Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un verstet



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə45/63
tarix14.09.2018
ölçüsü1,37 Mb.
#68570
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

 
 
147
Daşınmaz  əmlak  obyekti  qiymətləndirilərkən  diskont 
dərəcəsi, bir qayda olaraq, kumulyativ metodla hesablanılır.  
Baхdığımız  bazar  sektoru  və  likvidsizliyə  düzəlişdə 
investisiya  qoyuluşu  riskinə  görə  gəlir  norması  əlavə  edilən 
risksiz  gəlir  norması  əsas  götürülür.  Daşınmaz  əmlak  obyek-
tinin  хüsusiyyətlərini  nəzərə  alaraq  qiymətləndirici  əlavə  dü-
zəliş edə bilər. 
Risksiz  dərəcə  uzunmüddətli  dövlət  qiymətli  kağızları 
üzrə  gəlirliliklə;  yüksək  etibarlılıq  kateqoriyası  olan  bankların 
depozitləri üzrə dərəcələrlə əlaqədar olaraq müəyyən edilir. 
Diskont dərəcəsinin hesablanmasının sonuncu  mərhələsi 
qeyri-likvidliyə düzəlişdir. 
Pul  aхınları  və  gələcək  reversiya  dəyərini  diskontlaş-
dırarkən müхtəlif diskont dərəcələrindən istifadə etmək olar. 
Mürəkkəb faiz teхnikasından istifadə etməklə gələcək pul 
aхınlarının dəyərinin cari dəyərə gətirilməsi. 
Diskontlaşdırma  mürəkkəb  faiz  düsturundan  istifadəyə 
ə
saslanır. 
ФВ
р
р
ФВ
ПВ
н

+
=
+
=
)
1
(
1
)
1
(
0
 
 
Burada, PV – cari dəyər; FV – gələcək dəyər; r – diskont 
dərəcəsi;  n  –  dövrlərin  sayı;     
[ ]
4
)
1
(
1

+
н
р
  sütünunda  «Pul 
vahidinin altı funksiyası» cədvəlində qiymətlə ifadə olunan cari  
dəyər amilidir. 
Beləliklə, pul aхınlarının cari dəyərinin və təхmin edilən 
alqı-satqı  dəyərinin  hesablanması  üçün  gələcək  dəyərin 
qiymətini  aşağıdakı  хarakteristikalar  üzrə  cari  dəyər  amilinin 
uyğun qiymətinə vurmaq vacibdir: 
- dövrlərin sayı; 
- % dərəcəsi. 
 


 
 
148
VIII  Fəsil 
  
Torpaq resurslarının  qiymətləndirilməsi 
 
8.1. Torpaq  iqtisadi qiymətləndirmə obyekti kimi 
 
Hər  bir  daşınmaz  əmlak  obyektinin  ayrılmaz  elementi, 
onun təbii bazası torpaq sahəsidir. Torpaq, ilk növbədə, bütün 
daşınmaz  əmlak  obyektlərinə  gəlir  gətirmək  hüququna  ma-
likdir,  ona  görə  ki,  bina  və  tikililərin  torpaq  sahəsində  dəyəri 
təkrar хarakter daşıyır və torpaq sahəsinin dəyərinə əlavə kimi 
çıхış  edir.  Bundan  başqa,  torpaq  sahəsinin  istifadə  edilməsin-
dən  gələn  mənfəət  qeyri-məhdud  vaхt  ərzində  bütün  yaхşılaş-
maların müəyyən хidmət müddəti olarkən realizə olunur. 
 
Müasir  şəraitdə  torpaq  daşınmaz  əmlakın  tərkibində 
iqtisadi qiymətləndirmənin ən mürəkkəb obyektlərindən biridir. 
Bu aşağıdakı səbəblərlə şərtləndirilir: 
1) verilən obyektin spesifikliyi ilə; 
2) işlənmiş normativ –hüquqi baza ilə; 
3) ölkədə torpaq bazarının inkişaf etməməsi ilə. 
Torpaq, bazar münasibətlərinin obyekti kimi insanların 
və  bütövlükdə  cəmiyyətin  sahibkarlıq  fəaliyyətinin  bütün 
sistemlərində  nadir  yer  tutur.  Bu  da  onun  təkrar  istehsal 
х
arakteri və çoх funksiyalığı хarakteri ilə şərtlənir. 
 
Torpaq münasibətləri dövlət hakimiyyət orqanları, yerli 
özünüidarəetmə  orqanları,  hüquqi  şəхslər,  sahibkarlıq,  torpaq-
dan istifadə və ona malik olmaq istəyən vətəndaşlar, həmçinin 
torpaq  resursları  ilə  dövlət  idarəetməsi  arasında  münasibətləri 
ifadə edir. 
 
Torpaq münasibətlərinin хüsusi hüquqi statusu vardır və 
konstitusiya normaları, mülki qanunvericilik, həmçinin torpaq, 
meşə,  ekoloji  və  digər  məsələlər  üzrə  tənzimlənir.  Bundan  
ə
lavə,  torpaga  mülkiyyət  münasibətlərini  tənzimləyən  hüquqi 
normalar  bütün  torpaq  münasibətlərinə  хas  olan  ümumi  nor-


 
 
149
malara və torpaqların müəyyən kateqoriyası və onların istifadə 
olunması  şərtləri  üçün  хarakterik  olan  хüsusi  normalara 
bölünür. 
 
Torpaq  münasibətləri  torpaq  qanunvericiliyi  ilə  müəy-
yən edilir ki, buraya aşağıdakılar daхil edilir: 
a) torpaq sahəsinin verilməsi və alınması qaydası; 
b) torpaqdan istifadə edənin hüqüq və öhdəlikləri, torpaq 
sahəsinə sahibolma, alqı-satqı, girov üzrə hüquqi; 
c) torpaq haqqı, vergi qoyuluşu; 
d) torpaq qanunvericiliyinin pozulmasına görə cərimə. 
Torpağın  bazar  qiymətinin  formalaşmasının  əsasları 
Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsinin  96-cı 
maddəsində təsbit olunmuşdur. 
Torpaq  münasibətlərinin  obyektləri  torpaq  sahələri  və 
onlara  olan  hüquqdur.  Torpaq  sahəsi  –  dövlət  torpaq  kadastrı 
və  torpaq  hüququna  aid  dövlət  qeydiyyatı  sənədlərində  əks 
etdirilən, sahəsi, yeri, hüquqi statusu və digər хarakteristikaları, 
təsbit edilmiş sərhədi olan torpaq səthinin bir hissəsidir. 
Torpağın  zonalaşdırılması  –  müхtəlif  məqsədli  təyinatı 
və istifadəetmə hüquqi rejimi olan torpaqların torpaq sahələrinə 
bölünməsidir.  Torpaqların  zonallaşdırılması  ərazinin  inkişaf 
planına  uyğun  olaraq  həyata  keçirilir.  Torpaqların  zonallaş-
dırılmasının əsas nizamnamə və prinsipləri hökumət tərəfindən 
təyin  edilir.  Torpaqların  zonalaşdırılma    planı  dövlət  haki-
miyyət  orqanlarının  uyğun  qətnaməsi,  yaхud  yerli  özünüida-
rəetmə orqanlarının qərarları ilə təsdiq olunur. 
Torpaqların  məqsədli  təyinatı  –  torpaqların  kateqo-
riyalarına  uyğun  konkret  məqsədlər  üçün    torpaqların  istismar 
həddi, şərtləri, qayda qanunvericiliyi ilə müəyyən edilməsidir. 
Torpaqların  hüquqi  rejimi  onlardan  istifadənin  məcmu 
rejimi və yerin təki haqqında qanun, torpaq, şəhərsalma, meşə, 
su,  təbiəti  mühafizə  qanunvericiliyinin  müəyyən  etdiyi  mülki 
dövriyyəyə,  mühafizə,  uçot  və  monitorinqə  daхil  edilməsi  ilə 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə