Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə74/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   70   71   72   73   74   75   76   77   ...   148

212 

 

26 İyun - Silahlı Qüvvələr Günü, (1918)



 

  

“Güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və 

Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusuna eşq olsun!  

Yaşasın Azərbaycan!” 

                                                                                                                   İlham Əliyev, 

                                                                                  Azərbaycan Respublikasının Prezidenti  

 

 



  

Milli  Ordumuzun  yaradılması  hələ 

Azərbaycan 

Xalq 


Cümhuriyyətinin 

fəaliyyəti  dövrünə  təsadüf  edir.  O  vaxtlar 

Rusiya imperiyasının müsəlman xalqlarına 

həqarətli 

münasibəti,  onların  orduda 

xidmətdən  ―azad‖  edilməsi  bu  xalqların 

hərbi 

işləri 


yadırğamasına 

gətirib 


çıxarmışdı.  1917-1918-ci  illərdə  erməni 

təcavüzünün  güclənməsi  Azərbaycan  türklərini  fiziki  cəhətdən  məhv  olmaq 

təhlükəsi  ilə  üz-üzə  qoymuşdu.  Yaranmış  vəziyyət  təcili  olaraq  ordu 

quruculuğuna  başlamağı  tələb  edirdi.  1918-ci  il  26  iyun  tarixli  fərmanla 

Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin 

Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 

25-də  hərbi  nazir,  general-leytenant  Əlağa  Şıxlinski  nazir  müavini  təyin 

edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə 

birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi 

birləşmələr  Muğanda  və  Əsgəranda  milli  hökumətə  qarşı  baş  vermiş  qiyamları 

yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş 

erməni  nizami  ordu  hissələrini  darmadağın  etdi.  Azərbaycan  ordusunun 

Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, 

Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC 

süqut  etdikdən  sonra  bolşevik  hökuməti  Milli  Ordunu  ləğv  etdi.  Onun 

rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. İlk dəfə Azərbaycan 

Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilmiş 

və  Azərbaycan  ordusunun  yaradılması  barədə  Azərbaycan  Ali  Sovetinin 

qərarının  qəbul  edildiyi  tarix  –  9  oktyabr  Azərbaycan  Respublikası  Silahlı 

Qüvvələri  Günü  elan  edilmişdir.  Lakin  Azərbaycan  Respublikası  Prezidentinin 

22 may 1998-ci il tarixli fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş 

və  26  iyun  tarixi  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri  Günü  elan 

edilmişdir. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş 

Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da 

çox  çətinliklə  həyata  keçirilirdi.  Ordunun  maddi-texniki  təminatı  problemlərlə 

müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq 

üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü 

batalyonlardan  nizami  orduya  doğru  ilk  ciddi  addımlar  atıldı.  Qismən  hərbi 

səfərbərlik  və  orduya  çağırış  işi  yoluna  qoyuldu.  Ölkəmizdə  peşəkar  ordu 

quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu.   



İnternetdə: 

www.books.google.com

 



213 

 

26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü 

 

 

Narkomaniya    ―ağ  ölümdür‖,    həyatdan    üz  



çevirməkdir.  ―Narkomaniya‖  və    ―ölüm‖    sözləri      bu   

gün   insanların  təsəvvüründə sinonim sözlərə çevrilib. 

Müasir dövrümüzdə  insanlıq   üçün   böyük  bəla  olan 

narkomaniya    bütün    dünyada    geniş    yayılmışdır.  Bu 

bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik 

maddə  alverçiləri  uşaqların  çox  olduğu  yerlərdə  olur, 

onlara  həmin  məhsulları  təklif  edirlər.  Pul  qazanmaq 

naminə  onlar  insanları,  xüsusilə  uşaqları  ölümə  aparan 

bu  pis  vərdişə  alışdırırlar.  Narkotik  maddələr  müxtəlif  çeşidlidir.  Daha  çox 

yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi 

laboratoriyalarda  hazırlanan  yeni  sintetik  narkotik  maddələr  meydana  gəlmişdir. 

Bunlar  xüsusilə  təhlükəlidir,  çünki  birinci  dəfədən  adamı  özünə  alışdıra  bilir. 

Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır.  

Narkotik  maddələr  insan  sağlamlığına  bərpaedilməz  ziyan  vurur,  fiziki 

qüvvələri  tükəndirir,  bədənin  çəkisi  birdən-birə  azalır,  ümumi  zəhərlənmə  baş 

verir.  Narkomaniya  keçici  xəstəliklərin  sürətlə  yayılmasına  səbəb  olur.  Narkotik 

maddələrin  bir  çoxu  şprislə  qana  ötürüldüyündən  və  narkoman  qrupları  daxilində 

eyni  şprisdən  istifadə  edildiyindən  narkomanlar  arasında  QİÇS  və  başqa 

xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini 

yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkərli diabet 

tez  inkişaf  edir.  Əgər  "xalis  mal",  yəni  heç  bir  qarışığı  olmayan  narkotik  maddə 

qəbul  olunarsa,  zəhərin  güclü  təsirindən  o  saat  ölmək  olar.  Ən  dəhşətlisi  odur  ki, 

bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik 

əmələ  gələ  bilər.  Belə  halda  adam  düşünmək,  hərəkət  etmək,  reaksiya  vermək 

qabiliyyətini  itirir,  danışmaq  və  müxtəlif  əşyalardan  istifadə  etmək  imkanından 

məhrum olur.  

Narkotik  maddələrin  gənc  nəsillər  arasında  yayılması  təhlükəsini  nəzərə 

alaraq,  bir  çox  ölkələr  "Narkotiksiz  gələcək  naminə"  milli  proqramlar  qəbul 

edirlər.  Buraya  təhsil  ocaqlarında,  hüquq  mühafizə  orqanlarında,  təşkilatlarda 

narkomaniyanın  ziyanı  haqqında  maarifləndirilmə  kampaniyaları  daxildir.  Bu 

kampaniyalar  kütləvi  informasiya  vasitələri,  o  cümlədən  internet  şəbəkəsi 

vasitəsilə  aparılır.  Narkomaniya  ilə  bağlı  problemləri  daim  ictimaiyyətin  nəzarəti 

altında  saxlamaq  məqsədilə  BMT  iyun  ayının  26-nı  Narkomaniyaya  və 

Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə