Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə135/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   131   132   133   134   135   136   137   138   ...   148

385 

 

 



6 Dekabr - Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günü, (2006) 

 

Bu  gün  Azərbaycan  Respublikasının  Prezidenti  

İlham  Əliyevin 02  dekabr  2006-cı il tarixli sərəncamı 

ilə  təsis  olunub.  O  vaxtdan  bütün  respublikada 

rabitəçilər  və  informasiya  texnologiyaları  sahəsinin 

işçiləri  öz  peşə  bayramlarını  qeyd  edirlər. Peşə 

bayramının  məhz  bu  gündə  qeyd  olunması 

Azərbaycanda  ilk  telefon  xəttinin  yaradılması  ilə 

bağlıdır.  Belə  ki,  1881-ci  il  dekabrın  6-da  Bakıda 

―Nobel  qardaşları‖  cəmiyyəti  tərəfindən  ilk  telefon 

xətti  çəkilmişdir.  Azərbaycanda  rabitə  sahəsi  ümummilli  lider    Heydər  Əliyevin 

hakimiyyəti  illərində  xüsusilə  inkişaf  etməyə  başlayıb.  Rabitə  sisteminin  əsas 

inkişaf  dövrü  70-80-ci  illərə  təsadüf  edir.  1976-cı  ildə  təkcə  Bakı  telefon 

şəbəkəsinin  gücü  1927-ci  illə  müqayisədə,  20  dəfədən  çox  artmış,  telefon 

Azərbaycan  əhalisinin  məişətinin  ayrılmaz  hissəsinə  çevrilmişdir.  Həmin  illərdə 

poçt,  teleqraf  və  teleradio  proqramlarının  yayımı  sahələri  də  diqqətəlayiq  inkişaf 

yolu  keçmişdir.  1979-cu  ildə  Heydər  Əliyevin  şəxsi  rəhbərliyi  altında  yaradılmış 

komissiya  tərəfindən  Bakıda  -  köhnə  teleqüllənin  yaxınlığında  tikilməsi  nəzərdə 

tutulan  310  metrlik  yeni  teleqüllənin  layihəsi  təsdiq  edilmiş  və  1981-ci  ildə 

obyektin  tikintisinə  başlanmışdır.  Həmçinin,  90-cı  illərdə  Azərbaycanda 

informasiya  kommunikasiya  texnologiyaları  sektoru  da  inkişaf  etməyə 

başlamış,   ölkədə  bu  yeni  sektorun  inkişafı  prosesi  sürətlənmiş,  Azərbaycanın 

internet seqmenti genişlənmişdir. 

 

  



Respublikamızda  rabitə  və  informasiya-kommunikasiya  texnologiyaları 

sektorunun hazırkı sürətli inkişafı  ümummilli liderin kursunu davam etdirən ölkə 

Prezidenti  İlham  Əliyevin  şəxsi  diqqəti  və  qayğısı  nəticəsində  əldə  olunmuşdur. 

2012-ci  il  ərzində  İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondunun, 

Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması 

haqqında  sənədlər  imzalanmışdır.  Həmin  ilin  noyabrında  illik  ―Bakutel‖  sərgi-

konfransı  ilə  yanaşı,  Bakıda  dünya  əhəmiyyətli  İnternet  İdarəçilik  Forumu  (IGF 

2012)  da  keçirilmişdir.    Bütün  bunlar  hökumət  tərəfindən  İKT  sektoruna  böyük 

diqqətin yetirilməsini bir daha sübut edir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 



386 

 

7 Dekabr - Beynəlxalq Mülki Aviasiya Günü, (1996) 

1944-cü  il  dekabrın  7-də  Beynəlxalq  Mülki 

Aviasiya  haqqında  Konvensiya  imzalanmışdır.  6 

dekabr  1996-cı  ildə  BMT  Baş  Assambleyası 

tərəfindən  7  dekabr  Beynəlxalq  Mülki  Aviasiya 

Günü  elan  olunmuşdur.  Azərbaycanda  ilk  mülki 

hava  reysi  1921-ci  ildə  poçt-sərnişin  təyyarəsində 

həyata  keçirilmişdir.  Lakin  hələ  1918-ci  ildə 

Azərbaycan 

Xalq  Cümhuriyyətinin  yarandığı 

gündən  başlayaraq  aviasiya  sahəsində  bir  sıra  işlər 

görülmüşdür.  Azərbaycan  mülki  aviasiyasında  ilk  dəfə  1923-cü  il  avqustun  8-də 

―Yunkers‖  təyyarəsi  ilə  sərnişin  daşınmaları  həyata  keçirilmişdir.  Ölkəmizdə  ilk 

hava  limanı  1931-ci  ildə  Binə  qəsəbəsinin  yaxınlığında  tikilmiş  və  2  ildən  sonra 

istifadəyə  verilmişdir. 1938-ci  ildə  Azərbaycanda  ilk  aviasiya  qrupu  yaradılıb  ki, 

bu  tarix  2006-cı  ildə  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı  ilə 

Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Sergey Utoçkinin idarə etdiyi 

uşaqsayağı  yöndəmsiz  və  möhkəm  olmayan  ―Farman-4‖  sistemli  fransız  biplanı 

heyrətdən  yerində  donmuş  tamaşaçıların  başı  üzərində  bir  neçə  dairə  vuraraq, 

alqışlar  altında  yerə  enib.  Azərbaycanın  aviasiya  ilə  ilk  tanışlığından  sonra  hava 

nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il ötüb. 1923-

cü ildə ―ZAKAVİA‖- Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. 

Artıq 1923-cü ilin aprel ayında ―Yunkers‖ təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu 

ilə uçuş həyata keçirilib. İki il sonra isə Keşlədə aerodrom tikilib və mülki ―Hava 

stansiyası‖  yaradılıb.  Bu,  aviaparkı  müasir  ―Boeing-757‖  təyyarələri  ilə 

təkmilləşdirməyə,  uçuşları  idarəetmə  vasitələrini  yeniləməyə,  iyirmiyədək  ixtisas 

üzrə  kadrların  hazırlanması  sistemini  yaratmağa  və  bu  gün  altmışdan  yuxarı 

aviaşirkətin  təyyarələrini  qəbul  edən  beynəlxalq  təyyarə  vağzalının  1999-cu  ildə 

Bakı  şəhərində  açılmasına  imkan  verib.  Növbəti  illərdə  ―Naxçıvan‖  beynəlxalq 

hava  limanı,  ―Gəncə‖  beynəlxalq  hava  limanı  və  ―Zabrat‖  hava  limanında  yeni 

təyyarə vağzalının binası istismara verilib.  

2008-ci  ildə  ―Lənkəran‖  və  ―Zaqatala‖  beynəlxalq  hava  limanları  açılıb. 

Bakı-Zaqatala  və  Bakı-Lənkəran  marşrutları  üzrə  aviareyslər,  müvafiq  olaraq 

2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb. Qeyd edək ki, hazırda AZAL ölkə 

daxilində  Bakı-Naxçıvan,  Bakı-Gəncə  və  Gəncə-Naxçıvan  və  Bakı-Qəbələ 

marşrutları üzrə uçuşlar yerinə yetirir. 

―Azərbaycan  Hava  Yolları‖  QSC  Avropa,  MDB,  Yaxın  Şərq  və  Asiya 

ölkələrinə sərnişin daşımaları həyata keçirir. İndi ―Azərbaycan Hava Yolları‖ QSC 

Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında 

(İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur.  

İnternetdə: 

www.books.google.com 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə