Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə69/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   65   66   67   68   69   70   71   72   ...   134

insanın həyatının çələngi həmvətənlərinin onun üçün təşkil etdiyi dəfn

mərasimi olmalıdır.

Azərbaycanda yas (ehsan) mərasimi mərhumun vəfatının üçüncü,

yeddinci, qırxıncı günlərində, cümə axşamlarında  və ilində keçirilirdi.

Mərasim yeməkləri içərsində halva  əsas yer tuturdu. Onun bir neçə

növü (adi un halvası, səməni halvası, umac halvası, qoz halvası, tər

halva, düyü halvası) məlum idi. Halvanı bişirmək üçün unu yağda

qovurur, içərisinə  şəkər tozundan hazırlanmış  şərbət və azacıq duz,

sarıkök qataraq “çalırdılar”. Umac halvası isə əvvəlcədən tədarük edilən

narın un  umacından hazırlanırdı. Mərasim halvası kimi ancaq adi və

umac halvası bişirilirdi. Halvanı yuxaya töküb ya ülüş kimi paylayır,

yada dayaz nimçələrindən ehsan süfrəsinə qoyurdular. Bundan başqa,

halva-çörək qəbirstanlığa aparılır, qohum-qonşularada paylanılırdı.

Yas mərasiminin yemək süfrəsi təkcə halva ilə məhdudlaşmırdı.

Burada həmçnin çoxlu yuxa bişirilir, müxtəlif ətli xörəklərdən ehsan

yeməkləri də hazırlanırdı (bozartma, dolma, keftə-bozbaş və s.) Ehsan

yeməkləri dəvət olunmuş mollanın müşayiəti ilə keçir və bu zaman

mərhumun əməlləri xatırlanırdı. Müxtəlif səbəblər üzündən ehsana gələ

bilməyən kənd sakinlərinin (xəstələr, əlillər, hamilə və zahı qadınlar və

s.) evlərinə ehsan yeməklərindən ibarət bağlama göndərilirdi.

Şirvan və Abşeron bölgələrində mərhumun vəfatının 41-ci günü

xəmir aşı və ya Allah aşı hazırlanır, yeddi ailəyə paylanırdı. Bununla

[40] günlük yas mərasiminin bitdiyi məlum olurdu. Etnoqrafik

materiallardan aydın olur ki, Azərbaycanın əksər bölgələrində hələ ili

tamam olmamaış məhuma Novruz, Qurban, Orucluq bayramları

ərəfəsində “qara bayram” verilirdi. Bu mərasimə toplaşanlar üçün halva,

plov  və  digər    ətli  xörəklər  verirdilər.  Qadınlar  qəbirsitanlığa  gedir,

matəm səciyyəli səhnələr icra etdikdən sonra özləri ilə gətirdikləri

səməni, şirniyyat və meyvəcatı qəbrin üstünə qoyurdular. Bu mərasim

mərhumun xatirəsinin yad edilməsi ilə yanaşı, yas evinin yasdan

çıxması və qarşıdan gələn bayram urvatlı qeyd edilməsi məqsədi ilə

keçirlirdi.

             

Ehsan   verməyi   hər   bir   ailə  özünə  borc   bilirdi.   Bu   işdə

qohum-qonşular, bütün kənd əhli yaxından iştirak edir, ərzaqla



köməklik göstərir, ümumiyyətlə, mərhumu “urvatlı götürmək üçün”

hamı əlindən gələni edirdi.

Keçmişdə Azərbaycan da nəzir məqsədilə müxtəlif xörəklər

bişirilir, “qada qurbanı” kəsir, qüdrətlərinə inandıqları pirlərə (Nardaran

piri, Mir Möhsün ağa ocağı, Gəncə imamzadası, Əshabi-kəf  ibadətgahı

və s.)  heyvan, halva-çörək, qənd-çay, pul nəzirləri də verirdilər.

Abşeronda niyəti yerinə yetmiş hər bir şəxs “Əli süfrəsi” açmağı,

turşuqovurma plov, şərbət, ayran və göyərti verməyi özünə borc bilirdi.

Naxçıvanda bu məqsədlə  İmam təziyyələri verilirdi. Səməni halvası,

şorqoğalı, fəsəli bişirib paylamaq da nəzir mərasiminin tərkib hissəsi idi.

XIX-XX yüzilliyin əvvəllərində daha böyük şənliklərlə, ruh

yüksəkliyi ilə icra olunan toy və kiçik toy (sünnət) mərasimləri

yeməklərin rəngarəngliyi ilə seçilirdi. Məlum olduğu kimi, qədim bir

tarixə malik olan toy adətləri xalqımızın ailə məişətində mühüm rol

oynamışdır. Toy zamanı gələcək yeni ailənin əsası qoyulduğundan və

nəslin yeni davranışları belə ailələrdə dünyaya gəldiyindən, bu

mərasimə çox böyük qiymət verilmiş, toy təntənəli surətdə keçirilmişdir.

Toyun ilk mərhələsi hesab olunan elçilik əsasən şirniyyatla qeyd

olunurdu. Qızın “hə” si alınana kimi ortya şirniyyatlar: noğul, nabat,

qoğal, kəllə-qənd, şirin çörək, qatlama və s. eləcə də meyvacat

düzülürdü. Oğlan elçiləri şirin çay içər, xeyir-dua verərdilər. Bəlgə və

nişan mərasimlərindən bütün bunlarla yanaşı, süfrəyə yüksək keyfiyytli

ətli-yağ yeməklər, plov verilərdi. Bakıda nişan mərasimlərində ovşala

içilməsi adət halını almışdı.

  Toy şənlikləri isə adətən müxtəlif ətli xörəklərlə (kabab, dolma,

küftə-bozbaş, bozartma, soyutma, pörtləmə və s.) və plovla yola

verilirdi. Belə  şənliklərdə xörəklərin bişirilməsi (plovdan başqa) və

süfrəyə verilməsi ilə kişilər  məşğul olurdu. Mərasim yeməklərini

aşpazlar bişirirdi. Aşpaz əti doğrayır, ayrı-ayrı xörəklərin (kabab, dolma,

bozartma, aş qarası, toy qatığı və s.) bişirilməsi üçün əti seçir və xörək

hazırlayırdı. Toydan 2-4 gün sonra qız evi tərəfindən gələn adamlar

özləri ilə plov, müxtəlif yağlı çörəklər, meyvə, şirniyyat gətirərək “gəlin

görməsi” nə toplaşardılar.

    


Azərbaycanın  qərb  bölgələrində  daha  təntənəli  şəkildə

keçirilən kiçik toy  məcslislərində “kirvə aşı” adlanan xüsusi plov




bişirilirdi. Kirvənin süfrəsinə gətirilən plovun başına xuruş kimi arsala

və ya qarı (qoyunun bud hissəsindən bişirilən iri, sümüklü ət parçası)

qoyulurdu.

Etnoqrafik materiallardan aydın olur ki, keçmişdə xalqımızın

qeyd etdiyi ailə-məişət şənlikləri də (uşağın doğulması, diş çıxartması,

qonaqlıq və s.) lətafətli və ləziz yeməklərlə qeyd olunmuşdur. Ailədə ilk

uşağın (xüsusi ilə də oğlan uşağının) doğulması ilə keçirilən qonaqlıqlar

ətli yeməklərlə müşayiət olunsa da, zahı qadınlar üçün quymaq

bişiridilər. Bunun üçün yağda yetərincəyə qovrulmuş unun üstünə

qaynar su tökür, vam odda qazmaq bağlayana qədər bişirilirdi. Süfrəyə

verilərkən quymağın üzərinə şəkər tozu və ya bal, bəkməz tökülür, yağ

“gəzdirilir”, darçın səplilirdi. Quymağı adətən ağbirçəklər, əksər

hallarda isə təzə gəlinin qaynanası bişirirdi. Qurmaq qüvvətli yemək

hesab edildiyindən, onu toyun səhəri günü bəy və gəlinə də bişirib

verirdilər. Zəif düşən adamlara quymaq vermək  və ramazanın

(orucluğun) obaşdanlıq (imsaq) süfrəsinə quymaq çıxarmaq da məqbul

sayılırdı. Qurmağı bəzən südlə bişirir, içərsinə sarıçiçək, zəfəran da

əlavə edirdilər.

Mərasim yeməyi kimi nəzərdə tutulan, Naxçıvan bölgəsi üçün

xarakterik olan və quymaq kimi bişirilən yeməklərdən biri də zirətov

idi. Quymaqdan fərqli olaraq zirətovu düyü unun ilə bişirirdilər. Çox

yağlı və qüvvətli-nişastalı yemək olan zirətov, bir qayda olaraq, ərə

gedən qıza duvaq günü, doğuşdan sonra isə gəlinə verilirdi. Birinci

halda zirətovu qız evinin ağbirçəkləri bişiridi. Ətirli və dadlı olması

üçün onun tərkibinə zəfəran və sarıkök də qatırdılar.

Azərbaycanın cənub bölgəsində yeni doğulan uşağın 40-ı çıxan

zaman “beşik-bağlama” deyilən bir mərasim də keçirilirdi. Bu

mərasiminin yemək süfrəsinə plov, badımcan pətəsi, toy qatığı, balıq

yeməkləri, ləvəngi və s. yeməklər çıxarılırdı.

Uşağın diş çıxarması ilə  əlaqədar olaraq hələ xırman vaxtı

seçilmiş buğdadan “diş hədiyi” keçirmək xalq arasında geniş

yayılmışdı. Onu həm ailə üzvləri yeyir, həm də qohum-qonşulara

paylayırdılar. Qonşuya hədik dolu verilmiş qabı boş qaytarmazdılar.

Onun içərisinə yumurta, şirniyyat, meyvə, bal,  yun corab, uşaq üçün

müxtəlif hədiyyələr qoyardılar.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə