəl toya, ay Maral bajı, gəl toya”. Deməli, Maralın üs­dündə hənsi gecə sancax yoxudu, Maral gejə gedirdi, günüz gə­lir­di. Bax mənim qaynənəmin qaynənəsi. Onu gözümnən görmüşəm.


50-51. EV İLANI
Öy ilanı aylədə olar. Bizim özümüzün evmizdə oluf. Bajım Ay­bəniz balaceydı, qırxı çıxmamışdı. Anam getdi suya. Maa da taf­şırdı ki, gözdə mən gəlincən. Onda kəhrizə gederdilər sənəynən. Ba­şım qarışar oynamağa. O vaxdı duyux düşərəm ki, hə, bə anam maa qı­zı tafşırıf gedif. Getmişəm ki, ilan, and olsun Allaha, kün­dey­nən ya­tıf bajımın başının üsdündə. Anam gəldi, elə beləcə uşağı çəhdi. İlan süyrüldü getdi. Allah ölənnərinə rəhmət eləsin, rəh­mət­dih də­dəm dünyasında qapıdakı ilannara dəyməzdi. Ço­xuy­du ilan bizim qa­pı­da. Dayımnan, da bağışdıyın, yoldaşım, elə bil­gi­nən ki, tay-tuş ki­miydilər. Uşaxlar çıxar evin üsdünə, bu dədəm öyün­də. Orda gö­rəl­lər ki, ilan kündələnif yatıf. Bular di­rən­di. Bu dədəm öydə yo­xuy­du. Anam nə qədər elədi ki, bala, o ilana dəymiyin, vur­muyun. Bular dirəndi ki, yox, bu ilan vu­rul­ma­lıdı. İkisi də kö­məh­ləşdi, ilanı tüəhnən vurdular. Həmən ili, (Allah ölənnərına rəh­mət eləsin) düzdü, xəsdeydi dədəm. Ama həmən ili kişi öldü. Gejə yu­xuda görər ki, qağam, bir qara əmmalı kişidi. Kəndiri belə metir-me­tir, metir-metir elədi. Deer, dedi ki, Əliqulu, kəsdim. İlanı vur­dux­ları gejəsi. Durdu nənəm. Az qaldı nağara ki, bəs beyjə qağan yu­xu görüfdü. Beyjə qağanın kəndirin kəsiflər. Durdu getdi Ağ­da­ma, molluya. Deefdi ki, sənin öyündə bir qannı iş oluf. Çox nahağ ona yol vermisiniz. Bə o ilan sənin (da çox-çox bağışdıyın) aylənin tu­­man-köynəyində oluf daymi. Sizə ziyannıx vurmuyuf. O ilanı öl­dür­­müsünüz. Onnan da sənin çarxın çöyrüldü. Həmin ili Müslüm məy­təfdən kəsildi. Onnan sora gəldi qağam öl­dü.
51.

Öy ilanı adamı vurmaz. Tuğda olanda qapımızda yekə tut ağa­cı vardı. Gördüh bir yekə ilan qıvrılıv orda yatıf. Bunu öldürə bil­mə­dih. Gejə özüm yuxumda gördüm kü, deer ki, mən Baratın qar­da­şıyam, məni öldürmüyün. (Mənim yoldaşımın da adı Baratıdı). İlan deer. And olsun Allaha. Sora, bala, qaçqın olduğ, ev tikdirdih ye­nə bırda. Getdiy evə yığıldıx. Yığılanda həmən ilan gördüh gə­lif­di, gənə həmən bizim baxçada yatıfdı. Bax ev ilanı odu. Köçən gü­nü orda qaşqınnığa gələnəcən o ilan biznən qaldı orda. Öldürsən, zi­yannığ olar. İlan da buyruxdu. İlanın buyruğu ol­du, vuror, buy­ru­ğu olmadı, vurmor. İlana gərəh xətər törətmiyəsən, vur­muyasan.

Bir qızım varıdı, İmişdi rayonundoydu. Onun da bir oğlu var­dı. Həməşə mən onu yaylağa aparerdım. Getdim bunu gətiməyə. Uşax­lar da yatıf belə sırəvnən12 dana. Gəldim gejə. Savaxları yay­la­ğa köçöjüyüh, maşınnan gedejiyih. Gördüm uşaxlar hamsı yatışıf, am­ba orda bir qızımın qucağında (balaca bir qızım var, olar bir ya­şın­da, iki yaşında) gördüm bir şey şırıldeer. Belə baxdım ki, and ol­sun Allaha, bir yekə gürzədi. Yatıf. Üzün qoyuf bax bu iki qız­­darın üzünə. Yoldaşıma dedim ki, ay öyün yıxılsın, uşağın ha­m­sı­nı ilan vurojax. Dedi:

– Nədi?


Dedim:

– Bax gürzə.

Dedi:

– Onda gəl uşax­la­rı bir-bir çıxardax. Vursa da, qoy o iki qızı vur­sun.



Da ilan da bax be­lə yatıf. Uşaxların hamsını çıxartdım çölə. Getdim durdum belə ba­şının üsdə. Elə fısafıs yatıf bularnan. Birdən başını qaldırdı ki, mən baxeram. Dedim:

– Heyvan, qadan aleem, başına dönüm, düş aşa­ğı, vurma mə­nim balalarımı.

Bir dəfə o uşağın üzünə dil vurdu, bir dəfə bu uşağın. Şırıp düşdü. Yoldaşıma dedim ki, bunu öl­dürmə, kiş, kiş elə. Qoy getsin. Görürsən, bu uşağı vursa, hamsını da vurardı. Buları da vurardı. Bax buyruxdu. İlan buyruxdu.

Öy ilanı adama dəymer. Hamının öyündə ilanı var. Mən de­e­rəm ki, gözümnən kəntdə görmüşəm. O ilan gəlif biznən, ama öl­dür­­məmişih o ilanı. Özü də yekə ilanıdı. Gün axşamacan o bax­ça­da, o bağın içində yater. Yad qonax-zad gələndə deerdih ki, birdən o ilana dəərsən. Dəymə.


52-53. İLANLARIN QIZLARA VURULMASI
Evimizin difarı təzeydi. Allah ölənnərinə rəhmət eləsin. Bun­nan balaca bir qəşəh qızım varıdı. (O da rəhmətə getdi). Çıxdım çö­lə. Gəldim ki, ilannar ikisi də bax belə yatıf qızımın başının üs­dün­də. Qız balacadı, amba elədi, elədi, ölmüş ağappax, deersən ki, hu­ma­yun ağıdı. İlannar ikisi də bax-bax belə aralıdan qıza tamaşa ele­el­lər. Qızı çəhdim. Çığırışdıx: “Öydə ilan, öydə ilan”. Bu Sulduzun ba­vası, Polat kişi rəhmətdih gəldi dedi ki, yox, o ku o uşağa dəy­mi­yif­di, dəyməy olmaz. Dedi, gətiginən duz qoy, çörəh qoy, çəkilsin. O ilana biz duz qoydux, çörəh qoydux, onnan çəkildi.

Söyləyicidən ilanların qızlara vurulmasını soruşduqda bu mət­ni danışdı – top.
53.

İlanların cavan oğlannara, qızlara vurulmasını eşitmişəm. Bax adi­jə bizim qonşu kəndimizdə, Qaradağlıda ilan bir dənə qıza aşiq oluf. Hara gedirmiş, bax qonşuya gedirmiş, ora da gedirmiş. Yad evə də gedirmiş, ora da gedirmiş, dalısıynan hərrənirmiş. Qız hara ge­­dirmiş, o ilan düşürmüş onun dalına.


54-55. AŞİQ OLMUŞ İLANLAR
İlanın eşq vaxdı olur. Bir dəfə mənim qardaşım arvadı görür ki, iki qızıl ilan bir-biriynən oynoor. Bular biri oğlan olur, biri qız olur. Bosdannan gəlermiş. Nəysə, birin araleer, öldürör, biri qaler. Bir də gördüm kü, gəlin qaranəfəs gəler bosdannan. Dedim:

– Aaz, nə­di?

Dedi:

– Bə dalıma bir ilan düşüf. Birin öldürmüşəm, biri dü­şüf. Be­lə-belə.



Dedim:

– Nahağ öldürüfsən.

Qızıl ilandı, olar bir-bi­riy­nən heylə həvləşellər, oynaşellar. Həə. And olsun Allaha, gəldi, girdi polun altına. Qaldılar çöldə. Üş gün çöldə qaldılar, çöldə ya­tışdılar olar. Üş günnən sora gördüh həmən ilan odu, çıxarıf başını yu­xarıdan. Gəlif ki, qısasını ala. Fi­rən­­gizi qoolamışdı bir dəfə. On­nan sora töküldülər yaveynan-zadnan kişilər öldürdü ilanı. İlanın da söy­gülüsü olur dana. Hər şe­yin söygülüsü var.
55.

Kəndimizdə bir oğlan vardı Qəşəm adında. Yaşı çox keş­miş­di, həyat qurmamışdı. Dedilər ki, o, yolnan getdiyi yerdə görüf ki, iki dənə qızıl ilan bir-birinə sırmaşıf. Deməli, ikisi bir-birinə sev­gi­liy­miş dəə, sevişirmişdər. Bunu vuruv öldürüf. Həmən oğlanın bəx­di, taleyi elə bil düşmüşdü quyuya. Onun anasına həmişə deerdilər ki, niyə Qəşəmi evləndirmirsən? Sora gedif Məşdiyə (seyidiydi, mol­­laydı), bəxdinə baxdırıf. Deef ki, sənin balan iki dənə sevgili qı­zıl ila­nı öldürüf. Ona görə də onun talehi bağlanıf.


56. YEDDİ QARDAŞ İLAN
Qızıl ilannar yeddi qardaş olur. Deyir, biri həmən bı yeddi qar­daşın birin yaralıyır. O da çox kinni ilan olur ha. Həddinnən ar­tıx kinni. Yaralıyır, bu da ki eyzan keçiv İrana. Alverçiymiş. İran­nan gətirirmiş, bırda alver eliyirmiş. Hələ onda savet gəl­mə­mişi­miş. Bunu belə eşitmişəm. Bu ilan o qədər bunu izdiyir, izdiyir, iz­di­yir. Bı gedir Arazın qırağında ki keçəcəy e, orda başdıyır dəvəni xı­xır­dır. Dəveynən gedirmiş. Başdıyır çay içif, çörəh yeməyə. Çay içif çö­rəh yeməyə başdıyanda ilan gedir girir bı dəvənin cahazının13 içi­nə. Bı adam çörəyi-çayı yeyənnən sora durur gedir dəvəni minir, su­­dan keçir o tərəfə. O tərəfə keçəndə bu ilan sallanır. Sallanır, ama bu adamı vırmır ha. Dəvə bını görəndə tullanır-düşür, tullanır-dü­şür, bı ilan düşür yerə. Düşür yerə, bı çıxır gedir, vura bilmir. Vura bil­­mir ha, nə kişini, nə dəvəni. Onda deyillər kin, ilan kinnidi, də­və­dən də kinnidi. İlan belədi dana, ilanı yaraladın, o sana bir zərər ke­çir­məlidi. İndi o adama keçirə bilmiyif də, dəvə qoymuyuf keçə.
57. İSGƏNDƏRİN DİRİLİK SUYU İÇMƏYƏ GETMƏSİ
İsgəndər çox varrı bir padçah oluf. Gedif deyif, gərəh mən di­ri­lih suyu içəm ki, ölmüyəm. O çox gediv Ərəbisdandadı, hardadı, qum­sax yerdədi. Ora gediv İsgəndər. Gedif, küləy əsif, qum bının əs­gərrərinin təmiz üsdərin örtüf. Qumun altınnan küləh kəsənnən so­­ra birtəhər eşələnif qalxıllar. Qalxannan sora görür kü, bir nurani ki­­şi oturuf. Bı, kişiyə deyir ki, mən dirilih suyu içməyə gəlmişəm. İn­di ora getməliyəm. Yanında bir kişi varımış. Deyir ki, ode, o kişi də gedir dirilih suyu içməyə. Gedin, ikınız da için. Yenillər yerin al­tına. Yetmiş metir yerin altına yenillər pilləkənnən. Görüllər ki, bir ağ su axır. Süt kimi ağdı. Bir adi su axır. O sakqallı kişi adi su­dan içir. Amma İsgəndər sütdü sudan, süt rəh sudan içir. Çıxıf gə­lil­lər. Daa ikinci dəfə ora girməy olmaz. Çıxıf gəlillər. Deyir ki, hən­si sudan işdin? O nurani xavar alır. Deyir, mən o süt kimidən iş­dim, bu, adi sudan. Deyif ki, dirilih suyun o içif, sən işməmisən. Sə­ni öz qı­lıncın öldürəjəh. Ona deyif. Deməli, gün bərh qızıf. Dört də­nə qı­lın­cı belə sancıflar. Şinellərdən üsdünə örtüflər. Padçah giriv al­tına ki, bir az kölgələnsin. Kölgədə kölgələ­nir­miş, küləy əsif, öz qı­lıncı düşüv, özün öldürüf. O, ölənnən sora onu götürüllər, qoşun apa­rır ana­sının yanına. İsgəndərin qızıl karatesi14 varımış. Karate fir­qon­du. Qızıl firqonu varımış. (O firqonu Savet höküməti gə­zir­miş ee. Elə-belə adi söybət döyül e. Həqiqi olub o. Onu çox gə­zif­lər, tapa bil­mi­yiblər e, o firqonda ən azı bir ton yarım qızıl işdəniliv ora). İs­gən­­dəri anası qoyuf qızıl karatenin içinə, gəzdirif. Deyif ki, İs­­gən­də­­ri torpağa qoymuyejam, gəzdi­rejəm. İsgəndəri okqadana gəzdirir, ge­dir düzü-biyavanda bir tək evə çıxır. Evdə gözəl bir oğlan va­rı­mış, gedir bı oğlanın yanına. Bir əsgər göndərir ki, ged ordan biraz su gəti də, susuzunnan camahat batır. Gedir ordan su gətiməyə. Oğ­lan deyir ki, bı qoşun nədu belə? Deyir ki, bəs İs­gən­dər ölüf, İs­gən­də­rin anasıdı. Deyir ki, oğlumu basdımejəm, İsgən­dər torpağa ya­raş­mır. İsgəndəri qızıl karatedə hərriyejəm, nə qədər ca­nım var, gəzdirəjəm. Deyir ki, get onu arvada denən, karateynən bir yerdə özü gəlsin bura. Əsgərrər lazım döyül. Bu gəlir, deyir. Arvat İs­gən­də­ri də götürür firqonnan bir yerdə, gedir onun qapısına. Deyir ki, ana, mən başıma gələni saa deyim, gör sənin dər­­din çoxdu, yoxsa mə­nim dərdim çoxdu? Deyir:

– Hə, de görüm.

Deyir ki, bu qızı görürsən? Bir qız gösdərir.

Deyir:


– Bu qız mənim əmimqızıdı, əmoğlu-əmiqızıyıx.

İkisi də gözəlimiş. Bunnan mən evləndim, aylə qurdum. Bir yer­də yaşadıx. Sora bu xəsdələndi. Xəsdələnəndə mən çox can at­dım, həkim gətirim, nağayrım, neyliyim... Nə qədə həkim-zad gət­dim­sə, buna xeyri olmadı. Bu elə dedi, gedirəm, uje ölürəm. Dedi ki, dedim, əmiqızı, səni qoymuyejam öləsən, səni saxlıyejam. Dedi:

– Yox, sən öl, mən ölejəm, sən ayrı arvad alessən.

Deyir, mən and işdim ki, mən sənnən başqa ayrı qadın üzünə bax­mejem. Deyir, o məni kişilihdən salmağa məjbur elədi. Mən özü­mü kişilihdən saldım. Mən özümü kişilihdən salannan sora bı sa­ğaldı. Deyir, o yatan qara qul mənim qulumdu. Bu getdi mənim gö­zümün qabağında qara qulnan yaşadı (mənim əmim qızı). İndi bu sa­hat da deyir, mənim kişiliyim yoxdu, o qara qulnan mənim əmim qı­zı yaşıyır, mən qıraxdan ona baxa-baxa qalmışam. İndi deyir, mə­nim dərdim çoxdu, ana, sənin dərdin? Deyir:

– Bala, sənin dərdin mənimkinnən çoxdu.

Deyir:


– Mənim bax, bu gözəl baxçamda bir yer qazax, oğlunu bas­dı­rax. Qalıf xarav oluf, iylənif camahatı bezdirməsin.

Onun, deməli, baxçasında yer qazıf İsgəndəri dəfn eliyillər.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə