Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Yubilyar yazıçı və şairlər



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə75/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   71   72   73   74   75   76   77   78   ...   148

214 

 

Yubilyar yazıçı və şairlər



 

3 İyun - Yazıçı Afaq Məsudun anadan olmasının 60 illiyi,  (1957) 

 

 



 

 

 



 

 

 



 

Afaq    Məsud   (Afaq  Məsud  qızı  Vəliyeva)    Bakıda   anadan  olub. 1979-cu 

ildə  BDU-nun jurnalistika fakültəsini  bitirib.   

1979-1986-cı  illərdə     "Azərbaycanfilm"    kinostudiyasında     redaktor,  

redkollegiyanın    üzvü,  1986-1988-cu  illərdə    "Azərbaycantelefilm"də    direktor  

vəzifələrində    çalışıb.  Əsasən  romanlar  və  hekayələr  müəllifi  kimi  tanınır. 

Əsərləri  rus,  ingilis,  fransız,  alman,  özbək  dillərinə  tərcümə  və  nəşr  edilib. 

Q.Q.Markesin   "Patriarxın  payızı",   T.Vulfun   "Dünyanın  hörümçək  toru" 

romanlarını,  qədim  sufi  əlyazmalarını  –  M.Nəsifinin    "Mövcudluq    haqqında 

həqiqət",    Ə.Qəzalinin  "Səadət  iksiri",  "Oğluma  məktub",  "İlahi  bilik",  İbn 

Ərəbinin    "Məkkə  açıqlamaları"    və    sair    əsərləri    Azərbaycan    dilinə    tərcümə 

edib.  "Can  üstə",  "O  məni  sevir",  "Yol  üstə"  pyeslərinin    müəllifidir.  Əsərləri 

əsasında    "Sərçələr",  "Qonaqlıq",  "Gecə",  "Cəza"    televiziya    filmləri    çəkilib.  

2000-ci  ildə  Vyana    Universitetində    A.Məsud    yaradıcılığını    tədqiq    edən 

doktorluq    işi    müdafiə    edilib  (S.Dohan  "Avropa  şərqşünaslığında  qadın 

yazarlar").  

"Humay"  Milli  Akademiyası  Mükafatı laureatıdır.  Yazıçı,  dramaturq, 

Əməkdar  incəsənət  xadimi,  "Xəzər"  dünya  ədəbiyyatı  jurnalının baş  redaktoru 

Afaq  Məsud  16  may  2014-cü  ildə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

yanında  Tərcümə  və  Ədəbi  Əlaqələr    Mərkəzinin  direktoru  təyin  edilmişdir.  23 

dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.  

Kitabları: ―Üçüncü mərtəbədə‖ (1971), ―Şənbə gecəsi‖ (1984), ―Keçid‖ (1988), 

―Tək‖ (1992), ―İzdiham‖, ―Azadlıq‖ (1997) və s. 



Ədəbiyyat:  Əhmədov  Teymur  -  “Azərbaycan  yazıçıları    (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011.  

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 


215 

 

 



5 İyun - Dramaturq, ədəbiyyatşünas Həsən Qasımovun anadan olmasının  

              105 illiyi, (1912-1977) 

 

Qasımov  Həsən  Məmməd  oğlu  Bakı  qəzasının 

Maştağa  kəndində    ailəsində  doğulmuşdur.  İlk  təhsilini 

kənddə  almış,  sonra  Bakı  Pedoqoji  Texnikumunu 

bitirmişdir (1928-1929). Nuxa (indiki Şəki) rayonunun Kiş 

kənd  ibtidai  məktəbində,  Bakının  Mərdəkan  yeddiillik 

məktəbində  müəllim,  İsmayıllı  və  Astaraxanbazar  (indiki 

Cəlilabad)  rayonlarında  məktəb  direktoru,  inspektor 

vəzifələrində işləmişdir (1929-1937).  

Ədəbi  fəaliyyətə  1937-ci  ildə  oçerk,  hekayə  və 

pyeslərlə  başlamışdır.  Əsərləri    respublikanın  dram 

teatrlarında,  klub  və  mədəniyyət  saraylarında  müvəffəqiyyətlə  tamaşaya 

qoyulmuşdur.  Pyesləri  iki  dəfə  müsabiqədə  mükafat  almışdır.  O,  1956-cı  ildə 

Andre  Stilin  ―Birinci  zərbə‖  əsərini  tərcümə  etmiş,  ―Azərnəşr‖də  ayrıca  kitab 

halında  çap  etdirmişdir.  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunda  (APİ)  təhsilini 

davam  etdirməklə  yanaşı,  Azərbaycan  radiosunda  ədəbi-dram  verilişi 

redaksiyaında  redaktor,  baş  redaktor  olmuşdur.  İkinci  Dünya  müharibəsinin  ilk 

günlərində  Sovet  Ordusuna  səfərbərliyə  alınmış,  ―Qızıl  əsgər‖  diviziya  qəzeti 

redaksiyasında  redaktor  müavini  olmuşdur.  O,  Şimali  Qafqaz  və  Ukrayna 

cəbhələrində  hərbi  jurnalist  kimi  ―Qızıl  əsgər‖,‖Hücumda‖  qəzetləri  ilə  sıx 

əməkdaşlıq  etmiş,  şeir,  oçerk  və  hekayələrində  qəhrəmanların  döyüş  hünərini 

işıqlandırmış, hamını faşist  işğalçılarıına qarşı mübarizəyə ruhlandırmışdır.  

Ordudan  tərxis  edildikdən  sonra  (1945)  Azərbaycan  Dövlət  Universitetinin 

III  kursuna  daxil  olmuş,  universiteti  1946-cı  ildə  ekstern  üsulla  bitirmiş, 

aspiranturada təhsilini davam etdirmişdir. APİ-də baş müəllim (1950), Azərbaycan 

Dövlət Nəşriyyatında redaktor (1951) və Azərbaycan EA Nizami adına Ədəbiyyat 

İnstitutunun  folklor şöbəsində  baş  elmi  işçi vəzifələrində  çalışmışdır.  ―II  dərəcəli 

Vətən müharibəsi‖ ordeni və medallarla təltif edilmişdir.  

  Həsən Qasımov1977-ci il mayın 8-də vəfat etmişdir.  

 

Kitabları: ―Dağların səsi‖ (1969) və s. 

 

Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 



216 

 

 



19 İyun -  Şair Taleh Həmidin anadan olmasının 65 illiyi,  (1952-2016) 

 

  

Babayev 



Taleh 

Həmid 


oğlu 

(Taleh 


Həmid)  Şəmkirin  Dəllər-Cəyir  kəndində  anadan 

olmuşdur. Orta məktəbi bitirdikdən sonra, (1970-1972-

ci  illərdə)  sovxozda  əmək  fəaliyyətinə  başlamışdır. 

1972-ci ildə  ordu sıralarında  xidmət  etmiş, 1974-1979-

cu  illərdə  Kənd  Təsərrüfatı  Nazirliyində  işə 

başlamışdır.    Nazirliyin  kadrlar  şöbəsində  xüsusi  işlər 

üzrə  müfəttiş,  daha  sonra  isə  (təhsildən  ayrılmadan) 

təsərrüfat  müdiri vəzifəsində  çalışmışdır.  1975-1980-ci 

illərdə  Bakı  Dövlət  Universitetinin  jurnalistika 

fakültəsində  təhsil  alımışdır.  Yaradıcılığının  ilk 

illərində Respublika Komsomolu Mükafatına layiq görülmüşdür. 1980-ci ildə Gənc 

Jurnalistlərin  II  Ümumittifaq,  1984-cü  ildə  Gənc  yazıçıların  VIII  Ümumittifaq 

Müşavirələrində  iştirak  etmişdir.  Şeirləri  və  publisistik  yazıları  təkcə  ölkəmizdə 

deyil,  onun  kənarlarında  da  işıq  üzü  görmüşdür.  Bir  sıra  mətbu  orqanlarında  - 

―Ulduz‖ jurnalında şöbə müdiri (1979-1989), ―Yeni fikir‖ qəzetində baş redaktor 

(1989-1992),  ―Müstəqil  qəzet‖in  təsisçisi  və  baş  redaktoru  (1992-2005) 

vəzifələrində  işləmişdir.  2005-2015-ci  illərdə  Regionların  İnkişafının  İctimai 

Birliyində  sədr  müavini  olmuşdur.  2010-cu  ildə  şeir  və  poemalarından  ibarət  iki 

cildliyi  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  ―Qızıl 

kəlmə‖  ədəbi  mükafatına  layiq  görülmüşdür.   2012-ci  ilin  noyabrında  VI 

Uluslararası Canakkala Seir axşamları Festivalında Azərbaycan poeziyasını təmsil 

etmişdir.  2015-ci  ildə  şair-publisist  Taleh  Həmidin  ―Yəhya  bəy  Dilqəm‖  adlı 

ikihissəli  lirik  psixoloji  dramı  Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrında 

tamaşaya  qoyulmuşdur.  

  

Şair Taleh Həmid 1 noyabr 2016-cı ildə Bakıda vəfat etmişdir. 



Kitabları: ―Qapımı bahar döyür‖ (1985), ―Təltifsiz bulud‖  (1990), ―Məni 

gözləyən olsa‖ (1991), ―Dünya yaxşıdır hələ‖ (1992), ―Bu gündən sabaha‖ (2004), 

―Mənə ürəyində yaz yeri saxla‖ (2007), ―Günəşdən gizlənir yay çiçəkləri‖ (2007), 

―Ömrün pay sovqatı‖ (2007), ―Qarlı axşamların işığı‖ (2007) və s.  



Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 



 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə